Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 

çatdırışlar düzgün və təhrif olunmadan insanların ixtiyarına verilməlidir ki, onun vasitəsilə dünya və axirətdəki səadət yollarını qət edə bilsinlər.

Deməli, Quran camaata çatdırılana qədər digər asimani kitablarda olduğu kimi, təhrifdən amanda olmasında heç bir münaqişə yeri yoxdur. Bildiyimiz kimi, başqa asimani kitablar insanların ixtiyarına verildikdən sonra müəyyən qədər təhriflərə məruz qalmış, dəyişdirilmiş, yaxud müəyyən müddətdən sonra unudulmuşdur. Belə ki, müasir dövrdə həzrət Nuhun (ə), həzrət İbrahimin (ə) kitabları ümumiyyətlə, mövcud deyildir. Həzrət Musa (ə) və həzrət İsanın (ə) kitabları da əslində olduğu kimi qalmayıb. Bunlara diqqət yetirməklə belə bir sual yaranır: Hazırda sonuncu səmavi kitab olan Quranın məhz Peyğəmbərə (s) nazil olmuş və onda heç bir dəyişikliyə məruz qalmamış Quran olmasını haradan bilmək olar? Əlbəttə, hər kəs İslamın və müsəlmanların tarixi ilə müəyyən qədər tanış olsa, Peyğəmbəri-Əkrəmin (s) və onun məsum canişinlərinin (ə) Quran ayələrini yazıb qorumaqda nə qədər səy göstərdiklərindən agah olsa, həmçinin, müsəlmanların Quran ayələrini qoruyub saxlamaqda ciddiyyətlərini başa düşsə, (belə ki, yalnız bir müharibədə Quran hafizlərindən 70 nəfər şəhid olmuşdu) eləcə də Quranın on dörd əsr ərzində mütəvatir şəkildə nəql olunmasından, onun ayə, kəlmə, hərf və s. sayına nə qədər diqqət yetirilməsindən agah olsa, bu şərif kitabda azacıq belə təhrifolunma ehtimalını qəbul etməyəcəkdir. Lakin Qurani-kərimin təhrif olunmamasını bu kimi qəti tarixi şahidlərdən əlavə, bir əqli və bir nəqli dəlildən mürəkkəb olmuş bəyanla da isbat etmək olar. Yəni ilk növbədə Qurani-kərimə hər hansı bir şeyin artırılmamasını əqli dəlillə isbat edib sonra hazırda mövcud olan Quranın Allah tərəfindən nazil olmasını, eləcə də ondan heç bir şey əskildilmədiyini onun ayələrinə istinadən isbat etmək olar.

Buna görə də Quranın hər növ təhrifdən amanda olması məsələsi bir-birindən ayrı olan iki mövzuda araşdırılır:

1.Qurana heç bir şey artırılmayıb.

Qurani-kərimə heç bir şeyin artırılmaması bütün müsəlmanların, hətta, dünyanın bütün agah şəxslərinin fikir birliyində olduğu məsələdir. Qurana nəyinsə artırılmasına ehtimal mənşəyi olan heç bir hadisə baş verməmiş, belə bir ehtimal üçün heç bir növ sənəd təqdim olunmamışdır. Eyni zamanda artırılma fərzini əqli dəlillər vasitəsilə inkar və batil etmək olar. Belə ki, əgər Qurana tam bir mətləb artırılsa, mənası bu olar ki, Quranın oxşarının gətirilməsi mümkündür və belə bir fərziyyə Quranın möcüzə olması, insanların onun oxşarını gətirməkdə bacarıqsız olması ilə uyğun deyildir. Əgər bir kəlmə, yaxud qısa bir ayənin (“Ərrəhman” surəsinin 64-cü ayəsi olan “müdhammətan» kəlməsi kimi) artırılması fərz olunduqda gərək onun daxilindəki nəzm pozulsun və möcüzəlik surətindən xaric olsun. Belə olan halda onun mislini gətirmək və onu təqlid etmək olar. Çünki Quran ibarələrinin möcüzəli şəkildə olan nəzmi, kəlmə və hərflərin də necə seçilməsinə bağlıdır və onların dəyişdirilməsi ilə möcüzəlik halından xaric olur.

Qurani-kərimin möcüzə olmasını isbat edən həmin dəlillə onun bir şey artırılmasından da amanda olması isbat olunur və ayələrin möcüzəlik halından çıxmasına səbəb olan kəlmə və cümlələrin azaldılması da həmin dəlillə inkar edilir. Tam bir surənin, yaxud tam bir mətləbin digər ayələrin möcüzəlik halından çıxmağa səbəb olmayacaq qədər ixtisara salınması məsələsinə gəldikdə isə bunun üçün başqa bir dəlilə ehtiyac vardır.

2.Qurandan heç nə azaldılmayıb

Sünni və şiə alimlərindən olan böyük şəxsiyyətlər aşkar şəkildə buyurublar ki, Qurani-kərimə heç bir şey artırılmadığı kimi, ondan bir şey də azaldılmayıbdır. Bu mətləb üçün çoxlu dəlillər gətirmişlər. Lakin sünni və şiələrin hədis kitablarında bəzi saxta hədislərin nəql olunması, eləcə də bəzi mötəbər rəvayətlərdən düzgün olmayan nəticə alınması nəticəsində Qurani-kərimdən bəzi ayələrin ixtisara salınmasına və ya çıxarılmasına ehtimal verənlər və ya təkid edənlər olmuşdur.

Qurani-kərimin hər növ təhrifdən – istər artırılmaqdan, istərsə də ixtisara salınmaqdan amanda qalmasına qəti tarixi dəlillər mövcuddur. Bundan əlavə, onun möcüzəli nəzminin pozulmasına səbəb olacaq ixtisar möcüzə olmaq dəlili vasitəsilə inkar olunur və bir ayənin, yaxud müstəqil surənin Qurandan ixtisara salınması kimi işdən də amanda olmasını dərk etmək olar. Yəni mövcud Quranın bütövlükdə Allah kəlamı olması, ona heç bir şey artırılmaması sübuta yetdikdən sonra onun ayələrinin məzmunu ən möhkəm nəqli dəlil ünvanı ilə höccət olur. Quran ayələrindən əldə olunan mətləblərdən biri də budur ki, Mütəal Allah bu kitabın hər növ təhrifdən amanda qalmasına zəmanət vermişdir. Halbuki, digər səmavi kitabların qorunub saxlanılması insanların öhdəsinə verilmişdi.

Bu məsələ “Hicr” surəsinin 9-cu ayəsində belə buyurulur:

«Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq.»

Bu şərif ayə iki cümlədən təşkil olunmuşdur. Birinci cümlə “inna nəhnu nəzzəlnəz-zikrə” təkid edərək göstərir ki, Qurani-kərim Mütəal Allah tərəfindən nazil edilmişdir və nazil olduğu zaman onda heç bir dəyişiklik baş verməmişdir. İkinci cümlədə isə “və inna ləhu ləhafizun” təkid ədatlarından, eləcə də davamiyyətə dəlalət edən cümlə quruluşu vasitəsi ilə Quranın əbədi olaraq hər növ təhrifdən uzaq qalmasına zəmanət verilmişdir.

Bu ayə Qurana bir şeyin artırılmaması barəsində dəlil olmasına baxmayaraq Quranda təhrifolunmanın inkar edilməsindən ötrü zəif istidlaldır. Çünki əgər Qurana bir şeyin artırılmasını fərz etsək onda yuxarıdakı ayənin də artırılması təsəvvür oluna bilər. Belə bir fərziyyənin düzgün olması bu ayənin özü ilə uyğun gəlmir. Buna görə də Qurani-kərimin möcüzə olmasına əsaslanaraq o fərziyyəni batil etdik, sonra isə bu şərif ayədən istifadə etməklə ondan hər hansı bir ayə, yaxud müstəqil surənin çıxarılmasından amanda qalmasını (belə ki, onun möcüzəli nəzmini bir-birinə qarışdırılmasına səbəb olmayacaq şəkildə) da isbat etdik. Beləliklə, Qurani-kərimin artırılıb-azaldılma kimi təhrifdən amanda olmasını bir əqli və bir nəqli dəlillə sübuta yetir.

Dərsin axırında bu məsələni xatırladırıq ki, Quranın təhrifdən amanda qalması dedikdə məqsəd bu deyildir ki, hər yerdə Quran adlı bir kitab tapılsa, kamil Quran olsun, yazıda və ya qiraətdə olan səhvdən uzaq olsun, onun barəsində heç bir növ yanlışlıq və mənəvi cəhətdən təhrifin olmaması mümkün olmasın və onun ayə və surələri nazilolma tərtibi ilə tənzim olunmuş olsun. Əksinə, məqsəd budur ki, Qurani-kərim bəşər arasında elə bir vəziyyətdə qalmalıdır ki, həqiqət axtaranlar üçün onun bütün ayələrini nazil olduğu şəkildə əldə etmələri mümkün olsun. Buna əsasən, bəzi Quran nüsxələrinin səhv yazılması, yaxud naqis olması, yaxud qiraət fərqləri, yaxud ayə və surələrinin nazil olduğunun əksinə olaraq tənzim olunması, yaxud mənəvi cəhətdən təhrif edilməsi, yaxud şəxsi rəy əsasında təfsir edilməsinin Quranın sözü gedən təhrifdən amanda qalması ilə heç bir ziddiyyəti yoxdur.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri

 
user comment