Azəri
Friday 19th of April 2024
0
نفر 0

DUALIZM



Bəşəriyyət, xüsusilə ariya soylu xalqlar lap qədimlərdən dünyanın işlərini iki qrupa - yaxşı və pisə bölürmüş. Nur, yağış, günəş, yer və bir çox şeyləri xeyir və yaxşılar qütbündə, qaranlıq, quraqlıq, sel, zəlzələ, xəstəlik, yırtıcılıq və quduzluğu isə pis və şərlər sırasında yerləşdirirmişlər. Әlbəttə, bu qruplaşdırmada insan özünü həmin şeylərin yerini müəyyənləşdirmək me`yarı və miqyası edirmiş, yə`ni o özü üçün xeyirli olduğunu gördüyü hər bir şeyi yaxşı, zərərli gördüyü şeyi isə pis adlandırırmış. Qədim insanlar üçün belə bir sual yaranıbmış ki, görəsən pis və şər işləri də yaxşı və xeyirli işləri yaradan kimsə yaradır, yoxsa yaxşılar bir mənşə, şərlər isə başqa bir mənşədən vücuda gəlirlər? Görəsən yaxşı və pisin yaradıcısı birdir, yoxsa dünyanın iki başlanğıc və yaradıcısı vardır?

Onların bir qrupu belə qənaətə gəlib ki, dünyanı yaradanın özü ya yaxşı və xeyirxahdır, ya da pis və bədxah. Әgər yaxşıdırsa pisləri və əgər pisdirsə yaxşı və xeyirliləri yaratmaz. Onlar bu düşüncə ilə belə bir nəticəyə gəliblər ki, dünyanın iki başlanğıc və qaynağı (dualizm) vardır.

Qədim iranlıların yaxşı və pisin (xeyir və şərin) hər birinə bir qaynaq və mənbə təsəvvür etmələri və sonralar «Әhrimən» və «Yəzdan» ifadəsi ilə bəyan edilən şeylərə e`tiqad bəsləmələri həmin mənşədən yaranıb.

Tarixi nişanələrə əsasən, ariya kökünə mənsub olan insanlar Iran torpaqlarında yerləşdikdən sonra təbiətin od, günəş, yağış, torpaq və külək kimi cilvələrinin pərəstişinə başlayıblar. Tarixçilərin nəzərlərinə əsasən, iranlılar pis və şər şeylərə pərəstiş etməyiblər. Amma ariya soyuna mənsub olmayan digər xalqlar da olub ki, onlar xəbis ruhları razı salmaq bəhanəsi ilə pis və şər şeylərə pərəstiş ediblər. Qədim Iranda iki şeyə pərəstiş deyil, iki mənşə və iki yaradanın olması əqidəsinə inananlar olub, yə`ni iranlılar ibadətdə deyil, yaradılışda şirkə qail olublar.

Sonralar Zərdüşt zühur edib. Tarixi baxımdan, Zərdüştliyin əslində tövhid və ya «ikitirəli» din olması tam şəkildə mə`lum deyil. Mövcud Avesta da həmin qaranlıq nöqtəni aydınlaşdırmır. Çünki bu kitabın müxtəlif hissələri bir-birindən çox fərqlənir. Avestanın «vendidad» adlı bölməsi aşkarcasına ikitirəliyə tə`kid edir. Amma onun «qat»lar bölməsindən elə də ikilik əqidəsi başa düşülmür. Hətta bə`zi tədqiqatçıların iddialarına görə, həmin fəsildən tövhid nəticəsinə gəlinir. Elə həmin böyük fərq və ziddiyyətlərə görə tədqiqatçılar mövcud Avestanın bir nəfərin əsəri olmamasını bildirirlər. Onlar deyirlər ki, bu Avesta ayrı-ayrı şəxslər tərəfindən yazılıb.

Bu barədə olan tarixi araşdırmalar yetərli deyildir. Amma biz «məcus» barəsində olan islami əqidəmizə görə, zərdüştliyi əsası tövhid dini olmuş bir din hesab edə bilərik. Çünki, İslam alimlərinin əksəriyyətinin fikrinə əsasən, zərdüştlər kitab əhli sayılırlar. Tədqiqatçı tarixçilər də həmin əqidəni təsdiqləyərək deyirlər ki, dualizm əqidəsinin zərdüşt dininə nüfuzu, bu dinin zühurundan qabaq ariya soyunda ikiallahlıq əqidəsinin olması ilə bağlıdır.

Әlbəttə, biz yalnız sırf tabeçilik, yə`ni islami əsərlər yolu ilə zərdüştliyi tövhid şəriəti hesab edə bilərik. Amma zərdüştliyə mənsub olan tarixi əsərlər baxımından onu tövhid dini adlandıra bilmərik. Çünki tədqiqatçıların «qatlara» əsaslanaraq dedikləri ən tutarlı şey budur ki, zərdüşt zati tövhid tərəfdarı olub, yə`ni o, yalnız bir varlığı öz zatına əsaslanan və yaradılmamış varlıq hesab edirmiş və o, Ahuramazda imiş. O, Ahuramazdanı bütün varlıqların, hətta Әhrimənin də yaradanı hesab edirmiş. Başqa sözlə desək, zərdüşt varlıq aləminin yalnız bir kökünün olmasına inanırmış. Həmçinin, bə`zi tədqiqatçıların sözlərinə əsaslanaraq zərdüştü ibadi tövhidin tərəfdarı, yə`ni bir varlığa pərəstiş edən hesab edə bilərik. Amma hər hansı bir dinin tövhid dini olması üçün zati və ibadi tövhiddən əlavə, yaradılışda tövhid də lazımdır. Zərdüşt dini isə tarixi sənədlərə əsasən, yaradılış baxımından tamamilə ikitirəli olub. Çünki həmin tə`limlərdən belə mə`lum olur ki, «anqromenu»nun (xəbis əql) müqabil nöqtəsi «sepentmenu» (müqəddəs əql)-dir. «Sepentmenu» yaxşı, yə`ni yaxşı olan və yaradılmalı olan şeylərin mənşəyidir. Amma anqromenu və ya Әhrimən pis şeylərin, yə`ni yaradılmamalı və Ahuramazda və ya sepentmenunun, onları yaratmaq məs`uliyyəti daşımadığı və yaradılışları anqromenunun öhdəsinə olan şeylərin mənşəyidir. Bu fikrə əsasən, varlıq aləmi iki köklü olmamasına baxmayaraq ikitirəlidir, yə`ni Ahuramazdadan başlanan varlıq, iki qola bölünür. Onlardan biri sepentmenu və yaxşı tə`sirlərindən ibarət yaxşı qol, digəri isə ənqromenu və onun bütün pis tə`sir və yaratdıqlarından ibarət pis qoldur. Әgər Zərdüştdən qalmış ən mö`təbər və ən tövhidi əsər olan qatları me`yar götürsək, onu beş-altı xeyir və şərdə, mövcud quruluşun ən gözəl quruluş olmaması və ali hikmətlə uyğun gəlməməsi əqidəsinə düçar olmuş görəcəyik. Bu cəhət onu səma elçilərindən tamamilə ayırır.

Zərdüşt dini həmin naqis cəhətlərinə görə dualizmlə mübarizə apara bilmədi. Belə ki, dualizm əqidəsi ondan sonra, bir daha iranlılar arasında varlığın iki köklü olması mə`nasında meydana çıxdı. Iranda bir növ zərdüştçiliyin qollarındən sayılan sasani dövrünün zərdüştləri, manovilər və məzdəkilər ən yüksək səviyyəli «ikitirəli» olublar.

Həqiqətdə demək lazımdır ki, zərdüşt dini şirk və ikitirəliyi hətta qatlar səviyyəsində belə iranlıların ürəyindən çıxara bilmədi və özü də bu xurafi əqidəyə məğlub olaraq təhrif edildi.

Ancaq İslam neçə min illik bu xurafatı iranlıların beyinlərindən çıxara bildi. Bu İslamın fövqəladə qüdrətinin və iranlıların ruhundakı dərin tə`sirlərinin nişanələrindəndir ki, dualizm əqidəsi ət və qanlarına hopmuş xalqı, bu iyrənc xurafatdan nicat verdi. Dualizm iranlıların canlarına elə yerimişdi ki, hətta Domuzil kimi bə`zi şərqşünaslar onu iranlı təfəkkürünün əsası hesab ediblər. Onlar bu xurafata o qədər əsir olmuşdular ki, onun tə`siri altında öz dinlərini belə təhrif edirdilər. Bəli, İslam iki qüvvəyə pərəstiş edən iranlılardan əsl təkallahlı yetişdirdi ki, onlar

الْحَمْدُ لِلّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ

«Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun!...» (əl-Әn`am-1)

Həqiqətini öyrənərək

الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ و

«O, yaratdığı hər şeyi gözəl yaratdı...»(əs-Səcdə-7) mə`nasına e`tiqad bəsləyib

قَالَ رَبُّنَا الَّذِي أَعْطَى كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَى

«...Rəbbimiz hər şeyə Öz surətini və şəklini verən, sonra da ona doğru yolu göstərən Allahdır! (Ta-ha-50)» gerçəkliyinə iman gətirib onu dərk etdilər və Allah, yaradılış, varlıq və dünyaya eşq onların vücudlarını elə əhatə etdi ki, varlıq aləminin sitayişində belə dedilər:
Be cəhan xorrəm əz anəm ke cəhan xorrəm əz ust

Aşeqəm bər həme aləm ke həme aləm əz ust

Be eradət be xorəm zəhr ke şahed saqist

Be cəladət bekeşəm dərd ke dərman həm əz ust

Mə`nası: Mən dünyada ona görə şadam ki, dünyanın şadlığı Ondandır; bütün aləmə aşiqəm ki, aləmin hamısı Ondandır; saqi şahid olan zəhəri tam iradə və razılıqla içərəm; dərmanı Ondan olan dərdi şirinliklə çəkərəm.

Iranlı, İslamdan sonra şərlər üçün nəinki Allaha rəqib olan mənşəyə qail deyil, əksinə ali irfani baxışda ümumi yaradılış aləmində olan pisliklər, onun gözündə məhv olur və o, «ümumiyyətlə pislik mövcud deyil» və ya «pis, olmayan şeydir» deyir. Qəzzali deyib ki, «mövcud quruluşdan gözəl quruluşun olması mümkün deyil.» Bu şəxs İslamın yetişdirdiyi insandır ki, belə lətif və ali təfəkkür əldə edib. O dərk edir ki, bir baxışda pis və xoşagəlməz olan bəla, çətinlik və müsibətlərin hamısı ali və dərin baxışda lütf və gözəllikdir.

Yerində «qeybin dili» ləqəbini almış və dərin fəlsəfi və irfani düşüncələri fəsahət və bəlağətin ən yüksək həddində, kinayə və məcaz şəklində bəyan etmiş Hafiz, səthi və məhdud baxışla, yuxarıdan olan dərin və hərtərəfli baxışı, yə`ni kamil arif olan təriqət başçısının baxışı arasındakı fərqi, ikibaşlı ifadə ilə bəyan edərək belə deyir:

 

Pire ma qoft xəta bər qələme son` nərəft

Afərin bər nəzəre pak xəta puşeş bad

Mə`nası: Bizim təriqət başçımız dedi ki, yaradılış qələmində heç bir xəta olmayıb; Afərin onun bu pak və xəta örtən nəzərinə!

Onun məqsədi budur ki, təriqət başçısının dünyanı haqqın vahid cilvəsi kimi görən və məhdudiyyət və səviyyəsizlikdən uzaq olan pak və nurlu baxışında, məhdud baxışlarda aşkar olan bütün xəta və «lazımsızlıqlar» məhv olur. Dünya Haqqın cilvəsidir. Haqqın zatı mütləq gözəllik və mütləq kamillikdir. Gözəlin cilvəsi də gözəldir və onun gözəl olmaması qeyri-mümkündür. Әgər gözəl bədəndə hər hansı bir üzvə, yerləşdiyi yer və digər üzvlərlə birgə, həmin bədəni təşkil etməsi məsələsini nəzərə almadan diqqət yetirsək, onun kamillik, ləyaqət və düzlüyünü dərk etmərik. Belə şəraitdə bə`zən elə fikirləşirik ki, əgər o başqa cür olsaydı, daha yaxşı olardı. Amma onu geniş, hərtərəfli və gözəl bədəni təşkil edən bir üzv kimi nəzərə alanda fikrimiz tamamilə dəyişir.

Hafiz, demək olar ki, bütün qəzəllərində kinayə və məcazla dediyi mətləbləri digər bir beytlə təfsir edir. O həmin qəzəlin digər bir beytində, adətinə uyğun olaraq, öz məqsədini belə açıqlayır:

Çeşməm əz ayine darame xətto xaləş şod

Ləbəm əz buse robayan bəro duşəş bad.

Mə`nası: Mənim gözüm onun qarşısında ayna tutanlardan, dodağım isə onun çiynindən busə götürənlərdən oldu.

O bu beytin birinci misrasında özünün, dünyanı Onun xal, göz və qaşının cilvəsi və hər şeyi öz yerində gözəl görən «eynul-yəqin» (gözlə görüb yəqin etmə) mərhələsinə çatmasını bəyan edir və ikinci misrada «həqqul-yəqin» (haqqı olduğu kimi yəqinliklə dərk etmə) mərhələsinə çatmasını arzulayır.

Hafiz digər qəzəllərində də, ariflərin həqiqətə çatdıqdan sonra kamal, lütf, gözəllikdən başqa bir şey görməməsini dəfələrlə bəyan edib.

Ruye xubəd ayəti əz lotfe bər ma kəşf kərd

Zin səbəb coz lotfo xubi nist dər təfsiri ma

Mə`nası: Sənin gözəl üzün bizə bir nişanə aşkar etdi; buna görə də bizim təfsirimizdə lütf və yaxşılıqdan başqa bir şey yoxdur.

Yaxud başqa bir yerdə belə deyir:

Məra be kare cəhan çəndan eltifat nə bud

Roxe to dər nəzəre mən çenin xoşəş arast

Mə`nası: Mənim dünya işlərinə elə də marağım yox idi; sənin üzün onu mənə elə gözəl göstərdi.

Ümumiyyətlə, dünyagörüşü irfani olan, vəhdəti fəlsəfi çoxluğun, cilvələnməni fəlsəfi səbəb-nəticənin, eşq və gözəlliyi fəlsəfi əql və vacibliyin canişini edən və dünyanı «mütləq gözəlliyin cilvəsi» hesab edən Hafiz, «xəyyamvari» və «əbul-əravari» misalında fikirləşə bilərmi? Hafiz irfani dünyagörüşündəki «vəhdət», «cilvə» və «gözəllik» ünsürlərini məşhur şe`rinin bu üç beytində çox gözəl və aşkar şəkildə bəyan edib.

Әkse ruye to çu dər ayineye cam oftad

Arif əz pərtove mey dər təmə`e xam oftad

Hosne ruye to be yek celve ke dər ayine kərd

In həme nəqş dər ayineyi ovham oftad

In həme əkse meyo nəqşe neqarin ke nümud

Yek fruğe roxe saqist ke dər cam oftad

Bə`zilərinin bu beyti Hafizin yaradılışa e`tirazı kimi qiymətləndirmələrinin səbəbi onun «xətapuş» kəlməsindən istifadə etməsidir. Amma onlar bu nöqtəni unudublar ki, ikibaşlı cümlə və ya kəlmədən istifadə etmək və bə`zən zahiri mə`nasına zidd mə`na verən kəlmənin işlədilməsi bədii gözəlliklərdəndir və irfani şairlər bu üslubdan çox istifadə edirlər. Hafizin digər şe`rləri bu mətləbə gözəl dəlildir. Bundan əlavə, məsələn əgər Hafizin yaradılışa e`tiraz etməsini fərz etsək, görəsən o, təriqət başçısına olan o qədər ehtiram, tə`zim və tam inamı ilə onu yalançı saya bilərmi? Çünki belə olan surətdə Hafizin məqsədi ya budur ki, təriqət başçısı yaradılışda heç bir səhvin olmaması iddiasında yalançıdır və ya o, axmaq və sadəlövhdür.

Hafiz özünün bə`zi şerlərində şərlərin yozulmasının əsas sirrini, yə`ni yaradılışın bölünməzliyini çox gözəl şəkildə bəyan edib və biz öz yerində həmin mətləbi açıqlamışıq. Buna görə də, Hafizin həmin beytdə yaradılışa e`tiraz etməsini və təriqət sahibinin nəzərini puça çıxarmaq istəməsini fikirləşmək avamlıqdır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment