Azəri
Friday 29th of March 2024
0
نفر 0

MÜƏLLİFİN HƏYATI İLƏ QISA TANIŞLIQ

Elm, iman və əməl sahibi olan ayətullahül-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani (Qafqazi) müasir dövrdə Qum elmi mərkəzində tanınmış böyük mərcəyi-təqlidlərdən biridir. O, 1310-cu ildə (şəmsi tarixi ilə) İranın müqəddəs Qum şəhərində dünyaya gəlmişdir. Atası mərhum ayətullah Fazil Lənkərani (Hacı Bəşir oğlu) Lənkəranın “Ərkivan” bölməsinin əhalisindən idi və Qum elmiyyə hövzəsinin böyük alimlərindən və ustadlarından sayılırdı. O, azərbaycandan gələn mühacirlərdən idi. Bir neçə müddət İranın Məşhəd və Zəncan elmiyyə hövzələrində dini təhsil almış və tədrislə məşğul olmuşdu. Ayətullah Hacı Əbdülkərim Hairi Qum elmiyyə hövzəsini təşkil etdikdən bir il sonra Fazil Lənkərani Qafqazi (atası) bu müqəddəs elm ocağına pənah gətirir. Elə ilk günlərdə də nəcib ailədən olan bir qadınla ailə qurur. Bu ailə həyatında çoxlu övladlar dünyaya gəlir. Övladların dördüncüsü əziz ustadımız Ayətullah Hacı Şeyx Məhəmməd Fazil Lənkərani idi. Onu da qeyd edək ki, bu ailədən yalnız Şeyx Məhəmməd Fazil Lənkərani ruhani olur. Uşaqlığının ilk vaxtlarından atasının mə`nəviyyatının tə`siri altına düşür. Ürək açıqlığı ilə onun pak yolunu seçir və uşaqlıq iradəsi ilə qərara alır ki, atasının yolunu özünə nümunə seçib, ruhaniyyət aləminə qoşulsun. Dünyəvi elmlərdə yüksək iste`dada və müvəffəqiyyətlərə nail olduğuna baxmayaraq, altı illik orta təhsilini qurtaran kimi dini elmləri oxuyan tələbələrin sırasına qoşulur. Qəlbində bir dünya sevinc ilə tutduğu yolu davam etdirir, sadə tələbəlik mə`nəviyyatına daxil olur. Bu yolu özünün eşq və məhəbbəti ilə seçməsindən əlavə, başqa bir qüvvə də onun ruhaniyyət aləmində dözümlə irəliləməsinə tə`sir edir. Bu şəxs uşaqlıq dostu və məktəb yoldaşı, imam Xomeyninin böyük oğlu mərhum ayətullah seyyid Mustafa Xomeyni idi. İki səmimi dost əl-ələ verərək bu uzun və pak yolu dərin sevinc hissi ilə davam etdirirdilər. Ustadın öz sözü ilə desək: “Tutduğum yolda eşq və əlaqəmin çoxalmasında bu əziz dostumun böyük rolu vardı. İlk günlərdə bir-birimizin əlindən tutur və mübahisə (elmi mübahisə) yolu ilə təhsilimizə davam edirdik. ”

Ustadın bu elmə eşq və əlaqəsi olduğu müddətdən böyük irəliləyişlər əldə edir. Dini təhsilini sür`ətlə başa vurur. Belə ki, ərəb ədəbiyyatı və orta səthli dərslərini altı il müddətində qurtarır. Halbuki, adi halda tələbələr bu dövrəni 8-9 ilə bitirirdilər. Buna görə də 19 yaşı tamam olduqda elmi hövzənin axırıncı mərhələ dərslərini oxuyur.

19 yaşlı cavan, mərhum ayətullahül-üzma Burucerdinin hər kəsin qavraya bilmədiyi yüksək səthli dərsində iştirak edir. Dərs otağında ən cavan şagird Məhəmməd Fazil Lənkərani idi. Buna görə də şagirdlər arasında ən çox nəzəri cəlb edərdi. Bə`ziləri təsəvvür edirdilər ki, bu cavan deyilən mətləbi anlaya bilməz. Amma bu cür təsəvvür, ittihamdan başqa heç bir şey deyildi. Buna şahid odur ki, əziz ustad, ayətullah Burucerdinin hər bir dərsini, dərsdən çıxdıqdan sonra ərəcə qeydə almışdır. Bu onu göstərir ki, dərsi başa düşməklə yanaşı onun dərin mə`nalarını anlayıb qeydlər də aparmışdır. Belə ki, bir müddət sonra ayətullah Burucerdi onun atasının mənzilində Fazil Lənkəraninin əlyazmalarına baxıb buyurur: “Heç fikirləşməzdim ki, bu az yaşlı cavan müxtəlif, dərin elmi mətləbləri bu cür başa düşsün. Təəccüblü budur ki, deyilən mətləbi səlis ərəb dilində yazsın!”

O zamanlar böyük İslam inqilabının rəhbəri imam Xomeyni elmi hövzədə bir dövrə “Üsul” elminin tədrisinə başlayır. Onun dəyərli elmi bəyanlarından bəhrələnməkdən ötrü ətrafına çoxlu tələbələr cəm olurlar. Bu dərsdə vəsfəsığmaz maraqla iştirak edənlərdən biri də ayətullah Fazil Lənkərani idi. O, ayətullah Burucerdinin dərslərində iştirak etməklə yanaşı, imam Xomeyninin bu dərsini fövtə vermir. Beləliklə, tam bir dövrə “üsul”, ”əlfaz” və “əqli” bəhslərini təxminən yeddi il ərzində imam Xomeyninin dərslərindən istifadə edir. Bundan əlavə, imam Xomeyninin “üsul” dərsləri ilə yanaşı “fiqh” dərsinə də başlayır. Ayətullah Lənkərani ilk gündən imamın “fiqh” bölməsinin “Təharət” kitabının dərsində iştirak edir. Özünün dəqiq nəzəri ilə dərsin bütün bəhslərini izləyir və deyilənləri qeyd edir. Belə ki, bu yazılar axırda bir neçə cild kitab həcminə gəlib
çatır. Beləliklə, ustad bərəkətli ömrünü təhsil və tədris yolunda sərf edir. Cavanlıq vaxtlarında təxminən on bir il mərhum ayətullah Burucerdinin və təxminən, doqquz il imam Xomeyninin “üsul” və “fiqh” dərslərində iştirak edir. Bu elm dəryasından gücü çatan qədər mə`nəvi azuqə əxz edir. Elm öyrənmək şövqü ustadın bütün vücudunu əhatə etmişdir. Bunlarla yanaşı ayətullah Fazil Lənkərani bərəkətli ömrünün bir hissəsini “hikmət” və “fəlsəfə” dərslərinə sərf edir. Bu bölmədə onun ustadı tanınmış alim və təfsirçi mərhum Əllamə Təbatəbai olur. Bir neçə il müddətində Səbzevarinin “Mənzumə” və Molla Sədra Şirazinin “Əsfar” kitablarından dərs alır. Əlbəttə, bunlarla yanaşı başqa mühüm bəhsləri, o cümlədən, əqaid və əxlaq dərslərini tanınmış ustadlardan mənimsəmişdir. Özünün yüksək fitri iste`dadına, təhsil müddətində hədsiz diqqət və ayıqlığına görə ayətullah Lənkərani ictihad məqamına tez çatır. Sadaladığımız İslam elmlərini və maarifini ələ gətirdikdən, müntəzəm olaraq on bir il ayətullah Burucerdinin, doqquz il böyük İslam inqilabının rəhbəri imam Xomeyninin bərəkətli və mə`nəvi dərslərindən istifadə etdikdən sonra, otuz yaşında olarkən artıq təqlidə ehtiyacı olmur. Buna görə də ayətullah Burucerdinin mərcəiyyət dövründə ona təqlid edən Lənkərani, onun vəfatından sonra öz elmi qüdrətinə arxalanaraq qarşıya çıxan dini və məzhəbi məsələləri öz ictihadı əsasında həll edir. Ustadın həyatında başqa diqqətli nöqtədən biri də budur ki, cavanlıq çağlarında təhsil və tədrislə yanaşı, elmi münazirələrdə də hazır olur. Təhsil dövranının ikinci və üçüncü illərində, yə`ni təxminən 15-16 yaşında tələbələr içində birinci olduğu ilə yanaşı, tanınmış alimlərdən dərs alır. Tələbələrdən bir dəstəsinə dini tədris etməklə məşğul olur. Ustadın dərs məclisləri ilk vaxtlarda qızğın olur. Çoxlu elm və iman sahibi olan şəxsiyyətlər onun dərslərində iştirak edirlər. Maraqlı burasıdır ki, tam diqqətlə ustadın dərslərinə qulaq asan tələbələrin hamısı yaşda Fazil Lənkəranidən böyük idi. Cavan ustad öz şagirdlərinin qarşısına çıxanda, kənardan baxan inanmazdı ki, bu cavan alim o qədər yaşlı tələbələrə elm öyrədir və sinəsindəki incə məsələləri onlara çatdırır. 15-16 yaşlı ustadın dərsində o vaxtlar 7-8 nəfər, 19 yaşına çatdıqda isə yüzə qədər tələbə hazır olur. Ayətullah Fazil Lənkərani “Kifayətül-üsul” kitabını tədris etdikdə onun dərsində 600-700 nəfərə yaxın tələbə iştirak edirdi. Ustadın o dərsləri lentə yazıldığı üçün bu gün də “Kifayə” oxuyan tələblər ondan istifadə edirlər.

Aayətullah Fazil Lənkərani hal-hazırda ali dərəcədə tədrislə məşğuldur. Adlı-sanlı təhqiqatçı, alim və müxtəlif əsər sahibləri ustadın bu dərslərində iştirak edir və onun dərin fəzilətli elmindən sirab olurlar.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

CƏNUB MƏNTƏQƏSİ VƏ ORАDАKI DÖVLƏTLƏR
İSLAMIN ZÜHURU-2
ŞЕYХ FАZİL LӘNKӘRАNİNİN ÖMÜRLÜYÜNDӘN
HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
Şeyx Məhəmməd Fazil Lənkərani dәftәrхаnаsının nümаyәndәliklәri
İMAMIN ADININ VƏ YERİNİN GİZLİ SAXLANMASI İLƏ ONUN QORUNMASI
DÖRDÜNCÜ FƏSİL
Əhli-beyt (ə) və Qədir-Xum
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...

 
user comment