Azəri
Thursday 25th of April 2024
0
نفر 0

Düşünənlər üçün nəsihətlər TƏLƏSKƏNLİYİN PİS TƏ᾽SİRLƏRİ


İnsan adətən, nəfsinin vəziyyətindən, niyyətlərindən, ətrafındakı hiylələrdən xəbərsiz olur. O, təbii, psixoloji, ictimai şəraitdən doğan bə᾽zi səciyyəvi hərəkətlərə yol verir. Onun yeməyi, danışmağı, rəftarı çox vaxt bu şəraitdən asılı olur. Ətraf mühitin diktəsi ilə hərəkət edən insan çox vaxt bu hərəkətləri ölçüb-biçmədiyindən səhvlərə yol verir və sonradan peşman olur. Oturuşu, duruşu, danışığı, rəftarı ona əzab verməyə başlayır. Bu ağrılardan qaçmaq üçün insan iş görməzdən əvvəl öz ağlını işə salıb, əvvəlcə düşünüb, sonra hərəkət etməlidir. İmam Sadiq (ə) öz səhabələrinə buyurur ki, heç zaman tələsik iş görməyin. Səbr edib bu işin faydasının zərərindən çox olduğuna əmin olun!

Bu göstərişlər təkcə dini yox, dünya həyatına da aiddir. Mö᾽min isə həm dünya, həm də axirət işlərinin faydalılığını düşünür. O anlayır ki, bir saat dünya ləzzətinə görə insan əbədi olaraq cəhənnəmə gedə bilər. Xeyir və zərəri götür-qoy edən insan heç zaman günaha yol verməz. Məsələn, şərab içən şəxsə «içmək olmaz» deməklə zahirən dini vəzifə bitir. Amma şərabxora bir insan kimi ürək yandıran müsəlman ağlını işə salıb elə bir iş görə bilər ki, qarşısındakı günahkar qəflət yuxusundan oyanıb normal həyata qayıdar.

Mö᾽min müsəlman ağıllı və uzaqgörən olub tədbirlə iş görməli və öz ilahi məqsədinə nail olmalıdır.

AĞIL İNSAN ÜÇÜN ÇIRAQDIR
Qur᾽ani-Kərimdə qəlb, əql və nəfsin insana aid xüsusiyyətlər olması bəyan olunur. «Yusif» surəsinin 53-cü ayəsində buyurulur: «Rəbbinin rəhm etdiyi kimsə istisna olmaqla nəfs pis işlər görməyi əmr edər». Bu ayədə nəfs mənfi tanıtdırılır. Amma bə᾽zən o sevgi ilə yad edilir: «Ey arxayın nəfs, dön rəbbinə, sən Ondan, O da səndən razı halda»[1].

Əvvəla, nəfs İslamda mühüm mövzulardandır və müxtəlif mə᾽nalarda işlənir. İmam Sadiq (ə) buyurur: «Qəlbini özünə elə yaxın et ki, sanki onunla şəriksən. Ağlını ata yerində bilib əlindən tut və ardınca get. Nəfsinə isə vuruşacağın düşmən kimi bax».

Çoxları sanki bilərəkdən bütün bu deyilənlərin ziddinə gedir. Ağlın yerinə nəfsi rəhbər seçir. Hansı ki, İslam nəfsə yox, əqlə itaət etməyi tapşırır. Biz insanlar adətən daxilimizi qoyub zahirimizlə maraqlanırıq. Bə᾽zən işin əsl məqsədi yaddan çıxır və insan nəfsin komandanlığı altında tər tökür. Məsələn, yaxın bir adamı nəsihət etmək istəyən şəxs əvvəlcə öz istəyini qiymətləndirməlidir. Görən, məqsəd insanlıq vəzifəsini yerinə yetirmək, yoxsa ağıllı görünməkdir?

Əxlaq alimləri özünü düzəltmək istəyənlərə çox ciddi şəkildə tapşırırlar ki, iş görməzdən əvvəl niyyətə fikir vermək lazımdır. İlahi məqsədlə işə başlayanlar üçün bir çox çətinliklər artıq geridə qalmışdır. Şəriki tərəfindən aldanmaq istəməyən insan ilk əvvəl öz qəlbini şeytan vəsvəsələrindən pak etməlidir. Əks təqdirdə daha böyük problemlərlə qarşılaşmaq olar.

Bunu da qey edək ki, İslamın bə᾽zi bölmələrində əql və nəfs müxtəlif mə᾽nalarda işlədilir. Əxlaq mövzusunda əql insanı doğruya, nəfs isə süquta çəkir. Əlbəttə ki, xoşbəxt olmaq istəyən insan yaxşıların ardınca gedəcək. Uşaq atanın əlindən tutduğu kimi, əqlin əlindən tutub çətinliklərdən keçməliyik. Səadət yolunda bizə maneə olmuş nəfs isə daim hədəfdə olmalıdır.

Unutmaq olmaz ki, nəfs insanı ləzzətlərlə aldadır. Ağıllı insan anlayır ki, nəfsin ötəri ləzzətləri arxasında cəhənnəm öz qapılarını açmışdır. Nəfsin insana təqdim etdiyi bütün ləzzətlər ani, amma axirət ləzzətləri misilsiz və əbədidir.

Allahla ünsiyyət, Onun mə᾽rifətini dadmaq, övliyaları ilə görüşmək əbədi bir ləzzətdir. Bu gün duyduğumuz nəfsani ləzzətlər axirət aləmi ilə müqayisədə yuxudan artıq bir şey deyil. «Fəcr» surəsinin 24-cü ayəsində buyurulur: «İnsan deyəcək: «Ey kaş, əvvəlcədən axirət həyatım üçün bir iş görəydim». «Ənkəbut» surəsinin 64-cü ayəsində isə belə buyurulur: «Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyil. Axirət aləmi isə şübhəsiz ki, əbədi həyatdır». Gözlərini dünyaya qapayan insan əbədi həyata düşdüyünü anlayır. İnsan bilməlidir ki, nəfsin şirin və᾽dləri yalnız ölümə qədərdir.

İmam Sadiq (ə) buyurur: «Sən özün-özünə həkim olmalısan. Həm dərdin, həm də dərmanın sənə tanıtdırılıb. Aqil insan heç zaman sağlamlığı qoyub dərdi götürməz…».

MİNNƏT SAVABI PUÇA ÇIXARIR
Bütün əməllərin düzgünolma və qəbul şərtləri vardır. Oruc tutarkən bu şərtlərə əməl etməsək onun qəzasını tutmağa məcburuq. Amma əməlin qəbul olması üçün başqa şərtlər də vardır. Əgər bu şərtlərə əməl olunmasa hətta düzgün yerinə yetirilmiş əməl üçün axirət savabı gözləməyə dəyməz. Yaxşı, bəs bir mö᾽min həm düzlük, həm də qəbul şərtlərinə əməl etmişsə yenə də axirət üçün qorxu qalırmı? Diqqət etməliyik ki, çirkin bir iş əvvəlki savabı puça çıxara bilər. Tövbə günahı yuyub apardığı kimi, pis iş də savabı puça çıxara bilər. Məsələn, riya bütün savabları məhv edə bilər. «Hucurat» surəsinin 2-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, səsinizi peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən əməlləriniz puç olar». Bir mö᾽min saf niyyətlə yardım əlini uzadıb savab qazanır. Amma bir neçə il ötəndən sonra etdiyi yaxşılığı onun üzunə vuraraq əvvəlki savabı puça çıxarır. «Bəqərə» surəsinin 264-cü ayəsində oxuyuruq: «Sədəqələrinizi malını riyakarlıqla xərcləyən kafir kimi, minnət qoymaqla puça çıxarmayın». Minnət yaxşılığı puça çıxarır!

İmam Sadiq(ə) buyurur: «Birinə əl tutmusansa minnət qoymaqla puça çıxarma, əksinə, daha yaxşı bir iş gör ki, əxlaqın gözəlləşsin, axirət savabın artsın.

DİL BƏLASI
İmam Sadiq (ə) buyurur: «İnsanda təbii meyllərdən biri özünü göstərmək, tanıtmaqdır». Məsələn, uşaq bir şey eşitdikdə onu hamıya danışmaq istəyir və bununla da özünü hər şeydən başı çıxırmış kimi göstərir. Əslində uşağa aid olan bu xüsusiyyətə yaşlı adamlarda da təsadüf olunur. Amma özündə İslami əxlaqi cilvələndirmək istəyənlər belə xüsusiyyətlərlə mübarizə aparır və riyadan uzaq olmağa çalışırlar. Uşaq isə hətta namaz qılanda da başqalarından tə᾽rif umur.

Əqli yetkinliyə çatmamış insan uşaq kimidir. O, namaz qılarkən yalnız Allahın razılığını düşünməli olduğunu bilsə də yenə də başqalarının nəzərini güdür. Bu bəladan qurtulmağın səmərəli yollarından biri az danışmaqdır. Adətən, dilini boş saxlaya bilməyənlər elə öz danışıqları ilə xalis niyyətdə olmadıqlarını bildirirlər. Böyük İslam alimlərindən bə᾽zilərinin bir ömür yaşadığı şəhərdə onların elmi səviyyəsindən xəbərsiz qalıblar. Müctehid özünü necə aparmalıdır ki, adi bir ruhani tək tanınsın?!

Az danışmaq sözbazların belini qırır. Çünki sözbazlar cəmiyyəti çox danışanların dili ilə qarışdırırlar. Az danışmağın digər bir xeyri qəzəbin qarşısının alınmasıdır. Həyəcanlanmış insanın danışığı adətən davaya səbəb olur.

İmam (ə) buyurur: «İstər bildiyin, istərsə də bilmədiyin halda sükuta riayət et. Əgər belə etsən səbrli və həlim insan sayılarsan və bu sükutun sənin üçün alimlər yanında zinət, nadanlar qarşısında örtük olar».

 

--------------------------------------------------------------------------------

[1] «Fəcr» surəsi, ayə 27-28.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BMT-nin 50 tonluq yardımı Səna Hava Limanına gətizdirildi
AdlarI qeyd olunanlarIn iCtihad etdiKləri halIn şərhi
Suriyada 700-ə yaxın yaraqlı silahı yerə qoydu
Azərbaycan Xalqının Tarixini məhv edən rejimdə Rəsulzadənin Stalini gizlətdiyi ...
Tale Bağırzadə: O kitabçanın mənə aidiyyatı yoxdur
Vəhhabilər Nigeriyada Məscid partladılıb, 22 nəfər həlak olub
XƏLIFƏ ÖMƏRIN HƏCC MÜT`ƏSI VƏ QADINLAR MÜT`ƏSI BARƏSINDƏ ICTIHADI
Vəhhabi müfticığazı Şeyx Əbdül Əziz Al-i Şeyxdən növbəti antik fətva ...
Türkiyədə öldürülmüş Press TV-nin müxbiri Serena Şimin ailəsi Türkiyədən ...
Libiya höküməti sələfi terrorçuları ilə müharibədə

 
user comment