Azəri
Tuesday 26th of October 2021
99
0
نفر 0
0% این مطلب را پسندیده اند

ƏDALƏTİN MÜXTƏLİF CƏHƏTLƏRİ

Bir çox insanlar ədalətin tərifində və adil şəxs dedikdə onun həqiqətinə varmırlar. Hər hansı bir dövlətin rəhbərini və ya məsul işçini şəxsi mənafedən uzaqdırsa və mövcud qanunu hamı üçün bərabər şəkildə icra edirsə, (qanunun qəbul edilməsində insanların rolunun olub-olmamasının heç bir rolu yoxdur.) Adil hesab edirlər. Məsələn, “Ənuşirəvan, və onun dövlətini adil hesab edirlər. halbuki Ənuşirəvanın dövləti zülm əsasında və çirkin bir dövlət idi. O, dövləti öz haqqı hesab edirdi və ona atası Qubaddan irs apardığı digər şeylər kimi baxırdı. Bu səbəbdən digərlərini hökumətə sahib olmaqdan məhrum edirdi. Belə ki, bir hakim və hökumət ədalətsiz şəkildə dövləti qoruyurdu.

Ənuşirəvanın Rum ilə müharibədə pula ehtiyac duyurdu. Onun xəzinəsində lazımi qədər pul mövcud deyildi. Palançı şəxs bir şərt ilə ehtiyac duyulan pulun ödənməsini öhdəsinə götürdü. Şərt bundan ibarət idi ki, dövlətdə mövcud olan fərqlənmələrə və nəticədə övladlının təhsildən məhrum olmasına son qoyulsun. Firdovsinin “Şahnamə”də qeyd etdiyi bu dastan, dövlətdə mövcud olan fəsada sübutdur. Şah, palançı şəxsin sözünü eşitdikdə qəbul etmədi, şübhəsiz, ümumi camaat belə bir hakimi adil hesab edirlərsə, ziyalı və elmə yiyələnən insanlar belə bir dövləti və onun başçısını zalım bilirlər. həqiqətən elmi məxsus bir təbəqəyə, inhisarlaşdırmaq, şahzadələrə və ordu başçılarının övladlarına məxsus etmək, böyük bir zülmdür.

“Con Smit” (Afrika milliyyətçilərinin rəhbəri) “Rudziya”-hökumət qanunlarının icraçısı, zalım hesab edilir. Belə bir dövlətin tərəfdarları da zülmkar hesab edilməlidirlər. Eləcə də Kommunizm və Kapitalizm qurumları zülmə əsaslanırlar. Çünki insan azadlığı, fəziləti və həqiqətindən uzaqdadırlar. Həmçinin güclə dövləti ələ keçirən hakim dövlət işlərində ədaləti qorumaq istəsə belə, zalım hesab edilir.

Beləliklə, gözdən pərdə asan bu cür ədalətləri ədalət hesab etmək olmaz. Hərçənd ədalətdən bəhrələndiyinə görə mütləq zülmün qarşısında ədalətli gözə çarpır.

Mütləq ədalət heç bir cəhətdən zülmlə qarışığı yoxdur. Hər baxışda ədalət gözə dəyir. Qeyd edəcəyimiz ədalətin bütün xüsusiyyətlərinə malikdir.

1. Hakimin ədaləti:

Hakimin ədaləti bundan ibarətdir ki, onun dövləti hamı tərəfindən qəbul edilsin, güc strukturlarına söykənməsin, şəxsi manafeə əsaslanmasın, müəyyən şəxs və təbəqəni digərlərindən üstün tutmasın. Hakim yalnız düzgünlüyü, öz dövlətinin başlığı hesab etməlidir. Ləyaqətincə dövlətçilik edə bilmədikdə kənarlaşmalıdır. Qanunları bərabər şəkildə icra etməli və zülmə yol verməməlidir. Bu ədalətə siyasi nöqteyi nəzərdən bir baxışdır.

2. Ədalətə qanun nöqteyi-nəzərindən baxış:

Bu cəhətdən ədaləti təhlil etsək, onu qanun adlandıra bilərik. Belə ki, bütün qanunlarda ümumi məsləhət, həqiqətə uyğunluq, cəmiyyətin ehtiyacları və daxili istəklər nəzərdə tutulmalıdır. Hər hansı bir şəxs və məxsus təbəqə üçün bərabər şəraitdə; ayrıseçkilik olmamalıdır. Adil hakim və ədalətli dövlət hər bir şəxsin payına düşən nemətləri ədalətlə təyin etməlidir. Hər kəs öz həqiqi qismətinə nail olmalıdır.

Məsələn, hər bir insan hava, heyvan və bitki nemətlərindən lazımı qədər bəhrələnir. Hər bir ağacın kökü, yarpağı və budağı bərabər şəkildə sudan istifadə edir. Onlardan heç biri lazımı qədərindən artıq bəhrələnmirlər.

Belə bir uyğunluq və bəhrələnmə insan həyatında icra edilsə, ədalət və ədalətə uyğun qismət öz yerini ala bilər. Ədalət və qismət (qist) qanunu bütün yaranışda olduğu kimi, azad bəşərin həyatında da mövcuddur. Beləliklə insanlar lazımı qədər və istedadlarına uyğun, maddi və mənəvi nemətlər əldə etməkdə heç bir qadağa ilə qarşılaşmamalıdırlar. Hətta, ağlını əldən verənlər və heyvanlar belə ədalətdən kifayət qədər bəhrələnməlidirlər.

99
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

10 HƏDIS (6)
Milli Şura və Müsavat partiyası birgə mitinq keçirdi
MƏ᾽NƏVİ KAMALLAR
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR
AYƏTULLAH HÖCCƏTİN VƏFATI
AYAQLARIN MƏSH EDİLMƏSİ
ALLAHLA ÜNSİYYƏTİN YOLU
QARĞIŞ
İŞ VƏ FƏALİYYƏTİ
QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR

 
user comment