Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

İmam Həsən Əskəri əleyhissəlamın təhlükəsizlik təbdirləri

 

Dediklərimizdən əlavə, əldə olan bir sıra tarixi sübutlar bir tərəfdən Abbasilərin İmama və eləcə də, o Həzrətin şiələrinə qarşı yönəltdiyi hiylə və xaincəsinə işlətdikləri planların nə dərəcədə olduğunu, digər tərəfdən isə İmamın çox diqqətli olduğunu və həyata keçirdiyi təhlükəsizlik tədbirlərini müəyyənləşdirir. Aşağıda qeyd edilmiş məqamları buna dair nümunə göstərmək olar:

1) Əbu Haşim Davud ibn Qasim Cəfəri deyir:  “Biz bir neçə nəfər zindanda olarkən İmam Həsən Əskəri (əleyhissəlam) və qardaşı Cəfəri də zindana gətirirlər. İmam Həsən Əskəri əleyhissəlama hörmət əlaməti olaraq ona xidmət etmək məqsədilə, o Həzrətə yaxınlaşdıq. Orada bizimlə birgə əcəm (qeyri-ərəb) bir şəxs də var idi və o, Ələvilərdən olduğunu iddia edirdi. İmam diqqətini ona cəlb edib buyurdu: “Əgər aranızda sizdən olmayan bir şəxs olmasaydı, sizin nə vaxt azad olcağınızı deyərdim.” Sonra isə həmin əcəm şəxsə buyurdu ki, qırağa çıxsın. O da qırağa çıxdı. Sonra o Həzrət buyurdu: “O, sizin danışdıqlarınız barədə xəlifə üçün məlumat toplayıb onu kağıza yazaraq paltarlarının arasında gizlətmişdir.” Orada olanlardan biri onun paltarlarını axtarıb yazdığı məlumatı tapdı. Bizim haqqımızda çox əhəmiyyətli, eyni zamanda təhlükəli məlumatlar yazmışdı.”

Bu hadisədən belə başa düşülür ki, Abbasilər İmama və şiələrə nəzarət etmək məqsədilə hətta zindanda da, onların üstündə gizli nəzarətçi saxlayırmışlar.

2) İmam Həsən Əskəri əleyhissəlamın Əhməd ibn İshaq adlı bir səhabəsi deyir: İmam Həsən Əskəri əleyhissəlamın hüzuruna gedib ondan bir şey yazmasını xahiş edərək dedim: “Sizin xəttinizi görmək istəyirəm, qoy bir məktub gəldikdə xəttinizi tanıyım” (və düşmən sizin adınızdan məktub yaza bilməsin). O Həzrət buyurdu: “Mənim xəttim (bir məktubda) bəzi hissələrdə nazik qələmlə, bəzi hissələrdə isə enli qələmlə yazılmışdır. Əgər bir məktubda bu cür xətt fərqi görsən, qorxma (mənim məktubumdur)...”

3) İmamın səhabələrindən biri deyir: “Biz bir neçə nəfər Samirra şəhərinə getdik. Gözləyirdik ki, İmam Həsən Əskəri (əleyhissəlam) evdən çıxsın və biz onu küçədə görək. Bu vaxt o Həzrətdən bizə bu məzmunda bir məktub yetişdi: “Heç biriniz mənə salam verməyin, heç biriniz də mənə tərəf yaxınlaşmayın. Çünki bu, sizin canınız üçün təhlükəyə səbəb olar.”

4) Əbdüləziz Bəlxi deyir: “Bir gün qoyun bazarına tərəf gedən küçədə oturmuşdum. Birdən şəhər darvazasına tərəf gedən İmam Həsən Əskəri əleyhissəlamı gördüm. Ürəyimdə dedim yaxşı olar ki, “Ey camaat, bu, Allahın hüccətidir, onu tanıyın!” – deyə qışqırım. Ancaq fikirləşdim ki, onda məni öldürərlər. O Həzrət mənə yaxınlaşarkən mən ona baxdıqda, barmağını ağzına tutub mənə işarə etdi ki, sakit olum. Mən tez ona tərəf gedib əl-ayağını öpməyə başladım. O, mənə buyurdu: “Ehtiyatlı ol, əgər bu sirri faş etsən, həlak olarsan.” Həmin gün axşam İmamın hüzuruna getdim. O Həzrət mənə buyurdu ki, gərək sirri saxlayasınız, yoxsa öldürülərsiniz. Özünüzü həlak etməyin!”

5) İmam Həsən Əskəri əleyhissəlamın dövründə Ələvilərdən biri işləmək məqsədilə Samirradan çıxıb Cəbəl (İranın Qərb hissəsindəki dağlardan Həmədan və Qəzvinədək olan ərazi) şəhərlərindən birinə gedir. İmamın dostlarından olan hələvanlı bir şəxs onunla rastlaşıb soruşur: Haradan gəlmisən?

— Samirradan.

— Filan məhəllə və küçəni tanıyırsan?

— Bəli!

— İmam Həsən Əskəri əleyhissəlamdan xəbərin varmı?

— Xeyr!

— Bura nə üçün gəlmisən?

— İşləmək üçün.

— Mənim əlli dinar pulum var, onu götür, birlikdə Samirraya gedək. Məni orada İmam Həsən Əskəri əleyhissəlamın evinə apar.

Ələvi şəxs qəbul edib onu İmamın evinə aparır...

Bu hadisədən məlum olur ki, hökumətin ciddi təqibi nəticəsində İmam Həsən Əskəri əleyhissəlamın yanına getmək həddən artıq çətin olmuşdur. Bundan əlavə, Hələvandan olan kişinin Ələvi şəxsə onu İmam Həsən Əskəri əleyhissəlamın evinə aparmasına görə bu məbləğdə pul verməsi, o dövrdə İmamla görüşməyin nə qədər əhəmiyyətə malik olduğunu göstərir. Çünki o vaxt əlli dinar pul böyük məbləğ olmuşdur. Ona görə ki, bəzi alimlər (tarixçilər) o vaxt bir dinarı bir dəvənin pulu (bir dəvəyə bərabər) hesab etmişlər.  Deməli, o vaxtın əlli dinarı dəyər baxımından indiki dövrdə əlli dəvənin qiymətinə bərabər olmuşdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İİR XİN- C. Zərif Qədr gecələrini Vyana İmam Əli Mərkəzində keçirtdi
İmam Cə`fər Sadiq (əleyhissəlam)
Şeyx Əli Salman BMT-yə etiraz etdi BMT də Bəhreyn hakimiyyətini tənqid etdi
Osmanın dövründə:
HƏMAS Qəzza və Qərb sahilində seçkilərin keçirilməsinə səslədi
Əsgər analarına dəstək" İctimai Birliyi “Ərbəin - İkinci Aşura” adlı ...
Sionistlərin qorxduğu həyata keçdi, Sünni Müftisi: "İran İslam Respublikası ...
Səud rejiminin Yəmən xalqına qarşı cinayətləri səngimir, 9 qadın və bir ...
Almaniyanın Botrop şəhərində Aşura mərasimi
İraq Ali İslam Məclisinin sədri bir daha əcnəbilərin hərbi iştirakı ilə ...

 
user comment