Azəri
Friday 19th of April 2024
0
نفر 0

ALLAH ÖVLİYALARININ NAMAZI


Cənab Şeyxin məktəbində tərbiyə olunmuş şagirdlərinin ən gözəl və səciyyəvi xüsusiyyətlərindən biri də namaz vaxtı Allahın hüzurunda hüzuru-qəlb tapmaqdır. Bu da yalnız ona görə mümkün olmuşdur ki, Şeyx namazın ruhsuz cəsədinə heç bir dəyər vermir və çalışırdı ki, onun müridləri həqiqətən namaz qılsınlar.

Cənab Şeyxin namaz barəsindəki tövsiyə və yol göstərmələrində dörd əsas mühüm məsələ vardır ki, onlardan hər biri də Qur᾽an ayələrindən və islam hədislərindən əldə edilmişdir:

1. Eşq;

Cənab Şeyx inanırdı ki, aşiq öz mə᾽şuqu ilə danışmaqdan ləzzət aldığı kimi, namaz qılan şəxs də öz Allahı ilə raz-niyaz etməkdən ləzzət almalıdır. Onun özü də belə idi, eləcə də ilahi övliyaların hamısı belədir.

Rəsuli Əkrəm (s) namazdan aldığı ləzzəti belə vəsf edir:

«Pərvərdigar cəllə- cəlaluh mənim gözümün nurunu namazda qərar vermiş, namazı mənim sevimli əməlim etmişdir. Necə ki, yemək ac insanların, su susuz insanların məhbubudur; bu fərqlə ki, ac insan yemək yeyəndə doyur, susuz insan su içdikdə sirab olur, amma mən namazdan doymuram».[1]

Otuz il müddətində Şeyxin hüzurunda olan şagirdlərindən biri deyir: Allah şahiddir ki, mən özüm görürdüm: Şeyx namazda öz mə᾽şuqunun qarşısında dayanan bir aşiq kimi dayanmış və Allahın camalında fani olmuşdur. Ömrüm boyu üç nəfər gördüm ki, onların namazı tam başqa cür idi. Birincisi mərhum Şeyx Rəcəbəli Xəyyat, ikincisi Ayətullah Kuhistani və üçüncüsü də Məşhəddə ağa Şeyx Həbibullah Gülpayiqani. Onların vəziyyəti çox qəribə idi. Namaza dayananda mən ilahi gözlərlə görürdüm ki, namaz qılınan fəza tamamilə dəyişilir. Onlar Allah-taaladan başqa heç nəyə diqqət yetirmirdilər.

2. Ədəb qaydaları;

Namaz qılan şəxsin Allahın hüzurunda ədəbli olması islamın çox əhəmiyyət verdiyi məslələr sırasındadır. İmam Səccad (ə) bu barədə buyurur:

«Namazın haqqı bundan ibarətdir ki, biləsən ki, namaz Allah-taalanın hüzuruna varid olmaq vasitəsidir və sən də namazda Allah-taalanın hüzurunda dayanmısan. Bunu bildiyin zaman zəlil və həqir, rəğbətli və qorxan, ümidvar və qorxulu, binəva və zarıldayan halda olasan, hüzurunda durduğun şəxsin ehtiramına çox aramla və vüqarla dayanasan, qəlbən namaza üz gətirəsən və onun hüquq və şərtlərinə riayət etməklə onun qılasan».[2]

Cənab Şeyx hüzurun ədəbləri barəsində belə buyururdu:

Şeytan həmişə insanın arxasınca gələr. Yadında olsun ki, öz diqqətini Allahdan çəkmə və namaz vaxtı ədəbli ol. Namazda böyük və sənin əməllərindən agah olan bir şəxsin qarşısında dayandığın kimi dayanasan. Belə ki, əgər sənin bədəninə iynə də batırsalar, tərpənməməlisən.

Bu sözü Şeyx öz uşaqlarının suallarının cavabında demiş: Onlar «siz namaz qıldığınız zaman bə᾽zən təbəssüm edirsiniz» — demişlər. Şeyxin övladı buyurdu: Mən ehtimal verirdim ki, onun təbəssümü şeytana qarşıdır. Təbəssümlə ona deyir ki, zorun mənə çatmaz.

Bəli, cənab Şeyx inanırdı ki, Allah-taalanın hüzurunda ədəb qaydalarının əksinə olan hər bir hərəkət şeytan vəsvəsələrinin nəticəsidir. O buyururdu: Şeytanı görürdüm, o, namaz vaxtı insanın qaşıdığı yerləri öpürdü.

3. Hüzuri qəlb;

Namazın batini — Allahı yad etmək və namaz qılan şəxsin qəlbinin haqq-taalanın müqəddəs dərgahında sadiqcəsinə hazır olmasıdır. Buna görə də Peyğəmbər (s) buyurur:

«Allah-taala qəlbi yaxud bədəni ilə hüzur tapmayan bəndənin namazını qəbul etməz».[3]

Cənab Şeyx bu məsələlərə diqqət yetirməklə yanaşı, həmişə çalışardı ki, camaat namazı qılınmazdan qabaq namazda iştirak edənləri hüzuri-qəlb ilə qılınan namaz üçün hazırlasın. Onun öz namazı da hüzuri-qəlb ilə qılınan namaz nümunəsi idi.

Doktor Həmid Fərzam bu barədə deyirdi: Onun namazı çox xatircəmlik və ədəblə qılınardı. Bə᾽zi hallarda namaza gec çatdığım zaman onun qarşısından keçərkən namazdakı qiyafəsini görürdüm: Sanki bədəninə lərzə düşmüşdür. Qiyafəsi nurani, rəngi qaçmış, Allahın zikrinə qərq olmuşdur. Bütün diqqəti namazda idi, başını aşağı salmışdı. Mən belə başa düşürdüm ki, Şeyxdə hətta iynənin ucu qədər olsa belə şək-şübhə yox idi.

Onun şagirdlərindən biri deyir: Şeyx bə᾽zən mənə belə buyururdu: Filankəs! Bilirsən ki, rükuda və səcdədə nə deyirsən? Təşəhhüddə «Əşhədü ənla ilahə illəllahu vəhdəhu la şərikə ləh» deyəndə bunu düz deyirsənmi?! Həvayi-nəfsin yoxdurmu?! Allahdan başqasına diqqət yetirmirsənmi?! «Ərbabun mutəfərriqunə» ilə işin vardırmı?![4]

4. Namazın əvvəl vaxtda qılınmasında davamiyyət;

İslam hədislərində namazın əvvəl vaxtda qılınmasına çoxlu tövsiyələr edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur:

«Namazın əvvəl vaxtda qılınmasının axır vaxtda qılınmasına olan fəziləti axirətin dünyaya olan fəziləti kimidir».[5]

Cənab Şeyx həmişə beşlik təşkil edən gündəlik namazlarını əvvəl vaxtda qılır və bu işi başqalarına da tövsiyə edərdi.

[1]  «Mizanül-hikmət», 7/3092/2266/10535.

[2]  «Mizanül-hikmət», 7/3124/2299/10669.

[3]  «Mizanül-hikmət»,7/3116/2290/10635.

[4]  Yusif surəsi-39

[5]  «Mizanül-hikmət», 7/3130/2302/10685.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HİCАB VӘ ÖRPӘYİN TАRİХÇӘSİ
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Həyatın müşküllərini çözən 25 hədis!
İmam Xamenei cənablarının hüzuru ilə Əyyami Fatimə (s.ə.) məclisləri qeyd ...
ƏR-ARVAD RABITƏLƏRI
VƏLİYYİ ƏSR İMAM ZAMAN (Ə)-IN İMAM CAMAATA HƏVALƏ VERMƏSİ
YUXUDA DA ALLAHI YAD ETMƏK
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR
Həzrəti Əli (ə) kimdir?

 
user comment