Azəri
Saturday 20th of April 2024
0
نفر 0

ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ

 

Peyğəmbər Əhli-beytindən olan məsum İmamlar islami hökumətə rəhbərlikdən məhrum edildikdən sonra bütün diqqət və səylərini Allahın istədiyi səhih tərzdə müsəlmanların əxlaqi cəhətdən saflaşdırılmasını, təlim-tərbiyəsinə sərf etdilər. Məsum İmamlara məhəbbət bəsləyənlərə və özlərinin etimad etdiyi şəxslərin təlim-tərbiyəsinə İslam məarifini hökm və qanunlarını onlara öyrətmək üçün, onlara faydalı, yaxud ziyanlı olan şeylərlə agah etmək üçün xas diqqət yetirib səy göstərirdilər.

Bir kəsi öz şiələri və tabeçiləri kimi, yalnız tam mənada Allahın fərmanlarına müti, həvayi-nəfsə itaətdən çəkinən, İmamların təlim və yol göstərməlirinə əməl edən olduqda qəbul edirdilər.

Onlarla sadəcə dostluğu nicat üçün kafi bilmirdilər. Necə ki, bəziləri günah və şəhvətdə qərq olur, İmamlarla dostluğu isə bəhanə gətirirlər. Halbuki, İmamlar, onlara məhəbbət və dostluğu, yalnız saleh əməl, düzlük, əmanətdarlıq, vərə və təqvalılıqla yanaşı olduqda nicat və qurtuluş vasitəsi hesab edirlər.

Xəysəmə deyir ki, İmam Baqir (əleyhis-salam)-ın hüzuruna gedib onunla vidalaşmaq istəyəndə, mənə buyurdu:

Ey Xəysəmə! Bizim dostlarımıza (bizim bu peyğamı) çatdır ki, biz onların nicatı üçün Allah tərəfindən, özlərinin saleh əməlləri olmadan heç bir iş görə bilməyəcəyik. Onlar bizim vilayət və dostluğumuza yalnız vərə və təqvalılıqla çata bilərlər. Qiyamət günü o kəs hamıdan artıq xəsarət və ziyanda olacaq ki, ədaləti başqaları üçün vəsf edib, özü onunla müxalifət etmiş olsun.

İmamlar (əleyhimüs-salam) saleh əməldən əlavə, öz şiələrindən istəmişlər ki, haqqa dəvət edən, xeyrə, səadətə yol göstərən olsunlar. O cənabların nəzərində əməl ilə dəvət, dil ilə dəvətdən qat-qat təsirlidir. İmam Sadiq (əleyhis-salam) buyurur:

Xalqa dilinizdən başqa şeylə (əməllə) yol göstərib hidayət edin. Onlar gərək sizdən ictihad (səy) sidq və vərə görsünlər.

Bəhsin bu hissəsində İmamların xalqın əxlaqi cəhətdən saflaşdırılmasına nə qədər təkid etdiyi məlum olsun deyə, onların bəzi şiələrlə olan söhbətlərini qeyd edirik.

1. İmam Baqir (əleyhis-salam)-ın Cabir Cofi ilə söhbəti:

Ey Cabir! Şiə olduğunu iddia edən bir şəxsin Əhli-beytlə dostam deməsi kifayətdirmi? Allaha and olsun ki, bizim şiələrimiz yalnız Allah qarşısında təqvalı olub Ona itaət edənlərdir.

Bizim şiələr bu xüsusiyyətlərlə tanınarlar: Onlar təvəzökar, Allahın əzəmətindən qorxan, əmanətdar, Allahı çox-çox yad edən olub namaz və oruc əhlidirlər. Ata-anaya ehtiram qoyurlar, fəqir, yetim və borclu qonşulara qarşı mehriban, düz danışandırlar; Quran tilavət edərlər, ağızlarını xalq arasında yaxşılıqdan başqa bir şeyə açmazlar. Öz qohumları üçün hər şeydə əmanətdardırlar.

Allah qarşısında təqvalı olun! Allahın mükafatını qazanmaq üçün əməl edin. Allahın heç kimlə qohumluğu yoxdur. Allah dərgahında ən çox sevilən bəndə–təqvalı və Ona çox itaət edən bəndədir.

Ey Cabir! Allaha and olsun ki, biz Allahın dərgahına itaətdən başqa bir şeylə yaxınlaşa bilmərik; kimsəni Cəhənnəm odundan xilas etmək üçün bərat kağızımız yoxumuzdur. Heç kəsin də Allaha qarşı dəlili, höccəti yoxdur; hər kəs Allaha itaət etsə, bizim dostumuz və Ona qarşı asi olsa, bizim düşmənimizdir. Bir kəs bizim vilayət və dostluğumuza təqva və əməldən başqa bir şeylə çata bilməz.

2. İmam Baqir (əleyhis-salam)-ın Səid ibnil-Həsən ilə söhbəti.

Səid ibni Həsən deyir:

İmam Baqir (əleyhis-salam) Səidə buyurdu: –(Sizin aranızda belə bir qayda varmı ki,) biri öz din qardaşının yanına gedib əlini onun kisəsinə salsın və ehtiyacı olan qədər pul götürsün, kisənin sahibi də ona mane olmasın?

Səid: –Belə bir qayda bizim aramızda yoxdur.

İmam: –Deməli sizin aranızda qardaşlıqdan xəbər yoxdur.

Səid: –Belə isə biz həlakətdəyik!

İmam (əleyhis-salam): –Bu qövmün əqli hələ təkamül həddinə çatmayıb.

3. İmam Sadiq (əleyhis-salam)-ın Əbu Səbah Kənani ilə söhbəti.

Əbu Səbah: –Sizə məhəbbət və bağlılıq səbəbibə bizə camaatdan nələr çatır!

İmam Sadiq (əleyhis-salam): –Camaatdan sizə nələr çata bilər?

Əbu Səbah: –Bizimlə bir kəsin arasında söz-söhbət olanda bizə ey xəbis Cəfəri şiəsi deyə xitab edirlər.

İmam Sadiq (əleyhis-salam): –Camaat sizi, bizə tabe olmağa görəmi məzəmmət edir?

Əbu Səbah: –Bəli!

İmam Sadiq (əleyhis-salam): –Allaha and olsun, Cəfərə həqiqi mənada tabe olanların sayı sizin aranızda çox azdır! Mənim əshabım yalnız onlardır ki, təqva və pəhrizkarlıqları yüksək həddə olsun, Öz xaliqinə xatir itaət edib və Onun mükafatına ümüdvar olsunlar. Mənim əshabım belə kəslərdir!

4. İmam Sadiq (əleyhis-salam)-ın bu barədə buyurduqlarından bəzilərini qeyd edirik:

a) Bir kəs yüz min nəfərlik, yaxud ondan da çox olan bir şəhərdə yaşasa və o şəhərdə ondan daha təqvalı bir kəs tapılsa, o şəxs bizdən deyil və fəziləti də yoxdur.

b) Biz bir kəsi, bizim bütün əmrlərimizə tabe olub, onların hamısını istəməyincə, mömin hesab etmirik. Agah olun, bizim əmrimizə tabe olub onları istəməkdən biri vərədir. Özünüzü vərə ilə zinətləndirin ki, Allah Öz rəhmətini sizə şamil etsin.

v) Bir kəsi, iffətli qadınlar öz gizlin məclislərində vərə ilə yad etmirlərsə, bizim şiələrdən deyil. Bir kəs on min nəfərlik bir yerdə yaşasa və o yerdə ondan daha təqvalı bir kəs tapılsa, o bizim dostlarımızda deyil.

q) Həqiqətən Cəfər Sadiqin şiələri o kəslərdir ki, qarnını və şəhvət hisslərini haramdan qorusun, din yolunda cihad və fədakarlığı möhkəm olsun, öz Xaliqinin fərmanına əməl etsin, Onun savabına ümid bağlayıb, cəzalandırmasından qorxsun. Əgər belə şəxsləri görsən, (bil ki) onlar həqiqətən Cəfər şiələridir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 
user comment