Azəri
Sunday 17th of January 2021
517
0
0%

PEYĞƏMBƏRI-ƏKRƏM ¡-IN TƏMƏLLÜKÜNÜN (bir şeyin onun mülKiyyətinə KeÇməsinin) MƏNŞƏYI VƏ ONUN BƏYANI

a) Müxeyriqin vəsiyyəti.

Müxeyriq Bəni Qəynuqa tayfasının varlı bir şəxs, yəhudi alim‌lərindən və Tövratın bilicilərindən idi.[1] O, Peyğəmbəri Ək‌rəm ¡-in Mədinəyə hicrət etdiyi və Qubada mənzil sal‌dığı zaman o həzrətin yanına gələrək islamı qəbul et‌miş‌di.[2]

Ühüd müharibəsində öz qövmünə xitab edərək dedi: – «Ey yə‌hu‌dilər! Allaha and olsun ki, siz yaxşı bilirsiniz ki, Mü‌həm‌məd peyğəmbərdir və ona kömək etmək sizə vacibdir.» On‌lar dedilər: «Bu gün şənbə günüdür.» O dedi: «Heç bir şənbə yox‌dur!» Sonra öz silahını götürdü və Peyğəmbərlə yanaşı döyü‌şə gedib şəhadətə çatdı. Peyğəmbəri Əkrəm ¡ bu‌yurdu: «Müxeyriq ən yaxşı yəhudidir.» Müxeyriq Ühüdə gedən za‌man demişdi: «Əgər öldürülsəm, mal-dövlətim Mühəmmədə məxsus olsun.»[3]

Müxeyriqin əmvalı yeddi bağdan ibarət idi: «Ə`raf», «Sa‌fiyə», «Dəlal», «Meysəb», «Bərqə», «Husna» və Ümmü Ibrahimin «məş‌rəbə»si idi ki, Peyğəmbərin Mariya adlı kənizi orada yaşa‌yırdı.[4]

Bu yeddi bağın ətraflı izahı «Vəfaul-vəfa» kitabının 944-988-ci səhifələrində, Mavərdinin «Əhkamul-sultaniyyə» kita‌bının 179-cu səhifəsində, Əbu Yə`lanın öz kitabının 183-cü səhifəsində və «Əl-iktifa» kitabının 2-ci cildinin 103-cü səhifəsində qeyd olunmuşdur.

Səmhudi Vaqididən nəql edir ki: «Peyğəmbər Ə`raf, Bərqə, Mey‌səb, Dəlal, Husna və Ümmü Ibrahimin məşrəbəsini 7-ci hic‌ri ilində vəqf etdi.»[5]

b) Ənsarın Peyğəmbəri Əkrəm ¡-ə hədiyyələri:

Ibni Abbasdan rəvayət olunur ki: «Peyğəmbəri Əkrəm ¡ Mədinəyə varid olduğu zaman Mədinədəki ənsarlılar su çıx‌mayan torpaq sahələrinin hamısını Peyğəmbərə bağışladılar ki, istədiyi kimi işlətsin.»[6]

v) Bəni-nəzirin torpaqları:

Yəhudi qövmü Mədinəyə daxil olan zaman Bəni-nəzir qəbi‌lə‌si Büthan, Bəni Qüreyzə və Məhzurda məskunlaşdılar. Bu iki vadi Mədinənin daşlı-qayalı məntəqəsinin aşağısında yer‌ləşirdi və oradan çox yaxşı sular axırdı.[7]

Allah-taala bu torpağı Peyğəmbəri Əkrəm ¡-ə qay‌tar‌dığı zaman Ömər dedi: – Əldə etdiyin şeyləri təxmis etmisənmi (xümsünü vermisənmi)? Peyğəmbər ¡ buyurdu:

لاَ اَجْعَلُ شَيْئًا جَعَلَهُ اللّهُ لِي دُونَ الْمُسْلِمِينَ بِقَوْلِهِ K مَا اَفَاءَ اللّهُ عَلَى رَسُولِهِ كَهَيْئَةِ مَا وَقَعَ فِيهِ السهمَان لِلْمُسْلِمِينَ

"Allah-taalanın "ma əfaəllah əla Rəsulihi" - ayəsinin vasitəsilə müsəlmanlardan ayrı olaraq mənə bağışladığı şeyi müsəlmanlara çatan iki səhmin müqabilində qərar verməyəcəyəm."[8]

Sirə alimlərinin[9], hədis alimlərinin[10] və müfəssirlərin[11] fi‌kir birliyi budur ki, Bəni-nəzir torpaqları Peyğəmbəri Ək‌rəm ¡-in xalisəsi və safiyəsindən ibarət idi.[12] Və o həz‌‌rət öz mülkünün maliki kimi onda istədiyi şəkildə təsər‌rüf edir, ailəsinə xərcləyir və istədiyi şeyi istədiyi şəxsə hə‌diyyə verirdi. Belə ki, onun bir hissəsini Əbu Bəkrin, Əb‌dür-Rəhman ibni Ovfun, Əbu Dücanənin və başqalarının ix‌ti‌yarına vermişdi. Bu da hicrətin 4-cü ilində baş ver‌miş‌di.[13]

d) Xeybər əraziləri: Xeybər Şam-Mədinə yolu üzərində yer‌lə‌şən kiçik bir şəhər idi və yeddi, yaxud səkkiz uca qaladan iba‌rət idi. Onların çoxlu əkin sahələri, xurmalıqları var idi. Yəhudi inadkarları o qalada yaşayır və ərəb qəbilələri ilə həmpeyman olmuşdular.[14]

Peyğəmbəri Əkrəm ¡ hicrətin 7-ci ilində Hüdey‌biy‌yə‌dən qayıtdıqdan sonra onlara tərəf getdi. Hüdeybiyyədə iş‌ti‌rak etməyənlərə Xeybərdə iştirak etmək icazəsi vermədi, yal‌nız Cabir ibni Əbdüllah ibni Həram Ənsariyə icazə verdi. Çünki onlar Hüdeybiyyədə iştirak etməkdən imtina etmiş və müsəlmanları iztiraba salmışdılar.[15]

Peyğəmbər ¡ yəhudiləri qalaların içərisində təqri‌bən bir ay mühasirədə saxladı. Onlar hər gün on min döyüşçü ilə qaladan çıxır və vuruşurdular. Lakin axırda onların bir qismi zorla, bir qismi isə müsalihə yolu ilə fəth edildi və Peyğəmbər ¡ güc işlədilməsi nəticəsində fəth olu‌nan şeylərin xümsünü verdi, yerdə qalan beşdə dörd hissəsini isə Xeybər və Hübeybiyyə döyüşlərində iştirak edən müsəl‌man‌la‌rın arasında bölüşdürdü. Öz ixtiyarında məharətli işçi‌lər və əkinçilər olmadığına görə oranı yəhudilərə həvalə etdi ki, orada əkin işlərini yerinə yetirib oranı idarə et‌sinlər və məhsulun yarısını Peyğəmbərə təhvil versinlər.[16]

Demişlər: «Peyğəmbəri Əkrəm ¡ Xeybəri otuz altı pa‌yı və bu paylardan hər birini də yüz yerə bölmüşdü. Peyğəm‌bəri Əkrəm ¡-ə on səkkiz səhm, müsəlmanlara da on sək‌kiz səhm. Peyğəmbəri Əkrəm ¡-in səhmi eynilə onlardan birinin səhmi qədər idi.»[17]

Həmçinin demişlər: «Müsəlmanların paylarını Hüdey‌biy‌yədə iştirak edənlərin, eləcə də Cə`fər ibni Əbi Taliblə bir‌likdə Həbəşistandan qayıdanların arasında böldü.»[18]

Həmçinin demişlər: Onun xüms payı «Kətibə» oldu, lakin Şəqq, Nətat, Səlalim və Vətih müsəlmanlara çatdı. Pey‌ğəm‌bər o hissəni yəhudilərə verdi ki, orada işləyib məhsulun yarı‌sını müsəlmanların arasında bölüşdürsün. Nəhayət, Ömər öz xilafəti zamanında torpaq sahələrinin özünü onların ara‌sında hər birinə düşən pay miqdarında böldü.»[19]

Ibni Hişamın «Sirə» kitabında və başqa kitablarda deyi‌lir: «Kətibə Allahın xümsü, Peyğəmbərin payı, eləcə də «zil-qurba» və miskinlərin payı idi, Peyğəmbərin qadın‌la‌rı‌nın bəhrəsi və Peyğəmbərlə Fədək əhli arasında sülhə vasi‌tə‌çi rolu oynayanlara məxsus idi.»[20]

«Fütuhul-büldan» kitabında deyilir: «Peyğəmbərin xanım‌la‌rı üçün də oradan bir pay qərar verilmişdi və onlara bu‌yur‌‌muşdu: «Sizlərdən hər biriniz istəsə, onun məhsulunu gö‌tür‌‌sün; hər kəs də istəsə torpaq sahəsini özü üçün və öz va‌ris‌ləri üçün götürə bilər.»[21]

Vaqidinin «Məğazi» kitabında Kətibə payları kifayət qədər müfəssəl şəkildə qeyd edilmişdir.[22]

«Vəfaul-vəfa» kitabında deyilir: Vətih və Səlalim əha‌li‌si torpaqlar barəsində müşriklərlə müsalihə etdilər. Bu iki‌si Peyğəmbəri Əkrəm ¡-in xassəsi və xalisəsi idi. Vətidlə Səlalimin yaxınlığında yerləşən Kətibə Allahın xümsü ünvanı adını aldı və hər üçü birləşdi. Bu məcmuəni Peyğəmbər özündən irs qoymuşdu, onun sədəqəsindən sayılırdı.[23]

Bu da onu tələb edirdi ki, Xeybərin bir qismi silah gü‌cü‌nə, bir qismi isə müsalihə yolu ilə fəth edilmiş olsun. Bu təhlilə əsasən, müxtəlif rəvayətlərin eyni mə`naya yozul‌ması mümkün olur.[24]

Qazi Mavərdi və Qazi Əbu Yə`la demişlər: «Peyğəmbərin bu səkkiz qaladan üçünü – Kətibə, Vətid və Səlalimi öz mülkiyyətinə keçirtdi, Kətibə qənimətlərin xüms ünvanı ilə, Vətih və Səlalimi isə «ma əfaəllah əleyhi» qəbilindən idi. Bu ikisini müsalihə yolu ilə fəth etmişdi. Bu üç qala «fey`» və xüms yolu ilə Peyğəmbərin xalisəsi oldu.»[25]

Müəllif: Onların sözünü qüvvətləndirən budur ki, Pey‌ğəm‌bəri Əkrəm ¡ Xeybərdə on səkkiz paya malik idi və Xeybərdə iştirak edən sair müsəlmanların payı da on sək‌kiz idi. Bundan belə çıxır ki, Xeybərin bir qismini «ma əta‌əl‌lah əla Rəsulih» qəbilindən olmalıdır ki, müharibə apa‌rılmadan fəth edilmişdir və onlar müharibə yolu ilə əldə edilən qənimətlərin xümsünün payı qəbilindən olanlara əlavə edilmiş və Peyğəmbərin səhmlərinin məcmusu müsəlmanların payının məcmusu ilə bərabər olmuşdur.

f) Yaqut Həməvi deyir: «Fədək Riyazda bir qəsəbənin adı‌dır ki, oradan Mədinəyə qədər iki günlük yol vardır. Həm‌çi‌nin deyilmişdir ki, üç günlük yoldur. Orada çoxlu çeşmələr və xurma bağları mövcuddur.»[26]

Peyğəmbəri Əkrəm ¡ Xeybərdə olanda, yaxud oradan qayıt‌maq ərəfəsində olan zaman bir neçə nəfəri Fədək əha‌li‌sinə doğru göndərdi və onları Islama də`vət etdi, lakin on‌lar qəbul etmədilər.[27]

Lakin Xeybəri fəth etdikdən sonra Allah-taala onların qəl‌binə qorxu və vəhşət hissi saldı. Onlar müəyyən şəxsləri Peyğəm‌bərin yanına göndərdilər və təklif etdilər ki, Fədə‌kin yarısına onunla razılaşsınlar, bu surətdə həmin tək‌li‌fi qəbul etdi.[28]

Əbu Übeyd yazır: Fədək əhalisi Peyğəmbərin yanına adam gön‌dər‌dilər və onlarla əhd-peyman bağlandı ki, onların can‌la‌rı amanda qalsın, əvəzində də onların ərazilərinin və xur‌ma bağlarının yarısı özlərinin olsun, digər yarısı isə Pey‌ğəmbərə verilsin.[29]

«Fütuhul-büldan» kitabında yazılır: Deməli, Fədəkin ya‌rı‌sı Peyğəmbərin xalisəsi idi. Çünki müsəlmanlar oranı fəth etmək üçün müharibə aparmamışdılar. Buna görə də Pey‌ğəm‌bər oradan əldə olunan gəlirin hamısını məsrəf edirdi.[30]

Həskaninin «Şəvahidut-tənzil» kitabında, Zəhəbinin «Mi‌za‌nul-e`tidal» kitabında, Heysəminin «Məcməüz-zəvaid» ki‌ta‌bında, Süyutinin «Durrul-mənsur» kitabında və «Kənzül-üm‌ma‌lın müntəxəbi» kitabında Əbu Səid Xidridən belə rəvayət olu‌nur: "Və ati zəl-qurba həqqih" (ey Peyğəmbər! Öz qohum-əqrəbanın payı‌nı əta et" - ayəsi nazil olan zaman Peyğəmbər ¡ Fatimeyi-Zəhranı çağıraraq Fədəki ona hədiyyə etdi.»[31]

Bu hədis «Rum» surəsinin "fə ati zəl-qurba həq‌qəh" ayəsinin təfsirində də Ibni Abbasdan nəql olun‌muş‌dur.[32]

x) Vadil-qura: Vadil-qura (yə`ni qəsəbələr vadisi) Mədinə ilə Şam arasında yerləşən bir vadinin adıdır ki, Təyma ilə Xeybər arasında yerləşir. Təyma Şamın ətrafında olan bir şəhərdir.[33] Ona görə «Vadil-qura» adlandırılmışdır ki, əvvəldən axırına qədər bir-birinə birləşik olan kəndlərdən və qəsəbələrdən ibarətdir. Hal-hazırda da orada çoxlu qəsəbələr vardır ki, Şam hacılarının yolu üzərində yerləşir. Həmin dövrdə orada yəhudilər yerləşirdi.[34]

VADIL-QURA VƏ ONUN FƏTH OLUNMASI

Peyğəmbəri Əkrəm ¡ hicrətin 7-ci ili «Cəmadiyus-sani» ayında Xeybərdən qayıdandan sonra Vadil-quraya getdi və oranın əhalisini islama də`vət etdi. Onlar islamı qəbul etməyərək Peyğəmbərlə müharibəyə başladılar. Həzrət onlara qılınc gücünə qələbə çaldı və Allah-taala onların var-dövlətini Peyğəmbərə qənimət verdi. Müsəlmanlar çoxlu mal-dövlət əldə etdilər və Peyğəmbəri Əkrəm ¡ onun xümsünü götürdü, əraziləri və xurma bağlarını Xeybər əhalisi ilə etdiyi müsalihə əsasında yəhudilərə həvalə etdi ki, onun xümsü o həzrətin özünə məxsus olsun. Bir ox atanı da Həmzə ibni Nö`man Əzriyə bağışladı.[35]

c) Məhruz: Mavərdi və Əbu Yə`la demişlər: «Səkkizinci sədəqə Mədinənin Məhruz adlı bazarının yeridir. Həmin yer ki, Mərvan Osmandan iddia etdi və camaatı onun əleyhinə qiyama sövq etdi.»[36]

Müəllif: Məhruz, Aliyədə yerləşən bir məntəqə idi ki, Bəni Qüreyzə orada yaşayırdılar. Bəlkə də Mədinənin geniş‌lən‌dirilməsindən sonra bazara çevrilmişdi.

Qeyd etdiklərimizdən əlavə, Peyğəmbəri Əkrəm ¡-in ana‌sı Amənənin evini, eləcə də özünün Məkkədəki doğum yeri‌ni, öz zövcəsi Xədicənin Səfa və Mərvada, eləcə də «Ət‌tar‌lar» bazarının arxasında olan evini irs aparmışdı. Belə ki, Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra Əqil ibni Əbi Tal‌ib onu satdı və Peyğəmbəri Əkrəm ¡ Həccətül-vida‌da Məkkəyə gəldiyi zaman ona dedi: «Evlərinizdən hansında qalacaqsınız?» Həzrət buyurdu: «Əqil bizim üçün bir şey saxlayı‌bmı?!»[37]

Amma Peyğəmbəri Əkrəm ¡-in şəxsi vəsaitlərinə gəl‌dikdə isə, Hüşam Kəlbi, Əvanət ibni Həkəmdən rəvayət edir ki, Əbu Bəkr Peyğəmbəri Əkrəm ¡-in sila‌hını, miniyini Əli ™-a verib dedi: «Bun‌lardan başqa yerdə qalanlarının hamısı sədəqədir.»[38]

[1] «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.502.

[2] «Əmtaul-əsma», səh.46.

[3] «Məğaziyi Vaqidi», səh.262-263; «Əmtaul-əsma», səh.146; «Isabə», 3-cü cild, səh.373.

[4] «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.501-503; «Mö`cəmuül-büldan», «məsib» maddəsi. Ma‌riyə Qibtiyyə bir kəniz idi ki, Iskəndəriyyənin padşahı Məquqəs onu Peyğəmbər üçün hədiyyə gördərmişdi. Peyğəmbər ¡ də onu həmin yeddi bağdan birində məs‌kun‌laşdırdı. O, hicrətin 8-ci ilinin «Zil-həccə» ayında Peyğəmbərdən Ibrahim adlı bir övlad dünyaya gətirdi ki, bir il, yaxud səkkiz aydan sonra vəfat etdi. Peyğəmbər onu Bəqidə torpağa tapşırdı. («Usdul-ğabə», 1-ci cild, səh.38.) Mariyə də 16-cı hicri ilin‌də vəfat etdi. («Usdul-ğabə», 5-ci cild, səh.543; «Vəfaul-vəfa», səh.1128 və 1190.

[5]«Vəfaul-vəfa», səh.988; «Biharul-ənvar», 8-ci cild, səh.108, imam Riza ™-dan nəq‌lən.

[6] «Əl-əmval», Əbu Übeyd, səh.288.

[7] «Mö`cəmül-büldan», «bütha» və «büveyrə» maddələri.

[8] Həmin kitab; «fey`» maddəsi.

[9] «Məğaziyi Vaqidi», səh.278, 363; «Əmtaul-əsma», Məqrizi səh.178-182.

[10] «Sünəni Əbi Davud», «xərac» kitabı, 3-cü cild, səh.48; «Sünəni Nəsai», 2-ci cild, səh.178; «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.78.

[11] «Təfsiri Təbəri», 28-ci cild, səh.24-25; «Təfsiri Nişapuri», «Təfsiri Təbəri»nin haşiyəsində, 28-ci cild, səh.38; «Təfsiri Süyuti», 6-cı cild, səh.192, hamısı da «Həşr» surəsinin təfsirində.

[12] «Əhkamul-sultaniyyə», Mavərdi, səh.169; «Əbu Yə`la», səh.183. Bu hökmdən Yamin ibni Ümeyr və Əbu Səid ibni Vəhəbin əraziləri istisna olunur ki, bu iki şəxs fəthdən qabaq islamı qəbul etmişdilər və onların islamı qəbul etmələri mal-dövlətlərini qoruyub saxladı.

[13] «Fütuhul-büldan», Bilazəri, 1-ci cild, səh.18-22.

[14] «Əhkamus-sultaniyyə», Mavərdi, səh: 169; «Əbu Yə`la», səh.184; «Mö`cəmül-büldan», «Xeybər» maddəsi.

[15] «Məğaziyi Vaqidi», səh.634; «Təfsiri Süyuti», 2-ci cild, səh.192.

[16] «Məğaziyi Vaqidi», səh.637; «Vəfaul-vəfa», səh.1210; «Fütuhul-büldan», 1-ci cild, səh.26-31. Vaqidinin «Məğazi» kitabının 688-699-cu səhifələrində deyilir: Əbu Bəkr və‌fat edən zaman övlaldarı və varisləri onun Xeybərdən olan payını-yüz dəvə yükü miq‌da‌rında olan mal-dövləti Ömərin və Osmanın dövründə əxz edirdilər... Axırda deyir: Bu, Əbdül-məlikin dövrünə qədər və ondan sonraya qədər davam etdi, sonralar arası kəsildi.

[17] «Fütuhul-büldan», 1-ci cild, səh.29; «Əl-əmval», Əbu Übeyd, səh.56.

[18] Yenə orada, 1-ci cild, səh.28-32.

[19] Yenə orada, 1-ci cild, səh.28.

[20] «Sireyi Ibni Hişam», 2-ci cild, səh.404; «Əl-iktifa fi məğazi Rəsulillah vəs-sə‌‌la‌sətül-xüləfa», 2-ci cild, səh.268; «Məğaziyi Vaqidi», səh: 692-693; «Əmtaul-əsma», səh.329.

[21] «Fütuhul-büldan», 1-ci cild, səh.32.

[22] «Məğaziyi Vaqidi», səh.693; «Fütuhul-büldan», 1-ci cild, səh.27.

[23] Əvvəlcə qeyd etdiyimiz kimi, bu, xüləfa məktəbinin istilahıdır ki, Peyğəmbəri Əkrəm ¡-in daşına bilməyən bütün miraslarını Əbu Bəkrin rəvayətinə görə sədəqə adlandırmışlar.

[24] «Vəfaul-vəfa», səh.1210.

[25] «Əhkamus-sultaniyyə», Mavərdi, səh.171; «Əhkamus-sultaniyyə», Əbu Yə`la, səh.184-185; «Əl-əmval», Əbu Übeyd, səh.56.

[26] «Mö`cəmül-büldan», «Fədək» maddəsi.

[27] «Fütuhul-büldan», 1-ci cild, səh.31-32 və 34; «Əhkamus-sultaniyyə», Mavərdi, səh.170; «Əbu Yə`la», səh.185.

[28] «Ibni Hişamın sirəsi», 2-ci cild, səh.408; «Əl-iktifa», 2-ci cild, səh.259; «Məğaziyi Vaqidi», səh.706-707; «Əmtaul-əsma», səh.331; «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.78.

[29] «Əl-əmval», səh.9.

[30] «Fütuhul-büldan», 1-ci cild, səh.41.

[31] «Şəvahidut-tənzil», 1-ci cild, səh.338-341, yeddi yolla; «Durrul-mənsur», 4-cü cild, səh.177; «Mizanul-e`tidal», 1-ci çap, 3-cü cild, səh.228; «Kənzül-ümmal», 1-ci çap, 2-ci cild, səh.158; «Məcməüz-zəvaid», 7-ci cild, səh.49; «Təfsiri Kəşşaf», 2-ci cild, səh.446; «Tarixi ibni Kəsir», 3-cü cild, səh.36.

[32] Yenə orada, 1-ci cild, səh.443.

[33] «Mö`cəmül-büldan», «Təyma» maddəsi.

[34] «Mö`cəmül-büldan», «qura» və «vadil-qura» maddələri.

[35] «Fütuhul-buldan», 1-ci cild, səh.39-40; «Məğaziyi Vaqidi», səh.710-711; «Əmtaul-əsma», səh.332. Həmzə ibni Nö`man Əzri Hicaz əhalisi arasında Bəni Əzrə sədəqələrini Peyğəmbərə gətirən ilk şəxs idi. («Usdul-ğabə», 2-ci cild, səh.57.)

[36] «Əhkamus-sultaniyyə», səh.170-171; «Əbu Yə`la», səh.185-186.

[37] Yenə orada.

[38] Yenə orda.

517
0
0%
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟

latest article

Həmasın İŞİD ünsürü Suriyada öldürüldü
İmam Həsən Əskəri əleyhissəlamın yeddicəhətli fəaliyyəti
QƏNIMƏT VƏ MəğNƏM
Allaha yaxınlaşma yolu
İİR-ın Quran qarisi Məhdi Qulam Nijad, Rusiyada keçirilən Quran Müsabiqəsində ikinci yeri ...
İŞİD Suriyalı Gənci '' Çarmıxa '' Çəkdi
QİBLƏNİN DƏYİŞDİRİLMƏSİ
Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən şikayətə ...
ƏHLI-BEYT IMAMLARININ ¢ ”OVL” BARƏSINDƏKI RƏVAYƏTLƏRI
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi nəzəri

 
user comment