Azəri
Thursday 25th of April 2024
0
نفر 0

QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ

 

Qüreyşin və digər qəbilələrin inadkarlıq üzündən Peyğəmbərdən (s) möcüzə tələb etdikləri haqda nazil olmuş rəvayətlərə dəlalət edən hədislər, kitabın əvvəlki fəsillərində işarə etdiyimiz ayələrin təfsirini bir daha təsdiq edir. Belə ki, «Təfsire Burhan»da deyilir: «Günlərin bir günündə Peyğəmbər (s) Kəbənin kənarında oturarkən Qüreyş qəbiləsindən bir neçə nəfər ona tərəf yaxınlaşır. Vəlid ibni Muğeyrə Məxzumi, Əbu Bəxtəri ibni Hişam, Əbu Cəhl ibni Hişam, Asim ibni Vail Səhmi, Abdulla ibni Bəni Uməyyə Məxzumi və həmən qəbilənin digər şəxsləri də onların arasında idi. Peyğəmbər (s), səhabələrinin biri ilə onlara Quran oxuyur və Allahın hökmlərini bəyan edirdi. Onlar Peyğəmbərdən (s) bir qədər uzaqlaşıb bir-birlərinə dedilər: Məhəmmədin dini ətrafa yayılıb, dediyi sözlər daha cəzzabiyyət və əzəmət tapmışdır. Gəlin bir tədbir görüb onun nüfuzunun artmasının qarşısını alaq. Harada görsək danlaq və tənqid atəşinə tutaq. Belə olduqda tutduğu mövqeyi zəifləyəcək və dediyi sözlərin heç bir təsiri olmayacaqdır. Getdikcə nüfuzu, ona yaxın olan şəxslərin yanında azalıb, etdiyi müraciət və çıxışları öz dəyərini itirəcəkdir. Nəhayət o, bu işindən əl çəkib insanları yoldan çıxarmayacaqdır. Buna nail olmadığımız təqdirdə daha sərt tədbirlərə əl atmalı olacağıq və onda bizimlə onun arasında qılınc hökm edəcək. Ona həmlə edib məhv edəcəyik.

Söz bu yerə çatdıqda Əbu Cəhl dedi: Bəs Məhəmmədlə danışığa girib onunla mücadiləni kim edəcəkdir?

Abdulla ibni Əbi Uməyyə dedi: Bu işi mən öz üzərimə götürürəm. Mənim nə qədər şücaətli və hazırcavab olduğumu özünüz yaxşı bilirsiniz. Əgər məni bu işə təyin etsəniz, elə bu saat Məhəmmədin yanına gedərəm. Əbu Cəhl dedi: Heç bir etirazımız yoxdur. Başda sən olmaqla onun yanına gedin və hamının adından özün danış. Birlikdə Peyğəmbərin (s) yanına gəlirlər və Abdulla sözə başlayaraq deyir:

Ey Məhəmməd! Düzünü desək böyük məqam iddiası edirsən!! Dediyin sözlər çox böyük və qəribədir!! Deyirsən guya aləmlərin Rəbbinin peyğəmbəri və yer üzərindəki nümayəndəsisən. Aləmlərin Rəbbinə sənin kimisini peyğəmbərliyə təyin etmək əsla yaraşmaz. Çünki, sən də bizim kimi bir insansan, bizdən fərqlənəsi heç bir xüsusiyyətin yoxdur. Bizim kimi yeyir, bizim kimi içir və bizim kimi küçə və bazarda yol gedirsən.

İran və Rum padşahlarının nümayəndələri olduqca dövlətli və böyük nüfuza malikdirlər. Onlar böyük imarətlərdə yaşayır, yüzlərlə kəniz və qulluqçu onlara xidmət edir.

Aləmlərin Rəbbi isə həmin padşah və onların nümayəndələrindən daha uca və daha əzəmətlidir. Və onlar Allahın bəndələridirlər. Onların nümayəndələri Allahın nümayəndələrindən üstün olmamalıdırmı!? Əgər Allah bizlərə peyğəmbər göndərmək istəsə, bu məqama hamıdan yoxsulunu deyil, varlı birisini təyin etməlidir. Belə isə əgər Quran həqiqətən Allah tərəfindən göndərilmişsə, nə üçün Məkkə və ya Mədinənin ən varlı və tanınmış şəxsiyyətlərindən birinə nazil olmamışdır?! Nə üçün Quran Məkkədə Vəlid ibni Muğəyrəyə və ya Taifdə Urvət ibni Məsud Səqəfiyə nazil olmamışıdır. Onlar ki, bu şəhərlərin ən varlı və ən tanınmış sakinlərindəndirlər?!

Abdulla sözlərini burada bitirdikdə Peyğəmbər (s) buyurdu: Ey Allah bəndəsi! Yenə deyəcəyin bir şey varmı?

Abdulla: Xeyr. Deyəcək bir sözüm yoxdur. Lakin bunu da demək istəyirəm ki, quraqlıqdan torpaqları cadar-cadar olan Məkkədə çeşmələr çıxarmayınca, dərələrdə dağlar yaratmayınca, özünün və bizim istifadə edə biləcəyimiz xurma və üzüm bağları və orada axar çaylar yaratmayınca, sənə iman gətirməyəcəyik. Və ya özün dediyin kimi, «əgər asiman onların başları üzərinə parça-parça düşərsə, yenə də deyərlər: bu parçalanmış buludlardan savayı bir şey deyildir.» Göylərdən yağış yağdırıb bizləri razı salasan. Bundan sonra bəlkə biz də bu sözləri deyək.

Abdulla sözlərinə davam edərək dedi: Əgər bütün bunları yerinə yetirsən belə, mələkləri bizim hüzurumuza gətirməyincə və biz onları yaxından görməyincə, özün üçün qızıldan qəsr yaradıb ondan bizlərə də tüğyan etməyimiz üçün ehtiyacımızı ödəyəcək qədər bəxş etməyincə, hətta göylərə qalxıb oradan bizim üçün bu məzmunda «bu kitab Allah tərəfindən, Abdulla ibni Ubey və onun tərəfdarlarına göndərilir ki, Məhəmməd ibni Abdullaha iman gətirsinlər. O, həqiqətən Mənim peyğəmbərimdir. Onun dedikləri təsdiq olunmalıdır. Çünki, onun dedikləri Mənim sözlərimdir.» bir şey gətirməyincə sənə iman gətirmərik.

Ey Məhəmməd! Bütün bunları yerinə yetirsən belə, bilmirəm sənə iman gətirəcəyəm ya yox. Çünki, əgər bizi özünlə göylərə qaldırıb oranın qapılarını bizim üzümüzə açsan, bəlkə də gözlərimizi bağlayıb bizi sehr etdiyini deyəcəyəm.

Peyğəmbər (s): İlahi! Sən hər şeyi eşidən və bilənsən. Bəndələrinin dediklərinə də hamıdan agahsan. Sonra üzünü Abdullaha tutub dedi: Rum və İran padşahları barəsində dediklərin və onların nümayəndələrinin, valilərin varlı və nüfuzlu şəxslər olduğu tamamilə doğrudur. Lakin Allahın qanun və hökmləri öz tədbir və müqəddəsliyi ilə onların hakimiyyət üsulundan və adət-ənənələrindən tamamilə fərqlidir. O, istədiyi hökmü verir və istədiyi şəxsi peyğəmbərliyə təyin edir. Əgər peyğəmbərlərini camaatdan fərqli olaraq ixtiyarlarında yüzlərlə kəniz və qulluqçu, cah-calallı qəsrlərdə yaşasaydılar, qürurlanaraq peyğəmbərlik məqamına xələl gətirməzdilərmi?! Belə olduqda bəşəriyyətin hidayəti süstləşərək uçruma yönəlməzdimi?!

«Əgər həqiqətən peyğəmbər olsaydın, sənin həqqaniyyətinə şəhadət verəcək bir mələk gətirərdin. Və biz də onu öz gözlərimizlə görüb şəhadət verərdik» deməyin isə çox qəribədir. Çünki, əvvəla mələklər gözlə görüləsi bir məxluq deyillər. Mələk havaya bənzər zahiri bir varlıqdır.

Mələkləri mənəvi gözlərinizlə görmənizi fərz etsək də, onları gördükdə deyəcəksiniz: Bunlar mələk deyillər, bəşərdirlər. Çünki, əgər mələk sizə görünməli olarsa, ünsiyyətdə olduğunuz şəxs kimi zahir olar. Və beləliklə siz onunla sərbəst danışa bilər və peyğəmbərin həqqaniyyətinə dair verdiyi şəhadəti dərk edə bilərsiniz. Belə olduqda isə deyəcəksiniz ki, «o adi bir insandır və sənin xeyrinə mələyin adından şəhadət verir».

Sonra məni sehrkarlıqda ittiham edərək deyərsən. Sən sehirlənmişsən. Sənin bu sözün olduqca yersiz və əsassızdır. Əql və dərrakəmin sizdən üstün olduğunu çox yaxşı bilirsiniz, amma buna baxmayaraq yenə də məni sehrlənmiş adlandırırsınız. Məni tanıdığınız gündən qırx yaşı arxada qoyduğum bu günə qədər məndən səhv və yersiz bir iş görmüsünüzmü? Yalan və nalayiq sözlər danışdığımı, əqlə zidd olan bir hərəkət etdiyimi görmüsünüzmü? Bu müddət ərzində həyatın şirinli-acılı günlərini görən, həyatın bütün çətinliklərinə sinə gərən, amma bütün bunlara baxmayaraq bir dəfə də olsun günaha düçar olmayan bir şəxs, ilahi və mənəvi qüvvədən başqa ayrı bir şeyə arxalana bilərmi?

«Quranın Məkkə və ya Mədinənin varlı və nüfuzlu sakinlərindən birinə nazil olmadığı» haqda verdiyin sualın cavabı isə bəllidir. Çünki, Allah-taala, insaniyyətin kamal və əzəmətini siz düşündüyünüz kimi var-dövlətlə qiymətləndirmir. Dünyadakı var-dövlət onun üçün heç bir əhəmiyyət kəsb etmir. Siz iqtidarda olan bəzi varlı şəxslərdən qorxduğunuz üçün onları hər bir məqama, hətta peyğəmbərliyə belə layiq bilirsiniz.

«Yerdən çeşmələr çıxarmayınca sənə iman gətirməyəcəyəm» deməyin də irəli sürdüyün digər şərtlər kimi məntiqsiz və tamamilə əsassızdır. Çünki, siz bununla yanaşı elə bir möcüzələr göstərməyimi tələb edirsiniz ki, onların həyata keçməsi sadəcə olaraq qeyri-mümkündür. Onlardan bəziləri həyata keçsə də, peyğəmbərliyi sübuta yetirəcək dəlil hesab etmək olmaz. (Məsələn çaylar axan xurma və üzüm bağlarına malik olmaq və s.) Məhəmməd bir Allah peyğəmbəridir. Camaatın cəhl və nadanlığından sui-istifadə etmək və peyğəmbərliyin həqqaniyyətini və dəlalət etməyən dəlillərə istinad etmək isə onun şənindən uzaq və təsəvvür olunmazdır.

Tələb etdiyin möcüzələrin bəziləri əgər həyata keçərsə, sizin həlak olmağınıza səbəb ola bilər. Bir halda ki, peyğəmbər öz həqqaniyyətini sübuta yetirmək üçün insanları həlak deyil, məntiqə əsaslanan möcüzələr göstərir. Sən bu kimi möcüzələri tələb etməklə öz həlakətini istəmiş olursan. Allah-taala öz bəndələrinə qarşı olduqca mehriban və diqqətlidir. O, insanların nəyə ehtiyac duyduqlarını onların özlərindən daha yaxşı bilir. Allahı və mələklərin görünməsinin, Allahdan məktub gətirilməsini tələb etməyin isə sadəcə olaraq qeyri-mümkündür.

İrəli sürdüyün tələblərdən belə məlum olur ki, məqsədin həqiqəti dərk etmək deyil, inadkarlıq üzündən müxtəlif bəhanələrə əl ataraq Allahı və Onun peyğəmbərini istehza etməkdir. Lakin Allah və Onun peyğəmbəri bu cür böhtan və istehzalardan uzaq və münəzzəhdir. Sözün qısası, gətirdiyin bəhanələr icra olunmayacaq və onlara müsbət cavab verilməyəcəkdir.

İndi isə ayrı-ayrılıqda verdiyim mənfi cavablara təmkinlə qulaq as.

1. «Quraqlıq səhrada çeşmələr çıxarıb orada çaylar axan xurma və üzüm bağları yaradılması» barəsində irəli sürdüyün birinci tələbin cavabında deyə bilərəm ki, sənin irəli sürdüyün bu tələb cəhalət və nadanlığından irəli gəlir. Onu da deyim ki, ilhai möcüzələrdən heç bir məlumatı olmayan bir insansan.

Əgər tələblərinin hər birini yerinə yetirərəmsə və dediyin hər bir şeyə malik olaramsa, onda həqiqətən peyğəmbərmi olacağam?!

İrəli sürdüyün bütün bu tələb buna bənzəyir ki, sanki demiş olursan durub qarşımda bir qədər yol getsən peyğəmbərliyini qəbul edəcəyəm!! Məgər sənin havadarlarının Taifədə çay altından çaylar axan xurma və üzüm bağlarınız yoxdurmu? Məgər siz onlara malik olmaqla peyğəmbər olmusunuzmu ki, mən də bu bağlara yiyələnməklə peyğəmbər olum.

2. Göylər parça-parça olub başlarınız üzərinə töküldükdə məgər həlak olmayacaqsınızmı?! Belə bir tələbi irəli sürməklə Allah peyğəmbərinin sizi həlak etməyinimi istəyirsiniz? Lakin o, sizin təsəvvür etdiyinizdən daha mehriban və sizə qarşı daha səmimidir. O, sizi həlak deyil, əksinə olaraq ilahi dəlillər gətirməklə haqqa hidayət edəcək. Lakin daha bir mühüm məsələyə diqqət yetirməlisiniz ki, Allah-taala gətirdiyi dəlilləri insanların istək və iradəsi ilə deyil, öz hikmət və tədbiri əsasında həyata keçirir. Çünki, insanlar bəzən bu kimi məsələlərdə nəyin onun xeyirinə və nəyin onun zərərinə olduğunu ayırd edə bilməyib, tələb edərək özünü fəlakətə düçar etmiş olar. Ey Abdulla, məgər bu vaxta qədər görmüsənmi ki, həkim xəstənin istəyilə onu müalicə və qazi şikayətçinin istədiyi dəlilə istinad etmiş olsun?!

3. «Qızıl qəsrə malik olmağıma» gəldikdə isə deməliyəm ki, bunu heç də peyğəmbərliyimə dəlalət edəcək dəlil hesab etmək olmaz. Misir padşahlarının qızıl qəsrlərə malik olduqlarını eşitmisənmi?

Abdulla: Bəli.

Peyğəmbər (s): Onlar bu qəsrlərə malik olmaqla peyğəmbərlik məqamına çata bilmişlərmi?

Abdulla: Xeyr.

Peyğəmbər (s): Belə isə Məhəmməd də qızıl qəsrələrə malik olmaqla peyğəmbərlik məqamına nail ola bilməz. Bil ki, Məhəmməd sənin savadsızlığından (cəhalətindən) istifadə edib öz peyğəmbərliyini sabit etmək istəmir.

Bütün bunlarla yanaşı «göylərə qalxıb oradan Allah-taala tərəfindən məktub gətirməyimi» tələb və yalnız belə olduqda iman gətirəcəyini bildirirsən. Bu da əsassız bəhanədən savayı bir şey deyildir. Çünki, göylərə qalxmaq, oradan enməkdən daha çətindir. Özün etiraf edirsən ki, «göylərə qalxmağın iman gətirməyinə səbəb olmayacaqdır». Belə olduğu bir halda oradan məktub gətirməmi necə təsdiq edəcəksən. Lakin bütün bunlara baxmayaraq axırda bir daha tərəddüdlə iman gətirib-gətirməyəcəyini etiraf edirsən!! Demək sən Allah-taalanın dəlilləri qarşısında inadkarlıq edirsən. Sən və sənin havadarların bəhanə axtaran və haqqa göz yuman inadkar insanlarsınız.

Allah-taala kitabında sizlərə cvavab olaraq buyurur:

«De ki Ey Məhəmməd! Allah [Onun barəsində düşündüklərinizdən] pak və münəzzəhdir. Mən yalnız peyğəmbərliyə göndərilmiş bir bəşərəm. Onun adından nə hökm verir, nə də istədiyim möcüzələri ondan tələb edirəm.»


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?
QUR᾽ANDA YARADILIŞIN SİRLƏRİ
Həzrət Zeynəb (ə.s)
Milli mətbuatın milli düşmənləri
Böyük günahlar
SƏCDƏ AYƏSİNİN TƏFSİRİ
Ey göz, səy et, çox ağla..."
HƏZRƏT ƏBULFƏZL ABBASIN (Ə) TƏVƏLLÜDÜ
Həft-i Tir hadisəsi və Müqəddəs Müdafiə illərində Şəhid olanların ailə ...

 
user comment