Azəri
Thursday 28th of March 2024
0
نفر 0

İmam Sadiqin (ə) nəzərində şiə

HƏQİQİ ŞİƏ İLƏ ƏHLİ-BEYT AŞİQİNİN FƏRQİ
Həqiqi şiənin özünəməxsus xüsusiyyətləri var və onlar bu xüsusiyyətlərlə tanınırlar. Əhli-beyti sevmək şiə olmaq üçün kifayət deyil. Həqiqi şiə olmaq üçün danışıq, rəftar, ibadət və sair sahələrdə mə᾽sum imamların yolunu getmək zəruridir. «Şiə» sözü Qur᾽anda da işlədilmişdir. Həzrət Nuhun əhvalatından sonra buyurulur: «Şübhəsiz ki, İbrahim də onun yolu ilə gedənlərdən (onun şiələrindən) idi»[1].

Əhli-beyti sevmək həqiqi şiə olmaq deyil. Məsələyə aydınlıq gətirmək üçün rəvayətə müraciət edək. İmam Rizanın (ə) vəliəhdlik məsələsi ortaya çıxdığı zaman o həzrəti Mərv şəhərinə gətirdilər. Camaat dəstə-dəstə onun təbrikinə gəlirdi. Camaat elə hesab edirdi ki, bu iş Əhli-beytin qələbəsidir. Bir müddət sonra imamın görüşünə gəlmiş şiələri gözətçi qapıda saxlayıb soruşdu ki, siz kimsiniz? Onlar cavab verdilər ki, biz imamın şiələriyik. Gözətçi imamdan icazə almaq üçün getdi. O, imama ərz etdi ki, gələnlər sizin şiəniz olduqlarını deyirlər. İmam Riza (ə) onları qəbul etmədi. Bu adamlar üç gün ardıcıl imamın görüşünə gəlsələr də, imam görüşdən imtina etdi. Onlar anladılar ki, imamın imtinasında bir mə᾽na var. Gözətçiyə yalvardılar ki, bu işin səbəbini öyrənsin. Gözətçi imamdan soruşdu ki, ey mənim mövlam, bu insanları qəbul etməməyinizin səbəbi nədir? İmam buyurdu: «Onlar şiə olduqlarını iddia edirlər. Həqiqi şiələr Səlman və Əbuzər kimi olur. Bu insanlarda isə həqiqi şiə əlaməti yoxdur. Onlara de ki, onlar həqiqi şiə yox, sadəcə, Əhli-beyti sevənlərdir». Bu insanlar aşiq idilər. Ona görə də işin səbəbini öyrəndilər. Hansı ki, şiəlik iddiasında olanların çoxu həvəsdən düşüb geri qayıdardı. Qəlbində Əhli-beyt məhəbbəti olanlar bu məhəbbətdən istifadə edib həqiqi şiə olmaq üçün çalışırlar.

ŞİƏLİYİN NİŞANƏLƏRİ
1. İman qardaşlarına qarşı əliaçıqlıq.

İmam Sadiq (ə) zikr olunmuş rəvayətdə əliaçıqlıq və bəxşişi şiələrə layiq birinci sifət kimi tanıtdırır. İnsan öz ailə üzvlərinə diqqətli olduğu kimi din qardaşlarına da diqqətli olmalıdır. İmkanlı müsəlman imkansız müsəlmanın ehtiyaclarını ödəməyə borcludur. Mö᾽min qardaşı xəstələnərkən və ya səfərdən qayıdarkən onun görüşünə getmək şiənin ibtidai vəzifələrindəndir. Əlbəttə ki, bütün əxlaqi göstərişlərə əməl etmək çətindir. Məsələn, evdə ehtiyac olmayan əşyaları, kitabları satıb dostun ehtiyaclarına sərf etmək o qədər də asan deyil.

2. Əlli bir rək᾽ət namaz.

Şiələr öz ibadətləri ilə də seçilirlər. Əhli-beyt Allaha yaxın olduğu üçün seçilir. Onlar ibadət və bəndəlikdə hamıdan irəlidə olduqlarından, özünü şiə bilənlər də ibadətləri ilə seçilməlidirlər. Şiələrə əlli bir rək᾽ət namaz qılmaq sifariş olunmuşdur. Bu əlli bir rək᾽ətin on yeddi rək᾽ətini gündəlik vacib namazlar təşkil edir.

3. Davakar olmamaq.

Millətlər arasında hər çirkin sifəti müəyyən bir heyvana aid bilmək kimi adət var. Məsələn, heyvanlar arasında it yeri gəldi-gəlmədi hücum etməsi, davakarlığı ilə seçilir. Tanımadığı adamı görən it hökmən ona hücum edir. Onun bu hərəkəti xarakterindəki davakarlığın nişanəsidir. Müəyyən obyektləri qorumaq üçün hətta itlərə keşikçilik tə᾽limi də keçirilir. Beləcə, itdə olan davakarlıq xüsusiyyətindən faydalı şəkildə istifadə edilir. Amma insanın tanımadığı insana qarşı davakar münasibəti normal sayıla bilməz. Amma tanışlara qarşı davakarlıq heç itdə də müşahidə olunmur. İmam Sadiq (ə) buyurur: «Bizim şiələr it kimi davakar olmazlar».

4. Tamahkarlıq.

Tamahkarlıq ən çox qarğada müşahidə olunan sifətdir. Bu quş ac olmadığı vaxtda da əlinə keçəni toplayıb gələcək üçün ehtiyat yığır. Qarğa qoz yığıb basdırması ilə məşhurdur. Hətta belə bir mə᾽lumat var ki, təbiətdəki qoz ağacının əksəriyyətini qarğalar əkib. İmam Sadiq (ə) buyurur: «Bizim şiələr qarğa kimi tamahkar olmaz». Yə᾽ni Əhli-beyt ardıcıllarında ehtiyacından artıq var-dövlət toplamaq həvəsi müşahidə edilməməlidir. Əhli-beyt (ə) öz şiələrini heyvani sifətlərdən uzaq olmağa çağırır.

5. Əhli-beyt düşmənləri qarşısında vüqar və onlardan uzaqlıq.

İslamın tə᾽kid etdiyi bəyənilmiş sifətlərdən biri izzəti-nəfs, yə᾽ni ehtiyacını bildirməyib vüqarlı dayanmaqdır. İnsan imkan daxilində başqalarına, hətta ata-anasına da ağız açmamalıdır. Əlbəttə ki, insan bə᾽zən başqalarının köməyinə ehtiyac duya bilər. Məsələn, gecə yarı ağrısı tutmuş ailə üzvünü xəstəxanaya aparmaq üçün qonşunun avtomobilinə ehtiyac yarana bilər. Amma bu günkü dünyada başqalarının köməyi olmadan yaşamaq olduqca çətindir. Bəs kimdən kömək istəmək olar? İmam Sadiq (ə) buyurur: «Bizim şiələr bizim düşmənlərimizlə qonşu olmaz, acından ölsələr belə bizim düşmənlərə ağız açmazlar». Əhli-beytin əxlaqi göstərişlərində tapşırılır ki, imkan daxilində mö᾽minlərdən və Əhli-beyt şiələrindən kömək istəyin və günahkarlardan, Əhli-beyt düşmənlərindən minnət götürməyin. Hədisdə cahillər yox, inadkar düşmənlər nəzərdə tutulub. Nadanların hidayət olmasına ümid itmədiyindən onlarla əlaqə saxlamaq faydalı ola bilər. Bə᾽ziləri isə inadkarcasına düşmənçilik edirlər. Qeyrətli şiə belələrinə ehtiyacını bildirməməli, onlara ağız açmamalıdır.

6. Bütün hökmlərdə Əhli-beytə tabeçilik.

Bə᾽zi hökmlərə münasibətdə məzhəblərin nəzəri fərqlidir. Məsələn, Əhli-beyt ilanbalığının ovunu haram bildiyi halda, digər məzhəblər onun ovunu və yeyilməsini halal hesab edirlər. Məsələn, başqa məzhəblərdə xüsusi hallarda dəstəmaz zamanı ayaqqabının üstündən məsh çəkməyi mümkün hesab etdiyi halda, Əhli-beyt bu işə icazə vermir. İslamın ilkin dövrlərində ərəblər xurma və kişmişi isladar, bir müddət sonra onun suyunu içərdilər. Bu suda zəif məstedicilik xüsusiyyəti olardı. Əhli-beyt bu içkini spirtli içkilərə aid edərək haram buyurmuşdur. İmam Sadiq (ə) buyurur: «Bizim şiələr ilanbalığı yeməkdən imtina edər, ayaqqabı üstündən məsh çəkməz, zöhr namazı və onun nafiləsini düzgün yerinə yetirər və spirtli içkidən istifadə etməzlər».

HƏQİQİ ŞİƏLƏRİN AZLIĞI
İmam Sadiq (ə) həqiqi şiələrin xüsusiyyətlərini saydıqdan sonra İbn Cündəb onların harada olmağı barədə soruşdu. İmam (ə) bir Qur᾽an ayəsinə işarə ilə həqiqi şiələrin dağlarda və şəhərlər ətrafında olduğunu bəyan edir.

Bu söhbət o dövrə təsadüf edir ki, mövcud hakimiyyət Əhli-beyt və onun şiələrini incidib sıxıntıya salardı. Şiələr həbs olunar, min bir işgəncə ilə qətlə yetirilərdilər. Ona görə də əksər şiələr Hicazdan uzaqlaşar, İran və sair məntəqələrə köçərdilər. Elə bu səbəbdən də bir çox imam övladlarının məqbərəsi İranın dağlıq ərazilərindədir. Elə bu səbəbdən də İmam (ə) İbn Cündəbə anladır ki, bizim şiələri şəhər mərkəzlərində camaat arasında görə bilməzsən. İmam buyurur ki, bizim şiələri tanımaq istəsən adi insanlarla yaxınlıq etməyənləri axtar. Həzrət buyurur ki, bizim şiələr xalq arasında eynən Həbib Nəccar Antakiyada olduğu vəziyyətdədir.

Allah-təala «Yasin» surəsinin 14-cü ayəsində iman gətirməyənlərə antakiyalıları misal çəkir: «O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. O iki elçini üçüncüsü ilə qüvvətləndirdik. Onlar dedilər ki, həqiqətən biz sizə göndərilmiş elçilərik». Amma şəhər camaatı nəinki iman gətirmədilər, hətta göndərilmiş peyğəmbərləri ölümlə hədələdilər. Bu vaxt peyğəmbərləri müdafiə etmək üçün şəhərin ucqar nöqtəsindən Həbib Nəccar gəldi: «Şəhərin ən ucqar tərəfindən bir kişi çaparaq gəlib dedi: «Ey qövmüm, elçilərə tabe olun!»[2]. Həbib Nəccar şəhərin bir guşəsində tənha yaşayırdı. Qövmünü doğru yola də᾽vət etdikdən sonra hücuma mə᾽ruz qalıb qətlə yetirildi.

İCTİMAİ FƏALİYYƏTLƏR VƏ İBADİ PROQRAMLAR
Maraqlıdır ki, imamın yuxarıdakı buyuruqları hansı şəraitə uyğundur? Mə᾽sum imamların buyuruqlarını anlamaq üçün diqqət və ali dini anlayışa (ictihada) ehtiyac vardır. Rəvayəti oxuyub onun zahiri mə᾽nasına əməl etmək düzgün deyil. Bə᾽ziləri rəvayətin zahiri mə᾽nası xoşa gəldiyi üçün ona istinad edirlər. Məsələn, onlar bir rəvayət oxumaqla belə qənaətə gəlirlər ki, əsl şiə xalqdan uzaqlaşıb fərdi ibadətə məşğul olmalıdır. Guya şiə o şəxsdir ki, çölə-bayıra çox çıxmasın, çıxanda da əbasını başına çəkib kimsə ilə kəlmə kəsməsin. Söz yox ki, son dövrlər mö᾽minlərdə ictimai fəallıq müşahidə edilir. Unutmaq olmaz ki, hansısa müstəhəb, əxlaqi bir göstəriş vacib vəzifənin qarşısını ala bilməz. Xüsusi şəraitə malik olan əxlaqi göstərişlər heç vəchlə vacib ictimai vəzifələri öhdədən götürmür. Dərviş təxəyyüllü bə᾽zi insanlar bir rəvayət eşitməklə cəmiyyətdən uzaqlaşıb ünsiyyətdən qaçırlar. Bəs İslamdakı ictimai vəzifələr kimə aiddir və bu vəzifələrə nə vaxt əməl olunmalıdır?!

Amma başqa bir qrup müsəlman ictimai vəzifələrə maraq göstərib ibadət və özünütərbiyə məsələlərini ikinci plana keçirirlər. Onlar elə düşünürlər ki, ictimai fəaliyyətlə məşğul olan insanın müstəhəb ibadətlərə ehtiyacı yoxdur və ibadət qocaların, imkansızların işidir. Guya Qur᾽an oxuyan, dua və zikrə məşğul olanlar başqa bir iş bacarmadıqlarından ibadət edirlər. İctimai iş bəhanəsi ilə ibadətdən uzaqlaşmaq böyük səhvdir. İbadət və özünütərbiyəyə hamı ehtiyaclıdır. Əlbəttə ki, şərait və ehtiyaclar müxtəlifdir, amma ictimai iş ibadəti əvəz edə bilməz. İctimai işdə məqsəd Allahla yaxınlıqdır. İbadətə diqqətsiz insanın ictimai fəaliyyətinin mahiyyəti də dəyişir. Əgər həm ibadət, həm də ictimai işdə məqsəd Allaha yaxınlaşmaqdırsa, nə üçün bu işlərdən yalnız birinə üstünlük verilməlidir?! Cəmiyyətə xidmət etmək savab olsa da Qur᾽an oxumağın da öz savabı vardır. Vacib ictimai vəzifənin savabı Qur᾽an oxumağın savabından çox olsa da, ibadətə olan ehtiyac ödənməz. Mö᾽minlik ruhunu daim qorumaq üçün müstəhəb ibadətlərin faydası müstəsnadır. İbadətdən uzaqlaşmış insan ictimai işlərdə əsl məqsəddən uzaq düşüb yolunu aza da bilər.

ŞİƏLİK ŞƏXSİYYƏTİNİN QORUNMASI
Şiələrin cəmiyyətdən uzaq olmaları haqqındakı rəvayət hamıya aid edilə bilməz. Məsələn, şiə böyüklərindən olmuş Əli ibn Yəqtin imam Kazimin (ə) göstərişi ilə Harun Ərrəşidin vəziri olmağa razılıq vermişdir. O, öz imanını qorumaqla yanaşı şiələrə də kömək edirdi. Bir şəxs günahkar mühitdə imanını qorumaq qüdrətinə malikdirsə bu mühitdə iştirak etməli və başqalarının hidayəti üçün çalışmalıdır. Başqalarının hidayəti vəzifəsi hamı üçün hər zaman vacibdir. Amma zəif imanlı insan günahkar cəmiyyətdə əriyib imanını itirməkdən qorxursa tə᾽cili olaraq bu cəmiyyətdən uzaqlaşmalıdır. Eləcə də dini agahlığı və elmi səviyyəsi aşağı olan insanlar hər yerdə hər adamla mübahisəyə girişməməlidirlər. Günahkar cəmiyyətdə yaşayan bir qrup mö᾽min öz şiə şəxsiyyətini qorumalı və bir-birləri ilə əlaqəni möhkəmləndirməlidirlər.

Bir çox qeyri-müsəlman ölkələrdə şiələrin öz dini şəxsiyyətlərini qoruduqları göz qabağındadır. Onlar bir-birləri ilə get-gəl edərək dini vəzifələrinə əməl edirlər. Yalnız bazarlıq və digər vacib işlər üçün cəmiyyətə çıxırlar. Məsələn, Keniyada dini vəzifələrinə əməl edən, hətta rəcəb və şə᾽ban aylarını müstəhəbb oruc tutan müsəlman gənclər vardır. Afrikanın ortasında məsihi bir ölkədə belə gənclər ciddi qorunduqları üçün günahkar cəmiyyətdə əriməmişlər. Hansı ki, bə᾽zi müsəlman ölkələrində bu gün rastlaşdığımız şiələrin, hətta müsəlman olduğu şübhə doğurur. Belələri günahkar cəmiyyətdə əriyərək öz şiəlik şəxsiyyətini itirmişlər. Onların şiəliyi yalnız imam Hüseyn (ə) adını bilməkdən ibarətdir. İmam Sadiq (ə) öz şiələrinə şəxsiyyətlərini qorumağı tapşıranda belə bir şəraiti nəzərdə tuturdu. Xüsusi ilə zəif imanlı insanlar belə cəmiyyətlərdə əriyərək dini şəxsiyyətlərini əldən verə bilərlər.

 

--------------------------------------------------------------------------------

[1] «Saffat» surəsi, ayə 83.

[2] «Yasin» surəsi, ayə 20.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...
Bu gün AİP liderinin apellyasiya şikayətinə baxılacaq

 
user comment