Azəri
Saturday 20th of April 2024
0
نفر 0

HƏQİQİ VƏ ŞƏRTİ RABİTƏ

 

Təkrar-təkrar qeyd etdiyimiz kimi, dünya əməlləri ilə axirət nemətləri və ya əzabları arasında olan əlaqə adi maddi əlaqələr kimi deyildir və onu fiziki, kimyəvi və s. kimi qanunlar əsasında izah etmək olmaz. Hətta insanın əməllərinə sərf olunan enerjini, maddə və enerjinin bir-birinə çevrilərək cisim halına düşməsi, axirət əzab və ya nemətlər şəklində zahir olması fikri belə düzgün olmayan təsəvvürdür. Çünki, əvvəla, bir insanın əməl və rəftarlarına sərf olunan enerji nəinki sonsuz behişt nemətlərinə, heç bir almaya çevriləcək qədər belə olmaya bilər.

İkincisi, maddə ilə enerjinin bir-birinə çevrilməsi xüsusi amillər əsasında baş verir. Bu iş onu görənin niyyət və əməlinin pis və ya yaxşı olmasına bağlı deyildir. Heç bir təbii qanuna əsaslanıb xalis əməl ilə riya arasında fərq qoymaq olmaz ki, birinin enerjisi nemətə, digərinin enerjisi isə əzaba çevrilsin.

Üçüncüsü, bir dəfə ibadət yolunda sərf olunan enerjinin digər dəfə günah yolunda istifadə olunması mümkündür.

Amma belə rabitənin inkar olunması ümumi şəkildə həqiqi rabitənin mütləq şəkildə inkar olunması demək deyildir. Çünki həqiqi rabitələrin dairəsi naməlum və təcrübəyə sığmayan rabitələrə də aiddir. Təcrübi elmlər dünya ilə axirət arasındakı hadisələrin arasındakı rabitəni isbat edə bilmədiyi kimi, onların arasındakı hər növ səbəb-nəticə qanununun varlığını da isbat edə bilməz. Yaxşı və pis əməllərin insanın ruhunda həqiqi mənada təsir etdiyini, həmin ruhi təsirlərin də axirət nemət və ya əzablarının yaranmasına səbəb olduğunu fərz etsək (məsələn, bəzi nəfslərin dünyadakı xariqüladə təsirlərini misal göstərmək olar) belə bir fərz də əqldən uzaq olmayacaqdır, əksinə, onu xüsusi fəlsəfi prinsiplər əsasında isbat etmək olar ki, o da bu kitabın həcminə uyğun deyildir.

BU MƏSƏLƏ İLƏ ƏLAQƏDAR QURAN AYƏLƏRİ

Əksər hallarda zehndə şərti rabitənin cilvələnməsinə baxmayaraq çoxlu Quran ayələrindən məlum olur ki, insanın əməlləri ilə axirət savabı və ya cəzası arasında şərti əlaqədən daha geniş bir əlaqə vardır. Qeyd olunan birinci sözdən («əcr») istifadə məsələnin asan olub daha artıq başa düşülməsi, camaatın bu məfhumlarla tanış olması və onların əksəriyyətinin vəziyyətini nəzərə almaqdan ötrüdür.

Həmçinin, şərif rəvayətlərdə də bu barədə dəlillər gözə dəyir. Onlar göstərir ki, insanın ixtiyari əməlləri müxtəlif mələkuti (batini) surətlərə malikdir ki, bərzəx aləmində və qiyamətdə zahir olacaqdır.

İndi insanın əməlləri ilə onun axirət nəticələri arasındakı rabitənin varlığına dəlalət edən ayələrdən bir neçəsini nümunə olaraq göstəririk:

«Özünüz üçün əvvəlcədən göndərdiyiniz hər şeyi Allah yanında tapacaqsınız.»

«O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir, çünki Allah (Öz bəndələrinə) mərhəmətlidir.»

«O gündə insan öz əlləri ilə göndərdiyi şeylərə baxacaqdır.»

«Hər kəs zərrə qədər yaxşılıq etsə, onu görəcək və hər kəs zərrə qədər pislik etsə, onu da görəcəkdir.»

«Görəsən, sizə verilən cəza (əvəz) dünyada etdiyiniz əməllərdən başqa bir şeydən ibarətdirmi?!»

«Həqiqətən, yetimlərin mal-dövlətlərini zülmlə mənimsəyənlər öz qarınlarına od daxil edirlər.»

Aydındır ki, insanın qiyamətdə özünün bu dünyadakı əməllərinin sadəcə olaraq nəticəsini “görməsi” onun cəza və ya mükafatı olmayacaq, əksinə, nemət və ya müxtəlif əzablar formasında görünən şey məhz əməllərin mələkuti surətləridir ki, zahir olacaq və şəxs onların vasitəsilə nemətə, yaxud əzaba düçar olacaqdır. Sonuncu ayədən məlum olduğu kimi, yetim malını mənimsəməyin batini surəti cəhənnəm odu yeməkdir. Axirət aləmində həqiqətlər zahir olarkən şəxs filan haram yeməyin batini aləmi atəş olduğunu görəcək. Bunun nəticəsində daxilindəki yanğını hiss edəcək və ona deyiləcəkdir: «Bu cəhənnəm odu yediyin haram maldan başqa bir şeydirmi?!»


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 
user comment