Azəri
Thursday 18th of April 2024
0
نفر 0

ALLAHIN ƏZƏLİ VƏ ƏBƏDİ OLMASI

Fəlsəfi bürhanlardan çoxunun məfhumu Vacibul-vücud ünvanlı bir varlığı isbat etməkdir və başqa bürhanların əlavə edilməsi ilə onun səlbiyyə və sübutiyyə sifətləri sübuta yetir. Onların məcmusundan Mütəal Allah Onu məxluqlardan seçən özünəməxsus sifətləri ilə məlum olur. Amma sırf şəkildə Vacibul-vücud olması Onu tanımaq üçün kifayət deyildir. Çünki bir şəxs, məsələn materiyanın (maddə və enerjinin) də Vacibul-vücudun nümunəsi olmasını güman edə bilər. Buna görə də bir tərəfdən Allahın səlbiyyə sifətləri sübut olunmalıdır ki, Vacibul-vücudun məxluqata məxsus olan sifətlərdən uzaq olması və onun məxluqlarından heç birinə tətbiq edilməməsi məlum olsun. Digər tərəfdən Allahın sübuti sifətləri isbat olunmalıdır ki, həm Onun pərəstişə layiq olması aydınlaşsın, həm də nübüvvət, məad və onların təfərrüatı kimi digər əqidə prinsiplərinin isbat olunmasına şərait yaransın.

Yuxarıda qeyd olunan bürhandan aydın oldu ki, Vacibul-vücudun səbəbə ehtiyacı yoxdur və o bütün mümkünül-vücudların səbəbidir. Başqa sözlə desək, Vacibul-vücud üçün iki sifət isbat olunur:

1.Onun hər hansı varlığa ehtiyacsız olması. Çünki əgər başqa bir varlığa azacıq belə ehtiyacı olsa həmin başqa varlıq onun illəti olacaqdır və bildiyimizə görə, fəlsəfi mənada səbəbin mənası budur ki, başqa varlıq ona ehtiyaclı olsun.

2.Mümkünül-vücud olan varlıqlar Onun (vacibul-vücud) məlulu və Ona ehtiyaclıdırlar. Bu da onların yaranması üçün ilkin səbəbdir.

Bu iki nəticədən istifadə edərək onlardan lazım gələnləri bəyan edir, Vacibul-vücudun səlbiyyə və sübutiyyə sifətlərini isbat edirik. Əlbəttə fəlsəfə və kəlam kitablarında onların hər birinin isbatına dair çoxlu bürhanlar qeyd olunmuşdur, lakin biz mətləbin mənimsənilməsinin asan olması, yığcamlığa riayət edilməsi və mətləblərin arasında bağlılığı nəzərə almaqla elə bürhanları seçmişik ki, onların yuxarıdakı bürhanla olan əlaqəsi saxlanılsın.

ALLAHIN ƏZƏLİ VƏ ƏBƏDİ OLMASI

Əgər hər hansı bir varlıq başqa bir varlığın nəticəsi olaraq ona ehtiyaclı olsa, vücudu onun (səbəbin) özünə tabe olacaqdır və illətinin aradan getməsi ilə vücudunu itirəcəkdir. Başqa sözlə desək, hər hansı bir zaman dövründə mövcudun yox olması (olmaması) onun ehtiyaclı və mümkünül-vücud olmasını göstərir. Vacibul-vücudun varlığı özündən olduğundan və heç bir varlığa ehtiyaclı olmadığı üçün həmişə mövcud olacaqdır.

Bununla da Vacibul-vücud üçün digər iki sifət isbat olunur: biri əzəli olmasıdır, yəni keçmiş heç bir dövrdə Onun üçün yoxluq təsəvvür olunmur, digəri isə əbədi olmasıdır, yəni o, gələcəkdə də heç vaxt yox olmayacaqdır. Bəzən bu iki sifətin cəmi “sərmədi” adı ilə bəyan olunur.

Buna əsasən əvvəllər yoxluğu, yaxud sonradan zavala uğraması mümkün olan bir varlıq Vacibul-vücud olmayacaqdır. Hər bir maddi varlığın Vacibul-vücud olması fərziyyəsinin batil olması da tamamilə aşkardır.

SƏLBİ SİFƏTLƏR

Vacibül-vücudun digər bir tələbi (zərurəti) Onun bəsit olması, cüzlərdən və hissələrdən təşkil olunmamasıdır, çünki hər bir mürəkkəb öz hissələrinə ehtiyaclıdır və Vacibül-vücudun isə heç bir şeyə ehtiyacı yoxdur.

Vacibül-vücudun hissələrinin həqiqətdə mövcud olmaması, hətta, bir xəttin üzərində nəzərdə tutulan iki xət parçası kimi olması fərziyyəsi də batildir. Çünki potensial hissələrə malik olan şey hərçənd xaricdə gerçəkləşməsə belə, əql baxımından analiz olunma qabiliyyətinə malik olacaqdır. Analizolunmanın mümkün olmasının mənası da ümuminin yoxluğa uğramasının mümkünlüyüdür. Belə ki, əgər birmetrlik xətt iki yarımmetrlik hissəyə bölünsə, artıq birmetrlik xətt mövcud olmayacaqdır. Əvvəllərdə qeyd olundu ki, Vacibül-vücudun yoxluğa uğraması mümkün deyildir.

Gerçəklik (bil-fel) və imkan (bil-qüvvə) səviyyəsində hissələrdən təşkilolunma cismlərin xüsusiyyətindən olduğundan heç bir cismani mövcudun Vacibül-vücud olmadığı aydın olur. Başqa sözlə desək, Mütəal Allahın mücərrəd olması və cismani olmaması sübuta yetir. Həmçinin aydın olur ki, Mütəal Allah gözlə görünüb, heç bir hiss orqanları ilə idrak oluna bilməz, çünki hissolunma cism və cismani olmağın xüsusiyyətlərindəndir.

Digər tərəfdən cism olmağı inkar etməklə məkana və zamana malik olmaq kimi cismin xüsusiyyətləri də Vacibül-vücuddan səlb olunur. Çünki məkan o şeylər üçün təsəvvür olunur ki, həcmə, enə, uzunluğa malik olsun. Zamana malik olan hər bir şey uzanma və zaman nöqteyi-nəzərindən bölünməyə qabildir və bu da bir növ imkan şəklində (bil-qüvvə) hissələrdən təşkil olunmaq hesab olunur. Buna əsasən Mütəal Allah üçün məkan və zaman təsəvvür etmək olmaz. Məkan və zamana malik olan varlıq da heç vaxt Vacibül-vücud olmayacaqdır.

Nəhayət, zamanın Vacibül-vücuddan inkar olunması hərəkət, dəyişiklik və təkamülü də ondan inkar edir, çünki heç bir hərəkət və dəyişiklik zaman və məkan olmadan mümkün deyildir.

Buna əsasən Allah üçün ərş kimi bir yerin olduğuna inananlar, yaxud asimandan aşağı nazil olmağı Ona nisbət verənlər, yaxud Onun gözlə görünə bilməsinin mümkünlüyünü iddia edənlər, yaxud da Onun dəyişilib haldan-hala düşməsinə, təkamül etməsinə inananlar Allahı düzgün şəkildə tanımamışlar.

Ümumiyyətlə, hər cür çatışmazlıq, məhdudiyyət və ehtiyaca dəlalət edən məfhum Mütəal Allahdan uzaqdır. Allahın səlbi sifətlərinin mənası da məhz budur.

VARLIQ BƏXŞ EDƏN SƏBƏB

Qeyd olunan dəlildən əldə olunan ikinci nəticə budur ki, Vacibül-vücud mümkünlərin yaranış səbəbidir. İndi isə bu nəticənin zəruri olmasını araşdırırıq. Əvvəlcə səbəbin qismləri ilə bağlı bir qədər izahat verdikdən sonra ilahi səbəbiyyətin xüsusiyyətlərini bəyan edirik.

Səbəb özünün ümumi mənasında başqa bir şeyin bağlılıq tərəfi olan hər bir varlığa aid edilir, hətta şərtlərə və vasitələrə (müiddat) də səbəb deyilə bilər. Allah-taala üçün səbəb olmamasının mənası budur ki, başqa bir varlıqdan heç bir növ asılılığı yoxdur, hətta Onun üçün heç bir növ şərtiyyət və vasitəni də təsəvvür etmək olmaz.

Amma Allahın məxluqat üçün səbəb olmasına gəldikdə isə, bu, failin illiyyətinin xüsusi qismi olan varlıq bağışlamaq mənasınadır. Bu mətləbi izah etmək üçün səbəblərin qismlərini araşdırmalıyıq və onun müfəssəl izahı fəlsəfi kitablara həvalə olunur.

Bildiyimiz kimi, bitkinin cücərməsi üçün toxum, münasib torpaq, hava, su və s. kimi şeylərin olması zəruridir. Təbii bir amil, yaxud insan, toxumu torpağa səpməli və ona su verməlidir. Səbəb üçün qeyd olunan tərifə əsasən bunların hamısı bitkinin cücərməsinin səbəbləri hesab olunur.

Bu illətləri müxtəlif nəzərlərdən müəyyən qismlərə bölmək olar. Məsələn, varlıqları həmişə nəticəni vücudu üçün zəruri olan səbəblərə həqiqi səbəblər, qalmaqları nəticənin qalmağı üçün lazım olmayan digər səbəblər isə (bitki barəsində əkinçinin varlığı) vasitəli səbəblər, yaxud muiddatlar (vasitələr) adlandırılır. Eləcə də əvəz edilə bilən illətləri əvəzolunan səbəblər, başqa səbəbləri isə əvəzolunmaz səbəblər adlandırırlar.

Bir növ illət də vardır ki, bitkinin cücərməsi ilə əlaqədar deyilənlərin hamısı ilə fərqlənir və onun nümunəsini zehn və bəzi zehni varlıqlar barəsində mülahizə etmək olar. İnsan öz zehnində bir surəti yaradanda, yaxud hər hansı bir işi görməyi qərara alanda “zehni surət” deyilən ruhi və nəfsani iradə adlı bir varlıq gerçəkləşir ki, onun varlığı zehnin varlığına bağlı olduğuna görə də onun nəticəsi hesab olunur. Lakin bu növ nəticə elə bir şəkildədir ki, səbəbindən heç bir tərzdə ayrı və müstəqil, ondan ayrılıqda vücuda malik ola bilməz. Eyni halda, zehnin zehni surəti, yaxud iradə ilə əlaqədar failiyyəti müəyyən şərtlərə bağlıdır ki, onun nöqsanlı, məhdud və mümkünül-vücud olmasından irəli gəlir. Lakin varlıq aləmi üçün Vacibül-vücudun fail olması zehnin ruhi varlıqlarla əlaqədar olan failiyyətindən daha yüksək və daha kamildir və sair faillərin arasında oxşarı, misli yoxdur. Çünki O öz nəticəsinə heç bir ehtiyacı olmadan onu yaradır, o nəticənin də bütün varlığı Ona bağlıdır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
ZƏRDÜŞT DİNİNDƏKİ DƏYİŞİKLİKLƏR
CAYNİZM (1)

 
user comment