Azəri
Friday 19th of April 2024
0
نفر 0

QURANİ-KƏRİMDƏ ŞƏRAB HAQQINDA

 

Bəşəriyyətin ən qatı düşmənlərindən biri olan şərab haqqında Qurani-Kərimin bir neçə surəsində ayələr nazil olmuşdur. Məlum olduğu kimi cahiliyyət dövründə şərabdan çox geniş şəkildə istifadə olunurdu. Onu da qeyd edək ki, bəzi şərabxorların şəxsi fikirlərinin əksinə olaraq, İslam dini nöqteyi-nəzərindən bütün səmavi dinlərdə, dini kitablarda (həmçinin, Tövrat və İcildə), həzrəti Adəm (əleyhissalam)-dan indiyə qədər şərab haram olmuş və Qiyamətə qədər də haram olacaqdır. Bütün müsəlman alimlərinin fətvasına uyğun olaraq, şərab və məstedici içkilər zatı nəcis sayılan on bir nəcis (murdar) şeylərdən biridir.

İndi də Quranda şərab haqqında nazil olan bəzi ayələri nəzərdən keçirək:

1. Bəqərə surəsi, 219-cu ayə:

[Ey Mənim Rəsulum!] Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah və həm də insanlar üçün mənfəət [şərabın alveri ilə əldə edilən kiçik dünya mənfəəti] vardır.................... Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz..”.

Bu ayə barəsində məşhur təfsir kitabı olan “Məcməul-bəyan”da yazılır: İnsanlara söylə: Şərabda və qumarda böyük günah var! Ola bilsin ki, ondan bəziləri mənfəətlər də götürsünlər. Belə ki, şərabı alıb-satmaqla qazanc əldə edilir, onu içib ləzzət alanlar da olur və s. Sonra əlavə edir ki, onların günahı və zərəri xeyrindən daha çoxdur. Çünki, içki və qumarın istifadəsi ötəri, faydası isə məhduddur. Amma günahına gəldikdə isə, onu içən insan əgər tövbə etməsə, Pərvərdigari-aləmin qəzəbinə, O müqəddəs varlığın qarşısında düşmən mövqeyində durmasına səbəb olur. Halbuki, ondan götürülən azacıq xeyir, günah və zərəri ilə müqayisədə bir damla ilə dəryanın fərqi qədərdir. Əlbəttə, qeyd olunan zərər insanın iman, təqva və mənəviyyatında olan zərərdir, tibbi və fiziki bəlalarından isə gələcək bəhslərdə söz açacağıq.

2. Maidə surəsi,90-ci ayə:

 “Ey iman gətirənlər! Şərab da [içki də], qumar da bütlər də, fal oxları da Şeytan əməlindən olan çirkin bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!”

Bu ayə dörd cəhətdən şərabın haram olmasına dəlalət edir:

1. Allah şərabı çirkin bir şey adlandıraraq insanın nicat tapmasının mümkünlüyünü bu çirkinliklərdən uzaqlaşmaqda görmüşdür.

2. Bu cür əməlləri Şeytan əməli adlandırır. Aydındır ki, Şeytan əməli haram işlərdəndir.

3. Göstəriş verir ki, bu işdən çəkinin. Allahın göstərişlərinə əməl etmək vacib və bu göstərişin icrasından yayınmaq isə haramdır.

4. İnsanın düz yola gəlməsini və xoşbəxt olmasını bu cür murdar işlərdən çəkinməkdə görür. Onu da qeyd edək ki, Allah-təala bu günahın adını «bütpərəstlik» kimi günahla bir sırada çəkir. Bu da həmin əməlin şiddətli haram olmasına bir nişanədir. Bu mətləblərdən əlavə, şərabın təkcə içilməsinin deyil, satılmasının da haram olması aydınca başa düşülür.

Sonrakı ayədə buyurur:

Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı.

Göründüyü kimi şərab insanın həm dünyasını, həm də Axirətini xarab edir.

Bütün bunlardan nəticə olaraq başa düşmək olar ki, şərab içən. Allahın düşməni sayılır. Çünki, insan şərab içdikdə Şeytana yaxın olanlardan sayılır. Əgər insan vaxtında bu yoldan peşiman olub qayıtmasa, dünya və Axirətdə Allahın bəlasına düçar olar.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment