Azəri
Thursday 18th of April 2024
0
نفر 0

SON FƏRMANDAKI BƏ’Zİ NÖQTƏLƏR

İmam Mehdi (ə) Əli ibn Məhəmməd Səmərinin ölümündən altı gün qabaq bu hadisə barədə xəbər vermişdi. d edilən gün imamın səfiri dünyasını dəyişdi. Uyğun tarixin qabaqcadan dəqiq göstərilməsi sübut edir ki, fərman, doğrudan da, həzrət Mehdi (ə) tərəfindən verilmişdir.

İmam Mehdi (ə) Əbül-Həsən Səməriyə göstəriş vermişdi ki, özündən sonra üçün canişin yin etməsin. Bu göstəriş bir daha sübut edir ki, imamla birbaşa rabitəyə son qoyulmuşdu. Artıq xalq səfirlər vasitəsi ilə imama müraciət edə bilməzdilər.

Bu fərmanda kiçik qeyb dövrünün başa çatdığı böyük qeyb dövrünün başlandığı bəyan olunmuşdu.

Həzrət Mehdi (ə) Allahın izni ilə zühur edə bilər bizə onun zühur tarixi bəlli deyil.

Uyğun fərmanda zühurun iki əlaməti bəyan olunmuşdur. Bunlardan biri Süfyaninin qiyamı, digəri isə səmadan gələsi nidadır.

 

DÖRD NAİBİN SEÇİLMƏ MEYARI

Ötən söhbətlərdə qeyd olunduğu kimi, sum imamlar müxtəlif insanları özləri üçün vəkil seçmişlər. İmam Həsən Əsgərinin (ə) dövründə vəkalət qurumunda on nəfər fəaliyyət göstərirdi. Bu etibarlı adamlar arasında kiçik qeyb dövrü üçün dörd səfir hansı meyarla seçilmişdir?

Sualın cavabında əvvəlcə onu deməliyik ki, sum imamlar hikmət əsasında rəftar etmişlər. Şəksiz ki, uyğun seçim üçün dəqiq meyarlar olmuşdur. Biz bu meyarları bilsək , bilməsək , onların mövcudluğu şübhə doğurmamalıdır. Yalnız onu demək olar ki, uyğun meyarlar İslam dəyərlərinə əsaslanmışdır.

Bütün meyarlar arasında iman, elm, təqva, bəndəlik ön yerdə dayanır. sum imamların vəkili məqamına çatmış bütün insanlarda bu xüsusiyyətlər olmuşdur. Amma kiçik qeyb dövründə müqəddəs nahiyə tərəfindən səfirliyə seçilənlərdə bu xüsusiyyətlər daha üstün həddə olmuşdur. Yuxarıda sadalanmış xüsusiyyətlərə daha bir neçə xüsusiyyət əlavə edə bilərik:

1. Ən üstün şəkildə təqiyyə sirsaxlama.

Məsələn, Hüseyn ibn Ruh Növbəxti ciddi şəkildə təqiyyə edər sirr saxlayardı. Belə ki, bütün məzhəblərdən olan alimlər Hüseyn ibn Ruhu özlərinə aid edirdilər. Hüseyn ibn Ruh yalnız təqiyyə sayəsində hamını razı sala bilmişdi. O hətta öz xidmətçilərindən birini Müaviyəyə nət oxuduğu üçün işdən uzaqlaşdırmışdı.

Hüseyn ibn Ruh təqiyyə səbəbindən məclislərdə ilk üç xəlifə haqqında xoş sözlər deyərdi. Onun sözləri yaxın şiələrdən birini təəccübləndirmişdi həmin şəxs gülümsəmişdi. İbn Ruh onu bu işinə görə məzəmmət etmişdi. Çünki həmin şiənin gülüşü səfirin əsil əqidəsini aça bilərdi.

Həzrət Mehdinin (ə) birinci səfiri Osman ibn Səid özünü abbasi rejiminin qiblərindən qorumaq üçün təqiyyəyə ciddi əməl edərdi. Hətta heç bir dini ya siyasi məclisdə aşkar şəkildə mübahisə etməzdi.

2. Ali bir dərəcədə səbr müqavimət.

Səfirlərin işi çox mühüm olduğundan düşmən imam Mehdini (ə) ələ keçirmək istədiyindən istənilən bir zəiflik süstlük olduqca mənfi nəticələr verə bilərdi. Ona görə səfirlər başqalarından daha möhkəm dözümlü olmalı idilər.

ziləri Əbu-Səhl Növbəxtidən soruşdular: « üçün imamın xüsusi naibi sən yox, Hüseyn ibn Ruh oldu? O belə cavab verdi: «İmamlar bu məqama kimin daha layiqli olduğunu hamıdan yaxşı bilirlər. Mən düşmənlərlə get-gəl edən adamam tez-tez mübahisə edirəm. Hüseyn ibn Ruhun imam haqqında bildiklərini mən bilsəydim, düşmənlərlə mübahisə zamanı onları məğlub etmək üçün hər şeyi açardım nəticədə imamın yeri lum olardı. Amma Hüseyn ibn Ruh imamı əbası altında gizlətsə, onu tikə-tikə doğrasalar da, əbasını qaldırıb imamı göstərməz». Əbu-Səhl Növbəxtinin bu sözləri Hüseyn ibn Ruhun dərəcədə səbirli dözümlü olduğunu göstərir.

3. Səfir başqalarına nisbətən dərrakəli, ağıllı agah olmalıdır.

Şeyx Tusi «Əl-ğeybət» kitabında səfirlərin dərrakə agahlığını göstərən bir rəvayət nəql edir. Bu rəvayətlə qarşıda tanış ola bilərsiniz.

4. İmam Mehdi (ə) zalım abbasi hakimiyyətinin diqqətini cəlb etməmiş insanları naib seçirdi.

Çünki bu olduqca məxfi bir idi. Məsələn, birinci səfir Osman ibn Səid Əmri yağsatan kimi tanınırdı. Abbasilərin ağlına da gəlmirdi ki, o imamın xüsusi səfiri ola bilər. İkinci səfir Məhəmməd ibn Osman da atası kimi diqqəti cəlb etməmiş bir şəxs idi. Üçüncü səfir isə sarayla əlaqəli idi sarayda xüsusi nüfuzu vardı. Abbasilər onun imam Mehdi (ə) ilə əlaqədə olduğunu təsəvvürlərinə belə gətirmirdilər.

Bu səbəbdən Seyyid Məhəmməd Sədr deyir: «Kiçik qeyb dövründə ələvilər səfirlik məsələsinə qatılmadılar bu başqalarına tapşırıldı. Hansı ki, həmin vaxt ələvilər arasında elmi, ibadəti ilə seçilən ləyaqətli insanlar vardı. Belə bir seçimin səbəbi aydındır. Ələvilərin həyat tarixçəsi uyğun məsələni daha dəqiq aydınlaşdırır. Çünki ələvilər tarix boyu zülmə qarşı çıxmış qiyamlar qaldırmışdılar. Ona görə dövlətin bütün diqqəti ələvilərin üstündə cəmlənmişdi. Ələvilər həm imamların tərəfdarı idilər, həm zülmə qarşı mübarizənin önündə gedirdilər. Zalım hakimlər yaxşı bilirdilər ki, yalnız ələvilər onlarla barışmaz mövqedə dayanır. Əlbəttə ki, belə bir zümrə daim nəzarət altında saxlanası idi. Nəzarət altında saxlanılan insan isə müqəddəs nahiyə tərəfindən səfirlik kimi mühüm bir işi öhdəsinə götürə bilməz.

 

DÖRD NAİBİN ŞİƏLƏRLƏ RABİTƏSİNİN XÜSUSİYYƏTLƏRİ

Vəkalət qurumu, xüsusi ilə imamın səfirləri siyasi durum təhlükəli olduğundan şiələr tərəfindən tanınmırdılar. Səfirliyin başlanğıcında, xüsusi ilə Osman ibn Səid Əmrinin səfirliyi dövründə onun naibliyi xalqa lum deyildi. Təbii ki, belə bir şəraitdə şiələrlə səfir arasında ciddi rabitələr ola bilməzdi. Yalnız bir qrup xüsusi vəkil onu həzrətin naibi kimi tanıyır şəri məsələləri ondan soruşurdular. Zaman ötdükcə vəkillərin ciddi təlaşları sayəsində naiblik şiələr arasında öz yerini tapırdı. Təqiyyəyə əməl etməklə əlaqələr güclənirdi.

 

İKİ NÖV RABİTƏ

Şiələr dörd naiblə iki növ əlaqə saxlayırdılar. Bu əlaqələrdən biri vasitəli, digəri isə vasitəsiz idi. Vəkalət qurumunun əsasını vasitəli rabitə təşkil edirdi. Çünki bu qurum Abbasilərin zülmündən aşkar fəaliyyət göstərə bilmirdi. Ona görə xalqla rabitədə gizli yollardan istifadə olunurdu.

Bu rabitə növündə vəkillər vasitə rolu oynayırdılar. Xalq öz istəklərini vəkillərə bildirir, şəri ödənclərini onlara çatdırırdılar. Vəkillər öz növbəsində onlara verilmiş əmanəti imamın səfirlərinə təqdim edirdilər. Müqəddəs nahiyədən səfirlər vasitəsi ilə cavablar əldə olunurdu. Bu rabitə piramida şəklində təsəvvür edilərsə, səfir onun təpə nöqtəsini, vəkillər yan tərəfini, xalq isə oturacağını təşkil etmiş olar.

Bu piramidasayağı rabitə əvvəlcə Bağdad şiələri arasında qurulmuşdu. Uyğun rabitə sonra daha da genişləndi. Məhəmməd ibn Osmanın Bağdadda on vəkili vardı. Bunlardan biri Hüseyn ibn Ruh idi. Bu adamlar Məhəmməd ibn Osmanın ticarət işlərində vəkilləri kimi tanınırdılar. Əslində isə onlar həzrət Mehdinin (ə) vəkalət qurumunda fəaliyyət göstərirdilər. İşin başlanğıcında hətta ətrafdakı böyük alimlər imam Həsən Əsgərinin (ə) canişinliyindən xəbərsiz idilər. Məsələn, Məclisinin «Biharul-ənvar», Şeyx Tusinin «Əl-ğeybət» kitabında nəql etdiyi bir rəvayətə əsasən Məhəmməd ibn İbrahim Məhzyar Əhvazi imam Həsən Əsgərinin (ə) vəfatından sonra həzrət Höccəti (ə) tanımırdı. Yalnız bir neçə il ötdükdən sonra o, imamın canişinini tanımaq üçün İraqa səfər etdi.

Dinvərdə xalq imam Həsən Əsgərinin (ə) vəfatından bir neçə il ötməsinə baxmayaraq şəri ödəncləri kimə verəcəklərini bilmirdilər. Onlar Əhməd ibn Məhəmməd Dinvərinin yanına gedib bu barədə soruşdular. Dinvəri belə cavab verdi: «Ey camaat, hələ ki vəziyyət lum deyil. Hazırda kimin imamın səfiri naibi olduğu bilinmir».

 

BİRBAŞA RABİTƏ

Kiçik qeyb dövründə naib fəaliyyətə başlayanda belə bir rabitə növü yox idi. Qərar vardı ki, naiblik məsələsi məxfi qalsın. Vəkalət qurumunun işinin gizli aparılmasının səbəbi hakimlərin bu işə qarşı gördükləri amansız tədbirlər idi. Zaman ötdükcə şiələr səfirin adını əlamətlərini vəkillərdən öyrənir onlarla birbaşa əlaqə saxlaya bilirdilər. Səfirlərlə birbaşa rabitə yalnız ikinci səfirin dövründə həyata keçməyə başladı. Şeyx Tusi birbaşa rabitə haqqında yazır: «Bir qrup etibarlı şəxs həzrət Mehdinin (ə) səfirlərinin yanına gedib məktub verməklə öz istəklərini həzrətə çatdırırdılar. Müqəddəs nahiyədən verilən cavabları da səfirlər xalqa ötürürdü.

Birbaşa rabitə zamanı zən suallar yazılı şəkildə verilir bir neçə gün sonra cavab alınırdı. zi rəvayətlərdə belə nəql olunur: «Üç gün ötəndən sonra dostum mənə dedi ki, Məhəmməd ibn Osmanın yanına gedib məktubun cavabını alıb». Başqa bir yerdə isə belə bildirilir: «Üç gün sonra məktubumun cavabı verildi».

 

 

 

 

DÖRD NAİBİN VƏZİFƏLƏRİ MƏSULİYYƏTLƏRİ; HƏZRƏT MEHDİNİN VÜCUDU İLƏ BAĞLI ŞÜBHƏLƏRİN ARADAN QALDIRILMASI

Kiçik qeyb dövründə siyasi şərait ağır olduğundan şiələr imam Həsən Əsgərinin (ə) övladı olmasından xəbərsiz idilər. Əgər həzrət Mehdi (ə) məxfi həyat sürməsəydi, zalım rejim tərəfindən öldürülərdi. Hicri 360- ildə imam Həsən Əsgəri (ə) dünyasını dəyişdikdə yalnız ən yaxın adamlar həzrət Mehdinin (ə) varlığından xəbərdar idi. Dörd naibin, xüsusi ilə birinci səfirin ən mühüm vəzifələrindən biri bu idi ki, imam Həsən Əsgərinin (ə) övladı olduğunu şiələrə sübut etsin.

İmam Hadi (ə) imam Həsən Əsgəri (ə) tərəfindən etimadlı sayılan imamiyyə şiələrinin böyüklərinin sədaqətli bildiyi Osman ibn Səid Əmri uyğun həssas dövrdə xalqın imam Mehdi (ə) ilə bağlı şübhələrini aradan qaldıra bildi. Eləcə sübuta yetirdi ki, o, müqəddəs nahiyə tərəfindən xüsusi vəkildir. zənsə Osman ibn Səid Əmrinin gətirdiyi dəlillərlə kifayətlənmir ondan kəramət, cüzəyə oxşar bir şey istəyirdilər. Osman müqəddəs nahiyənin yardımları ilə insanları həqiqətə inandırırdı.

Məhəmməd ibn qub d Əşəri Qummidən bu barədə belə nəql edir: «Qum şiələri arasında xüsusi məqama malik olan Həsən ibn Nəzr imam Həsən Əsgərinin (ə) vəfatından sonra tərəddüddə qaldı. O, Əbu-Səddam başqaları ilə qərara gəldi ki, növbəti imamı axtarsınlar. Həsən ibn Nəzr Əbu-Səddama dedi: «Bu il həccə getmək istəyirəm». Əbu-Səddam ondan bu səfəri xirə salmasını istədi. Amma Həsən ibn Nəzr yuxu görüb qorxduğunu bu səbəbdən hökmən həccə gedəcəyini bildirdi. O, yola çıxmazdan qabaq Əhməd ibn la ibn Həmmamdan imama çatası əmlak haqqında vəsiyyət etdi. Tapşırdı ki, imam Həsən Əsgərinin (ə) canişini lum olanadək bu əmanətləri qorusun. O, Bağdada getdi orada müqəddəs nahiyə tərəfindən verilmiş bir fərman əlinə keçdi. Beləcə, həzrət Mehdinin (ə) imamətinə Osman ibn Səid Əmrinin xüsusi vəkilliyinə əmin oldu».

Osman ibn Səid Əmrinin dövründə bu vəzifəni yerinə yetirmək çox ağır idi. Digər səfirlərin fəaliyyəti zamanında həzrət Mehdinin (ə) imamlığı səfirlərin yinatı hansısa bir həddə şiələr üçün sübuta yetirilmişdir. Məhəmməd ibn Osmanın dövründə müəyyən həddə şəkk-şübhələr vardı. Bu səbəbdən uyğun mövzuda Məhəmməd ibn Osmandan rəvayətlər nəql olunmuşdur.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Məscidul-əqsanın Ömərin xilafəti dövründə azad edilməsinə diqqət yetirməklə ...
Əbu Talib mömin olub, yoxsa..?
ÜÇÜNCÜ: ƏHALİNİN İSLAH OLUNMASI
HÖKUMƏT QAN TÖKMƏKLƏ DAVAM EDƏ BİLMƏZ!
Kim indiyəcən görüb ki, vəhşi bir ulаq
Nigeriya Ordusu yeddiyüzə yaxın qadın və uşaqları Boko Haram terrorçularının ...
İMAM HÜSEYN (Ə) VƏ ONDAN BEY’ƏT ALINMASI
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
USTADIN ƏSƏRLƏRİ

 
user comment