Azəri
Thursday 28th of March 2024
0
نفر 0

QADIN BƏTNİNİN İNANILMAZ SİRRİ


Qafar Ocaqlı
Əl-Əzhər Universisteti məzunu
İddət: İslam hüququnda evliliyin ölüm, boşanma səbəbilə pozulmasından sonra qadının təkrar evlənə bilməsi üçün gözləməyə məcbur olduğu müddətdir.
Qadının iddət müddəti aşağıdakı hallara görə dəyişməkdədir:
1.   Əri ölən qadının iddəti 4 ay 10 gündür. Bəqərə surəsinin 234-cü ayəsi bunu açıqlamaqdadır:Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!
2.   Hamilə qadının iddəti isə ərinin ölümü və ya boşanma səbəbindən asılı olmayaraq doğuma qədərdir. Talaq surəsinin 4-cü ayəsində belə deyilir:(Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər). Hamilə qadınların gözləmə müddəti isə onlar həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər.
Əlbəttə ki, boşanmış və ya əri ölmüş qadınlara iddət hökmünü tətbiq etməyin əsas hikməti qadının hamilə olub olmadığını aşkarlamaqdan ibarətdir. Bu yolla da İslam  ana bətnində ola biləcək körpənin haqlarını qoruyaraq atasının kim olduğunu aşkarlamaqda və soy qarışmasının qarşısını almaqdadır.Son dövrlər Quran ayələrinin elmi ecazlarına dair bir sıra kitablar və məqalələr nəşr olunmaqdadır.Maraqlı burasındadır ki, bu ecazların böyük bir qismi məhz qərb alimləri tərəfindən aşkarlanmaqdadır.Bunlardan biri də qadın bətni ilə bağlıdır.
Araşdırmalar isbatlamaqdadır ki, barmaq izləri fərqli olduğu kimi, bir kişiyə aid spermanın tərkibi digər kişilərin spermasından fərqlənməkdədir. Müasir elm yalnız labaratoriya şəraitində bu fərqi aşkar edə bilir. Qadın bətni də bu məsələdə olduqca həssas və dəqiq labaratoriya bənzəməkdədir.Sanki hər bir qadın bətnində gözlə görülməyən komputer cihazı daşımaqdadır. Bu gözəgörünməz komputer ilk dəfə qadın bətninə düşən kişi spermasının kodunu yaddaşına daxil edir. Əgər qısa fasilələrlə bir qadın bətninə birdən artıq kişi sperması düşərsə komputer yad spermaların kodlarını qəbul edə bilmir və bu zaman yad spermalar komputer üçün virusa çevrilmiş olur. Nəticəsi isə günümüzdə qeyri qanuni cinsi əlaqələr nəticəsində meydana çıxan xəstəliklər olur.
İlk başda İslam şəriətində boşanmış və ya əri ölmüş qadının iddət gözləməsini anlamsız görənlər bunun yalnız qadının hamilə olub olmamasını aşkar etməklə əlaqələndirir və müasir cihazlarla və test yolları ilə həllinin mümkün olduğunu iddia edirdilər. Lakin son araşdırmalar bir daha sübut etdi ki, Allahın qoyduğu qanunların hər biri bir hikmətə dayanmaqdadır. Alimlər bu məsələnin də həllinin Quranda olduğunu anladılar. Qadın bətnində olan komputer kodunun qırılmasının tək yolu var, o da yuxarıda qeyd etdiyimiz kimi, bir iddət müddəti ( 4 ay 10 gün) gözləmək! Yalnız bu müddətdən sonra qadın bətni köhnə spermanın kodunu unutmağa və yeni spermanın kodunu qəbul etməyə hazır olur.       

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment