Azəri
Wednesday 17th of April 2024
0
نفر 0

MÜCIR DUASI

Mücir duası əzəmətli dualardan biridir Həzrəti Rəsuli Əkrəm (s.ə.ə )-dən nəql olunub ki, bu duanı Cəbrəil (ə) onun üçün Məqami-Ibrahimdə, namaz halında ikən gətirmişdir. Kəfəmi bu duanı “Bələdül-Əymən və “Misbahda” qeyd etmişdir.Onun fəzilətində qeyd edir ki,hər kəs bu duanı Ramazan ayının işıqlı ay gecələrində oxusa bütün günahları bağışlanar, hətta əgər yağış damcıları, ağacların yarpaqlar, səhraların qumlarının sayı qədər çox olsada belə. Həmçinin, bu dua xəstələrin şəfa tapması,borcların qaytarılması,zəngin olmaq. qəm-qüssənin aradan qaldırılması üçün çox tsirlidir.

Bismillahir–rəhmanir–rəhim

Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Allah!, Uca məqamlısan, ey Rəhman (rəhməti həddindən artıq olan, rəhməti həm mö”minə, həm də kafirə şamil olan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Rəhim (rəhməti sabit olan, kəsilməyən), uca məqamlısan, ey Kərim (ehsan və nemət sahibi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Məlik (əmr və hökm sahibi), uca məqamlısan, ey Malik! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Qüddus (nöqsanlardan, eyblərdən pak olan), uca məqamlısan, ey Səlam (sağlamlıq bəxş edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mömin (əmin-amanlıq bəxş edən), uca məqamlısan, ey Mühəymin (məxluqun əməllərinə, əcəllərinə və ruzilərinə nəzarət edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Əziz (məğlub olmayan, Onunla müqabil olmayan qalib), uca məqamlısan, ey Cəbbar (məxluqun ixtiyarı olmayan bə”zi işlərə məcbur edən, onların hallarının çatışmamazlıqlarını islah və cübran edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mütəkəbbir (kibriya və mülk sahibi), uca məqamlısan, ey Mütəcəbbir (əmrinin qarşısı alına bilməyən, kibriya sahibi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Xaliq (xəlq edən), uca məqamlısan, ey Bari (məxluqu nümunə olmadan yaradan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Müsəvvir (məxluqata surət verən), uca məqamlısan, ey Müqəddir (qəzavü-qədəri müqəddər edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Hadi (hidayət edən), uca məqamlısan, ey Baqi (əbədi varlıq)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Vəhhab (hər məxluqa, onların öz ləyaqətləri qədərində əta edən), uca məqamlısan, ey Təvvab (çox tövbə qəbul edən, günahı bağışlamaq üçün bəndələrə çox-çox yaxınlaşan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey  Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Fəttah (kömək edən, rəhmət və ruzi qapılarını açan), uca məqamlısan, ey Mürtah (rəhmət sahibi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Seyyidim (şərəf və əzəmət sahibim), uca məqamlısan, ey Mövlam (ixtiyar sahibim)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Qərib (bəndələrə yaxın), uca məqamlısan, ey Rəqib (heç nəyin   Ondan yayınmadığı keşikçi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mübdi (xilqətin başlanğıc səbəbi), uca məqamlısan, ey Müid (xilqətin sonunun səbəbi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Həmid (bütün məxluqat tərəfindən həmd və sənaya layiq görülən), uca məqamlısan, ey Məcid (kərəm və izzət sahibi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, eyMücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Qədim (Əzəli, heç vaxt zavala uğramayan varlıq, vücudu üçün başlanğıc olmayan), uca məqamlısan, ey Əzəm (zatən və sifətən kamal həddində olan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Ğəfur (bağışlaması çox olan), uca məqamlısan, ey Şəkur (hətta azacıq itaətə də qiymət verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Şahid (bütün işlərə nəzarət edən), uca məqamlısan, ey Şəhid (heç nəyin Ondan qeybdə olmadığı Kəs)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Hənnan (Ondan üz çevirənləri qəbul edən, rəhmət sahibi), uca məqamlısan, ey Mənnan (bir şeyi istəməzdən qabaq əta etməyə başlayan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Bais (ölüləri dirildən), uca məqamlısan, ey Varis (məxluqatdan irs aparıb təkcə Özü qalan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mühyi (dirildən), uca məqamlısan, ey Mümit (öldürən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Şəfiq (məxluqata çox-çox mehriban olan), uca məqamlısan, ey Rəfiq! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Ənis (ünsiyyət bağlayan), uca məqamlısan, ey Munis! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Cəlil (sifətlərində kamil), uca məqamlısan, ey Cəmil (fe”lləri gözəl vəsfləri kamil)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Xəbir (olmuş və olacaq şeylərə alim olan, heç nəyin Ondan qaib olmadığı, heç nəyin Ondan fövtə getmədiyi, hər şeyin zatına, həqiqətinə agah olan), uca məqamlısan! 

  Ey Bəsir! (varlıqların hamısını, heç nəyə ehtiyacı olmadan müşahidə edən, zahir və batinləri görən, hər şeyin kamal sifətləri Onun üçün aşkar olan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Həfiyy (köməkçi və xeyirxah), uca məqamlısan, ey Məliyy (möhlət verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mə”bud, uca məqamlısan, ey Mövcud! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Ğəffar (günahları və eybləri örtən), uca məqamlısan, ey Qəhhar (qəhri və qələbəsi çox şiddətli olan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Məzkur (zikr olunan), uca məqamlısan, ey Məşkur (hətta azacıq taətə qiymət verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Cəvad (əta etməkdə paxıllıq etməyən), uca məqamlısan, ey Məaz (sığınacaq yeri, pənahgah)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Cəmal, uca məqamlısan, ey Cəlal! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Sabiq (hər şeydən öncə möcud olan), uca məqamlısan, ey Raziq (ruzi verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Sadiq (doğruçu), uca məqamlısan, ey Faliq (gecə zülmətini gündüzün nuru ilə yaran)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Səmi” (eşidilən və eşidilməyən şeylərin Ondan gizli olmadığı), uca məqamlısan, ey Səri” (hesablara sürətlə yetişən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Rəfi (şərif), uca məqamlısan, ey Bədi (numunə olmadan icad edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Fəʹal, uca məqamlısan, ey Mütəal! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Qazi (hakim), uca məqamlısan, ey Razi (əmrini icra edən bəndələrdən razı olan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Qahir (qələbəsi və qəhri şiddətli olan), uca məqamlısan, ey Tahir (Özü pak olub başqalarını da çirkinliklərdən paklayan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Alim! (bütün varlıqlar və onların cüzʹiyyatlarından agah olan), uca məqamlısan, ey Hakim! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Daim (həmişəlik varlıq), uca məqamlısan, ey Qaim (hər şeyə nəzarət edən, Öz zatı əsasında mövcud olan, hər bir nəfsə nəzarət edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Asim (bəndələri günahlardan pisliklərdən hifz edib çəkindirən), uca məqamlısan, ey Qasim (bəndələrin işlərini bölüşdürən, yaxud onların nəsiblərini verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Ğəniyy (zatən qəni və ehtiyacsız olan, bütün mövcudatın Ona ehtiyaclı olduğu), uca məqamlısan, ey Müğni (istədiyi bəndələri hər şeydən ehtiyacsız edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Vəfiyy (əhdinə vəfa edən), uca məqamlısan, ey Qəviyy (qüvvəli)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

  Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Kafi (istədiyi bəndəsini hər şeydən ehtiyacsız edən, onlara kifayət edən), uca məqamlısan, ey Şafi (şəfa verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Müqəddim (bəndələrdən istədiyi kəsi hikmət əsasında Öz rəhmətinə müvəffəq olmaqda qabağa salan), uca məqamlısan, ey Müəxxir (bəndələrdən istədiyi kəsi hikmət əsasında zəlil edib rəhmətindən axıra salan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Əvvəl (vücudda heç kəsin Ondan qabağa keçmədiyi), uca məqamlısan, ey Axir (hər şeyin məhv olub, yaxud dəyişdiyi halda, Zatı və Sifəti dəyişilməyən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Zahir (vəhdaniyyət və rübubiyyətinə dəlalət edən nişanələr səbəbi ilə aşkar olan), uca məqamlısan, ey Batin (məxluqatın göz və dərkindən gizlin olan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Rəca (ümid), uca məqamlısan, ey Mürtəca (ümidlərin, arzuların qayıtdığı yer)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey minnət və nemət sahibi, uca məqamlısan, ey fəzl və vüsət sahibi! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Həyy (diri), uca məqamlısan, ey Qəyyum (davamlı və qalarlı, mövcudatın varlığının davam etmə səbəbi, yaxud hər şeyə kamal dərəcəsinə və halına görə qiymət verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Vahid (vücud, əql və dərkdə təcəzzi (hissə-hissə olma) və təkəssürün (çoxluğun) səhih olmadığı, hər bir cəhətdən vahid, yeganə), uca məqamlısan, ey Əhəd (zülmətin yol olmadığı nur, cəhalətin yolu olmayan elm)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Seyyid, uca məqamlısan, ey Səməd (alicənablıqda ən yüksək məqamda olan və hamının möhtac olduğu kəs)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Qədir (hikmətin iqtizası əsasında–nə əskik, nə də artıq–istədiyini hökm edən), uca məqamlısan, ey Kəbir (uca məqamlı və mənzilətli)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Valiyy (ixtiyar sahibi), uca məqamlısan, ey Mütəali (Ona aid edilən vəsflərdən çox-çox yüksək)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Əliyy (vəsf edənlərin vəsfinin, ariflərin elminin Onu əhatə edə bilmədiyi), uca məqamlısan, ey Əla (ən əşrəf, ən şərafətli)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Vəliyy (dost, ixtiyar sahibi), uca məqamlısan, ey Mövla! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Zari (xəlq etdiyini izhar edən), uca məqamlısan, ey Bari (xəlq edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Xafiz (zülmkarları, fironsifətləri zəlil edən), uca məqamlısan, ey Rafe (möminlərə səadət, övliyaullahlara təqərrüb bəxş etməklə dərəcələrini yüksəldən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Müqsit (ədaləti bərqərar edən), uca məqamlısan, ey Came (cəm edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Müizz (istədiyi yaxşı bəndələrə izzət və şövkət bəxş edən), uca məqamlısan, ey Müzill (istədiyi pis şəxslərə zillət paltarı geydirən, onları hər növ izzətdən məhrum edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Hafiz (hifz edən), uca məqamlısan, ey Həfiz (bəndələrini və onların yaxşı əməllərini zay olmaqdan qoruyan, qarşısını alan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Qadir (istədiyi hər bir şeyə qüdrəti olan, heç bir işdə aciz olmayan), uca məqamlısan, ey Müqtədir (mütləq iqtidar sahibi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Əlim (elmli), uca məqamlısan, ey Həlim (qəzəbinin Onu təhrik etmədiyi Kəs, günahkar bəndələri cəzalandırmaqda tələsməyən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Həkəm (islah etmək üçün bəndələri bə”zi işlərdən çəkindirən), uca məqamlısan, ey Həkim (hakim, hikmət üzündən iş görən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Müti (əta edən), uca məqamlısan, ey Mane (övliyaullahları qoruyan, onlara kömək edən, yaxud məhrum olmağa layiq olanları məhrum edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Zarr (xeyir üçün layiq olmayan bəndələrə zərər yetirən), uca məqamlısan, ey Nafe (istədiyi layiqli bəndələrə xeyir yetirən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mücib (övliyaullahların duasını qəbul edən), uca məqamlısan, ey Həsib (kifayət edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Adil (yaxşı əmələ görə yaxşı savab və pis əmələ görə pis cəza verən), uca məqamlısan, ey Fasil (açıq-aşkar bəyan ilə haqq-batil arasında fasilə salan, onları ayıran)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Lətif (bəndələri hər iki dünyada gözləmədikləri, bilmədikləri yerdən mənfəət yetirən, bəndələrə rəfətli olan; gözlə görünməyən incə varlıqları (virus, bakteriya, təkhüceyrəliləri və s. yaradan), uca məqamlısan, ey Şərif (əzəmət sahibi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Rəbb (malik və müdəbbir, nemət sahibi, tərbiyə edib, kamala yetirən), uca məqamlısan, ey Həqq! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Macid (kərəm və izzət sahibi), uca məqamlısan, ey Vahid! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Əfüvv (sağlamlıq bəxş edən, üqubəti, intiqamı tərk edən), uca məqamlısan, ey Müntəqim (zalımlardan intiqam alan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Vasi (istənilən şeylərdən daha geniş əta edən, qəniliyi bütün fəqirlərə, ruzi və rəhməti bütün məxluqata şamil olan), uca məqamlısan, ey Musi (qəni edən, vüsət bəxş edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Rəuf (Öz lütfləri ilə bəndələrə rəhimli, mehriban olan), uca məqamlısan, ey Ətuf (mehr-məhəbbəti bəndələrinə başdan-ayağa şamil olan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Fərd (tək), uca məqamlısan, ey Vitr (yeganə)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Müqiyt (müqəddər edən, hafiz və şahid), uca məqamlısan, ey Mühit (hər bir şeyə işraqı olan, qüdrətlə əhatə edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mücir (oddan pənah verən) uca məqamlısan, ey Vəkil (kifayət edən, hər bir işdə bəndələrini hifz edib zərəri dəf edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Ədl (həddindən çox ədalətli), uca məqamlısan, ey Mücir! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mübin (möcüzələri, ayələri bəyan və aşkar edən), uca məqamlısan, ey Mətin (hər şeyə qüdrəti çatan, qüdrətli)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Bərr (sadiq, doğruçu, adəti ehsan olan), uca məqamlısan, ey Vədud (övliyaullahların qəlbində məhbub, sevilən, yaxud, saleh bəndələri sevən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Rəşid (bəndələri (məxluqları) onların Öz mənfəətli işlərinə hidayət edib yol göstərən), uca məqamlısan, ey Mürşid (hidayət edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Nur, uca məqamlısan, ey Münəvvir (başqalarına nur verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Nəsir (köməkçi, yardımçı), uca məqamlısan, ey Nasir (köməkçi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Səbur (üsyankarları cəzalandırmaqda tələsməyən), uca məqamlısan, ey Sabir (səbirli)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mühsi (hər şeyi elm əsasında sayan, əhatə edən), uca məqamlısan, ey Münşi (xilqəti başlayaraq xəlq edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Sübhan (eyb və nöqsanlardan pak və münəzzəh), uca məqamlısan, ey Dəyyan (Qəhhar, məxluqatı Öz itaətinə vadar edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Müğis (pənah verən), uca məqamlısan, ey Ğiyas (pənahgah)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Fatir (xəlq edən, ixtira edən), uca məqamlısan, ey Hazir (hər yerdə mövcud olan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Zəl-izzi vəl-cəmal (izzət və cəmal sahibi), uca məqamlısan, ey Zəl-cəbəruti vəl-cəlal (cəlal, cəbr və qəhr sahibi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

 Pak və münəzzəhsən, Səndən başqa heç bir məbud yoxdur. “Pak və münəzzəhsən, həqiqətən mən öz nəfsimə zülm edənlərdən oldum. Biz də onu (Öz bəndəmiz Yunisin) duasını müstəcab edib dəryadan (balığın qarnından) xilas etdik. Elə möminlərə də belə nicat verərik.

Allahın salavatı olsun ağamız Həzrəti Mühəmmədə və onun pak Əhli-beytinə. Həmd və səna olsun Allaha, aləmlərin Rəbbinə. Bizə Allah kifayətdir. O, necə də gözəl vəkildir! Qüvvə və qüdrət yalnız Əzim və Əliyy Allahdandır!.


source : http://www.alhassanain.com
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
Orucluq - yoxsa aclıq?
İMАM RİZАYА (Ә) ХİLАFӘTİN TӘKLİFİ
MÖCÜZƏ NƏDİR?
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi ...
NÜDBƏ DUASI
Qədr gecəsi
VACİB VƏ VACİBDƏN DAHA VACİB NƏDİR?
MƏSUMLAR HAQQINDA
Kəbİrə günah haqqında alİmlərİn buyuruqları

 
user comment