Azəri
Thursday 25th of April 2024
0
نفر 0

İmam Hüseynin(ə) qiyamı dünya alimlərinin baxımından



 

Aşura doktor Jozef Fransalının nəzərində

Bu məqalədə dünyanın dini,  elmi və siyasi alimlərin, həzrət Seyyiduş-Şühəda imam Hüseyn(ə) və o həzrətin  həqq və ədaləti himayə etmək yolunda göstərdiyi misilsiz fədakarlığı barəsində dediklərini nəql edəcəyik.

 

İmam Hüseynin(ə) qiyamı Mahatma Gandinin nəzərində

Mən islamın böyük şəhidi olan imam Hüseynin(ə) həyatını diqqətlə oxudum və Kərbəla səhifələrinə kifayət qədər diqqət etdim.Mənə aydın oldu ki, Hindistan qalib bir ölkə olmaq istəsə gərək imam Hüseynin(ə) getdiyi yola tabe olsun. 

 

Məhəmməd Əli Cinah imam Hüseyn(ə) barəsində

Dünyada imam Hüseynin(ə) göstərdiyi fədakarlıq və şücaətdən üstün  heç bir şücaət nümunəsi yoxdur.Mənim əqidəmcə gərək bütün müsəlmanlar özünü İraq torpağında qurban edən bu  şəhidin getdiyi yola tabe olsun.

 

 Kərbəla hadisəsi Ləyaqət Əlixanın nəzərində

Bu gün(Aşura) dünyada olan bütün müsəlmanlar üçün böyük məna daşıyır.Bu gündə islamın ən hüzünlü və faciəli  hadisələrindən biri baş verib.İmam Hüseynin(ə) şəhadəti hüzünlü olmaqla bərabər həm də islamın həqiqi  ruhunun ən uca fəthi idi.Çünki bi iş ilahi iradənin qarşısında kamil şəkildə təslim olmaq idi.İsalmın əzəmətli şəxsiyyətlərinin şəhadəti bizim hamımız üçün parlaq və əbədi bir misaldır.Bu bizə, hər nəqədər xətər olsa belə həqiqət və ədalət yolundan azmamaq dərsini öyrədir.

 

Purşu Tamdas Tondon İmam Hüseyni(ə) əzəmətlə yad edir

İmam Hüseynin(ə) şəhadəti hələ uşaq ikən mənə dərin və hüzünlü təsir bağışlayırdı.Mən bu böyük tarixi xatirəni yad etməyin əhəmiyyətini bilirəm.Alimin fədakarlığı , nümunə olaraq imam Hüseynin(ə) şəhadəti bəşəriyyətin dərəcəsini ucaldır və bu xatirə həmişə qalmağa və anılmağa layiqdir.

 

İmam Hüseyn(ə) qiyamının təsiri məşhur tarixçi Gibunun nəzərində

Bundan sonra əsrlər boyu və müxtəlif ölkələrdə İmam Hüseynin(ə) hüzünlü ölüm səhnəsinin şərhi ən soyuqqanlı oxucuların belə qəlblərinin oyanmasına səbəb olacaq.

Çarliz Diknez imam Hüseyn(ə) barəsində

Əgər imam Hüseyn(ə) öz dünyəvi istəklərinə görə müharibə edibsə, mən qadınların, bacılarının və körpə uşaqların niyə onunla birlikdə olmasını başa düşə bilmirəm.Elə isə əql onun yalnız islama xatir fədakarlıq etməsini hökm edir.

 

İmam Hüseyn(ə) Tomas Karlaylın nəzərində

Kərbəla faciəsindən aldığımız ən yaxşı dərs budur ki, imam Hüseyn(ə) və onun köməkçilərinin Allaha möhkəm imanları var idi.Onlar sübut etdilər ki, həqq və batil üzbəüz olanda say üstünlüyünün heç bir əhəmiyyəti yoxdur və imam Hüseynin(ə) say azlığına baxmayaraq qələbə çalmasına təəccüb edirəm.

 

Professor Edoard Braun Kərbəla  hadisəsi barəsində

Elə bir azlıq(şəxs) tapılarmı ki, Kərbəla barəsində sözlər eşitsin və hüzn və dərdə qərq olmasın? Hətta müsəlman olmayanlar  belə onun bayrağı altında baş vermiş  islam müharibəsinin ruhunun paklığını inkar edə bilməzlər.

 

İmam Hüseynin(ə) qiyamı Fredrik Ceymsin nəzərində

İmam Hüseynin(ə) və hər bir qəhrəman şəhidin bizə  öyrətdiyi dərsi budur ki, dünyada ədalət , rəhm etmək və məhəbbət adlı əbədi əsllər var.Daha sonra bunu yetirir ki, hər kəs b sifətlərə müqavimət göstərsə və insan bu yolda təzyiq göstərsə belə o əsllər həmişə dünyada əbədi olaraq qalacaqdır.

 

L.M. Boyd 

Insanlar əsrlər boyu cürət,şücaət,ruhi əzəmət,qəlb böyüklüyü və ruhi cəsurluğ kimi sifətləri  sevmiş və bəyənmişlər.bu sifətlərə görədir ki, heç vaxt azadlıq və ədalət zülmə və fəsada təslim olmur.İmam Hüseyn əzəməti və cəsurluğu da burda idi.Mən bu böyük fədakarlığı can-qəlblə qəbul edən şəxslərlə onun tarixindən 1300 il keçməsinə baxmayaraq həmnəva(həmfikir, həmsəs) olduğuma görə xoşhalam.

 

İmam Hüseyn(ə) Amerikalı tarixçi Vaşinqton İrovinkin nəzərində

İmam Hüseynin(ə) Yezidin istəyinə təslim olmaqla nicat tapması mümkün idi.Amma islamın rəhbərlik və inqilabçılıq məsuliyyəti ona Yezidi xəlifə kimi tanımasına icazə vermirdi.O, tezliklə islamı bəni-Üməyyənin əlindən azad etmək məqsədilə , özünü hər bir narahatçılığa və təzyiqləri qəbul etməyə hazırladı.İmam Hüseynin(ə) ruhu susuz bir məntəqənin yandırıcı günəşi altında və Ərəbistanın  isti daşları üstündə sarsılmaz və fəna olmaz.Ey pəhləvan və ey şücaət nümunəsi və ey cəngavərim,ey imam Hüseyn.

 

 

Tomas Masarik Kərbəla hadisəsi barəsində

Bir çox tarixçilərimiz bu adətin kəmiyyət və keyfiyyətini və əzadarlığın geniş yayılmasını bilmədikləri üçün cahilcəsinə danışırlar.İmam Hüseynin (ə) tərəfdarlarının  əzadarlığını  dəlilik kimi qiymətləndirirlər.Onlar heç vaxt bu məsələnin islamda hansı dəyişikliklər etdiyini və bu məzhəbdən başqa dünyanın heç bir millət və məzhəbində  olmayan məzhəbi qiyam və hərkatı əzadarlığın nəticəsində yaranmasını başa düşməyiblər. Əgər Hindistanda yaşayan, əzadarlığı özlərinə şüar etmiş həzrət Əlinin(ə) tərəfdarlarının iki yüz illik tərəqqisinə diqqət etsək, təsdiq edərik ki, əsl məziyyətə onlar tabe olurlar. İki yüz il bundan qabaq Hindistanda və başqa ölkələrdə  imam Əli(ə) və imam Hüseynin(ə) tərədarları  azlıq təşkil edirdi.Əgər bu gün inkişaf etmiş və dövlətli xristian ölkələri milyonlar dollar xərcləsələr belə yenə  bu cür matəm və əzadarlıq keçirdə bilməzlər.Düzdür ki, keşişlərimiz həzrət İsanın(ə) müsibətlərini xatırladmaqla camaata təsir edirlər , amma İsanın(ə) tərəfdarlarında olan şövq və həyəcan imam Hüseynin (ə) tərəfdarlarında olan şövq və həyəcan kimi  olmayacaq.İsanın müsibətləri imam Hüseynin müsibətləri ilə müqayisədə əzmətli bir dağın qarşısındakı bir saman çöpü kimidir.

 

Muris Dukəbri yazır

Əgər tarixçilərimiz həqiqətən bu günün Aşura gününün hansı gün olduğunu dərk etsəydilər, bu əzadarlığı dəlilik kimi qiymətləndirməzdilər.İmam Hüseynin tərəfdarları bu əzadarlıqda başa düşürlər ki, gərək istemar və istismarçıların zillət və xarlığını qəbul etməsinlər,çünki onların rəhbərlərinin şüarı zülmə tabe olmamaq idi.İmam Hüseynin(ə) əzadarlığı məclisində hansı həyat bəxş edən mətləblər söylənildiyinə diqqət edək! İmam Hüseynin(ə) əzadarlığı məclisində, imam Hüseynin(ə) camaatın şərəf və namusunu və islamın məqam və dərəcəsini  qorumaq üçün öz can, mal və övladarından keçdi və istusmarçı və hoqqabaz Yezidə tabe olmadı. Elə isə gəlin biz də onun yolunu nümunə seçməklə istismarçıların kölələyindən azad olaq,izzətli ölümü zillətlə yaşamaqdan üstün bilək,çünki şərafət və izzətli ölüm zillətli yaşamaqdan yaxşıdır.Beşiydən qəbrə qədər bu cür təlimləri olan bir millətin məqam və dərəcəsi məlumdur.Belə bir millət şərafəli və iftixarlıdır və bütünlüklə izzət və şərəfətin həqiqi əsgərləridirlər.Təbii təsirləri olan siyasi faydalarından başqa, müsəlmanlar bu əməliyyatda (imam Hüseyn(ə) əzadarlığında) böyük axirət savabı görürlər.Tarixdən xəbərdar olanlar bunu təsdiq edərlər ki, bu gün bəlkə bütün əsrlər boyu orta Asiya xalqları arasında  əxlaqın və beynəlxalq təlimlərin islahı  dindən başqa bir vasitəylə mümkün deyil.Əxlaqla təchiz olan bir cəmiyyət, Asiya  xalqlarının birliyi və vətənsevərliyi, din və dindarlıq vasitəsilə əldə etdiyini çox yaxşı başa düşür.Bu günlərdə Amerika Birləşmiş ştatlarında camaatı vətənə xidmət etməyə çağırırlar,halbuki Asiyada din və məzhəb adı ilə çoxlu sayda xidmətlər olunur.Əgər müsəlmanlar vətənsevərliyi adı ilə siyasi tərəqqilər əldə etmək istəsələr, xeyir əvəzinə ziyan edərlər.Çünki əgər əsgərlik təlimləri dinlə bağlı olsa, əsgərlər nə qədər ki, canlarında qan var müqəddəs vətənin bir qarışını belə yadlara təslim etməzlər.Əgər bu gün müsəlmanların müstəqilliyini müşahidə ediriksə, bunun əsl səbəbi Quranın və islamın əmrlərinə tabe olmaqdır və bir gün gələcək  ki,  müsəlmanların bu tabeçiliyin sayəsində qüvvətlənəcəyini və isalmın əvvəl günlərində olduğu kimi onların birliy və həmrəyliyinin  sayəsində dünyanın şərq və qərb ölkələrini özlərinə tabe edəcəklərini görəcəyik.İmam Hüseyn(ə) həzrət İsaya(ə) ən çox oxşayan ruhanidir, amma onun müsibətləri daha çətin və şiddətlidir.

Aşura Fransalı Jozefin nəzərində

Doktor Jozef məhşur fransalı tarixçi “İslam və islamçılar” kitabında belə yazır:İsalmın banisi olan Məhəmməd ibni Əbdullahın(s) vəfatından sonra onun canişinləri barəsində məfhumi və əqidəvi ixtilaflar ortaya çıxdı.Bir dəstə kürəkəni olan Əli ibni Əbi Talibin(ə) və o biri dəstə isə qaynatası olan Əbu Bəkrin xəlifəliyini qəbul edirdi.Birnci dəstə şiə və iknci dəstə isə sünni adlanırdı.Həzrət Əli(ə) xəlifə seçilən zaman Məhəmmədin(s) həyat yoldaşı və Əbu Bəkrin qızı olan Ayişə onun əleiyhinə qiyam etdi və Məhəmmədin(s) qaynı olan Müaviyə şamda padşahlıq bayrağı ucaltdı.Bu zaman üç dəstə yarandı, şiddətli müharibələr başlandı və bir çoxları öldürüldü və yaralandılar.Şam hakimiyyəti(Müaviyə) Əlinin(ə) tərəfdarlarının qarət və qətlinə başlayanda Əlini(ə) məscid və minbərlərdə pisliklə yad etməyə və onu təhqir etməyə əmr etdi.İki dəstə sünni vəşiə arasında olan ədavət və düşmənçiliy daha da artdı və şiələr sünni alimlərinin tabeçiliyindən boyun qaçıraraq onlara öz nifrətlərini elan edirdilər.Amma iqtidar və hakimiyyət sünnilərin əlində idi.Xilafətdən sonra şiələr zalım hakimiyyətin qorxusundan öz əqidələrini aşkar etmirdilər.Bu vəziyyət Aşura gününə qədər davm etdi.O gün ki, Şam hakiminin(Yezid ibni Müaviyə) əmri ilə imam Hüseyn(ə) və onun dostlarını Kufənin ətrafında qətlə yetirdilər və bu hadisə geniş əhmiyyətə məlik oldu.Həzrət Əlinin(ə) qəzəblənmiş tərəfdarları bu mövqeiyyəti qənimət bilib bu işi davam etdirərək müharibələr etdilər.Qanlar tökülərək əzadarlıq quruldu.İş bu yerə çatdı ki, şiələr Məhəmmədin(s) nəvəsinin əzadarlığını öz məzhəblərinin bir hissəsi etdilər.O gündən bu vaxta qədər şiələr həzrət Əli(ə) və Fatimənin övladlarından (s) olan , əməl və sözlərini Allah və Rəsulun(s) əməl və sözləri kimi və Quranın ardıcılları kimi qəbul edən on iki imamlara tabe olaraq imam Hüseynin(ə) əzadarlığnda iştirak edirlər və get-gedə bu əzadarlıq şiə məzhəbinin əsaslarından birinə çevrildi.Şiələrin qısa müddət ərzində süərtli tərəqqisini nəzərə alsaq, deyə bilərik ki, gələn iki əsrdən sonra onların sayı başqa məzhəblərin sayından çox olacaq və bu işin əsl səbəbi imam Hüseynin(ə) əzadarlığıdır.Bu gün dünyanın elə bir nöqtəsi yoxdur ki, orada iki-üç nəfər şiə olsun amma əzadarlıq keçirtməsinlər.

“Marsil limanında şiə məzhəbli bir ərəb gördüm və deyəsən Bəhreyn vətəndaşlığını qəbul etmişdir.Mehmanxanada mənim otağımın cənubunda otağı var idi.Aşura günü imam Hüseynin(ə) əhvalatlarını təkcə oxuyaraq ağlayırdı.Daha sonra düyü və şəkərdən hazırladığı aşı fəqirlər arasında bölüşdürdü”.Şiələr inanırlar ki, gərək Aşura və Tasua günlərində fəqirlərə yemək versinlər, elə bun görə də hər il öz malllarından gücləri şatan qədər fəqirlərə kömək edirlər və bəzən bu köməklərin miqdarı milyonlarla dolları ötüb keçir.Şiələdən başqa bir dəstə əzadarlıq məclislərini keçirtmək üçün vəqf etdikləri şeylərin miqdarı milyonlarla dollara çatır.Gərək etiraf edək ki, həqiqətən şiələr din və imam Hüseynin(ə) əzadarlığı yolunda mal və canlarını verməkdən çəkinmirlər.Bu gün dünyanın bütün nöqtələrində elmi agahlığa malik olan ən ləyaqətlilər müsəlmanlar, xüsusilə də bütün    islam məzhəblərdən üstün olan şiə məzhəbidir.     


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tərəzidə aldatma!
TƏMƏTTÖ HƏCCININ YERINƏ YETIRILMƏ QAYDALARININ XÜLASƏSI
Ayətullah Behcətin həyatına qısa bir baxış
ALLAHIN RƏSULUNUN CANIŞINI
Yezidin təhrif olunmuş məsihiyyətə meyli
MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?

 
user comment