Azəri
Friday 29th of March 2024
0
نفر 0

DƏRUZİYYƏNİN YARANMASI


Firqəni tə᾿sis edən şəxs yə᾿ni, İsmail ibni Məhəmməd dərzi olduğu üçün onun tərəfdarları özlərinə bu təxəllüsü götürmüşlər. «Dəruziyyə» firqəsi İsmailiyyə Fatimilərindən ayrılmış və 4-cü əsrin sonunda, daha dəqiq desək, Fatimi xəlifəsi Əl-hakim Bi-Əmrillahın (375-411 H.q.) dövründə meydana gəlmişdir.

Bu firqənin meydanagəlmə səbəblərini iki amillə əlaqələndirirlər. Birincisi, Hakim Bi-Əmrillahın şəxsiyyəti və onun xilafət dövründəki fəaliyyətləri; İkincisi, xəlifəliyə və dəruziliyə olan sufilik təmayülü. Onlar İsmailiyyənin batinçilik, yozumçuluq və gizli fəaliyyət dövründə öz mövqelərini gücləndirmək üçün münasib şəraitlə rastlaşmışdılar.

Hakim Bi-Əmrillahın tərcümeyi-halına və gördüyü işlərə nəzər salmaqla, hər iki amilin nədən ibarət olduğu bəlli olacaqdır.

HAKİM Bİ-ƏMRİLLAHIN TƏRCÜMEYİ- HALI
Fatimilər və Dəruzilər tarixində qeyd olunur ki, Hakim Bi-Əmrillah hakimiyyəti ələ alan zaman islam ictimaiyyəti böyük çətinliklərlə qarşılaşmışdı. Dövlət mə᾿murlarının böyük əksəriyyəti eyş-işrətə, fəsad və pozğunçuluğa qurşandıqları üçün cəmiyyətdə hərc-mərclik baş alıb gedirdi. Hakim Bi-Əmrillah o zaman güclü və bacarıqlı olduğu üçün yüksək ictimai-siyasi mövqeyə malik idi. Yaş həddini və yerləşdiyi şəraiti təsəvvür edən bir çoxları onun da eyş-işrətə meyl edəcəyini düşünürdülər. Lakin o bütün sə᾿y və bacarığını islam adət-ən᾿ənələrinin yenidən dirçəlməsinə, məscid və şəhərlərin  abadlaşdırılmasına, şəriət qanunlarının və əxlaqi dəyərlərin güclənməsinə yönəltdi. Beytul-malı abadlıq işlərinə sərf edir və əmin-amanlığın tə᾿min olunmasında böyük sə᾿ylər göstərirdi. Camaat namazlarının, xüsusilə cümə namazlarının qılınması və haqq-ədalətin bərqərar olunması yolunda yorulmadan çalışırdı. Öz şəxsi həyatına gəldikdə isə, olduqca sadə və zahidanə həyat keçirir və ədalətə hər şeydən çox diqqət yetirirdi. (Şeyx Mursəl Nəsr/Əl-muvəhhidun «Əd-dəruz» fil- islam.).

Həmin dövrdə sonralar «Dəruziyyə» firqəsinin bünövrəsini qoymuş və onların rəhbərliyini öz üzərlərinə götürmüş bir çox Fatimi şəxsiyyətləri, o cümlədən Dəruz ləqəbi ilə şöhrət tapmış İsmail ibni Məhəmməd, Həmzət ibni Əli ibni Əhməd Zuzəni, (İmamun ə᾿zəm kimi tanınırdı), Səlamət ibni Əbdülvəhhab Samiri, Məhəmməd ibni Vəhəb Qərşi və Murtəza Bəhauddin xəlifəyə dini, siyasi və ictimai islahatların keçirilməsində yaxından köməklik göstərərək bir çox ölkə və şəhərlərdə onun siyasətini (də᾿vətini) təbliğ etməyə başladılar. Xəlifə bu beş şəxsə hamıdan yaxın olduğu üçün onların e᾿tiqadlarından mütəəssir olmuşdu. Çünki onlar Dəruziyyə əqidəsinin təbliğinə xəlifənin həyatının son on ilində başlamışlar və həmin dövrdə «Muvəhhidun» (Dəruzilər bu adı özlərinə fəaliyyətə başladıqları ilk gündən qoymuşlar) ləqəbi ilə tanınmışlar. Sonrakı xəlifənin (Əliyyuz-zahir Lağərazə dinullahın) dövründə isə tə᾿qib və işkəncələrə mə᾿ruz qalaraq kütləvi şəkildə qətlə yetirilmişlər. Qeyd olunan həmin on il ərzində Hakim Bi-Əmrillahın vücudunda böyük ruhi dəyişiklik baş verdi. Tax-tacdan, ləl-cəvahirat və şan-şöhrətdən əl çəkdi, sadə paltar geyib qatırına minərək camaat arasında gəzməyə başladı. Hicrətin 411-ci ili Şəvval ayının 27-də ibadət məqsədilə camaatdan ayrılıb səhraya üz tutdu və bir daha onu kimsə görmədi.

Hakimin qeybdə olduğu illər ərzində bir neçə risalə yazıldı. Qeyd olunur ki, onların bə᾿zilərinin müəllifi Hakim özü olmuşdur. Risalələrdən bə᾿ziləri Hakimin mə᾿nəvi və ruhani yüksəlişinə dəlalət edir və onlardan belə mə᾿lum olur ki, Hakim həqiqəti bütün vücudu ilə dərk etmiş və onu özündə yaşatmışdır. Sufilərin istifadə etdikləri irfani ifadələrin çoxluğu və (hədis mütəxəssislərinin dediklərinə əsasən,) onların özlərindən uydurduqları bə᾿zi hədislər Hakim Bi-Əmrillahın sufi təriqətinə böyük meyl göstərdiyinə dəlalət edir. Sufi təriqətinə olan belə bir təmayül Dəruzilərin İsmailiyyə firqəsinin əqidə üsullarında əsaslı dəyişikliklər aparmalarına və nəticədə Dəruziyyənin İsmailiyyə firqəsinin bətnində müstəqil firqə kimi formalaşmasına səbəb olmuşdur.

 

 

 

 

DƏRUZİYYƏNİN ƏQİDƏLƏRİ
1. Tövhid;

Dəruzilər, məzhəblərini «Ət-tovhid», özlərini isə «Muvəhhidun» adlandırırdılar. E᾿tiqadlarının əsasını mütləq təkallahlıq əqidəsi təşkil edirdi. Allahın zatından başqa heç bir sifətin mütləq vəhdaniyyətini qəbul etmirdilər. Onların əqidəsinə görə, Allahın müqəddəs zatı [vəhdaniyyəti] bəşərin şüurundan üstün olduğu üçün dərkolunmaz və adi ifadələrlə vəsfedilməzdir; Allah zaman və məkanda məhdudlaşmır və Onun vücudu hər zaman hər yerdədir; Oxşarı olmayan yeganə bir varlıqdır; Onun yeganə zatı nə tə᾿rif olunar, nə də vəsf; Allah mütləq varlıqdır; Onun vücudu heç nəyə və kimsəyə ehtiyac duymayan yeganə zatdır. Bəşər Allahın müqəddəs zatını dərk və vəsf etməyə qadir olmadığı üçün O, özünü xarici aləmdə təcəlli etdirmişdir. İlk dəfə «uca olan Əlinin» sonuncu dəfə isə Hakimin (Fatimilərin 6-cı imamı) vücudunda təcəlli etmişdir.

Dəruzilərin bu əqidəsi Hakimin Allahlıq iddiası etməkdə ittiham olunmasına səbəb olmuşdur. Lakin Dəruzilər bu ittihamı rədd etmişlər. Əvvəla ona görə ki, onlar Allahın insan vücudunda təcəlli etməsini Hülul* sayır və belə bir nəzəriyyəni qətiyyətlə rədd edirlər. Onlar İsmailiyyənin Məsəl* və Məmsul* nəzəriyyəsinə əsaslanaraq, imamları ilahiliyi özündə əks etdirən kamil insan hesab edirlər. Onların fikrincə, hər hansı bir təsvir güzgünün cövhərinə hülul etmədiyi kimi, Allah da Hakimin vücuduna hülul etməmişdir. Lakin Allahın təsvirinin bir hissəsi onda zühur və təcəlli edir. Dəruzilər Allahın Hakimin vücuduna hülul etməsini təkzib etdikləri üçün belə bir əqidədə olmuşlar ki, Allahın insanın vücudunda təcəlli etməsi kamil insanın vücudunda onun sifətlərinin təcəlli etməsi deməkdir. Və bu heç də hülul demək deyildir. Qeyd olunanlarla yanaşı, Dəruziyyə firqəsinin müasir alimlərindən olan Şeyx Mursəl Nəsr, Hakimin ilahilik iddiasını qətiyyətlə rədd edir və onun tərcümeyi-halını nəql etdikdən sonra deyir: Dinin dirçəlişi naminə belə bir fədakarlıq göstərən bir şəxs necə Allahlıq iddiası edə bilər!? Şeyx Nəsr daha sonra Hakimin dövründə hazırlanmış sikkəyə istinad edərək deyir: «Hakimin xilafəti dövründə onun göstərişi ilə hazırlanan sikkənin bir tərəfində «La ilahə illəllah, vəhdu la şərikə ləh, Muhəmmədən rəsulullah və Əliyyən vəliyyullah», digər tərəfində isə «Əbdullah və vəliyyuhu əl-imam əl-Hakim Bi-Əmrillah» sözləri yazılmışdır. Bu nəzəriyyənin araşdırılmasında iki mətləbə diqqət yetirilməlidir:

1. Fatimilərin 7-ci xəlifəsi Əz-zahir hakimiyyəti ələ keçirdikdən sonra öz babalarının Allahlıq iddiasını qətiyyətlə inkar edərək belə bir əqidəyə əsaslananların qətlə yetiriləcəklərini bildirdi. Nəticə olaraq belə bir qənaətə gələ bilərik ki, (Dəruziyyənin təbliğat aparatının fəaliyyət göstərdiyi və Hakim Bi-Əmrillahın onlara tam ixtiyar verdiyi bir şəraitdə) Fatimiyyə cəmiyyətində belə bir əqidə geniş şəkildə yayılmış və Əz-zahir bu bəhanə ilə minlərlə günahsız insanı qətlə yetirərək var-dövlətlərini talan etmişdir.

2. Hakimin Allahlıq iddiası etməməsi sübuta yetirilməsə belə, Allahın Hakimin vücudunda təcəlli etməsinə dair yaranmış fikir əksəriyyətin nəzərində onun Allahlıq iddiası etməsi ilə heç bir fərq daşımır və sufilərin irfani fərqi onlar üçün tamamilə dərkolunmazdır.

2.Beş müqəddəs rütbə;

Dəruziyyə firqəsi imamdan sonra daha beş müqəddəs dərəcənin mövcud olduğunu hesab edir:

1. Kulli əql;

Bu, İmam-ə᾿zəm Həmzət ibni Əli Zuzəninin ixtiyarındadır. O, zamanın imamı və hazırkı dövrün həqiqi insanıdır.

2. Kulli nəfs;

Bu yalnız Əbu İbrahim ibni İsmail ibni Məhəmməd Təmiminin məqamıdır.

3. Kəlmə; Əbu Əbdullah Məhəmməd ibni Vəhəb Qərşi nəzərdə tutulur.

4. Sağ cinah; Əbu Xeyr Səlamət ibni Əbdülvəhhab Samiri nəzərdə tutulur.

5. Sol cinah; Əbul Həsən ibni Əhməd Səmuqi nəzərdə tutulur.

Demək, Dəruzi firqəsinə mənsub olan hər bir şəxs Hakimin imamətini qəbul etdikdən sonra yuxarıda adları çəkilən şəxslərin mə᾿nəvi məqamlarına da hörmət və ehtiramla yanaşmışdır.

*  *  *

Bunlarla yanaşı «nəsx», «mə᾿suliyyətin götürülməsi» və digər e᾿tiqadi nəzəriyyələr Dəruziyyə firqəsinə mənsub edilsə də, onların müasir alimlərindən olan Şeyx Mürsəl Nəsr bütün bu ittihamları qətiyyətlə təkzib edərək onları əsassız hesab edir. Bu fikirlər hal-hazırkı Dəruzi firqəsinə qarşı əsassız ittihamlar olduğu üçün bu barədə ətraflı izah verməyi məqsədəuyğun saymırıq.[1]

 

--------------------------------------------------------------------------------

[1] Əl-muvəhhidun «Əd-dəruz» Fil- islam/ Şeyx Mürsəl Nəsr.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslamofobiya fenomeninin təhlili
SEKULYARİZM
SÜFYANININ XƏBƏRI
Rəbiüs-sani ayının 8-i İmam Həsən Əskərinin (ə) təvəllüd günüdür. ...
Mübahilə` duası
QÜREYŞİN PEYĞƏMBƏRƏ (S) QARŞI MÜCADİLƏ VƏ ÇƏKİŞMƏLƏRİ
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

 
user comment