Azəri
Friday 29th of March 2024
0
نفر 0

ƏLİ (Ə) ÖLÜMÜNÜN SON SAATLARINDA

 

Əli (ə)-ın həyatının ən heyrətamiz mərhələsi təqribən qırx beş saat olub. Ümumiyyətlə o həzrətin həyatı bir neçə mərhələdən ibarətdir:

Təvəllüdündən Peyğəməbrin nübüvvət məqamına çatmasına kimi olan mərhələ;

Peyğəmbərin nübüvvətə çatmasından hicrətə kimi olan dövr;

Hicrətdən həzrət Məhəmmədin (s) vəfatına kimi olan dövr; Əli (ə)-ın həyatının üçüncü mərhələsi olan bu dövr özünəməxsus xüsusiyyətə malik olub.

Peyğəmbərin (s) vəfatından xilafətə qədər olan 25 illik iztirablı həyat;

Əli (ə)-ın həyatının digər bir mərhələsi də vardır ki, təqribən iki gün davam etmişdir. Bu, o həzrətin zərbətlənməsindən vəfatına kimi olan müddəti əhatə edir. Onun kamil insan olması burada, yəni ölümlə üzləşdiyi anda aşkar olur. Əli (ə) ölümlə üzləşərkən göstərdiyi ilk əksül-əməl nədən ibarət olub?

Qılınc, o həzrətin mübarək başına dəyəndə ondan iki cümlə eşidilib. Həmin cümlələrin biri «bu şəxsi tutun», ikincisi isə «Kəbənin Rəbbinə and olsun ki, muradıma nail oldum» yəni şəhadətə çatdım, şəhadət mənim üçün böyük səadət və uğurdur sözləri olub.

Əli (ə)-ı gətirib yatağında uzatdılar. Onun yarasını müalicə etmək üçün Kufədə yaşayan adlı-sanlı təbib Əsir ibni Əmri gətirdilər. Təbib dövrün mövcud müalicə və müayinə üsulları ilə o həzrəti yoxladı və qılıncın zəhərlə suvarıldığını və onun qana keçdiyini başa düşdü. Buna görə də bu dərdin əlacsız olduğunu bildirdi.

Adətən əlacsız xəstənin dərdinin düzəlməyəcəyini onun özünə deyil, yaxın adamlarına deyirlər. Amma o bilirdi ki, Əli (ə)-ın vəziyyətini ilk növbədə onun özünə demək lazımdır. Buna görə də belə dedi: Ey Əmirəl-möminin, vəsiyyətin varsa buyur!

Ummu Kulsum əzəli və əbədi lənət sahibi olan İbni Mülcəmi görəndə ona belə deyir: «Mənim atam sənə nə etmişdi? Mən atamın sağalacağına, üzüqaralığın isə sənə qalacağına ümid bəsləyirəm.» Ummu Kulsum bu sözləri deyəndə İbni Mülcəm danışmağa başlayaraq belə dedi: Arxayın ola bilərsən; mən həmin qılıncı min dirhəmə almışam; min dirhəm da vermişəm ki, onu zəhərlə suvarsınlar; mən o qılınca o qədər zəhər yedirtmişəm ki, əgər Kufə əhalsininin başına birdən dəysəydi, hamısını bir yerdə öldürərdi. Atanın sağ qalmayacağından tam arxayın ola bilərsən.

Əli (ə)-ın heyranediciliyi və insani xariquladəliyi özünü burada göstərir. Vəsiyyətlərindən biri də «əsirinizlə xoş davranın» sözləri olur. Sonra isə belə deyir: «Ey Əbdülmüttəlib övladları! Mən dünyadan köçdükdən sonra camaatın arasına düşüb, «Əmirəl-möminin şəhid oldu, filankəs qatili təhrik etdi, filankəsin bu işdə əli var» deyib onu-bunu günahlandırmayın.» Sizin bu söhbətlərin dalınca getməyinizi istəmirəm. Mənim qatilim bir nəfərdir.

İmam Həsən (ə)-a belə buyurdu: «Oğlum Həsən! Məndən sonra onun ixtiyarı sənin əlindədir, azad etmək istəsən azad edərsən, qisas almaq isətəsən isə, yadında qalsın ki, o sənin atana bir zərbə vurub. Ona bir zərbə vurarsan, ölsə ölüb, ölməsə də ölməyib.»

Sonra yenə öz qatilinin vəziyyəti ilə maraqlanıb, ona yemək və su verilməsini soruşur; ona baxılıb-baxılmaması ilə maraqlanır. O həzrətə süd gətirirlər. O süddən bir az içib kasanı ətrafındakılara verərək belə deyir: «Qalanını həmin adama verin ki, ac qalmasın.»

Düşməni ilə bu cür rəftarları, Mövlananın ona «şücaətdə Allahın şirisən, mürüvvətdə kim olmağını isə özün bilirsən» deməsinə səbəb olur.

Bunlar Əli (ə)-ın mərdliyi və insanlığıdır. O, ölüm yatağına düşüb və halı getdikcə pisləşir; zəhər müqəddəs bədəninə daha çox təsir edir. Səhabələri narahat olur, ağlayır və nalə çəkirlər. Amma Əli (ə)-ın dodaqlarının təbəssümlə dolu olduğunu görürlər. Əli (ə) həmin vəziyyətdə belə buyurur:

«Allaha and olsun ki, başıma gələn mənim bəyənmədiyim şey deyil, xeyir! Allah yolunda şəhid olmaq həmişə mənim arzum olub; mənə ibadət halında şəhid olmaqdan daha yaxşı nə ola bilər.» Sonra ərəblər arasında çox məşhur olan bir misalı çəkir. Ərəblər səhralarda köçəri həyat sürdükləri üçün su və ot olan yerlərdə otraq salardılar. Həmin yerin su və otu qurtarmayınca ordan köçməzdilər. Su və ot qurtardıqdan sonra isə başqa yerdə su və ot tapıb ora köçərdilər. Gündüzlər hava çox isti olduğu üçün onlar bəzən su olan yer tapmaq üçün gecələr axtarışa çıxardılar. Gecə su dalınca gedən şəxsə «qarib» deyirdilər. İndi Əli (ə) camaatı başa salmaq üçün belə deyir: «Ey camaat! Gecə vaxtı su axtaran və birdən su tapan adam necə sevinər? Mən zülmətli bir gecədə su tapan və öz məşuquna çatan aşiq kimiyəm.»

Duş vəqte səhər əz qosse necatəm dadənd

Vandər an nimeye şəb abe həyatəm dadənd

Çe mübarək səhəri budo çe fərxonde şəbi

On şəbe qədre ke in tazə bəratəm dadənd

Bu beyt «Kəbənin Rəbbinə and olsun ki, muradıma nail oldum» cümləsinin mənasını tərənnüm etdirir. «Məni qüssədən qurtardılar» həmin mənadadır. Həzrət Əli (ə)-ın ən təlatümlü və hərarətli sözləri həmin 45 saatda deyilib. O, Ramazanın 19-cu günü, dan yerinin sökülməsinin ilkin vaxtlarında zərbətləndi və 21-ci gecəsi, gecə yarı müqəddəs ruhu asimana pərvaz etdi.

Əli (ə)-ın ömrünün son anlarında hamı onun yatağı ətrafında toplaşmaşdı. Zəhər mübarək bədəninə çox təsir etmişdi və buna görə də, bəzən özündən gedir, bihuş olurdu. Amma huşa gələn kimi yenə də dilindən dürr, hikmət, nəsihət və moizə tökülürdü. Onun son bəyanı iyirmi maddədə bəyan etdiyi hərarətli və şövqlü moizə idi. O, həmin moizədə əvvəl Həsən və Hüseynə, sonra isə digər ailə üzvlərinə xitab edib. Həsənim, Hüseynim! Ey bütün övladlarım və qiyamətə kimi sözüm onlara çatacaq insanlar, sizinləyəm! (Yəni Əli (ə) bizə və sizə də xitab edib). O, bu kəlmələrdə islamın hərtərəfliliyini bəyan edib. Sizə yetimləri, bir daha yetimləri tapşırıram! Sizə Allahın kitabını, Quranı tapşırıram! Sizə qonşularınızı, bir daha qonşularınızı tövsiyə edirəm! Rəbbinizin evi barəsində Allahdan, Allahdan qorxun, namazınız....»

Fikrində olan mətləbləri dedikdən sonra gözlər Əlinin dodaqlarına dikilir, onun halının dəyişdiyi və müqəddəs alnının tərlədiyi müşahidə olunur. Əlinin gözləri ətrafındakılardan üzüldü. Göz və qulaqlar bir daha nə demək istədiyini bilmək üçün o həzrətin dodaqlarına dikilmişdi. Bir də gördülər ki, Əli (ə)-ın «Əşhədu ənla ilahə illəllah və Əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu» səsi ucaldı.

La hovlə vəla qüvvəta illa billahil əliyyil əzim!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR
NƏFSİN SAFLAŞDİRİLMASİNİN MƏRHƏLƏLƏRİ
ŞEYX RƏCƏBƏLİ XƏYYATIN VƏFATI
Habil və Qabil kim ilə evlənmişdi?
Beynəlxalq ədalət
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
Müqəddəs Kitab boşanmaq və yenidən ailə qurmaq haqqında nə deyir?
İki dünyanın xanımı Həzrəti Zəhranın (s ə) təvəllüdü
Ümümdünya Müsəlmanlarının Ali Lideri Seyid Əli Xamenei cənablarının “Fiqh ...
Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri ...

 
user comment