Azəri
Friday 19th of April 2024
0
نفر 0

İmam Həsən Əskəri əleyhissəlamın müasiri olmuş xəlifələr

 

İmam Həsən Əskəri (əleyhissəlam) İmam olduğu qısa müddət ərzində bir-birindən zalım olan üç Abbasi xəlifəsinin müasiri olmuşdur. Bu üç xəlifə aşağıdakılar olmuşlar:

1) Əl-Mötəzz Billah (252–255 h.q);

2) Əl-Mühtədi Billah (255–256 h.q);

3) Əl-Mötəmid (256–279 h.q).

Qiyama başladıqları ilk gündə Ələviləri himayə etmək və Bəni-Üməyyədən onların intiqamını almaq adı ilə ayağa qaxmış Bəni-Abbas, camaata verdiyi vədlərə əməl etməkdən imtina edərək Bəni-Üməyyə xəlifələri kimi, bəlkə onlardan da çox zülm etməyə, özbaşınalığa başlayırlar. İmam Həsən Əskəri əleyhissəlamın dövründə yaşamış Abbasi xəlifələrinin çirkin əməllərini göstərmək üçün onların hakimiyyətinə və bu müddət ərzində baş vermiş hadisələrə qısa nəzər salaq.

1. Əl-Mötəzz

Mötəzz Mütəvəkkilin oğlu olub xəlifə Müstəinin hakimiyyətdən salınmasından sonra (252. h.q) xilafət başına keçərək öz əcdadlarının yolunu davam etdirmişdir.

Mütəvəkkilin ölümündən sonra dövlətin mühüm vəzifələrini türklər ələ keçirərək hakimiyyəti ələ alaraq xəlifə onlara rəhbərlik etmək əvəzinə onlar xəlifəyə rəhbərlik edirlər. Əgər xəlifə onların dediyinə əsasən hərəkət etməsəydi, dərhal onu devirər, ya da qətli üçün plan cızardılar. Aşağıda qeyd edəcəyimiz hadisə də bu həqiqəti sübut edir:

Bir gün Mötəzz öz yaxın adamlarını bir yerə toplayır. Sonra bir münəccim çağırtdırıb hakimiyyətdə olacağı müddəti müəyyənləşdirmək istədi. Bu zaman məclisdə hazır olub peşəsi lətifə danışmaq olan bir şəxs deyir: “Mən onun nə qədər hakimiyyətdə olacağını və hətta nə qədər yaşayacağını münəccimdən daha yaxşı bilirəm.” Sonra isə öz fikrini belə açıqladı: “Nə qədər ki, türklər onu (Mötəzzi) himayə edib hakimiyyətdə qalmasını istəyirlər, o, hakimiyyətdə qalacaq, ancaq elə ki onların əlaqəsi ondan kəsildi, həmin gün onun hakimiyyətinin sonudur.”

Mötəzzin öldürülməsi

Türklərin sarayda böyük nüfuza malik olması nəticəsində vəziyyət elə alınmışdı ki, xəlifə ancaq simvolik bir məna daşıyır, bütün işləri isə türklər yerinə yetirirdi. Bir gün bir dəstə türk Mötəzzin sarayına girib onu sürüyə-sürüyə bir otağa aparırlar. Sonra onu kötəklə döyüb köynəyini yandırır, özünü isə sarayın həyətində günün altında qoyurlar. Həmin gün hava həddən artıq isti idi və heç kim ayağını yerə basa bilmirdi. Türklər Mötəzzi hakimiyyətdən çıxardıb bir neçə nəfəri də buna şahid tutdular. Sonra isə vəzifədən kənarlaşdırılmış xəlifəni öldürmək məqsədilə bir nəfərə tapşırırlar. Ona deyirlər ki, onu öldürmək üçün ac-susuz saxla, çoxlu əziyyət ver. Beləliklə, yarımcan olmuş xəlifəni bir sərdabəyə salıb sərdabənin qapısını bağlayırlar və Mötəzz diri-diri torpağa basdırılır.

2. Əl-Mühtədi

İmam Həsən Əskəri əleyhissəlamın müasiri olmuş ikinci, ümumilikdə isə on dördüncü Abbasi xəlifəsi olmuş Mühtədi hicrətin iki yüz əlli beşinci ilində qardaşı Mötəzzin ölümündən sonra hakimiyyətə gəlir. O da qardaşı kimi heç bir sərbəstliyə malik olmur və Abbasilər sarayındakı türklərin oyuncağına çevrilir. Mühtədi digər Abbasi xəlifələrilə müqayisədə ədalətli və orta səviyyəli bir şəxs olmuş, əxlaq, rəftar və davranış baxımından Bəni-Üməyyə xəlifələri arasında Ömər ibn Əbdüləzizdən heç də geri qalmırdı. O, bəzi vaxtlar deyirdi: “Əməvi xəlifələri arasında heç olmasa bir nəfər (Ömər ibn Əbdüləziz) ədalətli xəlifə olmuşdur. Bizim üçün eybdir ki, Abbasi xəlifələri arasında bir nəfər ona oxşamasın.” Buna görə də, o da Ömər ibn Əbdüləziz kimi mümkün qədər camaatın şikayətlərinə yetişir, yemək-içmək və geyimdə nisbətən ədaləti qoruyurdu. O, hakimiyyətə gəldikdən sonra saraydan əyləncə və şərab məclislərini yığışdırdı. Tarixçilər bu barədə kifayət qədər yazmış və onun bu hərəkətini təqdirəlayiq bilmişlər.  Belə nəzərə çarpır ki, Mühtədinin bu işdən məqsədi siyasi-ictimai gedişatı qorumaq olmuşdur. O, yaxşı başa düşürdü ki, cəmiyyət arasında ondan da layiqli və savadlı şəxslər var və belə olduğu halda, o, hökuməti onlara təhvil verməli, özü isə kənara çəkilməlidir. Bu hərəkətləri ilə o, özünə sosial baza toplamaq istəyirdi. Yoxsa tarixçilər demişkən günlərini oruc halında keçirib duz-çörək və sirkə ilə iftar edən şəxs öz nəfsini elə ram etməlidir ki, əsla hakimiyyət fikrində olmasın. Halbuki, Mühtədi də qardaşı Mötəzz kimi öldürüldüyü günə qədər hakimiyyətdə olmuşdur. Tarix onun kimi xəlifələri çox görüb və bu cür hərəkətlərin İlahi məqsəd daşıması ağıla batası deyil. Mühtədinin dünyatələb və zalımlığının ən aşkar sübutu budur ki, o, İmam Həsən Əskəri əleyhissəlamı həbs etdirir və o Həzrət onun hakimiyyətinin son gününə qədər zindanda qalır. Hətta Mühtədi İmamı öldürmək fikrinə də düşmüşdü.

3. Əl-Mötəmid

İmam Həsən Əskəri əleyhissəlamın müasiri olmuş üçüncü Abbasi xəlifəsi Mötəmid olmuşdur. İmam Həsən Əskəri (əleyhissəlam) İmamət dövrünün dörd ilini onun hakimiyyəti vaxtında keçirmişdir. Mötəmid hicrətin iki yüz iyirmi doqquzuncu ilində anadan olmuş, iki yüz əlli altıncı ildə türklər vasitəsilə hakimiyyətə gəlmiş və iki yüz yetmiş doqquzuncu ildə vəfat etmişdir. Tarixçilər (Mötəmidin əmisi oğlu) Mühtədi  barədə təqdirəlayiq sözlər yazıb onu nisbətən tərifləmişlərsə, ondan fərqli olaraq Mötəmidin əxlaq pozğunluğuna dair kifayət qədər məlumat yazmışlar. Hamı yekdilliklə qeyd etmişdir ki, o, kef-damağ, eyş-işrət vurğunu olmuş və əsla camaatın çətinliklərinə yetişməmişdir. Buna görə də, camaat ondan əl götürmüş və onun qardaşı Müvəffəqə (Təlhəyə) ümid bəsləmişdi. Mötəmidin başı həddən artıq əyyaşlığa qarışdığından,  hakimiyyəti onun qardaşı Müvəffəq idarə edirdi. Tarixçilər Müvəffəqin Mötəmidin xəlifə olduğu müddət ərzində iqtidarda olduğu barədə yazırlar: “Zahirdə Mötəmidin xəlifə olmasına baxmayaraq, hökuməti əsas idarə edən Müvəffəq olmuşdur və Mötəmidin yalnız quru adı var idi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...
İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi

 
user comment