Azəri
Saturday 20th of April 2024
0
نفر 0

HACI AXUND TÜRBƏTİNİN VƏFATI


Vəfat etməsi çox maraqlı olan ilahi övliyalardan biri mərhum hacı axund Türbəti idi. O, məşhur xətib mərhum Hüseynəli Raşidin atasıdır.

O, «Unudulmuş fəzilətlər» adlı kitabında atasının şərhi-halını onun vəfat etməsini belə bəyan edir:

VƏFATDAN BİR HƏFTƏ QABAQ

Ailə üzvülərimizin ondan müşahidə etdiyi mühüm hadisələrdən biri bu idi ki, atam 1322-ci şəmsi ilinin mehr ayında şənbə günü (1362-ci hicri qəməri ilinin şəvval ayının 17) gün çıxandan iki saat sonra vəfat etdi. O, həmin zamanlarda sübh namazını üzü qibləyə uzandığı halda (ehtizar halında) qılmışdı. Üzünü qibləyə çevirmiş son anlarda ayıqlığı çoxalmışdı. Ahəstə zi kəlmələr deyirdi. Özü başa düşmüşdü ki, axırıncı anlarını yaşayır. Ona görə dediyi axırıncı kəlmə «La ilahə illəllah» sözü idi.

SALAM OLSUN SƏNƏ, YA RƏSULƏLLAH!

Keçən həftənin bazar günü sübh namazını qıldıqdan sonra üzü qibləyə uzandı əbasını üzünə çəkdi. Gözlənilmədən bacadan saçan günəş işığı kimi bir nur onu əhatə etdi. Bədəni başdan ayağadək nuraniləşdi, uzun xəstəlik nəticəsində saralıb solmuş çöhrəsi birdən-birə şəffaf nur verməyə başladı, hətta üzərinə çəkilmiş nazik əbanın altından da belə görünürdü. Sonra dedi: Əssəlamu əleykə ya Rəsuləllah! Siz mənim kimi zəlil bir bəndəni görməyə gəlmisiniz.

Sonra onun görüşünə bir-bir gələnlərin pişvazına çıxır, o cümlədən Əmirəl-minin Əli (ə) bir-bir imamları qarşılayırdı. Nəhayət on ikinci imama salam verdi onların gəlişindən minnətdarlığını bildirdi. Sonra həzrət Fatimeyi Zəhra (ə)-a salam verdi, daha sonra həzrət Zeynəbə salam verdi ağlayaraq dedi: Bibi, mən sizin üçün çox ağlamışam.

SALAMA OLSUN ANAMA!

Sonra anasına salam verib dedi: Anacan, səndən çox minnətdaram, sən mənə pak süd vermisən.

Bu vəziyyət gün çıxandan iki saat sonraya qədər davam etdi. Sonra bədənində zahir olmuş nuranilik yavaş-yavaş aradan getdi əvvəlki xəstəlik solğun vəziyyətinə qayıtdı canını tapşırdı.

HÜSEYNƏLİ, MƏNƏ ƏZİYYƏT VERMƏ!

Bu iki gün arasında mən ona dedim: Biz Peyğəmbərlərdən böyük şəxsiyyətlərdən rəvayət nəql edirik arzu edirik ki, kaş özümüz bu işləri dərk edib başa düşək. İndi ki, sən mənə yaxın adamsan, belə halət baş verdikdə ürəyim istəyir ki, onun olduğunu deyəsən.

Atam sükut etdi heç demədi. İki-üç dəfə təkrar etdim, yenə cavab vermədi. Dördüncü ya beşinci dəfə dedi: Hüseynəli, mənə əziyyət vermə!

Dedim: Mənim məqsədim bu idi ki, bir şey başa düşüm.

Dedi: Mən səni başa sala bilmərəm, get özün başa düş.

Onun bu vəziyyəti mənim, anam, qardaş-bacılarım bibim üçün hələ müəammalı şəkildə qalmaqdadır. Hətta bu mətləbləri yazdığım vaxtda belə, 1354- ilin tir ayının 24-ü sübh saat 9-30 dəqiqəyə qədər (1395-ci hicri qəməri ilinin rəcəb ayının 5) hələ bu məsələni başa düşə bilməmişəm. Yalnız bunu deyirəm ki,  atamın vəfatından qabaq onda belə bir halət müşahidə olunmuşdu.

Unudulmuş fəzilətlər» səh.149.)


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...
ƏR-ARVAD RABITƏLƏRI
VƏLİYYİ ƏSR İMAM ZAMAN (Ə)-IN İMAM CAMAATA HƏVALƏ VERMƏSİ
YUXUDA DA ALLAHI YAD ETMƏK
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR
Həzrəti Əli (ə) kimdir?

 
user comment