Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Yalançı İrfanların zərər və ziyanları-1

“Dalai Lama öz əqidəsini bütün məzhəblərin hədəflərinin həyata keçirlməsi üçün lazım bilir”.

Düşüncə bölməsi: Dalai Lama öz çıxışlarında elan etdi: “Hər kəs hər məzhəb və dinə qulluq etməsindən asılı olmayaraq, öz məzhəbi və dini hədəflərinə çatması üçün mənim yanıma gəlməlidir”. O, bu çıxışı ilə öz əqidəsini məzhəblər üstü bir təfəkkür və dindənkənar bir əqidə kimi tanıtdırdı.

  xəbər agentliyinin məlumatına əsasən, Doktor Məhəmmədtəqi Fəali, Tələbələrin Quran Fəaliyyətləri təşkilatının “Yalançı İrfanların zərər və ziyanları” seminarları silsiləsinin yeddinci toplantısında çıxış etdi. O, Hövzə və İnsitut ustadıdır və Yeni yaranmış Mənəvi Hərəkətlərin araşdırılmasında 9 cild kitab yazmışdır.

Fəali: Hindistanın adı “Tənasux” ilə həmişə birgə çəkilir. Bu ikilik bir-biri ilə sıx əlaqədədir. Dalai Lamanın da mühüm əqidələrindən biri “Tənasux”a inanmaqdır. Belə ki, onun 5 yaşında ikən seçilməsi və tac qoyması, həmçinin bəşəriyyətin xilaskarı adlanması “Tənasux” etiqadına əsasən olmuşdur. Guya 13-cü Dalai Lamanın ruhu onun vücudunda zahir olmuşdur.

Fəali: Tənasux ruhun bir bədəndən başqa bir bədənə köçürülməsinə deyilir. Həmçinin tənasux ya ruhun köçürülməsi bu dünyada baş verməlidir.

Ruhun 1-ci bədəndən (ruhun xaric olduğu) 2-ci bədənə keçməsi 4 halət, vəziyyət və mərhələdə olar bilər. Bu 4 halın hər birisi iki bədən və iki ruha aid olduğu üçün birlikdə 16 halət təsəvvür olunur.

1. Bədən – İnsan, Heyvan, Bitki, Camadat (cansız cism). (1-ci və 2- ci bədən = 8)

2. Ruh – (yuxarıdakı halətlər ruhda da baş verir).

Tənasux ilə tanış olmaq üçün ən yaxşı kitab Molla Sədranın “Əsfarul-ərbəə” – 4 səfər, kitabıdır. Bu kitabın 9-cu cildi Məad (axirət həyatı) məsələləridir.

Molla Sədra əqli və məntiqi baxımdan tənasuxun qeyri-mümkünlüyünü deyir.

Molla Hadi Səbzəvari tənasuxun 4 halətinin hər birinə ad qoymuşdur:

1- Ruhun heyvana köçürülməsi – MƏSX

2- Ruhun insana köçürülməsi – NƏSX

3- Ruhun bitkiyə köçürülməsi – RƏSX

4- Ruhun camadata köçürülməsi – FƏSX

İnsanın əməli onun batinini təşkil edir. İnsan öldükdə öz batini ilə zahir olur. İnsanın batini onun ruhudur. Qiyamət günü insan öz əməli ilə zahir olursa bu o deməkdir ki, qiyamət günü insan öz ruhu ilə zahir olacaqdır.

ardı var...


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslam Konfransı Təşkilatı nümayəndəliklərinin yığıncağı keçirilir
Türkiyədə Qurani-Kərim konfransı
Avstraliyanın səfiri həzrəti Əmirəl Möminin Əlinin (ə) pak hərəmini ziyarət ...
Macarıstanda ikinci islam incəsənət sərgisi açıldı
İslam konfranslarının keçirilməsi Dağıstan xalqının həyatında mühüm bir ...
\"Asiyadan Qəzzaya\" karvan üzvləri Qəzzaya daxil olub
QMİ-nin ləğvi Azərbaycanda dinin məhdudlaşdırılması layihəsinin bir hissəsidir
Bəhreyn İnsan Hüquqları Mərkəzinin üzvü: Ali xəlifənin dialoqa razılaşması ...
Suriya Ordusu tərəfindən azad edilən Şeyx Miskin şəhəri
HӘZRӘT MӘHӘMMӘDIN VӘFATI

 
user comment