Azəri
Tuesday 23rd of April 2024
0
نفر 0

ÖLÜLƏRİN DİRİLƏRDƏN İSTƏYİ

 

“Cameül-əxbar” kitabında Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dan nəql edilmişdir ki, buyurub: “Öz ölənlərinizə hədiyyə göndərin.” Soruşdular ki ölülaərin hədiyyəsi nədir? Buyurdu: -Sədəqə və dua. Hər cümə axşamı möminlərin ruhları dünya asimanında öz evlərinin müqabilinə gəlib, həzin səslə ağlayıb fəryada edərlər ki, qy mənim əhlim, ey mənim övladlarım, ey atam, ey anam, ey qonşularım, bizə mehribanlıq göstəri, Allah sizə rəhmət etsin, əlimizdə onlardan bizə catan əzab və hesab oldu, xeyri özgələrə çatdı, bizə mehribanlıq göstərin bir dirhəmlə, bir parça çörklə, bir paltarla...”

BƏRZƏX BU DÜNYADAN QEYBDƏDİR

Bəziləri belə bir sual verə bilərlər ki, bu genişlikdə oülan bərzəx aləmi harada yerləşir.?

Əlbəttə, əqlimiz bunu dərk edə bilməz. Onu deyə bilərik ki, bərzəx bu dünyadan qeybdədir. Bu məsələni anlaağımız üçün rəvayətlərd bir sıra misallar çəkilib. Məsələn, yerdən göyədək bütün dünya bərzəxlə müqayisədə ucsuz-bucaqsız biyabandakı kiçik üzük həlqəsini xatırladır. Dünyada olan insan almadakı qurd, ana bətnindəki uşaq kimidir, yalnız öldüyü zaman azad olur. Doğrudur ki, başqa bir yerə getmir, həmin aləmdə möuddur, amma məhdudiyyətlərdən azad olur. Maddi məfhumlar olan zaman və məkam məhdudiyyətləri onun qarşısından götürülür.

BƏRZƏX ALMİ DÜNYANIN MÜHİTİDİR (MÜHİT-ƏHATƏ EDƏN)

Ana bətnindəki körpəyə, çöldə ana bətnindən qat-qat geniş bir aləm olduğu deyilsə, dərk edə bilməz. Biz də ana bətni ilə bərzəx arasında eyni vəziyyətdə olduğumuzdan, bərzəxi anlamırıq.

Qurani Məcid buyurur: “Sənin üçün nə hazırlandığını kimsə bilmir.” Bəli, biliklərimizi sadiq, doruçu şəxslər xəbər verdiyinə görə, biz də təsdiq edirik.

Bu dünya ana bətində mühit (əhatə edən) olduğu tək, bərzəx də bu dünyaya mühitdir-bundan dəqiq izahat, ifadə yoxdur.

RUHLARIN BİR-BİRLƏRİ İLƏ ÜNSİYYƏTİ VAR

İsbəğ ibni Nəbatə deyir: Mövlam Əmirəl-möminin Əli (əleyhissalam)-ın Kufə darvazasında səhra ilə üzbəüz durduğunu gördüm. Sanik, kiminləsə danışırdı, amma kimsə görünmürdü. Mən də dayandım, bir az ötdü, yorulub oturdum.

Bir dəfə də durdum, əyləşdim, amma Həzrət Əli (əleyhissalam)-dayanıb söhbət edirdi. Ərz etdim, ya Əli, kiminlə danışırsan? “Söhbətim möminlərlədir” buyurdu. Soruşdu möminlərlə? Buyurdu: Bəli, o şəxslər ki, dünyadan getmişdilər, indi buradadırlar. Sual verdim ki, ruhdurlar, yoxsa cism? Buyurdu: “Ruhdurlar. Kaş onların toplanaraq, ünsiyyət saxlayıb, ilahi nemətlərini necə yad etdiklərini gördəydin!”

VADİYÜS-SƏLAM RUHLARIN YERİDİR

Digər bir hədisə görə istər şərq, istərsə də qərbdə dünyadan kgedən möminin ruhu (misali qəlibdə) Vadiyüs-Səlamda, Əmirəl-Möminin Əli (əleyhissalam)-ın yaxınlığında zühur edər. Başqa sözlə, Nəcəfül-Əşrəf (şərif nəcəf şəhəri) uca mələhutun nümayişidir.

Eləcə də, Yəməndə ot bitməyən, quş uçmayan Bərəhut səhrası kafir ruhlarının zühur yeridir.

ELM VƏ ƏMƏLƏ GÖRƏ HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)-LA YAXINLIQ

Əli (əleyhissalam)la yaxınlığın əhəmiyyəti haqqında eşitdiklərimiz ruhani yaxınlığa aiddir. Həzrətə yaxınlıq elm və əmələ görədir. İnsanın bircə günahı onu Həzrətdən, həmin günah qədər uzaqlaşdırır. İnsanın ruhunun Əli (əleyhissalam)la olub, cəsədinin Nəcəfdə dəfn olunması böyük səadətdir.

Amma Allah eləməsin ki, kimsənin cəsədi Nəcəfdə, ruhu isə Bərəhutda əzabda olsun. Ruhən qovuşmağa çox sə”y edilməlidir. Əlbəttə, Nəcəfdə dəfn olunmağın da təsiri böyükdür.

YƏMƏNDƏN NƏCƏFƏ GƏTİRİLƏN CƏNAZƏ

“Mədinətül-məaciz” (möcüzələr şəhəri) kitabında nəql olunub ki, bir gün Həzrət Əli (əleyhissalam) əshabdan bir dəstəylə birlikdə Kufə darvazasının yanında oturmuşdu. Həzrət nəzər salıb buyrdu: “Mənim gördüklərimi siz də görürsünüzmü.” Ərz etdilər ki, Siz nə görürsünüz, ya Əmirəl-möminin? Buyurdu: “Dəvə üstündə cənazə gətirən iki adam görürəm. Bura çatmaqlarına üç günlük yol qalıb.” Üç gündən sonra Həzrət (əleyhissalam) və dostları həmin yerdə gözləyərkən uzaqdan bir dəvə göründü. Cilovunu bir şəxs tutan dəvənin üstə cənazə vardı. Bir nəfər də dəvənin arxasınca gəlirdi. Onlar yetişəndə Həzrət (əleyhissalam) soruşdu ki, bu kimin cənazəsidir, siz kimsiniz və haradan gəlirsiniz? Ərz etdilər ki, biz Yəmən əhliyik, cənazə atamızın cənazəsidir, vəsiyyət edib ki, onu Nəcəfdə dəfn edək. Həzrət (əleyhissalam) sual verdi ki, bunun səbəbini atanızdan soruşdunuzmu? Dedilər bəli, atamız deyirdi ki, orada bir şəxs dəfn ediləcək ki, bütün məhşər əhlini əfv etdirə biləcək.

Əli (əleyhissalam) buyurdu: Doğrudur (və iki dəfə təkrar etdi), and olsun Allaha həmin adam mənəm!

EVİNİN ƏTRAFINDAKI ÇƏYİRTKƏLƏRİ MÜDAFİƏ EDƏN ŞƏXS

Mühəddis Qummi “Məfatihül-cinan” kitabında Əli (əleyhissalam) mübarək qəbrinə sığınanların (onun yaxınlığında dəfn olunanların) bəhrələnəcəyini çox gözəl bəyan edib: Təyy tayfasından olan bir ərəf əllərində çuval olan bir dəstə həmtayfasının onun xeyməsinə doğru hərəkət etdiyini gördü. Soruşdu ki, nə olub? Dedilər: Sənin xeymənin ətrafında xeyli çəyirtkə toplanıb, gəldik ki, onları tutaq.

Bunu eşidən ərəb nizəsini ələ alıb, atlandı və dedi: “And olsun Allaha, çəyirtkələr toxunan adamı qətlə yetirəcəyəm. Necə olar ki, bu çəyirtkələr mənim pənahıma sığına, siz də onları tutasınız”? Nəhayət, günəş qalxdı, çəyirtkələr uçub getdilər. Ərəb dedi: “Onlar məndən uzaqlaşdılar, indi özünüz bilərsiniz.”

Bəli, bu ibrətamiz rəvayət təsdiq edir ki, Həzrət Əli (əleyhissalam)-ın pak qəbrinə sığınanlar hökmən faydalanacaqdır.

RUHUN QƏBİRLƏ ƏLAQƏSİ DAHA ÇOXDUR

Mühəddis Cəzairi “Ənvari-nömaniyə”də nəql edir: Soruşa bilərsiniz ki, əgər misali qəlibdə olan ruh Vadiyüs-səlamda olursa, nə üçün qəbir üstünə getmək əmr olunub? Əgər ruhlar qəbirdə deyilsə, öz ziyarətçisini necə başa düşür? Cavab: Həzrət Sadiq (əleyhissalam)-dan rəvayət olunub ki, ruhlar Vadiyüs-səlamda olsalar da, öz qəbirlərinədək məhəlli əhatə edə bilirlər. İmam (əleyhissalam) ruhu günəşə oxşadıb: günəş səmada olsa da, şüaları bütün yeri əhatə edir. Ruhların da elmi, biliyi belədir.

GÜNƏŞ ŞÜASININ GÜZGÜDƏ İN”İKASI (ƏKS OLUNMASI)

Günəşin şüası başqa yerlərə nisbətən güzgüdə daha çox əks olunur. Ruhun da öz qəbrinə diqəti daha çoxdur.

İllər boyu onunla (bədənlə) iş görüb, onun bərəkətiylə səadətə çatması ruhun qəbrə əlaqəsinə səbəb olacaqdır.

Buradan, “imm hər yerdədir, şərif qəbrinin ziyarətinə getmək nə lazım” deyən şəxsin cavabı məlum olur: İmamların və din böyüklərinin məzarlaır onların ruhlarıın daha artıq daha artıq diqqət etdiyi, ilahi rəhmətin nazi olduğu, məlaiklərin dolandığı məhəldir. Kamilən faydalanmaq istəyənlər bu mübarək məhəllərdən əl götürməməlidirlər.

Bəzilərində belə bir zəif şübhə görünüb: Əgər ölümdən sonra ruh misali bədən deyilən bir bədənlə əlaqələnirsə, nə üçün həmin bədən ki, günah edib, cəzaya çatmasın? Bu sualın bir neçə cavabı vardır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NAMAZ VAXTLARI
AVESTA
İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri

 
user comment