Azəri
Friday 29th of March 2024
0
نفر 0

NƏFSİN SAFLAŞDİRİLMASİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ

 

Əvvəldə qeyd olundu ki, nəfsin saflaşdırılması və pərvəriş verilməsi bizim üçün ən zəruri məsələlərdəndir. Çünki dünya və axirətdəki səadətimiz bu məsələyə bağlıdır. İlahi peyğəmbərlər də həmin hədəfi həyata keçirmək üçün məbus olunmuşlar.

Ruhi quruculuq və nəfsin saflaşdırılması iki mərhələdə yerinə yetirilir:

Birinci mərhələ nəfsin pis işlərdən, yaramaz əməllərdən saflaşdırılması, yəni, qəlbin çirkin əxlaqdan təmizlənməsi və günahdan uzaq olmasıdır. Bu əmələ təzkiyə və təxliyə də deyilir.

İkinci mərhələ nəfsə pərvəriş verilməsi və onun təkmilləşdirilməsindən ibarətdir. Bu da haqq maarifin, elmlərin əldə olunmasıdır ki, gözəl əxlaqi fəzilətlərə sahib olmaq və saleh əməl görməklə müyəssər olur. Bu əmələ təhliyə də deyilir. Yəni nəfsə pərvəriş verilməsi, onun zinətləndirilməsi və təkmilləşdirilməsi.

İnsan özünü qurmaq üçün hər iki mərhələni ötməlidir, çünki əgər nəfs pisliklərdən paklanmasa haqq maarifin və elmlərin nəfsin pərvəriş olunması, onun gözəl əxlaqlara və saleh əmələ yiyələndirməkdən ötrü qabiliyyəti olmayacaqdır. Çirkin və pis işlərə aludə olub, şeytanın yuva saldığı bir qəlb ilahi nuru necə qəbul edə bilər? Allahın müqərrəb mələkləri belə bir qəlbə necə yol tapa bilər? Digər tərəfdən əgər iman, mərifət, əxlaqi səciyyələr və gözəl əməllər olmazsa insanın nəfsi hansı vasitələrlə pərvəriş tapıb təkamülə çatar? Deməli insan, öz nəfsini saflaşdırmaq üçün hər iki mərhələni ötməlidir. Bir tərəfdən qəlbini paklaşdırmalı, digər tərəfdən isə saleh əməl görməlidir. Şeytanı qəlbdən çıxarıb mələyi ora daxil etməlidir. Allahdan başqasını qəlbdən çıxarıb ilahi feyz və nuraniyyəti cəlb etməlidir. Bu iki mərhələ bir-birini qarşılıqlı şəkildə tamamlayır. Əvvəlcə qəlbi saflaşdırıb saleh əməli sonraya saxlamaq, eləcə də batini çirkinliklərə göz yumaraq saleh əməlin ardınca getmək olmaz. Bu iki mərhələ eyni zamanda və bir-birinə uyğun şəkildə yerinə yetirilməlidir. Pisliklərin və çirkin əxlaqların tərk edilməsi insanı yaxşı işlərə doğru sövq edir, saleh əməlin yerinə yetirilməsi də günahın və çirkin əxlaqın tərk edilməsinə səbəb olur. Biz bu bəhsdə bu iki mərhələni bir-birindən ayrı şəkildə araşdırır və nəfsin saflaşdırılması məsələsini irəli salırıq.

NƏFSİN BOŞALDİLMASİ YAXUD SAFLAŞDİRİLMASİ

NƏFSİN SAFLAŞDİRİLMASİ

Bu mərhələdə üç əməli yerinə yetirmək lazımdır:

a) Nəfsin batil əqidələrdən, yanlış fikirlərdən və xurafatlardan təmizlənməsi;

b) Nəfsin çirkin əxlaq və rəzil sifətlərdən təmizlənməsi;

v) Günah işlərin tərk edilməsi.

Batil əqidələr və xurafatlar cəhalət, zəlalət və nadanlıqdan ibarətdir. Onlar qəlbi, nəfsi qaraldır, insanı təkamülün düz yolundan və Allah dərgahına yaxınlaşmaqdan saxlayır. Batil əqidə sahibləri təkamül yolunu tanımadıqlarından və azğınlıq vadisində qaldıqlarından şübhəsiz məqsədə çatmayacaqlar. Qaranlıq olan bir qəlb Allahın müqəddəs nurunun saçmasına necə mərkəz ola bilər? Eləcə də çirkin əxlaqlar heyvani xislətləri və səciyyələri gücləndirir, insani ruhu tədrici olaraq sönüklüyə doğru çəkir. Belə bir şəxs kamala və ilahi qürb məqamına çatmaqdan ibarət olan insaniyyətin əsl hədəfinə çatmayacaqdır. Günaha mürtəkib olmaq da nəfsi aludə edərək insanı təkamül yolundan saxlayır, Allaha yaxınlaşmaqdan azdırır və onu daha da uzaqlaşdırır. Belə bir şəxs yekun hədəfə nail olmayacaqdır. Deməli, nəfsin saflaşdırılması bizim üçün müqəddəratı həll edən, həyati və çox zəruri işlərdən hesab olunur. Buna görə də əvvəlcə çirkin əxlaq və günahlarla tanış olmalı, daha sonra əmələ başlayıb nəfsimizi paklamalıyıq.

Xoşbəxtlikdən birinci qismdə heç bir çətinliyimiz yoxdur, çünki nəfslərin həqiqi təbibləri və ilahi insanşünaslar, yəni peyğəmbərlər və imamlarımız rəzil əxlaqi xüsusiyyətləri bizə tamamilə aydınlaşdırıb vəsf etmiş, hətta onların müalicə yollarını da bəyan etmişlər; onlar günahları sadalamış, tərk edilmə yollarını da bizə öyrətmişlər. Bizim hamımız rəzil sifətləri tanıyır və onların çirkinliyini bilirik. Biz nifaq (münafiqlik), təkəbbür, həsəd, kin-küdurət, qəzəb, sözgəzdirmək, xəyanət, xudbinlik, bədxahlıq, xəbərçilik, töhmət, nalayiq söz danışmaq, kobudluq, zülm etmək, etimadsızlıq, qorxaqlıq, paxıllıq, hərislik, eyb axtarmaq, yalan danışmaq, dünya malına məftun olmaq, məqam və vəzifə aşiqi olmaq, riyakarlıq, aldatmaq, hiyləgərlik, sui-zənn (bəd güman), qəlbin qəsavəti, nəfsin zəifliyi və bu qəbildən olan digər xüsusiyyətlərin pis və yaramaz olduğunu bilirik.

Bizim hamımız fitri olaraq bunların çirkinliyini dərk edirik. Bundan əlavə yüzlərlə ayə və minlərlə hədis də bu xüsusiyyətlərin çirkin və qəbahətli olmasına şəhadət verir. Bu barədə hədis baxımından azacıq belə çatışmazlıq hiss olunmur. Eləcə də bütün haramlar və günah əməllər Qurani-kərimdə və şərif hədislərdə şərh olunmuş, onların cəzaları bəyan edilmişdir. Biz əksər hallarda onların hamısını bilirik. Buna görə də rəzil xüsusiyyətlərin, kəbirə və səğirə günahların tanınmasında heç bir çətinliyimiz yoxdur. Eyni halda əksər hallarda şeytanın və nəfsi-əmmarənin əlində əsir, nəfsimizi günahlardan, çirkin əxlaqlardan təmizləməyə müvəffəq olmuruq. Bizim əsas çətinliyimiz bundan ibarətdir və bunun üçün çarə yolu fikirləşməliyik.

Mənim bu məsələnin hadisənin ən mühüm amili iki şeydən ibarətdir: 1.Öz əxlaqi və mənəvi xəstəliklərimizi tanımır, ruhən xəstə olduğumuzu etiraf etmirik. 2.Əxlaqi və ruhi xəstəlikləri kiçik sayırıq və onların pis nəticələrindən və acınacaqlı aqibətindən qafilik. Buna görə də onları müalicə etmək üçün ciddi-cəhdlə səy göstərmirik. Məhz bu iki amil səbəbilə biz nəfsin islah edilməsi və saflaşdırılmasından qafil oluruq. İndi isə bu barədə müəyyən qədər bəhs edib müalicə yollarını araşdırırıq.

XƏSTƏLİKDƏN QAFİLLİK

Biz əxlaqi xəstəlikləri adətən tanıyır, onların çirkinliyini dərk edirik. Lakin özümüzdə yox başqalarında. Əgər başqalarında müəyyən bir pis əxlaq, yaxud pis rəftarı görsək onun çirkinliyini yaxşı-yaxşı dərk edirik. Halbuki həmin çirkin sifət, bəlkə də ondan artığı bizdə olduğu halda, ümumiyyətlə ona diqqət yetirmirik. Məsələn, başqalarının hüququnu tapdalamağın pis iş olduğunu bilirik, təcavüzkara nifrət edirik. Halbuki özümüzün də təcavüzkar olmağımız mümkündür. Lakin ümumiyyətlə təcavüzkar olduğumuzu dərk etməyə bilərik. Bir çox hallarda işimizi təcavüz hesab etmirik, bəzən də onu dəyərli və əxlaqi bir əməl kimi özümüzə təlqin edir, bununla da öz nəfsimizi, vicdanımızı qane edirik. Sair çirkin sifətlər də eynilədir. Buna görə də heç vaxt özümüzün islah edilməsi fikrinə düşmürük. Çünki bir kəs özünü xəstə hesab etməzsə, müalicə fikrinə də düşməz. Biz özümüzü xəstə hesab etmədiyimiz üçün müalicə fikrinə də düşmürük. Bizim ən böyük çətinliyimiz də elə budur. Deməli, öz xoşbəxtlik və səadətimizin fikrində olsaq, gərək mümkün olan hər bir vasitə ilə bu çətinliyin həll edilməsi və nəfsani xəstəliklərimizin tanınmasına çalışaq.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR
NƏFSİN SAFLAŞDİRİLMASİNİN MƏRHƏLƏLƏRİ
ŞEYX RƏCƏBƏLİ XƏYYATIN VƏFATI
Habil və Qabil kim ilə evlənmişdi?
Beynəlxalq ədalət
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
Müqəddəs Kitab boşanmaq və yenidən ailə qurmaq haqqında nə deyir?
İki dünyanın xanımı Həzrəti Zəhranın (s ə) təvəllüdü
Ümümdünya Müsəlmanlarının Ali Lideri Seyid Əli Xamenei cənablarının “Fiqh ...
Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri ...

 
user comment