Azəri
Sunday 26th of June 2022
598
0
نفر 0

QURANDA QƏLB

 

“Qəlb” kəlməsi Quranda və hədislərdə çox işlənmişdir və yüksək əhəmiyyətə malikdir. Lakin qəlb dedikdə, məqsədin insanın döş qəfəsinin sol tərəfində yerləşən ət olub özünün müntəzəm döyüntüləri ilə qanı bədənin hər bir yerinə göndərib heyvani həyatı davam etdirən üzv olması təsəvvür olunmamalıdır. Çünki Qurani-Kərimdə qəlbə aid edilən şeylərin zahiri qəlblə əlaqəsi yoxdur. Məsələn, aşağıdakı ayələrə nəzər salaq:

1.Dərk etmək və əql qüvvəsini işlətmək. “Nə üçün yer üzündə seyr etmirlər ki, bununla təəqqül edəcəkləri (düşünüb dərk edəcəkləri) qəlbə malik olsunlar?!”

2.Düşünməmək, dərk etməmək əqli işə salmamaq. “Onların qəlbləri vardır, lakin onunla düşünmürlər, gözləri vardır, lakin onunla görmürlər.”

“Onların qəlblərinə möhür vurulmuşdur və başa düşməzlər.”

3.İman. “Allah bu insanların qəlbində imanı möhkəmləndirmiş və Öz tərəfindən olan ruhla onları qüvvətləndirmişdir.”

4.Küfr etmək və iman gətirməmək. “Axirətə iman gətirməyənlər qəlbləri ilə (haqqı) inkar edir və təkəbbürlük göstərirlər.”

“Onlar (kafirlər) elə kəslərdir ki, onların qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurulmuşdur və onlar qafillərdir.”

5.Nifaq (münafiqlik). “Münafiqlər bundan qorxurlar ki, Allah tərəfindən bir surə nazil olsun və onların qəlblərində olanlardan xəbər versin.”

6.Hidayət. “Hər kəs Allaha iman gətirsə qəlbini hidayət edər. Allah hər bir şeydən agahdır.”

 

Başqa bir ayədə buyurulur: “Həqiqətən bunda (keçmiş ümmətlərin həlak olmasında) qəlbləri olan, yaxud, həqiqətlərə qulaq asıb şahid olanlar üçün böyük nəsihət və ibrətlər vardır.”

 

7.Qəflət. “...Həvayi-nəfsə tabe olub, ona itaət etmə.”

8.Aramlıq və xatircəmlik. Quranda buyurulur: “Agah olun (və bilin) ki, qəlblər yalnız Allahı yad etməklə aramlıq tapar.”

Yenə buyurulur: “Məhz O (Allah) möminlərin qəlblərinə aramlıq nazil etdi ki, imanları artsın.”

9.İztirab və tərəddüd. “Səndən yalnız Allaha və qiyamət gününə iman gətirməyən və qəlblərində şəkk-şübhə olanlar (cihaddan qaçmaq üçün) icazə istəyirlər. Onlar həmişə şəkk və tərəddüddədirlər.”

10.Mehribanlıq və rəhmət. “İsaya tabe olanların qəlblərində mehribanlıq və rəhmət qərar verdik.”

Yenə buyurulur: “Özünün köməyi və möminlərin vasitəsi ilə səni gücləndirən və onların qəlblərinə ülfət salan Allahdır.”

11.Kobud rəftar və daşürəklilik. “Əgər daşürəkli və kobud qəlbli olsaydın, camaat sənin ətrafından dağılışardı.”

Bir sözlə, Quranda qəlb son dərəcə böyük məziyyətlərdən bəhrələnir və nəfsani işlərin əksəriyyəti ona aid edilir. O cümlədən iman, küfr, nifaq, təəqqül (əql işlətmə), dərk etmə, haqqın qəbul edilməsi, yaxud edilməməsi, hidayət və ya zəlalət, xəta və ya qəsd, paklıq və ya aludəlik, mehribanlıq və daşürəklilik, ülfət, zikr, qəflət, qorxu, qeyz, şəkk, tərəddüd, rəhm, qəsavət, həsrət, aramlıq, təkəbbür, həsəd, üsyankarlıq, sapmaq və bu qəbildən olan çoxlu işlər qəlbə aid edilir. Halbuki, zahiri ürək bu kimi işlərin mənşəyi ola bilməz. Bu kimi xasiyyətlər insani ruhdan və nəfsdən qaynaqlanır.

Deməli, qəlb dedikdə insanın insaniyyətini müəyyən edən mələkuti və mücərrəd gövhər nəzərdə tutulur.

Quranda qəlbin məqamı o qədər yüksəkdir ki, vəhydən, yəni insanla Allah arasında rabitə vasitəsindən söhbət açıldıqda qəlbin adı çəkilir. Allah-təala Quranda Peyğəmbəri-Əkrəmə (s.ə.v.v) xitab edərək belə buyurur: “Ruhul-Əmin (Cəbrəil) Quranı sənin qəlbinə nazil etdi ki, insanları (itaətsizlik edəcəkləri təqdirdə ilahi əzabdan) qorxudanlardan olasan.”

Başqa ayədə buyurulur: “Hər kəs Cəbrəillə düşmənçilik etsə (Allahla düşmən olmuşdur, çünki) Cəbrəil yalnız Allahın izni ilə Quranı sənin qəlbinə nazil etmişdir.”

Qəlbin məqamı o qədər yüksəkdir ki, insan onun vasitəsilə vəhy mələyini görüb, onun sözlərini eşidə bilər: “Allah Öz bəndəsinə (Həzrəti Muhəmmədə) vəhy etdi və Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı.”

598
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:
لینک کوتاه

latest article

İRAQLILARIN MƏKTUB YAZMASI
TİBBİ HƏDİSLƏR ENSİKLOPEDİYASI
IZZƏTLI ÖLÜMÜN ZILLƏTLI ÖLÜMDƏN ÜSTÜNLÜYÜ
İslamda evlilik
Hədəf və arzulara çatmaq üçün 3 lazımlı amil
İslamda qadının dəyəri
DUA QUR`ANDA
Gözəl əxlaq barədə nurani və dəyərli kəlamlar
İmam Səccadın (ə) duası
İslamda əsas hədis qaynaqları

 
user comment