Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

QİBLƏNİN DƏYİŞDİRİLMƏSİ

Peyğəmbərimiz (s) 13 il Məkkədə və 17 ay Mədinədə yahudilərin qibləsi olan Məscidul-əqsaya tərəf namaz qıldı. Bu da yahudilərin etirazına səbəb oldu. Belə ki, onlar “əgər biz haqq yolunda deyiliksə, niyə görə bizim qibləmizə tərəf namaz qılırsınız?”- deyə deyinmişdilər. Həzrət Peyğəmbər (s) bir gün namaz qılanda vəhy mələyi ona belə əmr etdi:”Üzünü Kəbəyə çevir!” O andan etibarən müsəlmanların qibləsib Kəbə (Məscidül-həram) oldu. Bu vəziyyət yəhudilərə çox ağır gəldiyindən onlar belə deyirdilər ki, “əgər sizin qibləniz Kəbədirsə, niyə indiyə qədər Məscidul-əqsaya tərəf namaz qılırsınız?” Halbuki, onlar bilmirdilər ki, bunların hamısı islam düşmənləri və dostlarını bəlli olması və kimlərin bu vəzifədə Peyğəmbərlə əməkdaşlıq, kimlərin də onunla müxalifətçilik edəcəyini müəyyən etmək üçün bir imtahandır.

BƏDR MÜHARİBƏSİ

Həzrət Peyğəmbər (s) yaxşı şəkildə təchiz olunduqdan sonra, əvvəlcə Mədinənin ətrafındakı qəbilələrlə, onların Mədinəyə hücüm etmələrinin qarşısını almaq məqsədilə bir sülh müqaviləsi bağladı. Sonra belə qərara gəldi ki, Şama gedən və o məntəqədən keçən Qureyşin böyük bir karvanına hücüm etsin. Bununla o, həm küfr ilə şirk başçılarının qürurunu sındıracaq, həm də mühacirlərin Məkkədəki vardövlətlərini talan edərək evlərini yıxanlaracavab verəcəkdi. Bu müaribə Bədr quyularının yanında baş verdiyinə görə Bədr müharibəsi adlandı. Peyğəmbərimiz (s) bu müharibədə səhabənin böyükləri ilə məsləhətləşdiyi və düşmənin vəziyyətindən kifayət qədər xəbərdar olduğu üçün tezliklə hücüma başlamaq əmrini verdi. Düşmənin sayı min nəfər, İslam ordusunun sayı cəmi 313 nəfər olmasına baxmayaraq əshabın imanı və Allahın lütfü sayəsində müsəlmanlar qələbə çaldı, müşriklər isə məğlub oldular.

ÜHÜD MÜHARBƏSİ

Müsəlmanların Bədr müharibəsində qələbə çalması və müşriklərin öldürülməsi, onların başçılarını çox əsəbiləşdirmişdi. Belə ki, Əbu Süfyan heç kimə ölənlərə yas tutumağa icazə verməmişdi. Digər tərəfdən isə, yəhudilər müsəlmanların qələbəsindən çox nigaran idilər. Buna görə də yəhudilərdən Kəb ibn Əşrəf adlı birisi sürətlə Məkkəyə gəlib camaatı üsyana çağıran şerlər oxuyaraq,müşriklərin ölülərinə ağlaya-ağlaya Qureyşi onların intoqamını almağa təhrik edirdi. Müşriklər Darünnüdvədə yığıncaq keçirərəkbir çox müzakirələrdən sonra, gələn müharibənin büdcəsi olan əli min dinar qızılı təsdiq və Məkkə ətrafındaki qəbilələrdən kömək almağa başladılar. Üç min nəfərdən ibarət olan müşrik ordusu Mədinəyə tərəf yola düşdü. O günə kimi müsəlman olduğunu gizlədən Abbas ibn Əbdülmüttəlib peyğəmbərmizin köməyinə gəlmişdi. O, Mədinəyə tərəf sürətlə hərəkət edən bir nəfərə verdiyi məktubda vəziyyəti Həzrət Peyğəmbərə (s) bildirdi. Əbu Sülfyanın komandanlığı altında hərbi təchizatla hərəkət edən müşriklər ordusu Ühüd dağları yaxınlığında çadır qurdu. Onları piyada əsgərlərinin sərkərdəsi Xalid ibn Vəlid idi. Peyğəmbər (s) vəziyyətdən xəbər tutan kimi əshabi ilə məsləhətləşib əksəriyyətin təsdiqi ilə qüvvələrini Mədinədən xaricə çıxarmağı qərara aldı. Həzrət Peyğəmbər (s) 1000 nəfər könüllü əsgərdən ibarət islam ordusu ilə hicri 3-cü ilin Şəvval ayının yeddisində, sübh namazından sonra Ühüdə sarı yola düşdü. İslam ordusu düşmənin düşərgəsi yaxınlığında çadır qurdu. Peyğəmbər (s) Abdulla ibn Cubeyri əlli ox atan ilə birlikdə Ühüd keçidinə göndərdi ki, mühüm əhəmiyyətə malik olan həmin keçidi qorusunlar. Onlara nə olursa olsun, (qələbə yaxud məğlubiyyət) oranı tərk etməyə haqları olmadığını söylədi. Nəhayət tövhid və şirk orduları qarşı-qarşiya gəldilər və ilk toqquşma Qureyş əsgərlərindən olan Əbu Əmir tərəfindən başlandı. Əvvəlcə qüdrətli İslam ordusu tam cəsarət və imanla döyüşüb küfr ordusunu dağıtdı, ancaq birdən-birə müharibənin şəkli dəyişdi. Peyğəmbərimizin (s) həmin keçidi qorumaq üçün göndərdiyi əsgərlər müharibənin qurtardığını güman etdiklərinə görə qənimət yığmaq üçün oranı tərk etdilər və mühüm əhəmiyyətə malik olan həmin keçid müdafiəsiz qaldı. Düşmənin piyada hissələrinin sərkərdrəsi Xalid ibn Vəlid bu fürsətdən istifadə edərək qüvvələri ilə birlikdə dağın arxa tərəfinə keçərək qənimət yığmaqla məşğul olan müsəlmanlara hücüm edərək onların çoxlarını öldürdülər. Müsəlmanlar yetmiş şəhid verərək müharibə meydanından geri çəkilməyə məcbur oldular. Müharibədə müşriklər qələbə çaldılar. Ancaq Allahın peyğəmbəri Həzrət Əlinin (ə) fədakarlıqları nəticəsində əsgərləri təzədən toplayıb düşməni təqib edərək onlardan bir qismini öldürməklə, müşriklərin yenidən Mədinəyə basqın etməsinin qarşısını aldı.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ey göz, səy et, çox ağla..."
HƏZRƏT ƏBULFƏZL ABBASIN (Ə) TƏVƏLLÜDÜ
Həft-i Tir hadisəsi və Müqəddəs Müdafiə illərində Şəhid olanların ailə ...
Əl-Maidə (Süfrə) surəsi
İSLAM XӘLİFӘLӘRİ NECӘ TӘ’YİN OLUNDU?
DUA QUR`ANDA
Еvdә vә mәscİddә Qur’an tİlavәtİ
İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?
ELM VƏ ALIMIN ŞƏHADƏT VERMƏSI
Zi-hiccə ayının 10-cu günü

 
user comment