Azəri
Friday 19th of April 2024
0
نفر 0

Ədalət nədir?

 



Alimlər ədalət anlayışına bu cür tərif vermişlər: ədalət hər şeydə ən əlverişli orta həddi gözləməkdir. Müəyyən bir məsələdə ifrata varmaq (yəni həddi aşmaq) və təfritə yol vermək (yəni lazım olan həddə çatmamış durmaq) ədaləti pozmaq deməkdir. Həm ifrat, həm də təfrit bəyənilməzdir.

Dediklərimizi sadə misallarla sübuta yetirək:

Məlumdur ki, insanda səxavət və əliaçıqlıq gözəl xüsusiyyətlərdən sayılır. Səxavətli şəxs hamı tərəfindən sevilir və möhtərəm bilinir. Səxavətin təfrit halı – simiclik və xəsislik isə insan üçün pis xasiyyət hesab edilir. Habelə, bir kəs ifrat dərəcədə səxavətli olsa, yəni bütün var-dövlətini, evini, geyimlərini və s.-ni camaata bağışlasa, öz yaşayış ehtiyaclarını ödəmək üçün başqalarına möhtac olar, ömrünü səfalət və dilənçilik içində keçirər.

Yaxud məlumdur ki, insanın malik olduğu ən dəyərli nemətlərdən biri nitq qabiliyyətidir. İnsan danışanda da ədaləti gözləməli, hər sözün yerini bilməlidir. Yeri gəldi-gəlmədi uzun-uzadı və mənasız danışmaq insanın hörmətini əksildər, xalq içində ona çərənçi deyərlər. Belə hərəkət ifratçılıqdır. Əksinə, bir kəlmə söz bir insan taleyini həll etdiyi zaman kimsə ağzına su alıb sussa, həm özünü, həm də başqalarını bədbəxtliyə salar.

Allah-Təala hər cür ifrat və təfritdən uzaqdır. Çünki bu xüsusiyyətlər onun kamillik və nöqsansızlıq sifətlərinin ziddinədir.

Allah-Təalanın bütün sifətlərində və yaratdığı şeylərdə ədalət vardır. Allah rəhmli və bağışlayandır. Onun mərhəməti çox genişdir, amma ifratdan uzaqdır. Allah qəsdən, yaxud bilməyərəkdən bəzi günahlar törətmiş və tövbə etmiş şəxsləri bağışlayar, lakin inadcıl kafirlər və dəhşətli cinayət törətmiş günahkarlar onun mərhəmətindən uzaqdırlar.

Allah-Təala qüdrətlidir və bütün aləm Onun qüdrət nişanələri ilə doludur. Lakin Allah öz qüdrətini nümayiş etdirməkdə ifrata yol verməmişdir. Məsələn, Allah dağları daş süxurlarından yaratmış, qızıl və gümüş kimi qiymətli metalları isə yerin təkində gizlətmişdir. Allah böyük dağları saf qızıldan yaratmağa da qadir idi. Amma o, belə etməmişdir. Çünki qızıl dağları insanlara xeyirdən çox ziyan gətirərdi. Düşünün ki, bu halda həmin qızıl dağlarını ələ keçirmək naminə hansı fəlakətlər baş verə, nə qədər qanlar tökülə bilərdi!

Allah zalım deyildir



Ədalət xətkeşin mərkəzindəki müvazinət nöqtəsi kimidir. Xətkeş bu nöqtə üzərində dayanarsa, onun hər iki tərəfi eyni səviyyədə qərar tutar. Əgər müvazinət nöqtəsindən hər hansı tərəfə azacıq meyl edilsə, tərəflərin bərabərliyi pozulacaq.

Ədalət nöqtəsində ifrat və təfrit bir-birini tarazlaşdırıb zərərsizləşdirir. Bunların hər hansı birinə meyl etmək – sərhəddi pozmaq, zülm və təcavüz etmək deməkdir.

Zülm ədalətin ziddidir. Hər hansı əşyaya layiq olduğu münasibəti göstərməmək ona zülm etmək deməkdir. Nümunə üçün tarixə müraciət edək. Həzrəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) əmisi oğlu və kürəkəni Həzrəti Əlinin (ə) şəxsiyyəti tarix boyunca bəzi təriqət və cərəyanlar tərəfindən ədalətsiz, zülmkar münasibətə məruz qalmışdır. Özlərini müsəlman hesab edən, əslində isə İslamdan uzaq olan «xəvaric» təriqətinin nümayəndələri Həzrəti Əli (ə) ilə düşmənçilik etmiş, onu lənətləmiş, onunla müharibəyə qalxmışlar. Başqa bir təriqətin ardıcılları – əliallahilər isə İmam Əlini (ə) Allah saymışlar.

Hər iki tərəf Əliyə (ə) zülm etmişdir. Xəvaric onu təhqir etmiş və hüququnu tapdamışdır. Əliallahilər isə Əlinin (ə) öz etirazına baxmayaraq, onu ifrat dərəcədə yüksəltmiş, malik olmadığı sifətləri və qüdrəti çatmayan işləri ondan tələb etmişlər. Bu zaman onlar hər şeydən əvvəl, Allaha qarşı küfr etmiş, onu insanla eyniləşdirmişlər.

Hər bir zülmün törədilməsinin üç səbəbi ola bilər:

a) Zülmkar qüvvə öz etdiyi işin zülm olduğunu bilmir. Məsələn, bir nəfər gizlincə başqasının pulunu götürüb mənimsəyir, amma bu hərəkətin oğurluq olduğunu bilmir. Əgər bilsəydi, həmin pulu götürməzdi.

b) Zülmkar qüvvə zülm törətməyi pis əməl saymır. Məsələn, insan başqasının pulunu götürərkən oğurluq etdiyini anlayır, amma özünü haqlı sayır. O, belə hesab edir ki, həmin şəraitdə oğurluq etmək günah deyildir.

v) Zülmkar qüvvə məcburiyyət qarşısında qalıb zülm törədir. Məsələn, insan aclıq üzündən oğurluq edir, yaxud başqa bir şəxs onu zorla oğurluğa məcbur edir.

Birinci və ikinci hallarda zülmkar qüvvə elmsiz və cahil, üçüncü halda isə qüdrətsiz və ehtiyaclı olmalıdır. Halbuki, Allah-Təala bu sifətlərin hamısından uzaqdır. Demək, Allahın zülm törətməsi üçün səbəb və şərait yoxdur.

Qurani-Kərimdə qəti şəkildə buyurulmuşdur: «Allah zərrə qədər də zülm etməz» (Nisa, 40). «Sənin Allahın heç kəsə zülm etməz» (Kəhf, 49).

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment