Azəri
Thursday 25th of April 2024
0
نفر 0

ALLAH ÖVLİYALARININ QORXUSU


Allaha məhəbbət məsələsini araşdırdıqdan sonra insanın nəvi tərəqqisində əsas rol oynayan şey barəsində yaranan sual bundan ibarətdir ki, əgər Allah mehriban sevilməli Ona eşq bəsləmək insan təkamülündə ən sirli vasitədirsə, onda üçün islami rəvayətlərdə Allah qarşısında xovf xəşyətə kid olunmuşdur? üçün Qurani-kərim alimlərin ən gözəl xüsusiyyətlərindən biri kimi onların Allahdan qorxmalarını (xəşyət) bəyan edir? üçün Allaha məhəbbət Onun qarşısında xovf xəşyətlə bir yerdə cəm bilir?

Cənab Şeyx eşq ilə qorxunun bir yerə yığışa bilməsi barəsində çox qəribə maraqlı misal vurmuşdur ki, gələn fəsillərdə bəyan olunacaqdır. Lakin burda da «Allah qarşısında xovf xəşyət» dedikdə məqsədin olduğunu araşdırmalıyıq.

ALLAHDAN QORXMAĞIN NASI

İlahi xəşyət xovfun təfsir olunmasında ilkin mühüm məsələ bundan ibarətdir ki, Allahdan qorxmaq dedikdə onun nası insanın öz günahlarından yaramaz əməllərindən qorxmasıdır. İmam Əli (ə) buyurur:

«Öz günahlarından başqa bir şeydən qorxma, Allahdan başqa heç nəyə ümid bağlama».[1]

ALLAHDAN QORXMA!

İmam Əli (ə) bir şəxslə qarşılaşdı. Üzündəki qorxudan onun tam dəyişilməsi hiss olunurdu. İmam (ə) ondan soruşdu: «Sənə olmuşdur

O, cavab verdi: Allahdan qorxuram.

İmam (ə) buyurdu: «Ey Allahın bəndəsi! Öz günahlarından qorx! Allahın bəndələrinə etdiyin zülmlərin müqabilində səni cəzalandırarkən Onun ədalətindən qorx! Allahın sənə vacib etdiklərinə itaət et, sənin məsləhətinə olan şeylərdə itaətsizlik göstərmə, daha sonra Allahdan qorxma! O, heç kəsə zülm etməz hər bir kəsi layiq olduğundan artıq cəzalandırmaz».[2]

 

İLAHİ QORXU

Buna əsasən biz Allahdan deyil, əksinə öz yaramaz əməllərimizin aqibətinə düçar olmaqdan qorxmalıyıq. Lakin Allah övliyalarının öz yaramaz işlərinə görə cəzalandırılmaqda qorxuları başqalarının qorxuları ilə tam fərqlidir. Allahdan qeyrisinin məhəbbətini öz qəlblərindən çıxaran, Allaha cəhənnəm əzabından qorxmaq, yaxud behiştə nail olmaq üçün deyil, yalnız layiq olduğu üçün ibadət edənlər ilahi hicranın odundan qorxurlar. Onlar üçün Allahdan ayrılmağın əzabı cəhənnəmin əzabından qat-qat artıqdır. Buna görə ilahi övliyaların imamı Əmirəl-minin Əli (ə) öz münacatlarında deyir:

«Pərvərdigara! Əgər məni günahalarıma görə cəzalandırıb Öz düşmənlərinin cərgəsində qoysan, bəla əhli ilə bir yerə yığsan mənimlə Öz dostların arasında ayrılıq salsan bu halda, ey mənim Pərvərdigarım, ey mənim Mövlam Seyyidim! Tutaq ki, Sənin əzabına səbr etdim, amma Səndən ayrılığa necə dözə bilərəm?!»[3]

Cənab Şeyx «Öz Rəbblərini həm qorxu həm tamah üzündən çağırarlar[4] ayəsinin izahında buyururdu: Bu qorxu tamah nədir? Xovf qorxu Allahdan ayrılmağın, tamah isə Onun vüsalına çatmaqdan irəli gəlir. Bu müddəanın isbatı Əmirəl-minin Əli (ə)-ın «Kumeyl» duasında buyurduğudur:

«Tutaq ki, Sənin əzabına dözdüm, bəs Səndən ayrılığa necə dözə bilərəm?!»

MƏHBUB TƏRƏFİNDƏN QƏBUL EDİLMƏMƏK QORXUSU

Allah övliyaları öz əməllərini layiqincə yerinə yetirmələrinə baxmayaraq Allahdan qorxurlar. Onların qorxusu bundan ibarətdir ki, olmaya məhbubları onların əməllərini bəyənib qəbul etməsin:

«Əmələ gətirməli olduqları əməlləri yerinə yetirənlərin qəlblərində ona görə qorxu vardır ki, onlar Pərvərdigarına doğru qayıdacaqlar».[5]

İlahi övliyalar üçün Allah dərgahından Allaha qovuşmaqdan ağır dözülməz bir əməl olmadığı qədər, məhbubları tərəfindən, ni Mütləq Kamal tərəfindən qəbul olunmaları da onlar üçün əhəmiyyət daşıyır. Bu məsələ o qədər mühümdür ki, hətta imam Xomeyni (r.ə.) bərəkətli ömrünün son anlarında Tehranın İmam cüməsinin dediyi kimi, camaatdan istəyir ki, Allah-taalanın onu qəbul etməsi üçün dua etsinlər!

İndi diqqət yetirin ki, bu dəqiq irfani məsələni Şeyx necə sadə misalla izah edir. Şeyxin şagirdlərindən biri deyir: Bir gün cənab Şeyx mənə dedi: Filankəs, gəlini kimin üçün bəzəyirlər? Dedim ki, kürəkən üçün.

Buyurdu: Başa düşdünmü?

Sükut etdim, buyurdu:

«Toy gecəsi gəlinin qohum-əqrəbaları çalışırlar ki, onu çox gözəl bəzəsinlər ki, bəyin xoşuna gəlsin. Lakin gəlinin batinində bir nigarançılığı vardır ki, başqaları onu hiss etmir. Onun nigarançılığı buna görədir ki, əgər vüsal gecəsi bəyin diqqətini cəlb edə bilməsə, yaxud kürəkən ondan ruhi əzab çəksə edəcəkdir.

Əməllərinin Allah dərgahında qəbul olunub-olunmamasını bilməyən bir bəndə nigarançılıqda olmaya bilərmi?! Məgər o, özünü Allah üçün bəzəməyibmi?! Yoxsa özünü camaat içərisində göstərmək üçün bu işləri görür?! İnsanlar ölən zaman deyərlər:

«Pərvərdigara, məni qaytar, bəlkə yaxşı əməllər görəm».[6]

Saleh əməl ondan ibarətdir ki, Allah onları bəyənsin, nəinki, öz nəfsi onu bəyənib imza etsin. Buna görə Şeyx Allahla görüşdə həmişə qorxu vahiməli idi. O, buyururdu: Allahın Özü qorxulu deyil! ni, «Hər kəs Rəbbinin məqamından qorxsa».[7] Əgər O, bizi bəyənməsə, əməllərimizi qəbul etməsə başımıza kül tökək?!

Şeyxin övladı deyir ki, atam belə deyirdi: Pərvəridigara! Bizi köhnə lazımsız əşya hesab et! Belə ki, zən kimsə gəlib metallom lazımsız əşyalar yığdığını deyir: Sən bizi heç olmasa o səviyyədə al qəbul et!



[1]  «Mizanül-hikmət», 4/1572/1139/5225; «Qürərül-hikəm», 10162, «Nəhcül-bəlağə»,82-ci hikmət.

[2]  «Mizanül-hikmət», 4/1572/1139/5223; «Biharul-ənvar», 70/392/60.

[3]  Duayi Kumeyl

[4]  Səcdə surəsi-16

[5] minun surəsi-60

[6]  Muminin surəsi-99-100.

[7] Naziat surəsi 40.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ədalətə iqtisadi cəhətdən baxış:
10 HƏDIS (19)
İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR
QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
İblis səcdə etmədi!
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!

 
user comment