Azəri
Friday 29th of March 2024
0
نفر 0

Allaha yaxınlaşma yolu


MÖ᾽MİNİN MƏ´RİFƏT VƏ HİMMƏT (SƏ᾽Y) DƏRƏCƏLƏRİ
Bildiyimiz kimi, imanın mərtəbələri vardır və insanlar dini həqiqətləri eyni dərəcədə dərk etmir. Əgər insan ali bir hədəfə çatmaq istəyindədirsə əvvəlcə bu hədəfi tanıyıb ona dərindən inanmalıdır. İkinci iş həmin hədəfə çatmaq üçün lazımi dərəcədə sə᾽y göstərməlidir. Mə᾽rifəti və imanı zəif olanlar bu zəifliyi aradan qaldırarlarsa daha çox sə᾽y göstərə bilərlər. Amma hətta dünya işlərində himməti və çalışqanlığı zəif olanlar əlverişli mə᾽rifət şəraiti yaransa da irəli gedə bilməzlər. Bu insanlar əvvəlcə doğru yol seçməlidirlər.

İmam Sadiq (ə) şiələrdə ilahi himmət və çalışqanlıq görmək istəyir. İmam (ə) onların nəzərinə çatdırır ki, yalnız əbədi əzabdan qurtulmaq üçün göstərilən sə᾽ylər aşağı iman mərtəbəsinə aiddir. Amma yuxarı iman mərtəbəsində olanlar qəbr əzabı və bərzəx haqqında da düşünürlər. Bundan da yuxarı mərtəbədə olanlar təkcə əzabdan qaçmaq yox, həm də behişt ne᾽mətləri üçün sə᾽y göstərirlər. Behiştin də öz dərəcələri vardır. Bə᾽zi rəvayətlərdə buyurulur ki, behiştin Qur᾽an ayələrinin sayı qədər dərəcələri vardır. Buradan mə᾽lum olur ki, mö᾽minlərin behişt mərtəbələri də fərqlənir.

Ən yüksək mərtəbədə olanlar üçün isə dünya və axirət ləzzətləri əhəmiyyətli deyil. Onlar Allaha könül verib, Onun razılığı üçün çalışırlar. Əlbəttə ki, heç kəs əzabı xoşlayıb, ləzzətə nifrət etmir. Lakin ali məqamda olanlar Allahla yaxınlıq ləzzətini bütün ləzzətlərdən üstün tuturlar. Zalım Fir᾽on öz mö᾽minə xanımını ölümlə hədələyib Allahdan dönməyə çağırdığı vaxt bu qadın belə dua edir: «Ey Rəbbim, mənim üçün öz dərgahında-cənnətdə bir ev tik»[1]. Bu imanlı xanım əzablara dözərək imanını qoruyur, behişt ne᾽mətləri haqqında yox, Allah dərgahına qovuşmaq barədə düşünür.

Hər insan əzab və ne᾽mətə əhəmiyyət vermədən Allah razılığı haqqında düşünməyə qadir deyil. Allahın razılığı olan yerdə heç şübhəsiz ki, bütün ne᾽mətlər də var. Amma əsl aşiq üçün bu ne᾽mətlərdən yox, Allahdan uzaq düşmək qorxuludur. Sözsüz ki, belə bir məqama çatmaq üçün xüsusi bir himmət və çalışqanlıq lazımdır. İnsan cəhənnəm əzabı və behişt ne᾽mətləri kimi düşüncələrdən əl götürüb yalnız Allahın razılığı haqqında düşünərsə öz iman mərtəbəsini artıra bilər.

ALLAHA YAXINLIQ MƏQAMININ YOLU
Bu məqama çatmaq üçün Allahıtanıma, Ona iman elə bir səviyyədə olmalıdır ki, insan Allahın razılığını hər şeydən üstün tutsun. Bu məqama çatmaq üçün elə bu dünyadaca hazırlıq görülməlidir. Dünya məhəbbəti, nəfs istəkləri bizi bu məqsəddən uzaqlaşdıra bilər. Bu məqamı arzulayan insan ömrün hər dəqiqəsini qiymətli bilib məqsədi yolunda çalışmalıdır. Çoxları hər şeyə hazır olsa da ali məqama çatmağın yolunu tapa bilmir.

İmam Sadiq (ə) Allahla yaxınlıq məqamına çatmaq istəyənlərə yol göstərir: «Cəlal sahibi olan Allahınla yaxınlıq istəyirsənsə xəlq olunmuşlar arasında Allaha ən yaxın olmağa çalış, heyvani alçaq məqamdan uzaqlaş, mö᾽minlər arasında yüksəlib elə bir məqama çat ki, bu məqam yaranmışlar üçün son yüksəklik olsun. Dünyanı sənin nəzərində xar edəcək bir iş gör».

Həzrətin buyuruğundan mə᾽lum olur ki, təkamül yolunda insan üçün ən böyük maneə dünyadır. Dünyaya məşğul qəlb hara, Allah eşqi hara? Dünya bər-bəzəyinə könül verdikcə kamillikdən uzaqlaşan insan üçün Allahla yaxınlıq əlçatmazdır.

ÖLÜM FİKRİ VƏ AXİRƏTƏ HAZIRLIQ
Həzrət Əlinin (ə) «Nəhcül-bəlağə»sində az xütbə tapılar ki, o xütbədə dünyanın pisliklərindən danışılmasın. Amma Həzrət (ə) bə᾽zən dünya haqqında elə tə᾽sirli ifadələr işlədir ki, oxucular üçün çox faydalı ola bilər. Xütbələrin birində dünya həyatının qısalığı suyu boşaldılmış qabın divarında qalmış rütubətə bənzədilir. Bu rütubət susuzluğu yatıra bilərmi?! Dünya axirətlə müqayisədə bu sayaq cüz᾽i və əhəmiyyətsizdir. Başqa bir yerdə Həzrət (ə) buyurur: «Mənim nəzərimdə dünya zökəmin burun suyundan da dəyərsizdir». Başqa bir yerdə buyurur: «Dünya cüzam xəstəliyinə tutulmuş şəxsin əlindəki ölü donuzun çürümüş sümüyü kimidir». Doğrudanmı ömrün dəyərli saatlarını ağıllı insan belə mənfur bir şeyin ardınca gəzməyə sərf edə bilər?! Mö᾽min o qədər mə᾽rifətli olmalıdır ki, dünyaya bağlılığın azdırıcı olduğunu anlaya bilsin. Dünya ona görə pislənmir ki, insan bir küncə çəkilib otursun. Söhbət dünyaya baxışdan gedir. Dünya yox, axirəti unutduran dünya pislənir. İnsan dünya bər-bəzəyinə aldanıb ölümü yaddan çıxartmamalıdır. Ölümü daim xatırlayan insan şeytana aldanıb nəfs istəklərinə təslim olmur. İmam Sadiq (ə) Əbdullah ibn Cündəbə buyurur: «Daim gözünün qarşısında durmuş kimi ölümü xatırla».

İnsan yalnız o zaman dünyanın caynağından qurtula bilər ki, gələcəyə aid arzularını uzun-uzadı etməsin. Sabaha çıxacağına əmin olmayan insan əslində yaşadığı günün ehtiyaclarını düşünə bilər. İnsanın gələcəyə aid düşüncələri yalnız axirətə aid ola bilər. Mö᾽min bu günündən artıq qalanı ehtiyata saxlayıb ehtiyaclılara çatdırmalıdır. Məsələn, ilin xərcindən artıq qalan pulu ya xərcləmək, ya da Allah yolunda sədəqə vermək lazımdır. Qəlbində Allah eşqini diriltmək istəyənlər bu göstərişlərə əməl etməklə dünyaya bağlılıqdan qurtulmalıdırlar.

Peyğəmbər (s) səhabəsi həzrət Səlman kimi insanlar üçün dünyanın bu günü ilə sabahı arasında fərq olmayıb. Bu insanlar bir illik ehtiyaclarını qabaqcadan toplasalar da dünyaya bağlı olmayıblar. Amma dünyaya bağlılığı qəlbindən çıxarmaq istəyən zəif imanlı insanlar gələcəyi fikirləşmək əhval-ruhiyyəsini özlərindən uzaqlaşdırsalar yaxşıdır. Bə᾽ziləri elə düşünür ki, sədəqə və bəxşiş verməklə sərmayə azala bilər. Həzrət İmam (ə) isə belə buyurur: «Dünyada qoyub getdiyinin sənin üçün faydası yoxdur. Faydalı olan axirət yolunda xərclədiklərindir».

 

--------------------------------------------------------------------------------

[1] «Təhrim» surəsi, ayə 11.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...
Bu gün AİP liderinin apellyasiya şikayətinə baxılacaq

 
user comment