Azəri
Friday 19th of April 2024
0
نفر 0

. BİR DAHA SӘHABӘLӘR BARӘSİNDӘ

Әhli-sünnə alimlərinin şiələrin səhabələrə olan münasibətlərinə, bə᾿zən səhabələrin tənqid olunmasına irad etmələrinin köklərini araşdırmaq lazımdır. Nə üçün əhli-sünnə məzhəbləri bu qədər kəskin şəkildə səhabələrin arasında fərq qoymadan onları müdafiə edirlər?

Әhli-sünnə məzhəbəri bütün səhabələrin səhvsiz, günahsız olduğuna e᾿tiqad bəsləyir, hətta onların aşkar şəkildə düçar olduqları səhv və günahları müxtəlif bəhanələrlə təmizə çıxarırlar. Onlar Peyğəmbərdən (s) nəql olunan «Mənim səhabələrim ulduzlar kimidir; hansı birinin arxasınca getsəniz hidayət taparsınız» hədisinə istinad edərək bütün səhabələri e᾿timad olunası şəxsiyyət hesab edirlər.

Burada əhli-sünnə alimlərinin bu əqidə və düşüncələrində səhvə düçar olduqlarını açıqlamaq məcburiyyətindəyik:

1. Әvvəla, səhabə dedikdə Peyğəmbərin (s) dövründə iman gətirib onunla ən azı bir dəfə həmsöhbət olan şəxs nəzərdə tutulur. Bu hesabla o həzrətin zamanında iman gətirən milyonlarla müsəlmanın ən azı 90 faizi səhabə sayılır. Belə deyilsə, səhabə dedikdə kimlər nəzərdə tutulur?

Әgər Peyğəmbərə (s) iman gətirib uzun illər onunla çiyin-çiyinə mübarizə aparan şəxslərə səhabə deyilirsə, əhli-sünnə qardaşlarımız Müaviyə ibni Әbi Süfyana hansı me᾿yar və hesabla səhabə deyirlər?

2. İslam dininin verdiyi tə᾿limlərə əsasən hər bir şəxs tutduğu məqamdan asılı olmayaraq, yalnız və yalnız öz əməlləri qarşısında cavabdehdir:

«Bütün insanlar öz qazandığı əməllər müqabilində cavabdehdirlər». (Tur‒21).

İnsanların dəyər və qiyməti onun tayfası, qohum-əqrəbası, həmsöhbət və ünsiyyətdə olduğu şəxslərlə ölçülmür. Qur᾿ani-Kərimdə insanların ən yaxşısı Peyğəmbər (s) səhabələri və hətta onun qohum-əqrəbaları deyil, təqvalı və imanlı şəxslərin olduğu bəyan edilir:

«Allah yanında sizin ən yaxşılarınız ən təqvalı olanlarınızdır...» (Hücurat‒13).

Allah-taala bütün müsəlmanlara məs᾿uliyyət və cavabdehliyin nə olduğunu anlatmaq üçün, mə᾿sum Peyğəmbərinə, səhvə yol verərsə cəzalanacağını deyir:

«Әgər Peyğəmbər Bizim adımızdan yalan danışsa, onu qüdrətlə tutub ürəyinin damarlarını qırarıq».

3. Әgər Peyğəmbərə (s) iman gətirib onunla həmsöhbət olan bütün şəxslər, necə deyərlər, «aydan arı, sudan duru» idilərsə, Qur᾿ani-Kərimdə məzəmmət olunan, cəhənnəm və᾿d olunan münafiqlər kimlər idi?!

Bu şəxslər (münafiqlər) iman gətirməmişdilərsə, onlara münafiq yox, kafir və ya müşrik deyilməli idi. Peyğəmbərlə həmsöhbət olmaq səhabə olmağın şərtidirsə, onların bu xüsusiyyəti Qur᾿ani-Kərimdə dəfələrlə açıqlanmışdır. Deməli, bu şəxslərin səhabə olmağında heç bir şübhə yoxdur. Bununla belə Allah-taala bu şəxslərə cəhənnəm və᾿d edir:

«Münafiqlər cəhənnəmin ən aşağı təbəqəsində yerləşəcəklər, onlar üçün heç bir köməkçi tapa bilməzsən...)

4. Әgər Peyğəmbərə (s) iman gətirib onunla həmsöhbət olan on minlərlə müsəlman, başqa sözlə desək səhabələr, Allahın haram buyurduğu işlərə əl bulaşdırıb heç bir məs᾿uliyyət daşımayacaqdılarsa, onda Qur᾿ani-Kərimdə buyurulan əmr və qadağaların, Peyğəmbər şəriətində mövcud olan göstərişlərin nə mənası var?! Allah-taalanın müqəddəs hökmləri onlara aid deyilmi?

Bu hökmlər təkcə Peyğəmbərdən (s) sonra doğulan müsəlmanlara məxsusdurmu?! Olduqca qəribə bir məntiqdir.....

5. Әgər o zamanda yaşayıb Peyğəmbərə (s) iman gətirən müsəlmanlar bütün əməllərin məs᾿uliyyətindən azaddırlarsa, bəs bizim təqsirimiz nədir ki, o zamanda dünyaya gəlməmişik? Bu hansı ədalətin təzahürüdür ki, müəyyən bir zamanda dünyaya gələn insanlar heç bir məs᾿uliyyət daşımır, digər insanlar isə ən kiçik əməllərə görə cavab verməlidirlər?

«Hər bir kəs zərrə qədərində etdiyi pis əməllərin (cəzasını) görəcək».)

Mümkündür ki, kimsə bu sözlərin müqabilində çarəsiz qalıb səhabələrin günahsız olmasını ayrı bir şəkildə izah etsin.

Deyə bilərlər ki, heç bir əhli-sünnə məzhəbi səhabələrin məs᾿uliyyət daşımamasını iddia etmir. Sadəcə olaraq onlar səhabələrin hamısının tam yə᾿qinliklə İslam dininə bağlı olduqlarını və Allahın haram buyurduğu əməllərdən uzaq qaldıqlarını deyirlər. Digər tərəfdən, əvvəldə qeyd etdiyimiz hədis («Mənim səhabələrim ulduzlar kimidir, hansı birinin arxasınca getsəniz hidayət taparsınız») onların hər hansı bir günah və azğınlıqdan uzaq olduğunu təsdiq edir.

Bu hədisin ətrafında, həmçinin səhabələrin günah və azğınlıqdan tamamilə uzaq olmadıqları barədə növbəti bəhsimizdə söhbət açacağıq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qulun duası
ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ
Ayətullah Məkarim Şirazi Ramazan ayı ilə əlaqədar Bəyanat verdi
YALANIN ACI NƏTİCƏLƏRİ
İmam Həsən Müctəbanın İnci Dolu Kəlamları – 40 hədis
Cəmiyyətdə imanı necə qoruyaq
İTTİHAMLA ÜZ-ÜZӘ
Bayram namazı hicrətin neçənci ilində qanuni şəkil aldı?
Ənam surəsi
SӘHABӘLӘR MӘ᾿SUM VӘ GÜNAHSIZ DEYİLLӘR

 
user comment