Azəri
Friday 9th of December 2022
0
نفر 0

Kainatda əsla təsadüf yoxdur



“Mən filankəsi təsadüfən gördüm, onunla təsadüfən rastlaşdım”, “təsadüfən əlimdən düşdü”, “dünya təsadüflərlə doludur” kimi cümlələr sanki nitqimizin və söhbətlərimizin ayrılmaz hissəsinə çevrilib. Fərqinə varmadan bu ifadədən yerli-yersiz istifadə edirik. Ancaq onun həqiqi mənasını bir çox hallarda anlamırıq.
“Təsadüf” sözünün mənası “özü-özünə meydana gələn, hansısa bir səbəbdən asılı olmayan” deməkdir. Yəni təsadüfi adlandırdığımız bir olay guya hansısa səbəbdən baş vermir, özü-özünün səbəbi kimi meydana çıxır.
Kainatda nəhəng bir sistemin fəaliyyətdə olduğunu bilirik. Onu da bilirik ki, bu sistemdə kiçik bir dəyişiklik bütövlükdə sistemin dağılmasına səbəb ola bilər. Ayı Yerin ətrafında, Yeri Günəş sistemində saxlayan da, planetlər arasındakı tarazlığı qoruyan da məhz bu sistemdir. Bu sistem sayəsində biz nə soyuqdan donuruq, nə də istidən bişirik. Qısacası, kainatdakı hadisələrin hamısı müəyyən bir nizam-intizam əsasında baş verir. Yəni burada təsadüflərə yer yoxdur.
“Mən onunla təsadüfən rastlaşdım” cümləsinə baxaq. Məsələn, fərz edək ki, sən çörək almaq üçün mağazaya gedirsən. Orada uzun müddət görmədiyin bir tanışınla rastlaşırsan. Söhbət zamanı məlum olur ki, o, xəstəxanaya gedirmiş və xəstəxana da sənin gedəcəyin mağazanın yaxınlığında yerləşir. İndi məsələni bir qədər də incələyək. Sənin çörək almağın zərurətdir. Əgər almasan, ac qalacaqsan. Tanışının da xəstəxanaya getməsi zərurətdir. Getməsə, ağrıları artacaq. Yəni ortada zərurətlər var. Zərurətlərdən isə təsadüflər doğa bilməz.
Belə bir fikir də səsləndirilə bilər ki, niyə məhz o xəstəxana və ya mağaza seçilib? Təbii ki, sənin o mağazanı, tanışının isə o xəstəxananı seçməyini zəruri edən səbəblər var. Ola bilər ki, mağaza sənin evinin yaxınlığındadır və ya o mağaza daha ucuzdur. Həmin xəstəxanada isə təcrübəli həkim və ya xidmətlərin qiyməti sərfəli ola bilər. Bunlar hamısı əslində seçimləri zəruri edən səbəblərdir.
Buna bənzər nümunələri artırmaq da mümkündür. Ola bilər ki, hansısa olayı zəruri edən səbəb(lər)i ilk baxışdan görməyək və ya anlamayaq. Ancaq bu, o demək deyil ki, həmin səbəblər yoxdur. Bizim bilmədiyimiz və ya görmədiyimiz o qədər səbəblər var ki!
Kainatda təsadüflərə yer yoxdur. Hər şey (bizim bildiyimiz və ya bilmədiyimiz, gördüyümüz və ya görmədiyimiz, duyduğumuz və ya duymadığımız) plan daxilində baş verir.
İslamda belə bir gerçək var: Allahın (c.c.) icazəsi olmadan bir yarpaq belə budağından qopmaz. Bu gerçəyi anlamayanlar küləyin “təsadüfən” əsdiyini, o yarpağın da “təsadüfən” düşdüyünü zənn edirlər. Halbuki kainat yaradılmazdan əvvəl hansı yarpağın hansı budaqda cücərəcəyi, nə zaman yerə düşəcəyi bəlli idi. Bu dərəcədə planlaşdırılmış bir olaya təsadüf adını vermək nə qədər də ədalətsizlikdir?
Baxmaq fərqlidir, görmək fərqli. Görə bilməyənlər hadisələri “təsadüflərə” bağlayırlar. Olayın dərinliyinə baxmaq şərtdir. Zahiri əlamətlərə görə qiymət vermək insanları bir çox hallarda aldadır və yanlış nəticələrin çıxmasına səbəb olur.
Bir məsələni də xüsusilə vurğulamaq lazımdır. Bəzən “təsadüf” sözünü ona görə işlədirik ki, hadisələrin əsl mahiyyətini əks etdirən kəlməni bilmirik. “Təvafüq” kəlməsi əslində belə məqamlarda tam yerinə düşür. Bu, “nizamlanmış şəkildə bir-birinə rast gəlmək” mənasına gəlir. Qısacası, həyatda təsadüflər yox, təvafüqlər var.

Zaman


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Siz yох оlmursunuz, әksinә bir еvdәn bаşqа bir еvә köçürsünüz
XALQAQARŞI İNSAF
FETİŞİZM VƏ ANİMİZM
İslam dini və elm
Kovsər hovuzu nədir?
KEYFIYYӘT, YOXSA KӘMIYYӘT?
IKINCI ÇAPIN MÜQӘDDIMӘSI
Xalis tövbə
İMAMƏT (2)
İKİNCİ АMİL-DӘVӘT

 
user comment