Azəri
Friday 29th of March 2024
0
نفر 0

ALLAHIN HAQQI

 

فأَمَّا حَقُّ اللهِ الأَكْبَرُفَإنَّكَ تَعْبُدُهُ لا تُشْرِكُ بهِ شَيْئاً،فَإذَا فَعَلْتَ ذَلِكَ بإخلاصٍ جَعَلَ لَكَ عَلَى نَفْسِهِ أَنْ يَكفِيَكَأَمْرَ الدُّنْيَا وَالآخِرَةِوَيَحْفَظَ لَكَمَا تُحِبُّ مِنْهَما.

«Sənin boynundakı bütün hüquqların ən böyüyü sayılan, Allahın haqqı budur ki, Ona ibadət edəsən və Ona heç bir şərik qərar verməyəsən. Hər vaxt Allahın bu haqqını yerinə yetirə bilsən və ixlasla bəzənə bilsən, Allah Özünə vacib etmişdir ki, dünya və axirətdə sənə kifayət etsin. Bu barədə, istədiyini sənin üçün saxlasın!.»

PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏSİNİN SON HƏDƏFİ, ALLAHA PƏRƏSTİŞDİR

Peyğəmbərlərin təkidli proqramlarından biri, insanı Allah müqabilində pərəstişə və hər cür şirkə qarşı mübarizəyə dəvət etsin. Quran bu barədə buyurur:

«Biz, hər ümmətə Allaha ibadət edin, tağutdan və təcavüzdən çəkinin deyə peyğəmbər göndərmişdik. Belə olan təqdirdə onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmış oldu. Yer üzündə gəzib dolanın görün ki, peyğəmbərlərə qarşı yalan nisbət verənlərin axırı necə oldu!» 

Yuxarıdakı ayədə, Allaha tərəf və Ona pərəstişə dəvət olunur. Allaha şərik qoşmağın müxtəlif cəhətləri ilə mübarizə etmək, bütün İlahi peyğəmbərlərin vəzifəsi kimi bəyan olunur. Onlar, bütün qüvvələri və qüdrətləri ilə bu yolda çalışmışlar və öz vəzifələrini ən yaxşı şəkildə icra ediblər. İnsanları bütpərəstlik, günəş və aypərəstlik, inəkpərəstlik və bəşərpərəstlikdən, Allahpərəstliyə tərəf çəkiblər.

ALLAHA PƏRƏSTİŞ FİTRƏTDƏ VAR

Allah müqabilində təvazökar olub ibadət etmək, bəşərin fitrətindəndir. Fitrətin mənalarından biri də meyldir. Bu meyl, bəşərin əsas vücudundan bir qismini təşkil edir və bütün insanlarda aşkar şəkildə özünü büruzə verir.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bu barədə buyurur:

«Bu dünyaya gələn hər bir uşaq, dünyaya, Allaha pərəstiş fitrəti və meyli ilə qədəm qoyur. Əgər bu meylin əksi olaraq yəhudi, xaçpərəst və ya məcusi olursa, bu iş onun ata-anasının tərəfindəndir.» 

Pisixoloqlar, insanın zatən və kəsbsiz olan meyllərinixatırlatmış və ondan "ali meyllər" ünvanı ilə ad aparmışlar. Deyirlər: İnsanın həqiqət axtarmaq meyli olduğu kimi, elm, hikmət və fəlsəfənin ardınca olmaq meyli də həmin meyldən sərçeşmə alır. Yəni, insanın zatən meyli var ki, həqiqəti və haqqı tanısın. Bu meyl, insanda uşaqlıq vaxtlarından başlayıb ömrünün sonuna qədər onda davam edir. Uşaqın hər şeylə maraqlanmaq hissi və ata-anasından müxtəlif suallar etməsi, həmin həqiqət axtarmaq hissindən qaynaqlanır.

O, əşyaların müxtəlif səbəblərə görə yaranması və yaradılışın sirrindən xəbərdar olmaq istəyir. İnsan, fəzilətlər və əxlaqi cəhətlərdən işlərə meyli olduğu kimi batində, zati cəhətdən yaxşılıq, ehsan və bir-birinə sədaqətdən ləzzət alır. Hər şəkildə olursa olsun, insanın gözəlliyə, gül-çiçək, çəmən, şəlalə və s. bəlkə də, bütün mənəvi, maddi və əxlaqi gözəlliklərə meyli vardır. Bu meyllərin heç birinin sübutunda dəlil və burhana ehtiyac yoxdur. İnsanın mütləq kamala çatmağa, elmə və hər şeyi yaradanın kim olmasına, bütün kamalların mənbəsinə və ona tərəf qayıdanlarının kim olmasına olan meyllərinidə sübut etməkdən ötrü dəlilə ehtiyac yoxdur.

Qurani-kərim insanın zatən, Allahı axtarma hissinə malik olması barəsində buyurur:

«Haqqtələb olduğun halda, diqqətini Allahın fitri olaraq insanlara verdiyinə tərəf et. Bu elə bir şeydir ki, Allah sizi o xasiyyətdə yaratmışdır. Bəs bu fitrət və hissiyyata həmişə nəzər et. Bu Allahın yaradılışıdır və onda heç bir dəyişiklik yoxdur!» 

Bu ayədə, dini iki mənadan biri kimi qələmə vermək olar:

1. Dinin hökmlərinin və əsas qanunlarının insanın fitrət və hissiyyatı ilə müvafiq olması.

2. Allaha tərəf meyl etmək, Quranın «İslam» adlandırdığı, Allah müqabilində təslim və təvazökar olmaq haləti və hər nəyin bu vəsfi özündə cəm etməsi ilə müsəlman adlandırılması.

Beləliklə, belə bir nəticə almaq olar ki, dinin fitri olması bu mənadadır ki, hər kəsin zatında və xüsusiyyətində bir növ, Allaha tərəf meyl etmək və Onun əhkamları və əmrləri müqabilində sırf şəkildə təslim olmaq meyli vardır.

Əmirəl-möminin Əli (əleyhissalam), Nəhcül-bəlağədə fitri din barəsində belə buyurur:

«Allah-taala, Öz elçilərini insanların arasına dalbadal göndərir ki, fitrət əhdinə vəfa etməyi onlardan tələb etsinlər.» 

Başqa yerdə Həzrət buyurur:

«Tövhid (la ilahə illəllah) və ixlas kəlməsi, insanın fitrətində var!» 

İNSANIN MÜSİBƏTLİ HALDA ALLAHA PƏNAH APARMASI, ONUN FİTRİ OLMASINA DƏLİLDİR

Fitri məsələnin dəlilə ehtiyacı olmasını qeyd etdiyimizə baxmayaraq, bəzən görürük ki, insan, vəzifə, məqama xatir öz məbudundan qafil olduğuna görə bütünlüklə unutqanlığa düçar olduğu halda, hər hansı bir hadisə, qəflətən onu yuxudan ayıldır və onun öz diqqətinin məbuduna cəlb olmasına səbəb olur. Bu halda insan, öz ehtiyac əlini Ona tərəf uzadır. Bununla da, başa düşür ki, bu iş insanın zatındadır. Lakin, qəflət və məqam tozu, müvəqqəti olaraq onun üstünü örtmüş və bu pərdə nə vaxt aradan getsə, insan Allahnı tanıyar. Məşhur hədislərdən birində oxuyuruq:

«Bir nəfər, İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gəlir və Allahşünaslıq barəsində öz təəccübüdən söz açaraq, ərz edir ki: Mən, elm pəhləvanları ilə mübahisə etmişəm lakin, heç biri Allahı mənə sübut edə bilməyiblər. Həzrət onu, fitrət yolu ilə təəccübə gətirərək soruşur: Ey Allahın bəndəsi! İndiyə kimi gəmidə olmusanmı? Dənizdə səfərin olubmu? Cavab verir: Bəli!

Həzrət buyurur: Heç olubmu gəmi batmaq halında olsun və sən də axırda bir taxta parçasından tutub dalğalar arasında qalasan? Cavab verir: Bəli!

Həzrət buyurur: Quraqlıq gözünə dəyməyən vaxt və heç kimin səni xilsa edə bilməyəcəyini bilən halda, qəlbində səni bu haldan hansısa bir qüdrətin nicat verə biləcəyi barədə fikirləşmisənmi? Cavab verir: Bəli! Buyurur: O qüvvə, Allahdır! O şəxs, bununla da dinsizlikdən nicat tapır.

İndi ki, Allaha tərəf meyl etməyin bəşərdə fitri olması sübut olundu və aydınlaşdı ki, bütün peyğəmbərlər insanların fitrətinin oyanmasından ötrü gəliblər, İmam Səccad (əleyhissalam)-ın ən böyük haqq hesab etdiyi "İbadət" barəsində bəhsə başlayırıq. O da Allaha ibadət etmək və şirkdən uzaq olmaqdır. Əvvəlcə, "ibadət" sözünün lüğətdə mənasını xülasə şəkildə araşdırıb daha sonra İslamda hansı əməllərin ibadət adlanmasından bəhs edəcəyik. Şirk nədir və hansı mərtəbələri var?

LÜĞƏTDƏ İBADƏT SÖZÜNÜN MƏNASI

Məşhur lüğətşünas Rağib İsfəhani, «ubudiyyət» və «əbd» sözünün mənası barəsində belə yazır:

"Ubudiyyət" (bəndəlik), insanın, Allah müqabilində özünü kiçik hesab etməsi vəzillətdə olmasını bilməsidir.

Amma, «ibadət», daha geniş mənaya malikdir. Çünki, ibadət, insanın nəhayət dərəcdə özünü kiçik hesab etməsi deməkdir. Bu cür ibadətə, hədsiz dərəcədə fəzilətlərə, bütün nemətlərə və cəmal-cəlal sifətlərinə malik olan layiqdir. O da yalnız, Allahdır. Ona görə də ibadət yalnız, Ona məxsudur.»

Bundan əlavə, Rağib əlavə edir: «İbadət iki növdür. Birinci ram olmaq ibadəti, o da budur ki, insan özünü Allaha itaətkar hesab etsin və bütün vücudunu Onun məxluqu bilsin.

İkinci qismi isə nitq və söz sahiblərinin ixtiyarında olan ibadətdir.

Quran surələrində, Allaha ibadət etməyi tövsiyə edən göstərişlər belə ibadət növündəndir. Belə ibadət, ixtiyari şəkildə insanın ixtiyari halda yerinə yetirdiyi ibadətdir.

"İtaət"lə "ibadətin" arasında fərq budur ki, ibadət yalnız, Allaha məxsusdur. Lakin, «itaət», həm Allaha, həmdə Ondan başqasına da aid olur. Məsələn, övladın valideyndən və qadının həyat yoldaşından itaətini qeyd etmək olar. Lakin, ibadət heç də belə deyil yalnız, Allaha məxsusdur.

QURANDA «ƏBD» SÖZÜNÜN MƏNASI

«Əbd» sözü, Quranda iki mənada gəlmişdir.

Birinci, bəndə, qul və məmluk. Necə ki, Allah-taala buyurur:

«Öldürülənlərdə sizin üçün qisas almaq hökmü qərara alındı. Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində.» 

Başqa surədə buyurur:

«Allah məsəl çəkdi, heç bir şeyə gücü çatmayan və özündən heç bir ixtiyarı olmayan qulu və məmluku.» 

Başqa bir ayədə yenə buyurur:

«Göylərdə və yerdə olan bütün məxluqatlardan bir eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.» 

«Əqrəbül-məvarid» kitabında yazır:

«Əbd» (Allahın qulu), istər azad, istərsə də qul olsun, insan mənasındadır.

«Əbd» sözü, aşağıdakı ayələrdə, «abid», "Allaha ixlasla itaət edən”, “ibadət və itaət" mənasında gəlmişdir:

«Ey Nuhla birlikdə gəmilərinə mindirdiyimiz insanların nəsli! Bilin ki, həqiqətən Nuh şükür edən bir bəndə idi.»

«Bəndəsini bir gecədə, Məscidül-həramdan Məscidül-əqsaya aparan Allah, pak və müqəddəsdir!»

«Və bəndəmiz Əyyubu da yad et!» 

Bu ayədə «əbd» sözü, layiqli bəndə, Allaha ən yaxşı ibadət edən mənasında işlənilib. Nuh, Əyyub və İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Allahın ən ləyaqətli bəndələrindəndirlir.

Allah barəsində iki növ ibadət var:

Birinci, halal və haram barəsində Allahın əmrlərindən itaət etmək. Bu ibadət, itaət və ya əmrə tabe olma adlanır. Necə ki, Allah-taala Quranda buyurur:

«Mənə ibadət et və Məni anmaq və zikr etmək üçün namaz qıl!»

«Mən cinləri və insanları Mənə ibadət etmək üçün yaratdım.»

«İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edərlər. Əgər ona bir xeyir toxunsa, qəlbi onunla sakitləşər. Yox, əgər ona bəla, müsibət üz versə, küfrə qayıdar. Beləsi dünya və Axirətdə ziyana uğrayar. O açıq-aşkar bir ziyandır.» 

Çox güman ki, axırıncı bu iki ayədə, «əbd» sözü, itaətkar olmaq və əmrə əməl etmək mənasında yozulur.

İbadət sözünün başqa mənası, qarşı tərəfi müqəddəs bilməklə onun müqabilində zəlil halında qalmaqdır. Yəni, bəndənin, Allah-taalanın müqabilində son dərəcədə öz təvazökarlıq və zillətini izhar etməsidir. Eyni halda, Onu bütün nöqsanlardan pak və bütün kamal sifətlərinə malik olan kimi nəzərə alsın. Nəticədə, İslamda, «Allaha ibadət» deməyin mənası budur ki, bəşər, Allahdan qeyrisinin müqabilində bəndəlik və ibadət etməkdən çəkinməlidir. Xüsusilə, hakimlər, padşahlar, cabbar və zalimlər müqabilində bəndəlik etməkdən çəkinmək lazımdır. İslam buyurur: «Xeyir və ziyan Allahın əlindədir.» Dünyadakı qüdrətlərdən heç birisi, xeyir və zərər verməyə qadir deyillər. Allah Quranda buyurur:

«De ki: Allahı qoyub sizə nə bir zərər və nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?»

«Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzinizi Allahdan diləyin.»

«Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Pərvərdigarınıza ibadət edin. Yaradılış Onun əlindədir.» 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment