Azəri
Thursday 25th of April 2024
0
نفر 0

NAMAZA E’TİNASIZLIQ

 

Namaza qiymət vermək Allaha iman nişanəsidir. Namaza e’tinasızlıq isə mə’nəviyyata məhəbbətin zəif olması dəlilidir. Həzrət Əli (ə) buyurur: “Xalq arasında ən oğru şəxs namazını azaldan şəxsdir.”  “Namaza yüngül yanaşanlar uşaq salmış qadın kimidir. Onları nə hamilə, nə də ana adlandırmaq olur.”  “Namaza yüngül yanaşanlar, onu zay edənlər namaz qılmayanlardan daha çox ziyan görəcəklər.” 

İslam Peyğəmbəri (s) buyurdu: “Namazını puç edən şəxs qiyamətdə Qarun və Hamanın yanında olacaq. Vay olsun öz namazını qorumayan şəxslərə...”  Allah namaza yüngül yanaşan şəxsin ömür və malından bərəkəti, xeyiri kəsər. Onun işlərinin mükafatı məhv olar, duaları qəbul olmaz, ölüm zamanı aclıq, susuzluq və xüsusi bir zillət hiss edər, bərzəxdə işgəncə, zülmət, sıxıntı dadar və qiyamətdə ciddi hesaba çəkilər.”  “Namaza yüngül yanaşan şəxs mənim ümmətimdən deyil.”

Həzrət Peyğəmbər (s) nəql edir ki, insan namaz zamanı Allahdan qeyrisini düşündükdə Allah ona buyurur: “Kimi düşünürsən? Məndən savay tanrı tanıyırsanmı? Məndən savay səni qoruyan varmı? Yoxsa qəlbini məndən başqa bir bağışlayana bağlamısan? Bağışlayanların bağışlayanı mənəm... Əgər məni düşünsən, mən və mələklərim səni düşünərik...”

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri

 
user comment