Azəri
Saturday 20th of April 2024
0
نفر 0

QUR᾽ANIN QANUNVERİCİLİK BAXIMINDAN E᾽CAZIQUR᾽ANDAN ƏVVƏLKİ DÖVRLƏR




Bu bir həqiqətdir ki, aləmi öz nuru ilə işıqlandıran İslam dini, zühur etməzdən əvvəl bir çox millətlər, xüsusilə cahil ərəblər zülmət və qorxunc həyat tərzi keçirirdi. Savadsızlıq, əxlaqsızlıq, ictimai pozğunluq hakim olan bir cəmiyyətdə elm öyrənmək ərəblər üçün böyük rüsvayçılıq, qan töküb ticarət karvanlarını qarət etmək isə mərdanəlik hesab olunurdu.

İslamdan əvvəl onlar özlərinin qorxunc və xurafi adət-ən᾽ənələrindən böyük bəhrələr aparırdılar. Cahil ərəblərin, vahid əqidə adı altında bir yerə toplayacaq nə dini, nə də ictimai qanun çərçivəsində vəhdət yaradacaq qanunları var idi. Ata-babalarının adət-ən᾽ənələri onları heyran edir və onu davam etdirməyi özləri üçün böyük fəxr bilirdilər. Bütpərəstlik cahil ərəblər arasında ən çox yayılmış ayinlərdən biri hesab olunurdu. Onlar öz əlləri ilə yonduqları bütlərə pərəstiş edir və onları şəfaətverici vasitə kimi müqəddəsləşdirirdilər.

Ata-analarından onlara irs olaraq qalan var-dövlət və qarət yolu ilə əldə etdikləri mallar, onlar arasında püşk atma yolu ilə bölünürdü. Hər şeydən çox, geniş yayılmış qumarbazlıq əksəriyyət tərəfindən rəğbətlə qarşılanır, hətta bunu özlərinə böyük iftixar hesab edirdilər. Adət şəklini almış ən çikrin işlərdən biri də, atalarının zövcələri ilə evlənmələri, ondan da dəhşətlisi isə qız uşaqlarını diri-diri torpağa basdırmaları olmuşdur.
QUR᾽AN ƏSRİ

Ərəbistan yarımadasının İslamdan əvvəlki ictimai vəziyyəti ilə az da olsa tanış oldunuz. Cəhalət və hərc-mərclik baş alıb getdiyi bir halda, orada parlaq İslam günəşi doğdu. Cəhalətdə qərq olmuş qaranlıq ürəklər, İslam nuru ilə işıqlandı.

Təkallahlıq, bütpərəstliyin cəhalət və fəsadını elm və əxlaqla, illər boyu davam edən qəbiləvi düşmənçiliklərini isə dostluq və məhəbbətlə əvəz etdi. Qarətçi və pərakəndə ərəb qəbilələri təqvalı vahid müsəlman ümmətinə çevrildi. Belə ki, iqtidarda olduqları illər ərzində elm, mədəniyyət, insaniyyət və sivilizasiyanın ən yüksək mərhələlərinə nail olaraq, fəth etdikləri ölkələrdə də bunların yayılmasında böyük nailiyyətlər əldə etdilər. Həmin dövrdə elm, mədəniyyət və tərəqqi artıq İslam bayrağı altında dalğalanırdı.Görkəmli fransız elm xadimi Durus bu haqda deyir:

«Müsəlmanların peyğəmbəri olan Məhəmməd, özünün səmavi tə᾽limlərini pərakəndə ərəb qəbilələri arasında asanlıqla yayaraq onların vəhdət və birliyinə nail oldu. O öz hakimiyyətini İspaniyadan Hind yarımadasınadək yayaraq sivilizasiya və tərəqqi bayrağını bu ölkələrdə ucalda bildi. O böyük insan, Avropa ölkələrindən fərqli olaraq, bir zaman Ərəbistan yarımadasında dərin islahatlar apara bildi.

Orta əsrlərdə elm və mədəniyyətə yiyələnən yeganə millət var idisə, o da cəhalət pərdəsini kənara çəkmiş və onu elm və mədəniyyətlə əvəz etmiş ərəb milləti idi.» (Sifvətul ürfan. Məhəmməd Fərid Vəcdi-119).

Demək, ərəblər qazandıqları bütün zəfər və nailiyyətləri, müqəddəs İslam dinini qəbul etmək və səmavi bir kitab kimi Qur᾽ana iman gətirmələri ilə əldə etmişlər. O Qur᾽an ki, bütün qanun nizamnamələri məntiq və əql əsasında qoyulmuşdur. Qur᾽an özünəməxsus bəyanetmə üslubu ilə digər səmavi kitablardan fərqli və müqayisəolunmaz dərəcədə üstündür. Bu halda biz bunu, Qur᾽anın başqa bir mö᾽cüzəvi xüsusiyyətlərindən biri kimi qəbul edə bilərik.
QUR᾽ANDA BƏRABƏRLİK

Qur᾽anın digər mö᾽cüzəvi xüsusiyyətlərindən biri də qanunvericilik və əxlaq prinsiplərində tutduğu orta mövqe və ədalətdir. Belə ki, bu müqəddəs kitabda qanunvericilikdə ifrat və təfritə varmadan orta mövqe tutulmuşdur. Qur᾽an ədalət və bərabərliyə diqqət yetirir və bu iki xüsusiyyət üzərində qurulan bütün işləri insanlar üçün zəruri hesab edir. Və eyni zamanda onların dilindən, Allah-taaladan bütün işlərin ifrat və təfritə yol vermədən həyata keçirməsini diləmələrini bəyan edir.

اهدِنَا الصِّرَاطَ المُستَقِيمَ

«Bizi doğru yola yönəlt.» (Fatihə-5).

Qur᾽anın digər ayələrində də insanların bütün işlərdə orta mövqe tutmaları (ifrat və təfritə yol verməmələri) tövsiyə olunur.

إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَن تُؤدُّواْ الأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ

«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir.» (Nisa-58).

اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى

“Ədalətli olun. Bu, təqvaya daha yaxındır.“ (Maidə-8).

وَإِذَا قُلْتُمْ فَاعْدِلُواْ وَلَوْ كَانَ ذَا قُرْبَى

«Söz söylədiyiniz zaman [lehinə və ya əleyhinə danışdığınız adam] qohumunuz olsa belə, ədalətli olun» (Ən᾽am-152).

إِنَّ اللّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالإِحْسَانِ وَإِيتَاء ذِي الْقُرْبَى وَيَنْهَى عَنِ الْفَحْشَاء وَالْمُنكَرِ وَالْبَغْيِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ

«Həqiqətən, Allah [Qur᾽anda insanlara] ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara [haqqını] verməyi [kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı] buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!» (Nəhl-90).

Qur᾽an həyatın bütün sahələrində ədaləti hər şeydən üstün tutur və müsəlmanlara da daim bu me᾽yara əsaslanmağı tövsiyə edir. Onlardan bir neçəsi haqda söhbətə bəşlayırıq.
1. SƏRVƏT VƏ MÜLKİYYƏT

Qur᾽an insanın orta həyat səviyyəsində yaşamasını, israfa yol verməyib, imkansızlara qarşı xəsis olmamasını tövsiyə edir. Qur᾽anın bir çox ayələrində insanların xəsislik və paxıllıqdan uzaq olmaları əmr olunur:

وَلاَ يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ هُوَ خَيْرًا لَّهُمْ بَلْ هُوَ شَرٌّ لَّهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُواْ بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

«Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər, heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır.» (Ali-İmran-180).

Eyni zamanda insanların israfdan çəkinərək bir qədər əliaçıq olmaları tövsiyə olunur.

وَلاَ تُسْرِفُواْ إِنَّهُ لاَ يُحِبُّ الْمُسْرِفِينَ

«İsraf etməyin. Allah israf edənləri sevməz!» (Ən᾽am-141).

إِنَّ الْمُبَذِّرِينَ كَانُواْ إِخْوَانَ الشَّيَاطِينِ

«Həqiqətən, [malını əbəs yerə] sağa-sola səpələyənlər Şeytanın qardaşlarıdır.» (İsra-27).

وَلاَ تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَى عُنُقِكَ وَلاَ تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَّحْسُورًا

«Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan.» (İsra-29).
2. İNTİQAM VƏ ƏFV ETMƏKDƏ ƏDALƏT

Qur᾽an insanı həyatın acılı-şirinli günlərinə adət etməyə, qarşısına çıxan bəla və müsibətlərdə səbirli olmağı tövsiyə edir. Səbir edənlərin böyük ne᾽mətlərlə mükafatlandırılacaqlarına bəşarət verir:

إِنَّمَا يُوَفَّى الصَّابِرُونَ أَجْرَهُم بِغَيْرِ حِسَابٍ

«Yalnız [dünyada Allah yolunda çətinliklərə] səbir edənlərə [axirətdə] saysız-hesabsız mükafat veriləcəkdir.» (Zumər-10).

وَاللّهُ يُحِبُّ الصَّابِرِينَ

«Allah səbir edənləri sevər.» (Ali-İmran-146).

Amma bu heç də o demək deyildir ki, Qur᾽an insanları zülmə qarşı mübarizə aparmaqdan çəkindirir və onların zülmə tabe olmalarını tövsiyə edir. Xeyr! Qur᾽an məzlumlara, öz haqlarını tələb etmək lazım gələrsə, mübarizəyə belə qoşulmasını əmr edir. Bəqərə surəsinin 194-cü ayəsində bu haqda deyilir:

فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُواْ عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ

 «Sizə qarşı həddini aşanlarla siz də həmin ölçüdə rəftar edin [cavab verin].»

* * *

Qur᾽an, qətlə yetirilmiş şəxsin sahibinə həddi aşmadan (yə᾽ni daha ağır əzab növlərindən istifadə etmədən) qisas almaq ixtiyarı vermişdir.

وَلاَ تَقْتُلُواْ النَّفْسَ الَّتِي حَرَّمَ اللّهُ إِلاَّ بِالحَقِّ وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلاَ يُسْرِف فِّي الْقَتْلِ إِنَّهُ كَانَ مَنْصُورًا

«Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə [və ya varisinə qatil barəsində] bir ixtiyar verdikdə [istəsə qatildən qisas alar, istəsə bağışlayar və ya qanbahası tələb edər]. Lakin, o da qətl etməkdə ifrata varmasın [qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin.» (İsra-33).
3. MADDİ VƏ MƏ᾽NƏVİ İŞLƏRDƏ ƏDALƏT

Qur᾽anın qanunvericilik prinsipləri ədalət üzərində qurulduğu üçün, onda dünya və axirət qanunları arasında müəyyən oxşarlıq vardır. Qur᾽an, Tövratda olduğu kimi yalnız insanların maddi həyatlarına diqqət yetirərək axirət dünyasını onların zehnindən silməmişdir. Belə ki, xeyirxah işlər görən şəxslərin mükafatını, məhz dünyəvi var-dövlətdə və başqalarının üzərində hakimiyyətdə görür. Və eyni zamanda İncildə olduğu kimi, yalnız axirətə qapılaraq dünyəvi həyatdan əl çəkməyi kimsəyə tövsiyə etməyir.

Qur᾽an həm insanları axirət dünyasına sövq edir, həm də dünyəvi halal ləzzətlərdən zövq almağı tövsiyə edir.

وَمَن يُطِعِ اللّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ  وَمَن يَعْصِ اللّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُّهِينٌ

«Hər kəs Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu ağacların altında çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da [mö᾽minlər üçün] böyük uğur və qurtuluşdur! Hər kəs Allaha və peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir. (Nisa 13-14).

فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ  وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ

«Kim [dünyada] zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyirini görəcəkdir [mükafatlanacaqdır]. Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir [cəzasnı çəkəcəkdir].» (Zilzal 7-8).

وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا

«Allahın sənə verdiyindən özünə axirət qazan [malını Allah yolunda sərft et]. Dünyadakı nəsibini də unutma.» (Qəsəs-77).

Qur᾽anın bir çox ayələrində elm və təqvaya tövsiyə olunmaqla yanaşı, dünyəvi halal ne᾽mətlərdən səmərəli istifadə etməyə də xüsusi diqqət yetirilir.

قُلْ مَنْ حَرَّمَ زِينَةَ اللّهِ الَّتِيَ أَخْرَجَ لِعِبَادِهِ وَالْطَّيِّبَاتِ مِنَ الرِّزْقِ

«[Ya Məhəmməd!] De ki, Allahın öz bəndələri üçün yaratdığı zinət və təmiz [halal] ruziləri onlara kim haram buyurmuşdur?» (Ə᾽raf-32).

* * *

Qeyd etdiyimiz kimi, Qur᾽an insanların dünyəvi həyatları ilə yanaşı axirət dünyasının mə᾽nəvi məsələlərinə də xüsusi diqqət yetirir. Bütün bunlarla yanaşı, insan yaradılış dünyasında mövcud olan varlıqlara və vücudunun əsrarəngiz sirlərinə yol tapmasına sövq olunur. Burada tək insanla Allah arasında olan rabitəyə deyil, onların bir-biri ilə ünsiyyətdə olma və qarşılıqlı həmkarlıq və ehtiram prinsiplərinə də diqqət yetirilir.
4. İQTİSADİYYATDA ƏDALƏT

Qur᾽ani-Kərimdə qanuni alqı-satqı və digər müamilə üsulları halal, sələm, çəkidə və digər ölçü vahidlərində edilən kələkbazlıqlar isə haram buyurulmuşdur.

اََحَلَّ اللّهُ الْبَيْعَ وَحَرَّمَ الرِّبَا

«Allah, alış-verişi halal, sələm almağı isə haram [qadağan] etmişdir.» (Bəqərə-275).

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَوْفُواْ بِالْعُقُودِ

«Ey iman gətirənlər! Əhdlərə sadiq olun!» (Maidə-1).
5. HƏYAT YOLDAŞINI SEÇMƏKDƏ ƏDALƏT

Bəşəriyyətin yer üzündə çoxalaraq qalmasının yeganə amili varsa, o da evlənmək və ailə qurmaqdır. Bu səbəbdən də Allah-taala insanlara müəyyən olunmuş qanunlar çərçivəsində evlənmə əmrini vermişdir.

وَأَنكِحُوا الْأَيَامَى مِنكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ إِن يَكُونُوا فُقَرَاء يُغْنِهِمُ اللَّهُ مِن فَضْلِهِ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

«[Ey mö᾽minlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh [yaxud evlənməyə qabil] kölə və cariyələrinizi evləndirin. Əgər yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah [lütf, mərhəməti] geniş olan və [hər şeyi] biləndir!» (Nur-32).

وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُواْ فِي الْيَتَامَى فَانكِحُواْ مَا طَابَ لَكُم مِّنَ النِّسَاء مَثْنَى وَثُلاَثَ وَرُبَاعَ

“Əgər yetim qızlarla [evlənəcəyiniz təqdirdə] ədalətlə rəftar edə biləcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfər ilə nikah bağlayın.» (Nisa-3).
6. RƏFTAR VƏ ÜNSİYYƏTDƏ ƏDALƏT

Qur᾽an, insanı həyat yoldaşı ilə xoş rəftar etməyə, onun maddi-mə᾽nəvi ehtiyaclarını ödəməyə və digər müsəlmanlarla, xüsusilə ata-ana, yaxın qohumlarla da gözəl rəftar etməyə də᾽vət edir. Başqalarına qarşı yaxşı rəftar etmək və səmimi ünsiyyətdə olmaq yalnız müsəlmanlara deyil, eləcə də bütün bəşəriyyətə vacib olan məsələlərdəndir.

وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ

«Onlarla [qadınlarınızla] gözəl [Allah buyurduğu kimi] rəftar edin.» (Nisa-19).

وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ

«Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar [kişilər] üzərində hüquqları vardır.» (Bəqərə-228).

وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالجَنبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللّهَ لاَ يُحِبُّ مَن كَانَ مُخْتَالاً فَخُورًا

«Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın yoldaş və dostlara, [pulu qurtarıb yolda qalan] müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin. Həqiqətən Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz.» (Nisa-36).

وَابْتَغِ فِيمَا آتَاكَ اللَّهُ الدَّارَ الْآخِرَةَ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا وَأَحْسِن كَمَا أَحْسَنَ اللَّهُ إِلَيْكَ وَلَا تَبْغِ الْفَسَادَ فِي الْأَرْضِ إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُفْسِدِينَ

«Allah sənə [sərvət verməklə] yaxşılıq etdiyi kimi, sən də [varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə] yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz.» (Qəsəs-77).

إِنَّ رَحْمَتَ اللّهِ قَرِيبٌ مِّنَ الْمُحْسِنِينَ

«Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır.» (Ə᾽raf-56).

وَأَحْسِنُوَاْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ

 

«Yaxşılıq edin! Allah yaxşılıq [ehsan] edənləri sevər.» (Bəqərə-195).


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment