Azəri
Saturday 20th of April 2024
0
نفر 0

Haqq Yolu Elm və Mədəniyyət İnstitutunun BƏYANATI

Haqq Yolu Elm və Mədəniyyət İnstitutunun BƏYANATI

Haqq Yolu EMİ-tu qərar çıxarıb ki, “İslamda insan haqları və dinlə mübarizə aparan rejimlərin sonu” adlı xüsusi büroşür çap edilsin və 7 milyon tirajla – bələkdəki soydaşımız üçün də – çap edilib ünvanlara çatdırılsın.


Haqq Yolu Elm və Mədəniyyət İnstitutunun BƏYANATI

Haqq Yolu Elm və Mədəniyyət İnstitutunun elmi şurasında Azərbaycan Respublikasında dini kəsimin ciddi etirazına səbəb olmuş son dini fəaliyyətlərlə bağlı layihələr müzakirə edilib. İclasda mümkün dəyişikləri əks etdirən materiallar diqqətlə mütaliə edilib. Dövlətə bağlı mətbuat orqanlarında verilən məlumata görə:

Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ediləcək (APA).

Dini fəaliyyətlə bağlı olacaq dəyişikliklər layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin birgə iclasında müzakirə edilərək parlamentin plenar sessiyasına tövsiyə olunub.

İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə dini etiqad haqqında qanunvericiliyin pozulması hesab olunan fəaliyyətlər müəyyənləşdirilib. Belə ki, dəyişiklik qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, İslam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi, qanunla müəyyən olunmuş qaydada satışına icazə verilən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması dini qanunvericiliyin pozulması hesab olunacaq.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satılmaqla) törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

MM-in Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin iclasında Cinayət Məcəlləsinə bununla bağlı əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.

Cinayət Məcəlləsinə təklif edilən əlavə və dəyişikliyə görə, müvafiq razılıq olmadan dini dəyinatlı ədəbiyyat, əşyalar və dini məzmunlu materiallar istehsal, idxal etmə, satma və yaymaya görə 167-2 maddəsi əlavə olunub. Həmin maddəyə görə, 5000 manatdan 7000 manatadək cərimə və ya iki il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni əməllərin təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya vəzifəli şəxs tərəfindən törədilməsinə görə 7000 manatdan 9000 manatadək cərimə və ya iki ildən beş ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Təklif olunan digər dəyişikliyə görə, Cinayət Məcəlləsinin 167-ci (dini ayinləri icra etməyə mane olma) maddəsinin sanksiyası ağırlaşdırılaraq nəzərdə tutulan cərimənin məbləği 100-500 manatdan 1000-2000 manatadək artırılıb.

Cinayət Məcəlləsinin 167-1.1, 167-1.2 (dini etiqad etməyə məcbur etmə) maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin məbləği 500-1000 manatdan 3000-5000 manatadək artırılacaq.

167-1.3-cü maddənin sanksiyasında nəzərdə tutulan 1000-2000 manatadək cərimənin məbləği 7000-9000 manatadək artırılması təklif olunub.

İclasda iştirak edən hüquqşünaslar, ilahiyyatçılar, tarixçilər, elmi işçilər qalmaqallı layihəni “anti-din tarixinin analoqsuz nümunəsi” adlandırıblar. Şübhəsiz, bu qəbildən ideoloji-siyasi mahiyyətli sənədlər parlamentdən keçsə belə müvəqqəti və qeyri-işləkdir. Amma onun müəllifləri tarix boyu öz bioqrafiyasındakı qara ləkədən peşman olub.

Haqq Yolu EMİ-nin elmi şurasında müzakirələrdən sonra layihə parlamentdən keçəcəyi təqdirdə atılacaq addımlar müzakirə edilib. Qərar çıxarılıb ki, “İslamda insan haqları və dinlə mübarizə aparan rejimlərin sonu” adlı xüsusi büroşür çap edilsin və 7 milyon tirajla – bələkdəki soydaşımız üçün də – çap edilib ünvanlara çatdırılsın. Bu büroşürdə diktator rejimlərin anti-din siyasəti ilə mübarizə yollarının elmi aspektləri də işıqlandırılacaq.

Haqq Yolu


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 
user comment