Azəri
Friday 29th of March 2024
0
نفر 0

QİBLƏ AYƏSİNİN NƏSXİ

وَلِلّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَأَيْنَمَا تُوَلُّواْ فَثَمَّ وَجْهُ اللّهِ إِنَّ اللّهَ وَاسِعٌ

«[Şərq, də qərb də Allahındır. Hansı tərəfə yönəlsəniz [üz tutsanız] Allah oradadır. Şübhəsiz ki, Allahın mərhəməti genişdir və O, hər şeyi biləndir!» (Bəqərə-115).

İbni Abbas, Əkrəmə, Əbul Aliyə, Həsən Bəsri, Qətadə, Sudey və Zeyd ibni Əsləm kimi məşhur təfsir alimləri bu ayənin nəsx olunduğuna dair bir-birindən bir qədər fərqli fikir və mülahizələr irəli sürmüşlər. İbni Abbas bu ayəni Bəqərə surəsinin 150-ci ayəsindəki bu cümlə ilə

وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ

«[Ey müsəlmanlar!] harada olsanız, üzünüzü o tərəfə döndərin...» ayəsi ilə, Qətadə isə həmən ayədəki başqa bir cümlə ilə nəsx olunduğunu hesab etmişdir.

فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ

«[Ya Məhəmməd!] haradan [səfərə] çıxsan [namaz vaxtı] üzünü Məscidul-harama tərəf çevir.»

Onlar ayənin nəsx olunduğunu belə bəyan edirlər. Ayənin məzmunundan belə mə᾽lum olur ki, müsəlmanlar İslam zühur etdiyi ilk illərdə namaz qılarkən üzlərini istədikləri tərəfə tutur və beləliklə gündəlik ibadətlərini yerinə yetirmiş olurdular. Lakin Peyğəmbər (s), Beytul-müqəddəsi qiblə olaraq tə᾽yin edir və müsəlmanlara ona tərəf namaz qılmalarını əmr edir. Növbəti ayələr nazil olmaqla Peyğəmbərin (s) üzünü Beytul-müqəddəsdən çevirib Məscidul-harama [Kə᾽bə evinə] tərəf tutması əmr olunur. Beləliklə, yə᾽ni, ayə nazil olmaqla [ilk qiblə hökmü] nəsx olunur.

Müəllif: «Fəəynəma tuvəllu fəsəmmə vəchullah – hansı tərəfə yönəlsəniz [üz tutsanız] Allah oradadır» ayəsinin nəsx olunduğu haqda irəli sürülmüş nəzəriyyəni bir neçə səbəbdən əsassız hesab etmək olar.

Əvvəla ona görə ki, Peyğəmbərin (s) Beytul-müqəddəsə tərəf üz tutub namaz qılması şəxsi istək üzündən deyil, Allah-taala tərəfindən tə᾽yin olunmuşdur.

Bəqərə surəsinin 143-cü ayəsində bu haqda deyilir:

وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنتَ عَلَيْهَا إِلاَّ لِنَعْلَمَ مَن يَتَّبِعُ الرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَى عَقِبَيْهِ

«[Ya Məhəmməd!] İndi yönəldiyin qibləni [Kə᾽bəni] sənə tabe olanlarla üz çevirənləri bir-birindən ayırd etmək üçün [qiblə] tə᾽yin etdik.»

Digər tərəfdən isə «hansı tərəfə yönəlsəniz» ayəsinin nəsx olunması üçün qiblə hökmünün heç bir dəxli yoxdur. Ayənin verdiyi hökm sabit və dəyişilməzdir və onun nəsx olunmasına da heç bir əsas yoxdur. Belə ki, Allah-taala «la məkan» bir varlıq olduğu üçün Onun müəyyən yer və iqamətgahı yoxdur. O, hər yerdə və hər tərəfdədir. İnsan hara üz tutarsa Allah-taala da oradadır.

Məhz bu ayəyə istinad edərək Əhli-beyt (ə) qibləyə dair bir neçə hökm sadir etmişdir.

1. Səfərdə olan şəxs müstəhəb namazlarını istədiyi tərəfə qıla bilər;

2. Əgər səhv üzündən vacib namazlar şərq ilə qərb arasında qılınarsa, düzgün hesab olunur;

3. Qur᾽andakı səcdə ayələri oxunarkən istənilən tərəfə səcdə etmək olar;

4. Qiblənin istiqamətini müəyyən edə bilməyən şəxs istədiyi səmtə namaz qıla bilər.

Buradan belə bir nəticəyə gəlirik ki, «Əynəma tuvəllu – hansı tərəfə yönəlsəniz» ayəsi ümumiyyət xarakteri daşıyır. Yə᾽ni, insan bütün işlərində hara üz tutarsa, Allah-taalaya tərəf yönəlmiş olur. Bu ümumi hökm gündəlik vacib namazlara da əlavə olunmuşdur. Alimlərin bə᾽zilərinin fikrincə, hətta müstəhəb namazlar da belə – əgər minik üzərində (yə᾽ni hərəkət olunmadan) qılınmazsa (qılınarsa) – həmən hökmə əməl edərək qibləyə tərəf yönəlməlidir.

Demək, «Əynəma tuvəllu – hansı tərəfə yönəlsəniz» ayəsi nəsx olunmamışdir, əksinə olaraq sonrakı ayələrə müəyyən əlavələr olunmuşdur.

Ayənin nəsx olunmasını isə iki halda qəbul etmək olar:

1) Ayə, Peyğəmbərə (s) üzünü Kə᾽bəyə tərəf tutmasına dair nazil olunmuş ayədən əvvəl nazil olduqda; Halbuki, bunu isbat edəcək heç bir əsas və dəlil yoxdur.

2) Ayə yalnız vacib namazlar barəsində nazil olmuş olsun. Lakin bu hökm yalnız vacib namazlara deyil, digər müstəhəb namazlara da şamil olunur. Qeyd etmək lazımdır ki, bir çox əhli-sünnə mənbələrindən bu mətləbə dəfələrlə işarə olunmuşdur. Məsələn, Təbəri öz təfsirində yazır:

Ayə, müstəhəb namaz və dualar, səfərdə ikən qibləyə doğru hərəkət etməyən müsafir (yəni, səfərdə olan şəxs) və ya səhv üzündən qibləyə tərəf qılınmayan namazlar barəsində nazil olmuşdur.

Nəticə: Deyilənlərdən belə mə᾽lum olur ki, ayənin nəsx olunmasına dair irəli sürülən iddia tamamilə batil və əsassızdır.

Qeyd edək ki, ayənin nəsx olunmasına dair onlarla hədis və rəvayət nəql olunmuşdur.

Bə᾽zən ümumi xarakter daşıyan hər hansı bir ayənin nəsx olunmasından müəyyən mətləb nəzərdə tutulur. Və belə olduqda hər hansı bir mövzunun (hökmün) nəsx olunması tamamilə adi hal daşıyacaqdır. Bəlkə də İbni Abbas nəsx deyildikdə məhz bu mətləbi nəzərdə tutmuşdur.

3. QİSAS AYƏSİNİN NƏSXİ

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى الْحُرُّ بِالْحُرِّ وَالْعَبْدُ بِالْعَبْدِ وَالأُنثَى بِالأُنثَى

«Ey iman gətirənlər! [Qəsdən] öldürülən şəxsdən ötrü sizin üçün qisas almaq hökmü qərara alındı [vacib oldu]. Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzinə [öldürə bilərsiniz].» (Bəqərə-138).

Deyilənlərə görə, bu ayə Maidə surəsinin 45-ci ayəsi ilə nəsx olunmuşdur. Orada deyilir:

وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالأَنفَ بِالأَنفِ وَالأُذُنَ بِالأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ

«Biz Tövratda İsrail oğullarına yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununki burun, qulağınki qulaq, dişinki dişdir...»

Nəsx nəzəriyyəsinin tərəfdarları ayənin izahında deyirlər: «Qisas hökmünü verən ilk ayədə hökmün bərabər və eyni səviyyədə icra olunması bildirilir. Qadının qisası olaraq qadını, kişinin qisası olaraq kişini, qulun qisası olaraq qulu. Lakin Maidə surəsinin 45-ci ayəsində bu hökmün tamamilə əvəz olunduğunun, daha dəqiq desək, nəsx olunduğunun şahidi oluruq.»

Əhli-sünnə alimlərinin bə᾽ziləri belə bir mətləbə istinad edərək deyirlər: Kişinin vərəsəsinə diyənin yarısı ödənilmədən qadının qisası olaraq kişini öldürmək olar. Lakin Həsən Bəsri və Əta bu hökmə müxalif olduqlarını bildirmişlər. Məşhur fiqh alimlərindən biri olan Ləys bu barədə öz nəzərini belə bəyan etmişdir: “Kişi öz qadını istisna olmaqla, başqa bir qadını qətlə yetirərsə qisas olaraq qətlə yetirilir.” Lakin imamiyyə (şiə) alimlərinin nəzərlərinə əsasən, qətlə yetirilmiş qadının sahibi qatilin qisas olunmasında və ya ondan diyə almaqda tam ixtiyar sahibidir. Amma, əgər qisas olunarsa kişinin diyəsinin yarısı onun vərəsəsinə verilməlidir.

Əhli-sünnə alimlərinin əksəriyyəti belə bir fikirdədirlər ki, azad bir şəxs qisas olaraq qulun müqabilində öldürlməməlidir. Şiə alimlərinin nöqteyi-nəzərindən bu məsələ icmai şəkildə qəbul edilir. Lakin Əbu Hənifə, Suri ibni Əbi-Leyla, Davud və başqaları bu nəzəriyyəyə qarşı müxalif olduqlarını bildirmişlər. Onlar bu barədə öz nəzərlərini belə bəyan etmişlər: Azad bir şəxs başqa birisinin ixtiyarında olan qulun qisası olaraq öldürülə bilər. Hətta əhli-sünnə alimlərinin bə᾽ziləri belə bir fikirdədirlər ki, azad bir şəxs kölənin qisası olaraq öldürülə bilər, hətta əgər kölə onun ixtiyarında olmuş olsa da.

Cavab: Əvvəla qisas hökmünü verən ilk ayənin mə᾽na və məfhum baxımından nəsx ilə heç bir əlaqəsi yoxdur və ayədə verilən hökm sabit və dəyişilməzdir.

İkinci ayəyə gəldikdə isə, qeyd etmək lazımdır ki, o, mə᾽na və məfhum baxımından tamamilə fərqlidir və ilk ayəni nəsx edəsi heç bir xüsusiyyətə malik deyildir. Göründüyü kimi, bu ayədə qisas hökmünün şərt və xüsusiyyətləri bəyan edilir, yəni bir tərəfdən qisasın qanuni hökm olduğu, digər tərəfdən isə qisasın hansı şəraitlərdə və necə həyata keçirilməsi bildirilir. Belə ki, qətl, yaralanma və cəzalandırılma hallarında biz müxtəlif cəza tədbirlərini müşahidə edirik və bütün bu hallarda cəza üsullarından lazımı qaydada istifadə olunmalı və kimsənin haqqı tapdalanmamalıdır.

Demək, ayədən iki mühüm nəticə əldə edirik: Onlardan biri qisasın qanuni hökm olması, digəri isə qisasın törədilmiş cinayətə müvafiq olaraq həyata keçirilməsidir.

Deməli, bu ayə qisas hökmünü bəyan edən ilk ayəni daha geniş surətdə şərh və izah edir. Başqa bir yerdə qisas hökmü belə bəyan edilir:

فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُواْ عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ

«Sizə qarşı həddini aşanlarla siz də həmin ölçüdə həddi aşın [cavab verin].» (Bəqərə-194).

Belə isə biz ilk qisas hökmünün Maidə surəsinin 45-ci ayəsi ilə nəsx olunduğu həqiqət və nəticədə azad bir şəxs qulun və kişini qadının qisası olaraq öldürülməsinin qanuni olduğunu qəbul etmək üçün heç bir dəlilə istinad edə bilmərik.

QULUN İNTİQAMININ ALINMASI ÜÇÜN AZAD BİR ŞƏXSİN ÖLDÜRÜLMƏSİ

Haqqında söhbət açdığımız ayədə azad bir şəxsin qulun intiqamı müqabilində öldürülməsi qeyri-qanuni bildirilir. Belə ki, azad insan başqa bir azad şəxsin, kölə isə qulun müqabilində qisas olunmalıdır. Ayənin digər ayələr və nəql olunmuş rəvayətlərlə nəsx olunmadığı haqda ətraflı söhbət açdıq.

Bütün bunlarla yanaşı, biz Əli (ə)-ın Peyğəmbərdən (s) nəql etdiyi rəvayəti də ayəni nəsxedəsi hökm kimi qəbul edə bilmərik. Rəvayətdə deyilir: «Müsəlmanların qanı (qisası) bir-birləri ilə bərabərdir.» Bu rəvayəti mö᾽təbər qəbul etsək də belə, yenə də bizə ayənin nəsx olunduğunu istinad etmək imkanı vermir. Çünki rəvayətin məzmunu ümumi xarakter daşıyır və biz buradan heç bir nəticə əldə edə bilmirik. Ayədə isə intiqam olunması şəxslərin xüsusiyyəti (azad və ya qul olması) cinsi və s. açıq-aşkar göstərilir və şübhə doğurası heç bir sual qoymur.

Səmrənin Peyğəmbərdən (s) nəql etdiyi «qulunu qətlə yetirən hər bir şəxsi [intiqam olaraq] öldürürük» rəvayətə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu zəif və istinad olunmayan rəvayətlər silsiləsinə daxildir. Əbu Bəkr ibni Ərəbidən həmin rəvayət haqda bu sözləri deyir: «Bə᾽ziləri araşdırma aparmadan Səmrənin Peyğəmbərdən (s) nəql etdiyi hədisə istinad edərək azad bir şəxsi öz qulunun qisası olaraq öldürülməsini qanuni hesab edir. Halbuki, bu hədis zəifdir və heç bir e᾽tibarı yoxdur.

Müəllif: Səmrədən nəql olunmuş hədis mö᾽təbər olmamaqla yanaşı, məzmunu digər rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, Əmr ibni Şueyb atasından və o da öz atasından nəql etdiyi hədisdə deyir: «Bir şəxs bilərəkdən öz qulunu qətlə yetirir. Peyğəmbər (s) ondan qisas almayıb cəza məqsədi ilə bir neçə şallaq zərbəsi, bir illik sürgün və beytul-maldan payına düşən şeylərdən məhrum olunmasını əmr edir.» Başqa bir yerdə İbni Abbas Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Azad bir şəxs köləlikdə olan qulun qisası olaraq öldürülməlidir.»

Bu rəvayəti Cabir, Əmrdən və o da Əli (ə)-dan nəql edir: Yenə də Əmr ibni Şueyb atasından və o da öz atasından nəql edir ki, «Əbu Bəkr və Ömər köləlikdə olan qulun qisası olaraq azad bir şəxsi öldürməzdilər».

Bir qədər əvvəl qeyd etdik ki, Əhli-beyt tərəfindən bu məzmunda onlarla hədis və rəvayət nəql olunmuşdur. Və onların Peyğəmbərdən (s) sonra ən mö᾽təbər mənbə olduqlarını nəzərə alaraq deyə bilərik ki, azad bir şəxs köləlikdə olan qulun qisası olaraq öldürülə bilməz. Beləliklə ayənin nəsx olunduğu və azad bir şəxsin, qulun qisası olaraq öldürülməsinə dair mövcud olan əsassız fərziyyələrə son qoymuş oluruq.

KİŞİNİN QADININ QİSASI OLARAQ ÖLDÜRÜLMƏSİ (QADIN ÖLDÜRMÜŞ KİŞİNİN QİSASI)

Ayədə qətlə yetirilmiş qadının qisası olaraq kişinin öldürülməsinin qadağan olunduğunu heç də nəsx kimi qəbul etmək olmaz. Hökm qüvvədə qalır və öz əhəmiyyətini itirmir. İstər sünni, istərsə də şiə alimləri belə bir əqidəyə əsaslanırlar. Hətta Həsən Bəsri və Əta bu əqidə ilə müvafiq olduqlarını bildirmişlər. Lakin əhli-sünnə alimlərinin böyük bir hissəsi bu ayənin nəsx olunduğuna istinad edirlər.

İzah: Qisas ayəsinin «[Qəsdən] öldürülən şəxsdən ötrü sizə qisas almaq hökmü qərara alındı [vacib oldu]. Bəqərə-178). Zahiri mə᾽nasından hökmün icrasının vacib olduğu bəlli olur. Eyni zamanda «əfv» ayəsində «qətlə yetirilmiş şəxsə yaxın olanlar» (ata-ana, bacı-qardaş və digər qohumlar) qatili əfv etməyə sövq olunurlar. Demək, qisas hökmünün icrası yalnız o zaman vacib ola bilər ki, qətlə yetirilmiş şəxsin yaxın adamları bunu tələb etmiş olsunlar. Buradan belə bir nəticəyə gəlirik ki, əgər qətlə yetirilmiş şəxsin yaxın adamları qatilin qisas olunmasını tələb edərlərsə, qatil hökmə tabe olaraq özünü qanun qarşısında təslim etməlidir. Lakin qatilin təslim olmağı yalnız o zaman vacib ola bilər ki, kişi kişini, ya qadın kişini və ya qadını qətlə yetirmiş olsun. Amma əgər kişi qadını qətlə yetirərsə, ona qisas tələb edən şəxslərə dərhal təslim olmağı heç də vacib deyildir. O gördüyü işdən boyun qaçıraraq diyəsinin yarısını ala bilər. (Yə᾽ni əgər qətlə yetirilmiş qadının yaxınları qatilin qisas olunmasını [öldürülməsini] istərlərsə, diyəsinin yarısını ödəməlidirlər.) Yalnız belə bir halda qazi qisas hökmünü verə bilər. Bu hökmün nəsx olması heç də ayənin məzmunu ilə ziddiyyət təşkil etmir. Çünki ayədə qadın müqabilində kişi deyil, məhz qadının qisas olunduğu göstərilir və bir qədər əvvəl qeyd etdik ki, əgər kişi qətlə yetirdiyi qadının müqabilində qisas olunarsa, hökm icra olunmazdan əvvəl diyəsinin yarısını qadının yaxın adamlarından almalıdır. Və belə olan bir halda kişi tək qadının qətlinin müqabilində deyil, onun qan bahasının və öz diyəsinin yarısının ödənilməsi ilə mühakimə olunur. Bunun isə, ayənin məzmunu ilə ziddiyyət təşkil etdiyi üçün, heç də nəsxə səbəb olduğunu hesab etmək olmaz.

Bəli, ayəni yalnız o zaman nəsx olunmuş hesab etmək olar ki, əhli-sünnə alimlərinin nəzərlərinə əsasən, qadını qətlə yetirmiş kişi, diyəsinin yarısı ödənilmədən qisas olunmuş olsun. Belə ki, bir hökm ayənin məzmunu ilə tamamilə ziddiyyət təşkil edir. Və belə bir nəzəriyyəyə əsaslanan hər bir şəxsin ayənin nəsx olunmasını qəbul etməsi də tam adi haldır.

Lakin bu nəzəriyyənin sübutu əsaslı dəlillərə istinad olunmadığı üçün olduqca çətindir. Çünki nəzəriyyə tərəfdarları bə᾽zən qisas hökmünə dəlalət edən, lakin kişi və qadın haqda heç bir söhbət açmayan ümumi xarakter daşıyan ikinci ayəyə və bə᾽zən də Peyğəmbərdən (s) nəql olunmuş «Müsəlmanların qanı (qisası) bir-birləri ilə bərabərdir» hədisinə istinad edirlər. Və bir qədər əvvəl qeyd etdik ki, bütün bunları ayənin nəsx olunduğuna dəlalət edəcək dəlil hesab edə bilmərik. Bə᾽zən bu məzmunda nəql olunmuş digər rəvayətlərə də istinad olunur.

Qətadə, Səid ibni Musəyyibdən nəql etdiyi rəvayətdə deyir: «Səna əhalisindən bir neçə nəfər şəxs bir qadını qətlə yetirməkdə ittiham olunaraq xəlifə Ömərin verdiyi fərmana əsasən, hamılıqla e᾽dam olunur.»

Ləys, Həkəmdən nəql edir ki, Əli və Abdulladan qisas barəsində soruşduqda deyərdilər: “Bilərəkdən qadını qətlə yetirmiş şəxs (kişi) qisas olunmalıdır.”

Zəhra, Əbu Bəkr ibni Məhəmməddən o da atası Əmr ibni Həzmdən nəql edərək deyir: Peyğəmbər (s) buyurdu: “Qətlə yetirilmiş qadının qisası olaraq qətlə yetirən şəxs e᾽dam olunmalıdır.”

Lakin bütün bu rəvayətləri bir neçə səbəbə görə əsassız hesab etmək olar.

1) Qur᾽anla müxalif olan nəql olunmuş hər bir hədis və rəvayət mö᾽təbər olsa belə, öz e᾽tibarını itirir.

2) Rəvayətlər vahid xəbər halında nəql olunmuşdur və mə᾽lum olduğu kimi, Qur᾽an vahid xəbərlə sübuta yetirilmir.

3) Bu rəvayətlər Ətanın, Şə᾽bənin və Həsən Bəsrinin Əli (ə)-dan nəql etdikləri, həmçinin mə᾽sum imamlardan bu məzmunda nəql olunmuş bir çox rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, nəql olunmuş rəvayətlərdən birində deyilir: Əli (ə), qadını qətlə yetirmiş şəxsi mühakimə edərkən buyurur: “Qadının yaxın adamları əgər kişinin e᾽dam olunmasını istərlərsə, diyəsinin yarısını ona verməlidirlər, yox əgər onu əfv etmək istərlərsə, diyəsinin yarısını ondan almaqla kifayətlənməlidirlər.”

4) Əvvəla, birinci rəvayət mursəl olaraq və ravilərin kim olunduğu göstərilmədən nəql olunmuşdur. Çünki İbni Museyb Ömərin xilafət dövründən iki yüz il sonra dünyaya gəlir. Və belə bir halda onu görmədən hədisi arada heç bir vasitə olmadan nəql edə bilməzdi.

Digər tərəfdən isə, Ömərin verdiyi hökmü bəyan etməklə, heç də bunu dəlil hesab etmək olmaz. Nəql olunmuş ikinci rəvayət də mursəl olaraq bizlərə gəlib çatmışdır. Üçüncü rəvayət isə mö᾽təbər hədislər sırasına daxildir.

Nəticə: «Ey iman gətirənlər! [Qəsdən] öldürülən şəxsdən ötrü sizin üçün qisas almaq hökmü qərara alındı [vacib olundu]...» ayəsinin nəsx olunmadığı artıq bizə sübut oldu. Ayənin nəsx olunduğuna dair irəli sürülən fərziyyələri yalnız bə᾽zi fiqh alimlərinin yetkin nəticəyə gəlmədən verdikləri fətvalardan müşahidə etmək olar. Və onlarla kifayətlənərək ilahi qanunlara göz yummaq heç də məntiqi olmazdı. Təəccüb doğuran burasıdır ki, vahid xəbərlə nəsxin e᾽tibarsız olduğunu qəbul edən şəxslər bu kimi hallarda fətva verməkdən çəkinmirlər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment