Azəri
Thursday 28th of March 2024
0
نفر 0

Allahın zatına təvəssül üstündürmü


Bu mövzuda söhbətimizi bitirməzdən öncə bu suala cavab vermək istərdik: Allahın zatına təvəssül etmək üstündür yaxud övliyaullahların? "أيَّهُمْ أقْرَب" ayəsindən Allah Taalaya olan təvəssülün öncə olduğu nəticəsinə gəlmək olar. Yəni imkan olduğu qədər yalnız Allahdan yardım istəmək lazımdır. Bu islamçı ariflərin sadiq qaldığı bir üsuldur. Lakin insanlar çox zaman həyat keçidində ağıl, fitrət və digər vasitələrdən istifadə etdikləri kimi, mənəvi dəyərlər və yaxın ilahi münasibətlərdən də kömək umurlar.

Təvəssül elə bəndəliyin özüdür
Peyğəmbərlər və ilahi övliyalara təvəssül etmək Allahın fərmanı ilə mələklərə səcdə etmək kimi olduğu üçün bu şəxslərə təvəssül etmək elə bəndəliyin və ibadətin özü deməkdir. Müsəlman firqələri arasında təvəssül və onun ibadi xüsusiyyətlərinə etiqadı olmayan yalnız vahabiçilikdir. Qeyd etmək lazımdır ki, bu məzhəbi firqənin başçıları özünün səhv və düzgün olmayan təfəkkürünə hakimiyyət bağışlamaq istəyirlər.

Sadəcə olaraq biz vahabilərin təvəssül barəsində nəzəriyyələrinin düzgün bir fikir olmadığını iddia edib onlarla müxalifətçiliyimizin səbəbini etibarlı rəvayət və hədislərin əsasında bu firqə etiqadının əksini isbat etmək istəyirik. Nümunə olaraq bu hədisi diqqətinizə çatdırmaq istəyirik: Peyğəmbərin (s) vəfatından sonra ərəblərdən bir nəfər Peyğəmbərin (s) türbətinə (qəbrinə) yaxınlaşır və türbətin üzərinə yıxılaraq qəbir torpağını başına tökərək belə xitab edir: Ey Rəsulallah, sizdən

" وَ لَوْ أَنَّهُمْ إذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ"[1]

Bu ayəni eşitmişəm. İndi isə özümə qarşı zülm edib günahlarımın bağışlanması üçün buraya gəlmişəm”. Hədisin sonunda bu hadisə haqqında belə deyilir:

"فَنُودي مِنَ الْقَبْرِ قَدْ غَفَر لَكَ"

“Qəbirdən nida gəldi ki, Allah səni əfv etdi”.

Digər rəvayətdə deyilir: Bir dəfə Məkkədə qıtlıq olur. Səhabələrdən olan Bilal ibn Haris Peyğəmbərin (s) qəbri üstünə gəlir və deyir: Ey Rəsulallah, bir neçə vaxtdır ki, yağış yağmır. Allahdan bizim üçün rəhmət yağışını göndərməsini xahiş et. Həmin gecə Peyğəmbər (s) yuxu aləmində ona deyir: Tezliklə ilahinin rəhmət yağışindan bəhrələnəcəksiniz.

Yeri gəlmişkən, sünnə əhlinin görkəmli şəxslərindən olan Məhəmməd ibn İdris Şafei Əhli Beytə təvəssül etməyə izn verdiyi məsələ haqqında söhbət etmək faydasız olmazdı. O deyir:

"آل النَبِي ذَرْعَتِي وَ هُمْ إلَيْهِ وَسِيلَتِي"

“Peyğəmbərin (s) Əhli Beyti mənin dirəyim və Allah Taalaya yaxınlaşmaq üçün vasitələrimdirdər”.

Fatimeyi-Zəhra (s) barəsində belə bir rəvayət nəql olunur:

"أن فَاطِمَةَ – سلام الله عليها – جَاءَتْ فَوَقَفَتْ عَلَى قَبْرِ رَسُولِ الله (ص) فَاَخَذَتْ قَبْضَةً مِنْ تُرَابِ الْقَبْر فَوَضَعتها عَلَى عيْنَهَا فَبَكَتْ"

“Fatimə - salamullah əleyha – Rəsulullahın (s) qəbri üstünə gəldi və o həzrətin qəbirindən bir miqdar torpaq götürüb gözünə sürtdükdən sonra ağladı”.

Bu hədisdən belə məlum olur ki, Peyğəmbər (s), Məsum İmamlar və din başçılarına ehtiyac əli uzatmaq heç də dini etiqadın əksinə deyildir. Çünki, Fatimeyi Zəhra kimi bir şəxsiyyət əziz atasının qəbri üstə gedərək ona təvəssül etdiyi halda nə üçün digərləri üçün qadağan olmalıdır?! Bu məzmunda belə bir rəvayət də vardır:

“Yağıntı olmadığından qıtlıq çəkənlərdən bir neçə nəfər (Peyğəmbərin (s) həyat yoldaşı) Aişənin evinə gəlib ondan məsləhət istədilər. Aişə onlara dedi: Peyğəmbərin (s) hörmətinə görə yağış yağması üçün onun mübarək məqbərəsinin tavanından qəbirin səmadan görünəcəyi qədər bir dəlik açın”.

Səhabələrin şəfa tapıb təbərrük etmək üçün Peyğəmbərin (s) türbətinə təvəssül etmələri barədə “Əttəbərrok”[2] adlı kitabda çoxlu hədislər nəql olunmuşdur.

Əbdül Vəhhab və İbn Teymiyyənin nəzərində şəfaət
Şeyx Məhəmməd bin Əbdül Vəhhab, İbn Teymiyyə və digər vahabilər bir neçə ayə əsasında Allahdan qeyrisindən yardım diləmək, ya onlardan şəfaət tələb etməyi şirk sayırlar. Onların əsas dəlilləri Yunus surəsinin 18-ci ayəsindəki "من دون الله" sözüdür. Vahabilər peyğəmbərlər, övliyalar, bütlər, cinlər və ölüləri bu ayənin açıq-aşkar nümünəsi hesab edirlər.

Onlar həqiqətdə Peyğəmbərin bu dünyadan köçərək əlinin hər yerdən kəsildiyi, bir iş görə bilməyəcəyi təfəkkürü ilə cahillik dövründə onların babalarının diqqətini özünə cəlb edən cahillik bütləri ilə Peyğəmbərin o böyük şəxsiyyəti arasında fərq qoymurlar. Elə bu səbəbə görə də Qiyamət günü yalnız Allahın şəfaətini müsbət, Peyğəmbərin özünün və digər övliyaların şəfaətini isə mənfi cilvələndirirlər.

Vahabilərin sözlərinin zahirindən belə çıxır ki, bu firqə tam surətdə şəfaəti inkar edir. Amma onlar şəfaəti də iki hissəyə: müsbət və mənfi şəfaətə bölürlər.

1. Müsbət şəfaət yalnız Allah Taalaya məxsusdur və bir çox ayələr buna sübutdur. Şəfaətin bu növü haqqında heç bir mübahisə yoxdur.

2. Mənfi şəfaət, Allahdan qeyrisinə məsələn, peyğəmbərlərə, övliyalara olan şəfaət - əlbəttə onların həyatda olmadıqları halda - yaranır;

Vahabilərin bu etiqadlarının əsas dəlili bu mübarək ayədir:

"وَ يَعْبُدُونَ مِنْ دُونِ اللهِ مَا لا يَضُرُّهُمْ وَ لا يَنْفَعُهُم وَ يَقُولُونَ هَؤُلاءِ شُفَعَائُنَا عِنْدَ اللهِ"[3]

“Allahın əvəzinə onlara nə ziyan verən və nə də mənfəət verən şeylərə sitayiş edirlər və deyirlər: Bunlar Allah dərgahında bizim şəfaətvericilərimizdir”.

Şərif ayənin təhlili: Ayənin zahiri mənasından Allah Taalanın insanların şəfaətini deyil, bütlərin şəfaətini inkar etdiyi sübut olunur. Bir başqa sözlə desək من دون الله sözünü deməkdə məqsəd bütlərdirlər. Haqqın qəbul etmədiyi şəfaət bütlərin edəcəyi şəfaətdir. Aşağıdakı ayə isə bu məzmunu təsdiqləyir:

"وَ لا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَ لا يُؤخَذُ مِنْهاَ عَدْل وَ لا هُمْ يُنْصَرُونَ"[4]

“Ondan nə şəfaət qəbul ediləcək, nə onun əvəzi götürüləcək və nə də yardım ediləcəkdir”.

Qurani Kərimdə çox işlənən "من دون الله" kəlməsindən ümumiyyətlə, mütləq surətdə şəfaətin inkar olunduğu istifadə olunur. Lakin bu ümumilik və mütləqlik digər ayələr vasitəsi ilə azalaraq şəfaətin müəyyən şəraitlərə sahib olan şəxslər tərəfindən də olunmasına gətirib çıxarır. Aşağıdakı ayələr bu məsələyə işarədir:

"وَ لا تَنْفَعُ الشَّفَاعَةُ عِنْدَهُ إِلَا لِمَنْ اَذِنَ لَهُ "[5]

“Onun dərgahında Onun izni olmadan heç bir şəfaətverici fayda verməyəcək”.

"مَنْ ذَا الَّذِى يَشْفَعُ عنده اِلا بِاِذْنِهِ"[6]

“Allah dərgahında onun izn verdiyi şəxslərdən başqa şəfaətveici kimdir?”.

"يَوْمَئِذٍ لا تَنْفَعُ الشَّفَاعَةُ اِلا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَ رَضِي لَهُ قَوْلاً"[7]

“Rəhman Allahın, sözünü bəyənib icazə verdiyi kəsdən başqa O gündə heç bir şəfaət fayda verməz”.

"وَ لا يَشْفَعُونَ اِلا لِمَنِ ارْتَضَى..."[8]

“Onun razılıq verdiyi kəsdən başqa heç kəs şəfaət verməz”.

Beləliklə, da bu ayələrdən belə nəticəyə gəlmək olar ki, yalnız İlahi iznə sahib olanlar şəfaət verə bilərlər.

Burada belə bir sual meydana çıxır. Peyğəmbərlər və övliyaların şəfaətini inkar edənlər bu ayələri görməyə bilərlərmi yaxud bu iddiaları üçün digər dəlilləri vardırmı?

Cavabında demək lazımdır ki, vahabilərin şiələrlə inadkarlıqları onları şəfaəti təsdiqləyən deyil, inkar edən ayələrə diqqət etməyə vadar etmişdir. Onlar bu siyasət metodları ilə islam dünyasını şiənin əleyhinə qaldırmaq üçün onları küfr damğası ilə ittiham etmək istəyirlər. Beləliklə də vahabilərin bəzi məzhəbi etiqadlarında istemarçıların gizlin uzanan əllərini müşahidə etmək olar.

Bu etiqad növünün müqabilində Quran və Peyğəmbər sünnəsinə arxalanan, Qiyamət günündə peyğəmbərlərin və övliyaların şəfaətini qəbul edib onların müqəddəs türbətlərinə ehtiramla yanaşan, xüsusilə Peyğəmbərə (s) xüsusi hörmət bəsləyən şiə əqidəsi belə bir etiqadı bir çox maddi və mənəvi təsirlərin mənşəyi hesab edir. Vahabilər (bu əqidəni nöqsanlı etməkdən ötrü) yalnız təvəssül edib qəbir daşlarını ziyarət etməyi haram və şirk hökmünü vermək deyil, tamamilə şəfaətin əsaslarını inkar edirlər.[9] Bu iş Peyğəmbər (s) və Məsum İmamlardan uzaqlaşmaqla nəticələnəcəkdir ki, bir növ İslamın əleyhinə gizli mübarizədir.

 

--------------------------------------------------------------------------------

[1] Nisa (4), 64-cü ayə.

[2] Ayətullah Əhmədi Miyanci, “Əttəbərrok”, səh. 147-151, Beyrut çapı.

[3] Yunus (10), 18-ci ayə.

[4] Bəqərə (2), 48-ci ayə.

[5] Səbə (34), 23-cü ayə.

[6] Bəqərə (2), 255-ci ayə.

[7] Taha (20), 109-cu ayə.

[8] Ənbiya (21), 28-ci ayə.

[9] Daha çox məlumat almaq üçün Seyid İbrahim Ələvinin “Tarixçeye nəqd və bərresiye vahabiyan” kitabının 257-353 səhifələrinə və digər kitablara müraciət edin.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allaha yaxınlaşmaq üçün günahı tərk etmək lazımdır
ƏSKİK SATMAQDAN UZAQLIQ VƏ NAMAZIN İLK VAXTDA QILINMASI
Təvəssül və şəfaətin inkarı tarixi
10 HƏDIS (22)
Riyakar və saxtakar insanın üç əlaməti
ŞӘFАӘTİN MӘNАSI
BƏRZƏX
MƏSİHİLİK
ZƏRDÜŞTİLİYİN DİNİ AYİNLƏRİ
Nübüvvətin zəruri olması dəlilinə əsasən ilahi ,

 
user comment