Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

ƏQL NƏZƏRİNDƏN AXİRƏT ALƏMİNİN XÜSUSİYYƏTLƏRİ

 

Məadın zərurəti barəsində qeyd olunan dəlil-sübutlarda dərindən diqqət yetirməklə axirət aləminin xüsusiyyətləri barəsində bəzi müəyyən nəticələr əldə etmək olar. Onların ən mühümləri aşağıdakılardır:

1.Axirət aləminin, xüsusilə, birinci dəlildən əldə olunan ilk xüsusiyyəti bundan ibarətdir ki, o, əbədi olmalıdır. Çünki həmin dəlilə əsasən əbədi həyatın mümkünlüyü və insanın fitri olaraq belə bir həyata meyl etməsi məlum olur. Onun gerçəkləşməsi də ilahi hikmətə əsaslanır.

2.Hər iki dəlildən əldə olunan və birinci dəlilə də işarə olunan digər bir xüsusiyyət bundan ibarətdir ki, axirət aləminə hakim olan quruluşda nemət və rəhmət xalis, hər növ əzab-əziyyətdən və zəhmətdən uzaq olmalıdır ki, insaniyyətin kamal həddinə çatan, qətiyyən günah və azğınlığa qurşanmayan şəxslər belə bir səadətdən bəhrələnsinlər. Amma dünya həyatında belə bir mütləq səadət mümkün deyildir; dünyadakı səadət və xoşbəxtliklərin özü də nisbi şəkildə əzab-əziyyətlərə mənsub edilir.

3.Axirət aləminin üçüncü xüsusiyyəti bundan ibarətdir ki, bu aləm əzab və rəhmət üçün bir-birindən ayrı olan iki hissədən təşkil olunmalıdır ki, yaxşı əməl sahibləri ilə pis əməl sahibləri bir-birindən tamamilə ayrılsın və hər biri öz əməllərinin nəticəsinə çatsın. Bu iki bölmə də şəriətdə behişt və cəhənnəm adlandırılır.

4.Xüsusilə, ilahi ədalətə əsaslanan dəlildən əldə olunan dördüncü xüsusiyyət bundan ibarətdir ki, axirət aləmi elə geniş səviyyəli olmalıdır ki, bütün insanların hər növ yaxşı və pis əməl sahibi olmaları ilə əlaqədar onlara mükafat və cəzasının verilmə imkanı da olsun. Misal üçün, əgər bir şəxs milyonlarla insanı nahaq yerə qətlə yetiribsə, onun həmin dünyada cəzalandırılması mümkün olsun. Bunun müqabilində də, əgər bir şəxs milyonlarla insanın asayiş və gözəl həyatına şərait yaradıbsa, onun əməlinə müvafiq mükafat verilməsi mümkün olsun.

5.Ədalətə əsaslanan dəlil vasitəsilə əldə olunan digər bir mühüm xüsusiyyət bundan ibarətdir ki, axirət aləmi təklif aləmi deyil, cəza və əvəz aləmi olmalıdır.

İzah:

Dünya həyatı elə qurulmuşdur ki, burada insan bir-birinə zidd olan, bir-birinin əksinə olan meyl və rəğbətlərə malikdir. Həmişə iki yol ayrıcında olur və onlardan birini seçməyə məcburdur. Bu məsələ də, onun ömrünün axır anlarına qədər davam etdiyi üçün ilahi təklifdən ötrü şərait yaradır. Allahın hikmət və ədaləti də bunu tələb edir ki, ilahi təklifə əməl edənləri layiqli mükafata çatdırsın, imtina edənləri isə layiqli şəkildə cəzalandırsın. Həmin təklifdən ötrü zəmin və yolun seçilməsi üçün şərait axirət aləmində də mövcud olarsa, Allahın rəhməti təklifin yerinə yetirilməsinə və yolun seçilməsinə mane olmamağı tələb edir. Beləliklə, orada görülən əməllərin əvəzi üçün də digər bir aləm lazım olur. Həqiqətdə axirət kimi fərz etdiyimiz aləm hazırda yaşadığımız kimi digər bir dünya hesab olunacaqdır. Lakin həqiqi axirət heç vaxt təklif, imtahan və bunlar üçün zəminənin mövcud olduğu yer olmayan yekun bir axirət aləm olacaqdır.

Məhz buradan da dünya və axirət aləmləri arasındakı ən mühüm fərq aydın olur. Yəni dünya aləmi elə bir aləmdir ki, onda seçim və sınaqlardan ötrü zəmin vardır. Axirət aləmi isə yalnız yaxşı və pis əməllərin əbədi nəticələrinin, cəza və mükafatlarının həyata keçdiyi yerdir:

«Bu gün hesabsız əməl günüdür. Sabah isə əməlsiz hesab günüdür.»

ÖLÜMDƏN QİYAMƏTƏ QƏDƏR

Qeyd olunduğu kimi, biz öz məhdud elmimiz vasitəsi ilə axirət aləminin və ümumiyyətlə, qeyb aləminin həqiqəti barəsində tam təsəvvürə malik ola bilmərik. Sadəcə olaraq, bir sıra əqli dəlillər və vəhy vasitəsilə əldə olunan müəyyən məlumat əldə edə bilərik. Keçən dərsdə əqli dəlillərin nəticəsi olan axirətin ümumi xüsusiyyətlərindən bəziləri qeyd olundu. İndi isə Qurandan əldə olunan bəzi xüsusiyyətləri araşdırırıq.

Əlbəttə, axirət aləminin xüsusiyyətləri barəsində işlədilən sözlərdən bəzilərinin mütəşabeh (bənzədilən) olması, həmçinin onları eşitdikdə zehnimizdə yaranan təsəvvürlərin onun gerçək nümunələri ilə dəqiq şəkildə müvafiq olmaması da mümkündür. Bunun da səbəbi bəyanın çatışmamazlığına deyil, bizim idrak qüvvəmizdə mövcud olan çatışmazlığa əsaslanır. Çünki zehnimizin imkanlarına diqqət yetirməklə o həqiqətlər barədə bizdə təsəvvür oyada biləcək ən yaxşı sözlər məhz Quranın seçdiyi sözlərdir. Quranın bəyanları axirətin başlanğıc anlarına (ölüm anlarına) da aid olduğundan söhbətimizi insan ölümü ilə başlayırıq.

BÜTÜN İNSANLAR ÖLƏCƏKDİR

Qurani-kərim bütün insanların (hətta bütün canlıların) öləcəyini və heç kəsin bu aləmdə əbədi olaraq diri qalmayacağını bildirir:

«Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).» «Hər kəs ölüm şərbətini dadacaqdır.»

Peyğəmbərə (s) xitabən buyururlur:

«Həqiqətən sən (də) öləcəksən və onlar (da) öləcəklər.»

«Səndən qabaq heç bir insan üçün əbədilik qərar verməmişik. Belə isə, əgər sən ölsən, onlar əbədi olaraqmı qalacaqlar?!»

Deməli, ölümü istisnasız olaraq dünyanın bütün canlı varlıqları üçün ümumi bir qanun kimi qəbul etmək lazımdır.

CANLARI ALAN

Qurani-kərim bir tərəfdən canın alınmasını Mütəal Allaha mənsub edərək buyurur:

«Allah canları, onlar öldüyü vaxt alır.»

Digər tərəfdən isə ölüm mələyini bu iş üçün təyin olunmuş məmur kimi təqdim edir:

«De: Sizin üçün təyin olunan ölüm mələyi sizin canınızı alacaqdır.»

Başqa bir yerdə isə canın alınmasını Allahın göndərdiyi başqa mələklərə istinad verir:

«...Sizlərdən hər hansı birinin ölüm vaxtı çatan zaman Bizim (göndərdiklərimiz) mələklər onun (canını) alar.»

Aydındır ki, əgər bir nəfər öz işini başqasının əli ilə görürsə həmin işin hər ikisinə aid edilməsi düzgündür. Əgər ikinci də həmin iş üçüncünün vasitəsilə həyata keçirirsə, onda bu iş üçüncüyə də aid olur. Mütəal Allah da canların alınmasını ölüm mələyinin vasitəsi ilə yerinə yetirdiyindən və o da öz fərmanı altında olan başqa mələklərdən istifadə etdiyindən hər üçünə aid edilməsi düzgündür.

CANIN ASAN VƏ YA ÇƏTİN ALINMASI

Qurani-kərimdən məlum olur ki, Allah tərəfindən təyin olunan məmurlar insanların hamısının canını eyni səviyyədə almırlar. Onlardan bəzilərinin ruhunu rahatlıqla və ehtiramla, başqalarınınkını isə çox kobud surətdə və təhqirlə alırlar. Quranda möminlər barəsində buyurulur:

«O kəslər ki, mələklər onların canlarını çox rahatlıqla alıb onlara salam verir (və ehtiram göstərirlər).»

Kafirlərin barəsində isə belə buyurulur:

«O zaman ki, mələklər kafirlərin ruhunu alarlar, onların üzlərinə və kürəklərinə vurarlar.»

Hətta demək olar ki, həm möminlərin öz aralarında iman dərəcəsinə görə, həm də kafirlərin öz aralarında küfr dərəcələrinə görə canın asan və ya çətin verilməsində müəyyən fərqlər də vardır.

ÖLÜM HALINDA TÖVBƏ VƏ İMANIN QƏBUL OLUNMAMASI

Günahkarlar və kafirlər əcəllərinin gəlib çatdığını gördükdə, artıq dünya həyatından ümidsiz olduqda öz keçmiş yaramaz əməllərindən tövbə etmək qərarına gəlirlər. Lakin belə tövbə heç vaxt onlardan qəbul olunmur. Qurani-kərim bu barədə buyurur:

«Pərvərdigarının ayələrindən bəziləri onlara gəldiyi zaman əvvəllər iman gətirməyən, yaxud, iman halında yaxşı iş görməyən şəxslərin imanı onlar üçün faydalı olmaz.»

«Pis işlər görənlərin və hər hansı birinin (yalnız) ölüm vaxtı çatan zaman “indi tövbə etdim” deməsi ilə tövbəsi qəbul olunmaz.»

Firon haqqında nəql olunur ki, qərq olma anında belə dedi:

«Bəni-İsrailin iman gətirdiyi Allahdan başqa heç bir məbudun olmadığına iman gətirdim və mən müsəlmanlardanam!»

Onun cavabında isə belə buyurulur:

«Əvvəllər itaətsizlik edib fəsad törətdiyin halda indimi (tövbə edib iman gətirirsən)?!»

DÜNYAYA QAYIDIŞ ARZUSU

Qurani-kərim kafirlərin və pis əməl sahiblərinin dilindən onların ölüm vaxtları gəlib çatanda, yaxud onlara həlakedici bəla nazil olan zaman yenidən dünyaya qayıtmaq, iman gətirib yaxşı əməl sahibi olmaq, yaxud, keçmiş əməllərindən tövbə etməkdən ötrü Allahdan onları dünyaya qaytarmasını arzu etdiklərini nəql edir. Lakin belə arzular və istəklər heç vaxt həyata keçməz. Bəzi ayələrdə əlavə olaraq qeyd edilir ki, əgər onlar yenidən bu dünyaya qaytarılsalar yenə də öz əvvəlki azğınçılıq yollarını və yaramaz əməllərini davam etdirəcəklər. Onlar qiyamətdə də belə arzu edəcəklər. Sözsüz ki, onların orada da cavabı qəbul edilməyəcəkdir:

«Nəhayət, onlardan birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Pərvərdigara! Məni dünyaya qaytar, bəlkə (indiyə qədər) etdiyim ömrün müqabilində yaxşı işlər görüm! Tərk etdiyim əməlləri yerinə yetirim!” Heç vaxt! Bu onun dediyi boş bir sözdür.»

«(Qurana tabe olun ki, sonradan bir nəfər) əzabı gördüyü zaman “kaş bir dəfə də (dünyaya) qayıda biləydim, yaxşı işlər görənlərdən olaydım!» - deməsin.»

«Gətirilib od üstündə saxlandıqları zaman sən onların: «Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməməydik və möminlərdən olaydıq» – demələrini görəydin!»

«Kaş günahları öz Rəbblərinin hüzurunda başlarını aşağı dikib: «Ey Rəbbimiz! Gördük, eşitdik indi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!» - deyəndə görəydin!»

Bu ayələrdən məlum olur ki, axirət aləmi yol seçimi və vəzifələrə əməl etmək yeri deyildir. Hətta ölüm zamanı, yaxud axirət aləmində hasil olan yəqinin belə insanın təkamülündə heç bir təsiri yoxdur və bu iş mükafatlandırılmağa səbəb olmur. Buna görə də kafirlər və günahkarlar dünyaya qayıdaraq ixtiyar üzündən iman gətirmək və layiqli işlər görmək arzusu edərlər.

BƏRZƏX ALƏMİ

Quran ayələrindən məlum olur ki, insan öldükdən sonra və qiyamət bərqərar olmamışdan əvvəl müəyyən müddət qəbir və bərzəx aləmində qalacaqdır. Burada o, müəyyən qədər şadlıq və ləzzət hissi keçirəcək, yaxud qəm-qüssə və əzab-əziyyətə düçar olacaqdır. Çoxlu rəvayətlərdə qeyd olunur ki, günahkar mömin bu müddətdə qiyamət aləminə günahsız gəlməkdən ötrü öz günahlarına münasib olan əzab-əziyyət və çətinliklərə düçar olmaqla paklanır.

Bərzəx aləmi ilə əlaqədar ayələrin ətraflı şəkildə araşdırılıb təfsir olunmağa ehtiyacı olduğundan bu fikirdən keçir, yalnız bir ayə zikr etməklə kifayətlənirik:

«Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (bərzəx aləmi) vardır.»

QURANDA QİYAMƏTİN TƏSVİRİ

Quran ayələrindən məlum olur ki, axirət aləminin bərqərar olunması təkcə insanların dirilməsi ilə bitmir. Əsas etibarı ilə bu dünyaya hakim olan quruluş və nizam da tamamilə dəyişiləcək, digər bir aləm tamam başqa xüsusiyyətlərlə bərqərar olunacaqdır. Elə bir aləm olacaqdır ki, biz öncədən bu barədə xəbər verə bilmərik və təbiidir ki, onun xüsusiyyətləri barəsində dəqiq təsəvvürümüz də yoxdur. O zaman xilqətin əvvəlindən axırına qədər olan bütün insanlar birlikdə diriləcək və əməllərinin nəticələrini görəcək, əbədi behişt nemətlərində, yaxud cəhənnəm əzabında olacaqlar.

Bu bəhslə əlaqədar olan ayələr olduqca çoxdur və onların hamısının araşdırılması kitabın həcminə uyğun deyil. Yalnız onların məzmununu qeyd etməklə kifayətlənirik.

YERİN, DƏRYALARIN VƏ DAĞLARIN VƏZİYYƏTİ

Yerdə güclü zəlzələlər baş verər. Öz içində olanları çölə tökər. Onun hissələri bir-birindən ayrılıb pərakəndə vəziyyətə düşər. Dəryalar yarılar, dağlar hərəkətə gələrvə bir-birinə çırpılaraqqum təpəsi kimi, didilmiş yun kimi, daha sonra dağılaraq fəzada pərakəndə vəziyyətə düşər. Başlarını asimana dikən uca dağlar silsiləsindən ilğımdan başqa bir şey qalmaz.

ASİMANIN VƏ ULDUZLARIN VƏZİYYƏTİ

Ay, eləcə də Günəşdən milyon dəfələrlə böyük olan əzəmətli ulduzlar sönər, onların hərəkətindəki qanunauyğunluqlar pozular. O cümlədən, ay və ulduzlar bir-birinə qovuşar, bu dünyanı möhkəm bir tavan kimi əhatə edən asiman çalxalanarvə parçalanaraq bir-birindən ayrılar. Onun nizamı bir-birinə qarışar. Səma cisimləri əridilmiş filiz şəklinə düşər və dünyanın fəzası tüstü və buludla dolar.

ÖLÜM SURU

Belə bir vəziyyətdə ölüm suru çalınar və bütün canlı varlıqlar ölər. Təbiət aləmində həyatdan heç bir əsər-əlamət qalmaz. Vəhşət hissi və iztirab bütün canları bürüyər. Yalnız varlığın sirlərindən və həqiqətlərindən agah olan, qəlbləri ilahi mərifət və məhəbbətlə dolan şəxslər iztirab hissi keçirməzlər.

HƏYAT SURU VƏ QİYAMƏTİN BAŞLANMASI

Daha sonra əbədi olan digər bir həyat başlanar. Bütün dünya Allahın nuru ilə işıqlanar, həyat suru yenidən səslənər və bütün insanlar (hətta heyvanlar belə) bir anda dirilərlər. Daha sonra vahiməli haldahavada yayılaraq pərakəndə vəziyyətdə uçan çəyirtkə kimi olar, sürətlə ilahi məhkəməyə doğru tələsərlərvə bütün insanlar böyük bir səhnədə bir yerə toplaşarlar. Əksər hallarda vəziyyət elə olar ki, bərzəx aləmində qalmaları bir saat, bir gün, yaxud bir neçə gün davam etdiyini təsəvvür edərlər.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ӘMӘLIN CӘZASI
Nəfsani istəklərdən ən rəzili – həsəd
TƏVАFDА ŞƏRT ОLАN ŞЕYLƏR
NAMAZIN ƏHƏMİYYƏTİ
Bu qadınlarla ailə qurmayın?!
AĞIL VƏ VİCDAN BAXIMINDAN NAMAZ
Mətaf (təvaf yeri) və Məqami İbrahim (ə)
İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU?
SIFIRDAN AŞAĞI
IKI DÜNYA ARASINDAKI ӘLAQӘ

 
user comment