Azəri
Friday 29th of March 2024
0
نفر 0

İMAM HÜSEYN (Ə) NÖKƏRİNİN NAMAZI İNDİYƏDƏK TƏXİRƏ DÜŞMƏZ!


Qüdrətli xətib höccətül islam cənab seyyid Qasim Şücai bu barədə Şeyxdən maraqlı bir əhvalat danışaraq deyir: Mən məktəb yaşlarından minbərə gedər, gözəl danışıq qabiliyyətinə malik olduğumdan çoxlu rövzələr oxuyardım. O cümlədən ayın yeddinci günlərini mərhum Şeyx Rəcəbəlinin mənzilinə gedirdim. Evi bazara çatmamış «Siyahha» küçəsində idi. Pillələrdən yuxarı gedəndə sol tərəfdəki otağa qadınlar yığışmışdı. Onlar üçün aylıq rövzə oxuyardım. Cənab Şeyxin otağı da birinci mərtəbədə yerləşirdi. O zaman mənim 13 yaşım vardı, hələ həddi-büluğa çatmamışdım.

Bir gün minbər qurtardıqdan sonra birinci mərtəbəyə gəldim ilk dəfə olaraq cənab Şeyxlə rastlaşdım. Əlində bir neçə papaq tutmuşdu, sanki bazara getmək istəyirdi. Salam verdim, mənim surətimə baxıb buyurdu:

«Peyğəmbər (s) imam Hüseyn (ə) nökəri namazını indiyə qədər təxirə salmaz».

Dedim: Baş üstə.

Günün batmasına iki saat qalırdı, o günlər qonaq idim həmən vaxta qədər namazımı qılmamışdım. O, mənim üzümə baxan kimi bu haləti məndə hiss etdi mənə xatırlatdı. Bu məsələ səbəb oldu ki, həddi-büluğun ilk çağlarından etibarən Şeyxin məclislərində iştirak edim. Elə yeniyetməliyimin ilk çağlarından hiss edirdim ki, bu kişinin söhbətlərinin mətləbləri ona ilham olunur. Çünki onun elmi savadı yox idi. Lakin söhbət edəndə dinləyiciləri tamamilə özünə cəlb edirdi. Hələ ondan aldığım xatirələr mənim yadımdadır. O cümlədən mənim zehnimdə həmişə canlanan kəlməsi bu idi:

«Biz» kəlməsindən keçin. Hər yerdə «mənəm»lik «biz» hökmranılıq etsə, şirkdir. Dünyada yalnız bir zəmir (əvəzlik) hakimdir, o da «hüvə»dir (Allah zəmirini göstərən, O əvəzliyi). Əgər o əvəzlikdən keçsəniz, bütün əvəzlikləri demək şirkdir».

Cənab Şeyx bu cür kəlmələri bəyan edərkən sözü insanın qəlbinə ruhuna nüfuz edirdi.

QƏZƏB NAMAZIN BƏLASIDIR

Cənab Şeyx belə buyururdu: Bir dəfə gün batan vaxtı Tehranın Sirus meydanındakı məscidin yanından keçirdim. İlk vaxtda qılınan namazın fəzilətinə nail olmaq üçün məscidə daxil oldum. Gördüm ki, bir nəfər namaz qılmağa məşğuldur onun ətrafını nur bürümüşdür. Öz-özümə fikirləşdim ki, namazdan sonra onunla tanış olacağam ki, görüm onu bu vəziyyətə salan hansı xüsusiyyətidir. Namaz qurtardıqdan sonra onunla birgə məsciddən çıxdıq. Məscidin qapısında o, məscidin xidmətçisi ilə bir qədər sözləşdi onun üstünə qəzəbləndi. Yolumuza davam etdik, əsəbiləşdikdən sonra onun ətrafındakı nurun məhv olub aradan getdiyini gördüm.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR
NƏFSİN SAFLAŞDİRİLMASİNİN MƏRHƏLƏLƏRİ
ŞEYX RƏCƏBƏLİ XƏYYATIN VƏFATI
Habil və Qabil kim ilə evlənmişdi?
Beynəlxalq ədalət
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
Müqəddəs Kitab boşanmaq və yenidən ailə qurmaq haqqında nə deyir?
İki dünyanın xanımı Həzrəti Zəhranın (s ə) təvəllüdü
Ümümdünya Müsəlmanlarının Ali Lideri Seyid Əli Xamenei cənablarının “Fiqh ...
Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri ...

 
user comment