Azəri
Friday 19th of April 2024
0
نفر 0

DÖVLƏTİN DAVAMLI OLMASI

 Bütün peyğəmbərlərin (xüsusən, həzrət Məhəmməd (səlləllahu ələyhi və aleh)-in vəzifəsi cəmiyyətdə sülh və ədalətin bərqərar olunması olub. Bu əsasa görə İslam dini Qur`anın hökmü ilə həm hökuməti ədalətli olmağa də`vət edir, həm də insanları bir-birləri ilə ədalətlə rəftar etməyə çağırır. Qurani-Kərimdə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُونُواْ قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاء لِلّهِ وَلَوْ عَلَى أَنفُسِكُمْ أَوِ الْوَالِدَيْنِ وَالأَقْرَبِينَ إِن يَكُنْ غَنِيّاً أَوْ فَقَيراً فَاللّهُ أَوْلَى بِهِمَا فَلاَ تَتَّبِعُواْ الْهَوَى أَن تَعْدِلُواْ وَإِن تَلْوُواْ أَوْ تُعْرِضُواْ فَإِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيراً

“Ey iman gətirənlər! Ədalətə riayət edin və özünüzün, ata-ananızın, qohumlarınızın zərərinə olsa da (istər fəqir, istərsə də dövlətli olsalar) haqqa şəhadət verin. Çünki, Allah-taala onların hər ikisinə sizdən daha yaxındır. Nəfsi istəkləriniz sizi ədalətdən azdırmasın!”[1]

Qur`anın bu nəzəri əsasına Həzrəti Əli (əleyhissalam) dövlətin davamlı və möhkəm olmasını hökumətin ədalət və insafla idarə olunmasında görür. Yə`ni əgər dövlət ədalət və insafın qüvvədə olmasını özünün şüarı qərar versə və onun icra olunmasında müvəffəq olsa, dövlətin davam etməsi və möhkəmlənməsi zəruri olacaq, bu dövlət uzun sürəcək. Lakin dövlətin hədəfi zülm, istismar və şəxsi mənafelər olsa, dövlət heç də davam gətirə bilməz və tez aradan gedər. Təbiidir ki, dövlət nəzarəti altında həyat sürən əhali həmişə arzu edər ki, bu ədalətli hakimiyyət uzun sürsün. Lakin zalım dövlət bayrağı altında yaşayan xalq, həmişə arzu edir ki, dövlət tezliklə dağılsın, əhali zülmün və əzabınağrılarından dincəlsin.

 

وَ إِنَّ أَفْضَلَ قُرَّةِ عَيْنِ الْوُلَاةِ اسْتِقَامَةُ الْعَدْلِ فِي الْبِلَادِ وَ ظُهُورُ مَوَدَّةِ الرَّعِيَّةِ و إِنَّهُ لَا تَظْهَرُ مَوَدَّتُهُمْ إِلَّا بِسَلَامَةِ صُدُورِهِمْ وَ لَا تَصِحُّ نَصِيحَتُهُمْ إِلَّا بِحِيطَتِهِمْ عَلَى وُلَاةِ الْأُمُورِ وَ قِلَّةِ اسْتِثْقَالِ دُوَلِهِمْ وَ تَرْكِ اسْتِبْطَاءِ انْقِطَاعِ مُدَّتِهِمْ فَافْسَحْ فِي آمَالِهِمْ

Hakimlərin ən fəzilətli gözaydınlığı bütün şəhərlərdə ədalətin bərqərar olması və rəiyyətin onlara ehtiramlarının aşkar olmasıdır. Sözsüz ki, əhalinin hakimlərlə dostluğu yalnız onların (hakimlərin) qəlblərinin təmizliyinə görə olar. Xeyirxahlıqları o zaman düzgün olar (fayda verər) ki, öz istəkləri ilə hökmdarların ətrafını dövrəyə alsınlar və hakimlərin hökuməti onlar üçün ağırlıq etməmiş olsun, hakimiyyətin uzun çəkməsi onlar üçün acı olmasın. Elə isə onların istəklərinə meydan ver!
HƏVƏSLƏNDİRMƏ VƏ TƏŞVİQ ETMƏ

Həzrəti Əli (əleyhissalam)-ın nəzərincə cəmiyyətin birliyi, qoşun başçılarının, döyüşçülərin, millət və hakimlə bir olması elə bir məsələ deyil ki, proqramsız və dəqiq şəkildə planlaşdırılmamış olsun. Onların birliyi nəticəsində İslam cəmiyyəti və qüvvələri möhkəmlənir, Allah-taalanın hökmləri geniş icra olunur. Cəmiyyət üzvlərinin həvəs, səmimiyyət və imanla İslam qüvvələrinin möhkəmlənməsinə çalışması, həmçinin, İslam hərbi qüvvələrinin ürəkdən və fədakarlıqla qoşun başçılarına itaət etməklərinə görə hər iki dəstənin birlikdə, İlahi hədəfə tərəf hərəkət etmələrinə bə`zi şərait və xüsusiyyətlər lazımdır. Bu şərait və xüsusiyyətlər İslam mədəniyyətində cəmiyyətin hər bir təbəqəsi üçün diqqət və incəliklə tə`yin olunmuşdur. Məsələn, əgər hakim və qoşun başçısı İslam əsgərlərindən qəhrəmanlıq və fədakarlıq tələb edirsə, ilk növbədə onun özü onlarla ata kimi mehribanlıqla rəftar etməlidir. Əgər onların arasında səmimiyyət olmasını istəyirsə, həyatda maddi və məişət ehtiyaclarını tə`min etməlidir. Əgər onlardan xeyirxahlıq, canıyananlıq umursa onların arasında ədalətlə hökm etməlidir. Həzrəti Əli (əleyhissalam)-ın hakimlə əhalinin, zabitlərlə adi əsgərlərin qarşılıqlı münasibətləri haqqında buyurduğu ən böyük və aydın məsləhətlərindən biri budur ki, hakimlər və zabitlər işçilərinin yaşayışının bütün yönlərinə diqqətlə nəzarət etsinlər, onların bütün ehtiyaclarını (istər maddi, istərsə də mə`nəvi) nəzərə alsınlar. Belə ki, əgər hakim yalnız mə`nəvi məsələləri nəzərə alıb onun həllinə çalışsa, bununla da öz tabeçiliyində olanları ac-yalavac və möhtac saxlayarsa, öz işində müvəffəq olmayacaq. Həmçinin, əgər hakim öz tabeçiliyində olanlara yalnız maddi cəhətdən diqqət etsə, amma mə`nəvi məsələləri görməməzliyə vursa, yenə də istədiyinə nail ola bilməz. Əsgərlərin ən böyük ruhi və mə`nəvi ehtiyaclarından biri onların hakim tərəfindən təşviq edilməsidir. Heç vaxt hakimin nəzərindən yayınmamalıdır ki, döyüşçü canını dişinə tutub bütün qüdrəti ilə döyüş meydanına tərəf gedəndə, özünü şəhadətə hazırlayanda, onun ruhi və mə`nəvi cəhətdən möhkəmlənməsinə ehtiyacı vardır. Bu ehtiyacı onların layiqli işlərinin hakimlər tərəfindən qiymətləndirilməsi tə`min edə bilər. Bu şəxslər bütün vücudları ilə ən böyük və təhlükəli döyüş məs`uliyyətini öz ödələrinə götürür, canları bahasına və fədakarlıqla İslam dininin genişlənməsinə, qorunmasına, cəmiyyətin əmin-amanlıqda olmasına çalışırlar. Onların qəlblərindəki arzu və ümidlər doğrulmalıdır. Hakim onlara e`tinasız yanaşmamalıdır ki, onlar özlərini unudulmuş hiss etsinlər. Onlar əmin olmalıdırlar ki, böyük fədakarlıqları və qorxulu işləri həmişə nəzərə alınacaq, qədir-qiymətləri bilinəcək, məs`uliyyətli şəxslər tərəfindən həyatda olan çətinlikləri həll olunacaqdır. Bəli, o hakimlər ki, hərbçilərin bu kimi ehtiyaclarını nəzərə alırlar, əsgərləri həvəsləndirməklə bir tərəfdən onların döyüş ruhiyyəsini möhkəmləndirir, istiqanlı rəftar etməklə onların fədakarlıqlarını daha da artırır, başqa tərəfdən, bu cür həvəsləndirmələr nəticəsində öz işində e`tinasız olan şəxslər fikirləşib özlərinə gəlirlər, fədakar əsgərlər kimi eşq və əlaqə ilə mübarizə meydanına qədəm atırlar, özlərinin uca hədəfləri yolunda qəhramanlıqlar göstərirlər.

 

ووَاصِلْ فِي حُسْنِ الثَّنَاءِ عَلَيْهِمْ وَ تَعْدِيدِ مَا أَبْلَى ذَوُو الْبَلَاءِ مِنْهُمْ فَإِنَّ كَثْرَةَ الذِّكْرِ لِحُسْنِ أَفْعَالِهِمْ تَهُزُّ الشُّجَاعَ وَ تُحَرِّضُ النَّاكِلَ إِنْ شَاءَ اللَّهُ

Həmişə (əsgərləri) təşviq et! İcra etdikləri mühüm işləri hesaba al. Çünki şücaətlilərin yaxşı işlərini yada salmaq hərbi bölməni daha çox çalışmağa vadar edir və tənbəllik edənləri işləməyə həvəsləndirir. İnşaəllah!”
AYRI-SEÇKİLİK BƏLASI

Həzrəti Əli (əleyhissalam) şəxsiyyətlərin əməyinin düzgün qiymətləndirilməsini və həvəsləndirilməsini, İslam hərbi dəstələrinin ruhiyyəsinin və ictimai müdiriyyətin möhkəmlənməsini zəruri hesab etdiyi kimi, idarə işlərində həvəsləndirmədə ədalətin əsas götürülməsinin də mühüm əhəmiyyəti olduğunu lazım bilir. Hər bir ləyaqətli hakim bilməlidir ki, fərdlər arasında ədalətsizlik və ayrı seçkilik salmaqdan böyük bəla yoxdur. Məhz bunun nətticəsində cəmiyyətin əsası sarsılıb uçur, əhalidə hakimə qarşı soyuqqanlılıq və ümidsizlik yaranır. Başqa sözlə desək, İslam cəmiyyətində heç vaxt belə bir hal görünməməlidir ki, bir dəstə adam çox zəhmət çəkib, çalışsın, lakin öz haqqından az həvəsləndirmə və qiymətlənmə görsün. Amma başqaları nəzərə çarpacaq qədər iş görmədikləri halda, hakim tərəfindən məhəbbətə layiq görülüb qiymətləndirilsin. Bu cür hallar İslamda açıq-aşkar ədalətsizlik olmaqdan əlavə, cəmiyyətin kökünə öldürücü zərbələr vurur, çalışqan şəxslərdə öz işlərinə qarşı soyuqqanlılıq və e`tinasızlıq yaradır. Onların eşq və əlaqə ilə öz fədakarlıqlarına davam etmələrinin qarşısını alır. Beləliklə, layiqli hakim, şəxsləri həvəsləndirməkdə qəflət etmədiyi kimi, şəxsin hüququndan artıq həvəsləndirməyə də yol verməməlidir. Hakim özünü ədalətsizliyin və ayrı-seçkiliyin nişanəsi olan bu işlərdən qorumalıdır. Bu əsasa görə, hakim həvəsləndirmə və qiymətləndirmə işlərini – xüsusilə silahlı qüvvələr haqqında – dəqiq hesablama, çalışma və şəxsin ləyaqəti əsasında icra etməlidir. Bu işdə qarşı tərəfin böyüklüyü, kiçikliyi, şöhrəti, tanınmamazlığı, dövlətli və kasıb olmağı və sair tə`sir etməsinin qarşısını almalıdır. Bu baxımdan Həzrəti Əli (əleyhissalam) buyurur:

ثُمَّ اعْرِفْ لِكُلِّ امْرِئٍ مِنْهُمْ مَا أَبْلَى وَ لَا تَضُمَّنَّ بَلَاءَ امْرِئٍ إِلَى غَيْرِهِ وَ لَا تُقَصِّرَنَّ بِهِ دُونَ غَايَةِ بَلَائِهِ وَ لَا يَدْعُوَنَّكَ شَرَفُ امْرِئٍ إِلَى أَنْ تُعْظِمَ مِنْ بَلَائِهِ مَا كَانَ صَغِيراً وَ لَا ضَعَةُ امْرِئٍ إِلَى أَنْ تَسْتَصْغِرَ مِنْ بَلَائِهِ مَا كَانَ عَظِيماً

 Hər kəs hansı işdə imtahan olunubsa, onu öz hesabında qərar ver! Birinin zəhmət və əməyini başqasına nisbət verib onun xidmətinin qiymətini haqlı olduğundan aşağı dərəcədə hesablama! Şəxsin böyüklüyü səbəb olmasın ki, onun kiçik işini böyük hesab edəsən. Habelə, birinin aşağı səviyyədə olması səbəb olmasın ki, onun böyük və əhəmiyyətli işini kiçik hesab edəsən!

İslam cəmiyyətində Qur`an və qanunun (sünnənin)[2] yüksək və dəyərli məqamları vardır. Bu da təkcə şüar olduğuna və Qur`anın müqəddəsliyinə görə deyil, əksinə, bu iki məfhumun cəmiyyətdə hakim olması və ən ali müraciət yerinin Qur`an və İslam sünnələrindən ibarət olması bunu tələb edir. Başqa sözlə desək, əvvəla, Qur`an və sünnə bütün ictimai, siyasi, iqtisadi və s... Məsələlərin mənbəyi hesab olunur. İkinci, ixtilaf qarşıya çıxdıqda, haqq və batil müəyyən olmayanda, Qur`an və sünnə haqqı batildən ayırmaqda əsas me`yar götürülür. Bu hədəfin aydınlaşdırılması, Qur`an və sünnənin İslam cəmiyyətində məqamını tanımaq üçün bir neçə müqəddiməni bəyan etməliyik:
SÜNNƏNİN MƏ`NASI

 İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) və mə`sum İmamların (ələyhimussalam) yolları, əməl və rəftarları “sünnə” (qanun) adlanır. Sünnə üç yolla sübut olunur:

 Əvvəl: Mə`sumun sözü.

 Mə`sum İmamların (ələyhimussəlam) dedikləri sözlərə və bəyanlara “mə`sumun sözü” deyilir. Məsələn, Mə`sum (əleyhissalam)-dan soruşurlar: “Cihadi-əkbər” nədir? Cavabında buyurur: “Nəfslə mübarizə. ”

 İkinci: Mə`sumun rəftarı

 mə`sumların (ələyhimussalam) hərəkət, davranış və rəftarlarına “mə`sumun rəftarı” deyilir. Nümunə üçün, tarixdə oxuyuruq ki, Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih) öz əshabı ilə birlikdə olarkən dairəvi şəkildə oturarmış. Başqa yerdə yazırlar: “İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) bütün ömrü boyu salam verməkdə heç kəs Ondan qabağa düşə bilməyib. ” Belə əməllərə “mə`sumun rəftarı” deyilir.

 Üçüncüsü: Mə`sumun sükutu.

 Hər vaxt Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) İmamın (əleyhissalam) yanında bir iş görsələr və o həmin işin görülməsinin qarşısını almasa, bu halət “mə`sumun sükutu” adlanır.
QUR`ANDA MÖHKƏM VƏ MÜTƏŞABEHİN MƏ`NASI

 Bütün Qur`an ayələri iki qismə bölünür. Onun bir bölməsinə “möhkəm”, başqa bir qisminə isə “mütəşabeh” deyirlər. O ayələr ki, aşkar şəkildə bir mə`naya dəlalət edir və zahiri heç bir başqa mə`na ilə oxşar deyil, “möhkəm” ayələr adlanır. O ayələr ki, müxtəlif mə`nalarda olmasına ehtimal verilir “mütəşabeh” ayələr adlanır.

[1] Nisa surәsi, 135-cü ayә.

[2] Sünnә dedikdә, İslam Peyğәmbәrinin (s) vә mә`sum İmamların (ә) sözü, әmәli vә rәftarları nәzәrdә tutulur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi
Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində

 
user comment