Azəri
Thursday 17th of June 2021
128
0
نفر 0
0% این مطلب را پسندیده اند

HƏR ŞEYİ ÖZÜN ÜÇÜN, HƏTTA ALLAHI!


Cənab Şeyx buyururdu:

«Ey insan! Nə üçün Allahdan başqasını istəyirsən?! Məgər Ondan qeyrisində nə görmüsən?![1]

Əgər O istəsə, heç bir şey tə᾽sir göstərə bilməz. Sənin qayıdış yerin Ona doğrudur!

Allahı buraxıb Ondan başqalarını əldə etmək istəyirsənmi?! Nə üçün bu qədər öz dövrənə fırlanırsan?! Allahı istə və bütün istənilən şeyləri Onunla vüsala çatmaq üçün qərar ver. Məsələ burasındadır ki, biz hər bir şeyi, hətta Allahı da özümüz üçün istəyirik.

TƏQVANIN ƏN YÜKSƏK MƏRTƏBƏSİ
ənŞeyx təqvanın mərtəbələri barəsində buyururdu: Təqvanın müəyyən mərtəbələri vardır. Onun ən kiçik mərtəbəsi vacibatı yerinə yetirib haram işlərdən çəkinməkdir ki, bu çoxları üçün çox yaxşı bir işdir. Lakin təqvanın ən yüksək mərtəbəsi — Allahdan başqa bütün şeylərdən çəkinməkdir. Bu mə᾽naya ki, insan öz qəlbində Allah məhəbbətindən başqa heç bir şeyə yer verməsin.

MƏHƏBBƏT MƏKTƏBİ
Şeyx inanırdı ki, insan öz qəlbini Allahdan başqalarından təmizləməyincə insaniyyətin yüksək məramına çata bilməz. Hətta əgər bir kəsin məqsədi özünü kamala yetirmək olsa da, yenə həqiqi məqsədə çatmayacaqdır.

Buna görə də əgər bir şəxs onun yanına gəlib yol göstərməsini istəyirdisə və «nə qədər riyazətlə məşğul oldumsa heç bir fayda vermədi» — deyirdisə, Şeyx buyururdu: Siz nəticə almaq üçün iş görürsünüz. Bu məktəb nəticə məktəbi deyil, əksinə məhəbbət məktəbi və Allahı sevmək məktəbidir.

QƏLBİN BƏSİRƏT GÖZLƏRİNİN AÇILMASI
Mərhum Şeyx təcrübə əsasında başa düşmüşdü ki, insanın bəsirət gözünün, qəlbinin qulağının açılması və qeyb sirləri ilə tanış olması mütləq mə᾽nada Allah qarşısında ixlasla əməl edib Allahı sevməkdən ibarətdir. O, buyururdu: Əgər qəlbinizdən muğayat olub gözləsəniz və Allahdan başqasına onda yer verməsəniz başqalarının görmədiyini görəcək, başqalarının eşitmədiyi sözləri eşidəcəksiniz.

Əgər insan öz qəlbinin gözünü Allahdan qeyrilərindən saxlasa, Allah ona nuraniyyət bağışlayar və onu ilahiyyatın lazım olan işləri ilə tanış edər.

Əgər bir şəxs Allah üçün işləsə onun qəlbinin gözü açılar.

Dostlar! Dua edin ki, Allah sizi mə᾽nəvi karlıq və korluqdan xilas etsin. İnsan Allahdan başqısını istəyən vaxta qədər həm kardır, həm də kor!!

Başqa sözlə desək, Şeyx inanırdı ki, şühudi mə᾽rifət yalnız sağlam qəlb vasitəsi ilə mümkün ola bilər. Yalnız o qəlblər tam sağlam sayılır ki, onda zərrə qədər dünya məhəbbəti olmasın, bundan əlavə Allahdan başqa heç nəyi istəməsin. Bu da imam Sadiq (ə)-ın sağlam qəlb haqqında buyurğunun xülasəsidir. O Həzrət (ə) «İlla mən ətəllahə bi qəlbin səlimin» ayəsi

barəsində buyurur:

«Sağlam qəlb o qəlbdir ki, dünya məhəbbətindən pak (sağlam) olsun».[2]

Digər bir hədisdə buyurur:

«Sağlam qəlb o qəlbdir ki, Allahla görüşə gələndə Allahdan başqa onda heç bir şey olmasın. Hər hansı bir qəlbdə şəkk, yaxud şirk olsa saqit və xəstədir».[3]

 

QƏLBİN BATİNİ SİMASI
Şeyx buyururdu: Əgər insanın bəsirət gözü açılsa Allahdan başqalarının qəlbinə yol tapması ilə eyni zamanda onun özünün bərzəx surətinin dəyişilib başqa formaya düşdüyünü hiss edər. Əgər Allahdan başqasını istəyirsənsə sənin dəyər və qiymətin elə istədiyin şeylər qədərdir. Əgər Allahı istəsən qiymətinin həddi-hüdudu yoxdur. «Mən kanə lillahi kanəllahu ləhu» Hər kəs özünü Allaha sərf etsə, Allah da onun üçün olar. Əgər bütün anlarda ilahi məhəbbətə qərq olsan, Allah nuru sənin qəlbinə saçar və istədiyin şeyləri ilahi nurla görərsən.

HƏR BİR ŞEYİN HAZIR OLDUĞU QƏLB
Şeyx buyurur: Çalış, qəlbin Allah üçün olsun. Qəlbin Allah üçün olsa, Allah oradadır. Allah orada olduqda Onunla əlaqədar olan bütün şeylər orada hazır və zahir olur. Hər vaxt iradə etsən hamı sənin qəlbində hazır olacaqdır. Çünki, Allah orada olduğu üçün bütün peyğəmbərlərin və övliyaların ruhu da oradadır. Məkkə-Mədinəni iradə etsən, hamısı sənin yanındadır. Belə isə çalış qəlbin yalnız Allah üçün olsun ki, Allahın məxluqları sənin yanında hazır olsun.

İLAHİ İŞLƏR GÖRƏN İNSAN
Cənab Şeyxin nəzəri bu idi ki, əgər Allah məhəbbəti qəlbə qələbə çalsa və doğrudan da qəlb Allahdan başqa heç bir şeyi istəməsə insan ilahi xilafət məqamına çatar və ondan ilahi işlər baş verər. O, bu barədə belə buyururdu: Əgər bir şey başqasına qələbə çalsa, məğlub olan şey qalib olan şeyin növünə çevrilir. Məsələn dəmiri odda qızdırdıqda bir müddətdən sonra od qələbə çaldığından odun yandırmaq xüsusiyyəti dəmirə sirayət edir. Həmçinin, insanın işləri öz xaliqi ilə əlaqədar olan işləri ilə də belədir.

Həmçinin buyururdu: Biz heç də fövqəladə bir iş görmürük, əksinə biz ilahi insan sayılan fitrəti tapmışıq. Hər şeyi ruh insana bağışlayır. Öküz ruhu öküzün işini görür, xoruz ruhu xoruzun işini görür. İndi deyin görüm, insanın ilahi ruhu nə işlər görə bilər? Gərək ilahi işlər görsün!

«Və nəfəxtu fihi min ruhi»[4]

Bu ayələr də bu mətləbə işarə edir.

QƏLBİN TƏMİZLƏNMƏSİ
Buna əsasən qəlb Allahdan başqalarının məhəbbətindən təmizlənməsə şühudi mə᾽rifət kəsb oluna bilməz. Mə᾽rifət də hasil olmayınca insan mütləq kamala aşiq ola bilməz. Buna görə də əsas məsələ bundan ibarətdir ki, qəlbi dünya məhəbbətindən paklamağın çox da sadə bir iş olmadığını bilək. Biz öz qəlbimizi «qoca qarının» şərindən necə paklaya bilərik?

Cənab Şeyxin nəzərinə görə qəlbi bəlalardan təmizləyən şey onu həqiqi tövhidə yaxınlaşdıran şeylə eynidir: Bunlara əvvəlki fəsildə işarə olundu, yə᾽ni, daim özünü Allahın hüzurunda hiss etmək, Əhli-beytə (ə) təvəssül və gecələr raz-niyaz etmək, eləcə də Allahın bəndələrinə xeyir vermək.

ALLAHLA AŞİQLİK ÜSLUBU
Cənab Şeyx qeyd olunan amillər içərisində Allahla xüsusi ünsiyyət yaradıb məhəbbət bərqərar etmək üçün, Allah bəndələrinə ehsanın rolunu xüsusilə qeyd edirdi. Onun nəzərinə görə ilahi eşqin yolu məhz Allahın məxluqatına məhəbbət bəsləyib onlara hörmət etməkdir. Xüsusilə zəif və ehtiyacı olan insanlara.

Rəsuli Əkrəmdən (s) nəql olunan hədisdə buyurulur:

«İnsanlar Allahın ailəsidir, Allah yanında insanların ən sevimlisi o kəsdir ki, Allahın ailəsi üçün fayda yetirsin və bir ailəni şad etsin».[5]

Başqa bir hədisdə qeyd olunur ki, Peyğəmbərdən (s) soruşdular: Allah dərgahında ən sevimli şəxs kimdir?

Həzrət (s) buyurdu:

«Camaata ən çox fayda verən».[6]

Başqa bir hədisə əsasən me᾽rac gecəsi Allah-taala Peyğəmbərə (s) belə buyurdu:

«Ey Əhməd! Mənim dostluğum fəqirlərə məhəbbətdir. Belə isə fəqirləri özünə yaxınlaşdır, onların məclislərinə get, çünki fəqirlər Mənim dostlarımdır».[7]

Şeyxin şagirdlərindən biri deyir: Şeyxin yol göstərməsi ilə bir müddət Ayətullah Kuhistaninin yanına — Nikaya gedirdim. Bir gün sübh Nikaya getmək üçün «İranpeyma» qarajına gəldim «Nasir Xosrov» küçəsində ikən cənab Şeyxi gördüm. O, buyurdu: Hara gedirsən?

Dedim ki, Nikaya, Ayətullah Kuhistaninin yanına gedirəm.

Buyurdu: Onun tutduğu yol zahidlikdir. Gəl gedək mən sənə Allaha aşiqlik dərsi öyrədim!

Sonra mənim əlimdən tutub, hazırkı «İmam Xomeyni» xiyabanı ilə apardı. Kiçik bir küçədə yerləşən bir evin qapısını döydü. Həyətdə bir daxma göründü ki, kiçikli-böyüklü bir neçə fəqir və biçarə uşaq orada yerləşmişdi. Cənab Şeyx onlara işarə edib buyurdu: Bu biçarə insanların müşküllərini həll etmək insanı Allah aşiqi edər! Sənin dərsin budur, Ayətullah Kuhistaninin yanındakı dərs isə zahidlik idi. İndi aşiqlik dərsindəsən.

Bundan sonra on il müddətində Şeyxlə birlikdə şəhərdən kənarda yerləşən biçarələrin yanına gedirdik. Şeyx onları mənə göstərir və yemək hazırlayıb onlara çatdırırdıq.

DÖRDÜNCÜ FƏSİL
ALLAH ÖVLİYALARININ İXLASI
Şeyxin tə᾽lim-tərbiyə məqamında şagirdlərinə tə᾽kid etdiyi əsas məsələlərdən biri ixlas idi. İxlas dedikdə təkcə əqidə və ibadətdə deyil, həm də bütün işlərdə ixlas nəzərdə tutulur. O, dəfələrlə tə᾽kidlə deyərdi: Din elə mənbərlərin üstündə deyilənlərdir, lakin iki şeyi çatmır: Biri ixlas, digəri isə Allah-taala ilə dostluq; Bu iki şey mənbərdəki çıxışlara əlavə edilməlidir.

 

--------------------------------------------------------------------------------

[1]  «Hədisi-Qüdsi »də buyurulur: «Ey insan övladı, hər şey səni özü üçün istəyir, Mən də səni Özüm üçün istəyirəm. Belə isə Məndən qaçma!» «Əlməvaizul-ədədiyyə», səh.420

[2] Şüəra surəsi, 89-cu ayə) («Mizanül-hikmət», 10/4984/3388/16931.

[3]  «Mizanül-hikmət» 10/4984/3388/16930.

[4]  Hicr surəsi-29, Sad surəsi-72

[5]  Kafi, 2/164/6

[6]  Kafi, 2/164/7

[7] «İrşadül-qülub» səh.199


source : الشیعه
128
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Uşaq tərbiyəsi
Təbrizdə "Quranın 30-cü Cüzünü Hifz Edək" Milli Layihənin 4000 şagirdlərdən ...
AYƏTULLAH HÖCCƏTİN VƏFATI
GƏNC AİLƏLƏR ÜÇÜN GÖSTƏRİŞLƏR
UŞAQ TƏRBİYƏSİNİN ƏASLARI
UMACAĞIMIZI MƏHDUDLAŞDIRAQ
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR
Kəramətlər
Nə üçün az sayda peyğəmbərlərin adları Quranda çəkilmişdir?
İMAM ZAMAN (Ə)-IN ZÜHURUNUN İNTİZARI

 
user comment