Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

BU DÜNYA İLƏ AXİRƏT DÜNYASININ OXŞAR VƏ FƏRQLİ XÜSUSİYYƏTLƏRİ

 

Bu iki aləmin oxşar xüsusiyyətləri bunlardan ibarətdir: Hər ikisi həqiqi və cismanidir. Onların hər birində qəm-qüssə və şadlıq-sevinc vardır. Bu dünyada olduğu kimi, insan hər şeyi dərk edəcək və cismani həyat tərzi keçirəcək. Hər birində ləzzət və bədbəxtçiliklər vardır. Və nəhayət hər iki aləmdə fəza və bir çox cismani varlıqlar mövcuddur.

Fərqləri isə bunlardan ibarətdir: Bu dünyada doğum, cavanlıq, qocalıq və sonra ölüm olsa da, axirət dünyasında bütün bunlar heç bir məna kəsb etməyir.

Bu dünyada insan zəhmətə qatlaşmalı, əkin yerlərini abadlaşdırıb oraya toxum əkməli, xeyirxah işlər görməli, axirət dünyasında isə əkdiyi toxumun [gördüyü xeyirxah işlərin] səmərəsindən bəhrələnməlidir. Bu dünya iş və əməl yeri, axirət dünyası isə nəticə və hesab yeridir. İnsan bu dünyada öz müqəddəratını həll edə bilsə də, axirət dünyasında buna nail ola bilməyir. İnsanın dünyəvi həyatı ölümlə nəticələnir və bu dünyada bir gün cansız olan bir varlıq sabah canlanır və ya əksinə olaraq bir gün canlı olan varlıq sabah cansız bir varlığa çevrilir. Axirət dünyasında isə, mütləq həyat və qanun hakimdir. Orada heç bir dəyişiklik və əvəzolunma hadisələri baş verməyir. Axirət dünyasının cismi varlıqları (yer, göy, bağ və meyvələr və s.) insanın təcəssüm edən əməlləri kimi canlı və hər şeydən agahdır. Bu dünyanın özünəməxsus zaman mərhələsi vardır və varlıqlar zaman çərçivəsində müxtəlif şəraitlərdə təkamülə doğru hərəkət edir. Axirət dünyasında isə hər şey Allahın istək və iradəsindən asılıdır. Bu dünyadan fərqli olaraq insanın axirət dünyasındakı dərk və şüuru daha fəal olur. Başqa sözlə desək, pərdə və maneələr insanın gözləri önündən götürülür və o həqiqətlər olduğu kimi görünməyə başlayır. «Qaf» surəsinin 27-ci ayəsində bu haqda buyurulur:

«Artıq bu gün gözünüzdən pərdəni götürdük. Sən bu gün sərrast görürsən.»

İnsanın dünyəvi həyatı yorucu və təkrarolunası fəaliyyətlərdən savayı bir şey deyildir. O, daim nə isə ələ gətirməyə və nəyəsə nail olmağa cəhd edər. Amma bir qədər sonra onun üçün adiləşər və yeni-yeni şeylər ələ gətirməyə çalışar. İnsan daim nə isə itirdiyini zənn edər və bütün ömrünü, itirdiyi şeyi tapmağa sərf edər. Axirət dünyasında əbədi həyata qovuşduqdan sonra axtardığının nə olduğunu dərk edər. Burada artıq yorğunluğun, ürək sarsıntısının nə olduğunu bilməz. O, hər şeyi unudar və həyatdan ləzzət alar. Qurani-kərimdə bu haqda deyilir:

«Onlar o cənnətlərdə əbədi qalıb oradan ayrılmaq [başqa yerə getmək] istəməyəcəklər.»

(Kəhf-108).

Bu səbəbdən də cənnət əhli, əbədi olmasına baxmayaraq, özlərində yorğunluq hiss etməzlər. Və istədikləri hər bir şey dərhal onların ixtiyarında qoyulduğu üçün artıq heç nəyin fikrini etməzlər.

DÖRDÜNCÜ FƏSİL

QURANIN GƏTİRDİYİ DƏLİLLƏR

Qiyamət gününə olan iman və etiqadımız Quran ayələrindən və Peyğəmbərdən (s) nəql olunmuş hədislərdən qaynaqlandığı üçün bu haqda elmi dəlil və istidlallar gətirməyə heç bir ehtiyac duyulmur. Amma Quranın bizim bu mətləbə daha çox əhəmiyyət və diqqət yetirməyimiz üçün gətirdiyi dəlilləri nəzərə alaraq, onlardan bir neçəsinə qısa şəkildə işarə edirik.

Quranın gətirdiyi bəzi dəlillər qiyaməti inkar edən şəxslərə verilən cavablardan ibarətdir. Digər ayələrdə mətləbi bir qədər genişləndirərək bu dünyada qiyamətə oşxar baş verən hadisələrə işarə edilmişdir. Başqa bir ayədə isə qiyamətin zəruri və hər şeyin sonu olduğu bəyan edilir. Demək Qurani-kərimin qiyamət haqda gətirdiyi dəlillər üç qismə bölünür:

1. «Yasin» surəsinin 78-79-cu ayəsində deyilir:

«öz yaradılışını unudub: Çürümüş sümükləri kim dirildə bilər?! – deyə hələ Bizə bir məsəl də çəkdi.

[Ya Peyğəmbər!] De ki: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir, O, hər bir məxluqu [yaradılışdan əvvəl və sonra da] çox gözəl tanıyandır.»

Qiyaməti qətiyyətlə inkar edən Məkkə müşriklərindən biri çürümüş sümük parçasını Peyğəmbərin (s) qarşısında ovub tozunu göyə atır və sonra istehza ilə soruşur: Havada toz kimi pərakəndə olan sümük zərrəciklərini kim bir yerə yığa bilər?

Bu ayə nazil olur və bu işin aləmlərin Rəbbi tərəfindən həyata keçəcəyi bəyan olunur.

İnsan bəzən bütün işləri öz qüdrət və istedadı ilə müqayisə edir və onun mümkün ya qeyri-mümkün olduğunu hesab edir. Hər hansı bir işin öz qüdrət və istedadından xaric olduğunu gördükdə, onu qeyri-mümkün hesab edir. Qurani-kərimdə bu haqda deyilir: «İnsanın qüdrət və istedadı ilə müqayisə edildikdə təbii ki, qeyri-mümkün hesab edilməlidir. Amma hər şeyi yoxdan yaradan və elmi hər şeyi əhatə edən bir varlıqla müqayisə etdikdə necə?

Allahın yenilməz qüdrətilə müqayisə etdikdə biz onun mümkün və sadə bir iş olduğuna əmin olmalıyıq.

Allah-taalanın qüdrət və əzəmətini, qiyaməti və xilqəti bəyan edən ayələrdən belə bir nəticəyə gəlirik ki, bütün hadisələr Allahın istək və iradəsi ilə həyata keçir və Onun üçün qiyamət günü insanı yenidən diriltməsi bir o qədər də çətin iş deyildir.

2. İkinci qismə bölünən ayələrdə dünyada qiyamət aləminə oxşar hadisələrə toxunulmuşdur və bu ayələr iki hissəyə bölünür:

a). Keçmişdə baş vermiş əhvalatlar (ölülərin yenidən dirilməsi) ətraflı şərh olunur. Belə ki, həzrət İbrahim (ə)-mın əhvalatında deyilir: İbrahim (ə) dedi: «Ey mənim Allahım! Mənə ölülərin necə dirildiklərini göstərməyini istəyirəm. Allah-taala buyurdu: Məgər buna iman gətirməmisənmi? Dedi: Bəli! İman gətirmişəm, amma bunu ürəyimin rahatlığı üçün istəyirəm. Allah-taala buyurdu: «Dörd quş tutub başlarını bədənlərindən ayırıb bədənlərini tikə-tikə et və onların hər birini dağların zirvəsinə qoy. Sonra onları, özünə tərəf gəlmələrini səslə. Onların yenidən dirilib sənə tərəf gəlmələrinin şahidi olacaqsan.

b). İbrahim (ə)-ın qeyri-adi əhvalatına deyil, təbiətin hər il payız fəslində ölüb, yaz fəslində yenidən dirilməsinə işarə olunur. Belə ki, biz təbiətdə baş verən bu prosesin hər il şahidi oluruq. Qış mövsümündən sonra təbiətdə yenidən canlanma və dirçəliş başlanır. Amma bir müddət keçdikdən sonra yenidən hər şey öz fəaliyyətini dayandırıb, solğun rəng alır. Axirət günündə bu fəaliyyətsizlik bütün aləmdə müşahidə olunacaq. Günəş və onun ətrafına dövr edən digər planetlər (qalaktika) öz hərəkət dairəsindən xaric olub məhvə doğru yönələcəkdir. Amma bütün bunlar həmişəlik deyil, müvəqqəti olacaqdır. Axirət dünyasında varlıqlar yenidən dünyadan bir qədər fərqli olaraq yeni həyata başlayacaqlar.

Əlli, altmış, yüz və ya daha çox yaşayan insan hər il təbiətin ölüb və yenidən dirilməsinin şahidi olur. O, bütün bu mərhələni üç yüz altmış beş gün ərzində müşahidə edir və hər il bunun şahidi olduğu üçün bu təbii proseslər onda heç bir təəccüb doğurmayır. Bir anlıq təsəvvür edək ki, ömrümüz əlli-altmış.... deyil bəzi həşaratlar kimi yalnız bir neçə aya davam edəcəkdir. Belə olduqda biz təbiət və ətraf mühit haqda heç bir məlumat əldə etməmiş olarıq. Biz də onlar kimi baharda dünyaya gəlib, təbiətdə baş verən prosesləri görmədən yaz fəslində dünyamızı dəyişməli olardıq. Bir il ərzində yalnız bir neçə ay ömr edən böcək təbii ki, torpağın ölüb yenidən dirilməsini və həyatın yeni mərhələyə başlamasını dərk etməyir. Məgər yaşadığı bağı dünya hesab edən bir böcək onun hər hansı bir məntəqəyə və oranın hər hansı bir şəhər və şəhərin hər hansı bir ölkəyə və nəhayət bütün bunların vahid bir qanuna (günəş sisteminə) tabe olduğunu təsəvvür edə bilirmi?

Bilmirik! Bəlkə də yaşadığımız bu aləm və günəş sistemini təşkil edən digər planetlər başqa bir qalaktikanın kiçik bir hissəsini təşkil edir və onun da üzərinə vahid bir qanun hakimdir. Və bütün bunlar bir gün öz fəaliyyətini dayandırıb bir müddət keçdikdən sonra yeni bir mərhələyə başlayacaqdır.

Peyğəmbərlər bir gün hər şeyin sona çatacağını və qiyamət günü insanların məhşərə daxil olaraq yeni həyata başlayacaqlarını biz insanlara dəfələrlə xəbər vermişlər. Və biz bu hadisəyə vahid ilahi qanunlar çərçivəsindən xaric proses kimi baxmamalıyıq. Quran qiyaməti yeni bir həyat adlandırır və bu yeni həyatın nümunələrini biz dünyada hər gün müşahidə edirik. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir:

(Bahar gəldiyi zaman qiyaməti çox yad edin).

«Fatir» surəsinin 9-cu ayəsində deyilir:

«Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz o buludları quru [ölü] bir məmləkətə tərəf qovub onunla torpağı, öldükdən sonra dirildirik. Ölüləri diriltmək də belədir.»

«Həcc» surəsinin 5-7-ci ayələrində deyilir:

«Sən yer üzünü qup-quru görərsən. Biz ona yağmur endirdiyimiz zaman, o hərəkətə [cana] gəlib qabarar [yaxud xəmir kimi acıyar] və hər növ gözəl [meyvədən, bitkidən] bar gətirər.

Bu [insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi] ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir.

[Bu həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki] qiyamət günü mütləq gələcəkdir ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbrlərdə olanları dirildəcək!»

Bu məzmunda istənilən qədər Quran ayələrini misal çəkmək olar, amma hələlik biz ikisi ilə kifayətlənirik.

3. Üçüncü hissəyə bölünən ayələrdə qiyamətin zəruriliyi bəyan olunur və burada iki mühüm məsələyə toxunulur:

Allahın ədaləti; Bütün məxluqat öz istedad və bacarıqlarına müvafiq olaraq, ilahi nemətlərdən bəhrələnmişdir. Onların birinin nə haqqı tapdalanmış, nə də digərinə üstünlük verilmişdir.

2. İlahi hikmət – Allah-taala bütün məxluqatı müəyyən hədəf və məqsəd üçün yaratmışdır. Onların hər biri Allah tərəfindən nəticə və kamala doğru sövq edilir.

Qurani-kərimdə deyilir: «Qiyamətin əbədi həyat və xoşbəxtliyin, axirət dünyası ilə mükafat və cəzalandırılmasının olması ədalət prinsipləri ilə tamamilə ziddiyət təşkil edir. Qiyamətin olması zülm deməkdir. Zülm isə Allaha xas olmayan xüsusiyyətlərdəndir. Axirət dünyası olmazsa, demək varlıqlar əbəs və hədər yerə yaradılmışlar. Amma bir qədər əvvəl işarə etdik ki, dünyada baş verən bütün işlər və yaradılmış bütün məxluqat ilahi hikmət prinsipləri əsasında həyata keçmişdir.

Quranın bir çox ayələrində ayrı-ayrılıqda Allahın ədalət və hikmətinə işarə edilmişdir. Aşağıda qeyd edəcəyimiz ayələrdə isə bu mətləbin hər ikisinə bir yerdə toxunulmuşdur.

1. «Sad» surəsinin 27-28-ci ayələrində qiyamət gününü unudaraq haqq yoldan azmış və şiddətli əzaba düçar olmuş şəxslərin aqibəti bəyan olduqdan sonra deyilir:

«Biz göyü, yeri və onların arasında olanları [bütün məxluqatı] boş-boşuna yaratmadıq. Bu, kafirin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!

Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yeri üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?»

2. «Casiyə» surəsinin 21-22-ci ayələrində deyilir:

«Yoxsa dünyada pis əməllər edənlər [axirətdə] onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! [Dünyada naz-nemət içində yaşayan kafirlər: «Əgər qiyamət günü, axirət doğrudursa, Allah bizə orada da firavan həyat bəxş edəcəkdir!» – deyirlər. Xeyr, onların axirət həyatı çox pis olacaq, əzab içində keçəcəkdir. [Dünyada aldıqları ləzzət, axirətdə burunlarından töküləcəkdir. Gözəl axirət həyatı yalnız dünyada Allah, din yolunda məşəqqətlərə dözmüş möminlərə məxsusdur]. Allah göyləri və yeri haqq-ədalətlə yaratmışdır ki, [onlar Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət etsin] və hər kəs öz əməlinin əvəzini alsın onlara heç bir haqsızlıq edilməyəcəkdir. [Yaxşı əməl sahibinə mükafat veriləcək, pislik edən də öz pisliyi müqabilində cəzalandırılacaqdır.]»

Göründüyü kimi birinci ayədə Allahın ədalətinə, ikinci ayədə isə ilahi hikmətə toxunulur və ikinici ayənin sonunda Allahın ədalətinə və qiyamət gününün hədəf olmasına bir daha diqqət yetirilir.

İZAHLAR

Əbədi və xoşbəxt həyatın əsasını təşkil edən bu iki prinsip (Allahın ədaləti və ilahi hikmət) haqda bir qədər məlumat verməyi məqsədəuyğun bilib, onları qısa şəkildə izah edirik.

Allahın ədaləti;

Ədalətin ümumi məfhumu hər hansı bir şeyi öz həqiqi sahibinə çatdırmaqdan ibarətdir. Bir şəxsin öz haqqından məhrum və başqa birinin buna sahib olması zülm və ədalətsizliyin bərqərar olması deməkdir.

Şagirdlərdən imtahan götürən müəllim əgər onlardan bəzilərinin qiymətini kəsib, bəzilərinkini isə artırarsa, ədalətsizlik etmiş olur.

Ədalətin bərqərar olunması üçün bəzən bərabərliyə diqqət yetirmək lazımdır. Bərabərlik deyildikdə, hamıya eyni gözlə baxmaq nəzərdə tutulur. Yəni hər bir şəxsin haqqı lazım olan həddə ödənilməlidir. Çoxa layiq olan çox, aza layiq olana isə az verilməlidir. Belə olduqda heç bir ayrı-seçkiliyə yol verilməyir. Amma bəzən bərabərlik deyildikdə, hamının eyni qaydada təmin olunması nəzərdə tutulur. Bu isə ədalət prinsiplərinin tam ziddinədir. Belə ki, hər bir şəxs öz zəhmət və istedadına müvafiq olaraq təmin olunmalıdır. Birinin çox, digərinin isə həddindən artıq az zəhmət çəkməsinə ictimaiyyətdə xüsusi diqqət yetirilməlidir və bərabərlik şüarı altında onların hamısını eyni qaydada təmin etmək ədalətdən uzaq olar. Demək Allahın ədaləti deyildikdə ilk növbədə bunu nəzərdə tutmaq lazımdır ki, hər bir varlıq ilahi nemətlərlə bacarıq və istedadı çərçivəsində təmin olunur. Nəyin və ya kiminsə, nədənsə məhrum olması heç də ədalətsizlik deyildir. Sadəcə olaraq həmən varlıq məhrum olduğu şeyi ixtiyarında saxlaya bilməsindən və ona malik olmağa qüdrəti çatmamasından irəli gəlir.

İnsan digər canlılardan fərqli olaraq, özünəməxsus istedad və bacarığa malikdir. Heyvanlar bütün işlərini təbii qanunlar əsasında yerinə yetirirlərsə, insan öz həyat və fəaliyyətini şüur və düşüncə ilə həyata keçirir. O, əxlaq, elm, zövq və digər ilahi xüsusiyyətlərə malik olduğu üçün digər varlıqlardan daha üstün hesab olunur. O, bəzən hər şeyi öz hədəflərinə nail olmaq üçün qurban verir. Quran insanın səadət və xoşbəxtliyini iman və xeyirli işlərdə görür. O, əbədi həyat arzulayan və Allahın razılığını qazanmaq istəyən bir varlıqdır. Çünki insan əbədi həyat arzulamaqla yanaşı ona doğru sövq olunur.

Demək insan əbədiyyata layiq və qadir olan bir varlıqdır. Onun ruhunu maddiyyat təşkil etməyir. O, daim kamala doğru hərəkət edir. İnsanın dünyəvi həyatı axirət dünyası ilə müqayisə edildikdə, onun dünyəvi həyatı ana bətnindəki doqquz aylıq mərhələyə bənzəyir. Belə ki, ana bətnində görmə, əsəb, eşitmə, cinsi orqan, qan dövranı, tənəffüs və sair orqanlar ixtiyarında olsa belə, onlardan istifadə edə bilməyir. O, bütün bunlardan yalnız dünyaya gəldikdən sonra bəhrələnə bilir. Bu dünyada da o, görmə, eşitmə və sair qabiliyyətlərə malik olmağına baxmayaraq, bu dünyada axirətdə müşahidə edəcəyi həqiqətləri dərk etməyə qadir olmayır. İnsan özünün iman və xeyirxah işləri ilə həyatdan zövq alır. İman və xeyirxah işlər yalnız insanın əbədi həyatında və əbədi həyatı üçün özünün həqiqi məna və məfhumunu kəsb edir.

İnsan əbədi həyata yalnız iman və xeyirxah işləri ilə deyil, küfr və dinsizliklə də nail olur. Amma bu əbədi həyat din, iman və xeyirxah işlərlə əldə olunan həyatdan çox fərqlidir. Quran bu əbədi həyatı əzab-əziyyət, işgəncə və bədbəxtçiliklərlə dolu olan «cəhənnəm» adlandırır.

Heç də belə təsəvvür etmək lazım deyil ki, insan iman və xeyirxah işləri tərk etməklə heyvanlıq (şüursuzluq) dərəcəsinə enəcəkdir. Xeyr. Belə olduqda Quran insanın ondan da aşağı mərhələyə endiyini bəyan edir.

Yəni insan heyvandan daha aşağı mərhələyə enir və Allahla olan rabitəsini birdəfəlik qət edir.

Əgər əbədi bir həyatın varlığını qəbul etməsək, onda ilahi qanunlar çərçivəsində yaşayıb saleh işlər görən insanlarla, qanuna tabe olmayıb üzdəniraq və nalayiq işlər görən insanları ədalətə riayət etməyən müəllim və şagirdlərin misalına çevrilir. Belə ki, müəllim il boyu zəhmət çəkib dərs oxuyan və imtahanda müvəffəqiyyət qazanan şagirdlərlə yanaşı, əsla dərsə diqqət yetirməyən, sinifdə ədəb qaydalarına riayət etməyib imtahanda da müvəffəqiyyət əldə etməyən şagirdlərə yüksək və eyni qiymət verir və yaxud onların hər ikisini yüksək qiymətdən məhrum edir. Bu zülm və ədalətsizlikdir.

Bu mətləbi sadə dillə də ifadə etmək olar. Belə ki, Allah-taala insanları iman və saleh əməllərə dəvət etmişdir. İnsanlar da bu dəvətin qarşısında iki mövqe tuturlar: Bəziləri bu dəvəti qəbul edib onun fikri, əxlaqi və əməli qanunlarına riayət edirlər, digərləri isə qanundan boyun qaçıraraq fəsad, pozğunluq, zülm və ədalətsizliklə məşğul olurlar. Məlum məsələdir ki, bu dünyada hamı öz əməlinin mükafat və ya cəzasını lazımınca almır və ədalətli bir məhkəmənin qurulması labüd bir məsələyə çevrilir. Belə ki, insanların bəziləri ömürlərini xeyirxah işlər, bəziləri isə fitnə-fəsad törətməklə başa vurur və dünyalarını mükafatlandırılmadan və ya cəzalandırılmadan dəyişirlər. Demək insanların ədalət prinsipləri üzərində mükafatlandırılıb və ya cəzalandırılması üçün axirətin olması lazım və zəruridir.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NAMAZ VAXTLARI
AVESTA
İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri

 
user comment