Azəri
Tuesday 19th of March 2024
0
نفر 0

Tozlandırma, Quranın elmi möcüzəsi kimi

 

Hər bir erkək və dişi varlıq mayalandıqda (tozlandıqda) məhsuldar olur. Onların mayalanması erkək və dişi cinsi hüceyrələrin (qametlərin) birləşməsi nəticəsində baş verir.

Quran bitki və buludların mayalanmasına (tozlanmasına) işarə vuraraq buyurur:

وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَسْقَيْنَاكُمُوهُ وَمَا أَنتُمْ لَهُ بِخَازِنِينَ

“Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları tozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik. Yoxsa onu yığıb saxlayan (bir yerə toplayan) siz deyilsiniz!”

“Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər”.

Qısa tarix

Burada iki tarixçəyə nəzər salaq:

1. Bəşər hələ İslamdan öncə bilirdi ki, əgər bitkilərin erkəkcik tozcuğu tozlanma əməliyyatı üçün çiçəkli meyvə ağaclarına ötürülməsə az məhsul əldə olunacaq. Misal üçün, Ərəbistanda bağçılar xurma ağaclarının erkəkcik salxımlarını tozlanma üçün çiçəkli budaqlara səpərək süni tozlanma üsulundan istifadə edirdilər. Lakin 18-ci əsrin sonlarında, 19-cu əsrin əvvəllərində yeni tədqiqat vasitələri (mikroskop və s.) meydana çıxdıqca kəşf olundu ki, heyvanlarda və bitkilərdə mayalanma və tozlanma olmadıqda çoxalma, artım mümkün deyil (Bu, yalnız bəzi bitki və heyvanlarda mümkündür. Hansı ki, onların çoxalması (artımı) hüceyrələrin bölünməsi və s. yollarla gerçəkləşir).

2. Əsrlər boyu bəşər yağışın buludlardan yağdığı haqqında dəqiq məlumata malik deyildi. Lakin son dövrlərdə fizika sahəsində əldə olunan nailiyyətlər, meteorologiya kimi yeni elmi sahələrin təsis olunması buludların mayalanmasını (mənfi və müsbət yüklü buludların toqquşmasını) üzə çıxardı (hətta süni yolla yağış yağdırılması da tədqiqatların obyektinə çevrildi). Bu zaman bəlli oldu ki, buludların mayalanmasında küləklər mühüm rol oynayır. Bir tərəfdən havanın tərkibindəki su buxarının kondensasiyası nəticəsində yaranmış su damlalrı, buz kristalları və ya onların qarışığının atmosferdə yığılmasında, digər tərəfdən isə elektrik yükü ilə yüklənməsində və həmin yükün boşaldılmasında əvəzsiz roll oynayır.

Elmi sirlər

Təfsirçilər Hicr surəsinin 22-ci ayəsini şərh edərkən sözügedən tozlanma haqqında geniş söhbət açmışlar. Ayə ilə bağlı üç fərqli baxış mövcuddur. Hər bir baxış tozlanmanın bir növünə yönəlmiş və elmi açıqlamalar verilmişdir.

Ayə ilə bağlı məlum baxışlara nəzər salaq.

a) Bitkilərin tozlanması.

Müasir yazıçılardan biri yazır:

“Ayə bitkilərin küləklər vasitəsilə tozlanmasını (anemofiliya) aydın şəkildə bəyan edir. Ayrıca, bitkilərin erkəkcik və dişicik olmaqla cütlərdən ibarət olduqları da anlaşılır”.

Fəthullah Kaşani bitkilərin tozlanmasını ayə haqqındakı iki ehtimaldan biri hesab edir.

Bəzi yazıçılar yuxarıdakı ayənin bitkilərlə bağlı olduğunu bildirərək yazırlar:

“Bitki və güllər bir-birinə yetmək üçün yerlərini dəyişə bilmədiklərinə görə onlarda (çarpaz) tozlanma cücülər (entomofiliya), əsasən də külək vasitəsilə (anemofiliya) baş verir”.

Onların fikrincə Qurana görə evlilik yalnız insan və heyvana məxsus deyil.

Əhməd Məhəmməd Süleyman məlum ayəni (Hicr, 22) şərh edərkən onun bitkilərin tozlanması ilə bağlı olduğunu bildirir. O, tozlanma vasitələrini əsas (cücülər və s.) və qeyri-əsas (su və s.) olmaqla iki yerə bölür və küləyin də tozlanma əməliyyatında mühüm rolu olduğunu qeyd edir. O, göstərir ki, suda-quruda bitən bitkilərin böyük əksəriyyəti külək vasitəsi ilə tozlanır və elə buna görə də Quran tozlanma vasitələrindən yalnız külək haqqında söhbət açmışdır. Bu, Quranın möcüzəsidir. Çünki bəşər yalnız 18-ci əsrin sonu və 19-cu əsrin əvvəllərində tozlanma haqqında bilgi əldə edə bildiyi halda Quran əsrlər öncə bu məsələyə aydınlıq gətirmişdir.

Bəzi ərəb nəzəriyyəçiləri heç bir şərh vermədən məlum ayənin ağacların tozlanmasına aid olduğunu bildirmişlər.

b) Buludların tozlanması (toqquşması).

Mərhum Təbərsi (h. q. 548) məlum ayəni buludların toqquşmasına aid edən ilk təfsirçidir. O, ayəni izah edərkən yazır:

وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ yəni külək buludların tozlanma (toqquşma) vasitəsidir. فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً yəni yağış yağdırdıq”.

Mühəndis Bazərqan həmin izahı qəbul edərək yazır:

“Ayə buludların yüklənməsi və tozlanması (toqquşması) ilə bağlıdır. Hansı ki, bunun nəticəsində yağış yağır”.

O, əsərinin digər hissəsində yazır:

“Qeyd etmək lazımdır ki, qeyd olunan iki şərtin (havanın tərkibində su buxarının kondensiyası nəticəsində yaranmış su damlaları və havanın soyuyaraq su buxarları ilə doyma vəziyyətinə yaxınlaşması) təmin olunması buludun əmələ gəlməsi və yağış yağması üçün kifayət deyil. Burada üçüncü şərt də zəruridir. Bu, buludların tozlanma əməliyyatıdır (Germination Stimulatio). Deməli, buludun əmələ gəlməsi heç də yağış və ya qar yağması üçün kifayət deyil. Küləyin təhriki və dəxaləti mütləqdir”.

Əhməd Əmin yazır:

“Ayədə məqsəd küləyin müsbət elektrik yüklü bulud parçasının mənfi elektrik yüklü bulud parçası ilə toqquşmasındakı (ünsiyyətə girməsindəki) roludur. Bu, ayənin həmişəyaşar bir möcüzə olduğunun göstəricisidir. Çünki ayə təqribən 1390 il öncə bugünkü elmi araşdırmaların nəticəsini açıqlamışdır”.

Ayətullah Məkarim Şirazi də buludların tozlanması ehtimalını qəbul, bitkilərin tozlanması ehtimalını isə rədd edir.

Əhməd Ömər Əbu Həcər də məlum ayəni (Hicr, 22) buludların toqquşması kimi izah etmişdir.

c) Buludların və bitkilərin tozlanması .

Bəzi yazıçılar Hicr surəsinin 22-ci ayəsini nəbatat aləmində baş verən tozlanma və buludların toqquşması kimi izah etmişlər (yəni hər iki ehtimalı qəbul etmişlər)”.

Digər yazıçı isə haqqında söhbət açdığımız ayələri (Hicr, 22 və Rum, 47) qeyd edərək buludları təhrik edən (hərəkətə gətirən) diyar-diyar dolandıraraq yağışa çevirən küləklər kimi izah edir.

Məhəmməd Əli Sadat məlum ayəni (Hicr, 22) şərh edərək yazır:

“Yeni elmi nailiyyətlər göstərir ki, ayə açıqca küləyin tozlanma vasitələrindən biri (bitki və buludların tozlanmasında) olduğunu qeyd edir”.

O, ayədə “فاء” bağlayıcısının mövcud olduğu bir halda onu yalnız bitkilərə aid etməyin yanlış olduğunu bildirərək yazır:

“Ayənin mətninə azacıq diqqət yetirsək və onu digər ayələrlə müqayisə etsək görərik ki, ayənin birinci hissəsi ümumi məqsəd daşıyır və burada heç bir inhisardan söhbət gedə bilməz. Misal üçün, Quranın özündən bir neçə nümunəyə nəzər salaq:

“Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq”.

Eləcə də Əraf surəsinin 57-ci ayəsində oxuyuruq:

“Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, ora yağmur endirir və onunla hər cür meyvə yetişdiririk”.

Ayələrin hər birində suyun ayrı bir funksiyasından və yalnız bir təsirindən (bitkilərin göyərməsi) söhbət açılmışdır. Halbuki suyun enməsinin (yağışın yağmasının) faydası bununla bitmir (Yaddan çıxarmayaq ki, ayələrin hər ikisində أخرجنا [əxrəcna] felindən öncə “فاء” bağlayıcısı gəlmişdir)”.

Yekun

Burada bir neçə məqama diqqət yetirmək zəruridir.

1. Ayədə sözügedən “لواقح” [ləvaqih] ifadəsindən dörd məna nəzərdə tutula bilər:

1. Küləkləri (buludların) yükü olaraq göndərdik.

2. Küləkləri (bitkilərin) tozcuğu olaraq göndərdik.

3. Küləkləri (buludları) tozlandıran olaraq göndərdik.

4. Küləkləri (bitkiləri) tozlandıran olaraq göndərik.

لواقح” [ləvaqih] ifadəsi qeydsiz işləndiyi üçün onun təsirli və ya təsirsiz fel kökündən olduğu məlum deyil. Elə buna görə də dörd ehtimaldan heç birini istisna etmək olmaz. Lakin ayənin ardından, yəni yağışın nəticəsi kimi göstərilən فَأَنزَلْنَا مِنَ السَّمَاءِ مَاءً cümləsindən birinci və üçüncü ehtimalların məqsədəuyğun olduğu anlaşılır.

2. Sözügedən ayədə yer alan “لواقح” [ləvaqih] ifadəsindən məqsəd bitki və ya buludların tozlanmasından daha geniş məna ola bilər. Belə ki, bitki və buludların tozlanması isə həmin geniş anlayışın iki nümunəsidir. Elm inkişaf etdikcə ayənin mənası daha da genişlənə bilər.

3. Quranın Hicr surəsinin 22-ci ayəsində buludların toqquşmasına işarə vurması elmi möcüzə hesab oluna bilər. Çünki bu son illərə qədər bəşərə bəlli deyildi. Lakin bitkilərin tozlanmasına işarə vurması elmi möcüzə hesab oluna bilməz. Çünki hətta İslamdan öncə belə bitkilərin tozlanması insanlara bəlli idi.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Stockholmda Aşura mərasimi belə qeyd edildi
AŞURANIN İSLAMIN QORUNUB-SAXLANILMASINDA ROLU
Allah insanı niyə yaratmışdır?
Hansı oructutanlar üzü üstə cəhənəmmə düşəcək
Allaha təvəkkül.
QUR᾽ANIN QANUNVERİCİLİK BAXIMINDAN E᾽CAZI QUR᾽ANDAN ƏVVƏLKİ DÖVRLƏR
Həzrət Əli (ə) kimdir?
İmam Rizanın (ə) ziyarətinin ikinci Həcdən üstünlüyü
Rəsulallahın (s) həyat yoldaşı Xədicə (s)
İmanı çox olanın, həyası da çox olar

 
user comment