Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

XƏVARİC (1)


YARANMA TARİXİ
 

 

1. Xəvaric kimlərə deyilir?

2. Xəvaric cərəyanı necə formalaşmışdır?

3. Xəvaricin əqidəvi əsaslarının ən mühümü hansılardır?

 

 

Siffeyn müharibəsində Müaviyənin ordusu Əmr Asın məkrli hiylələri ilə Qur᾽anları nizələrin ucuna keçirib Əmirəl-mö᾽minin Əlinin (ə) ordusuna e᾽lan etdilər ki, gəlin müharibə və qan axıdılması yerinə Qur᾽anı öz aramızda hakim edək. Əlinin (ə) zahiri nəzərlərə əsir olan və Müaviyənin zahirdə qurduğu hiylələrə aldanan ordusundan bir qrupu Əli ibni Əbi Talib (ə)-a xitabən dedilər: Bunlar bizi Allahın kitabına də᾽vət edirlər, sən isə bizi qılınca çağırırsan?!

Əmirəl-mö᾽minin Əli (ə) onları Müaviyə və Əmr Asın hiyləli və məkrli planlarından agah etməyə çalışdısa, heç bir nəticə hasil olmadı. O qrup Əli (ə)-dan son dərəcə həyasızlıqla tələb etdilər ki, Müaviyənin xeyməsinə çatmaqda olan Malik Əştərin qayıtmasına göstəriş versin, əks halda üçüncü xəlifə Osman ibni Əffanla etdikləri rəftarı o həzrətlə də edəcəklər.

Əmirəl-mö᾽minin Əli (ə) öz batini istəyinin əksinə olaraq, Malikin qayıtmasına göstəriş verməyə məcbur oldu. Atəşkəs e᾽lan olundu və iki ordu arasında mühakimənin həkəmiyyətə tapşırılması qərara alındı. Müaviyə tərəfindən Əmr As nümayəndə seçildi. Əmirəl-mö᾽minin Əli (ə) Əbdüllah ibni Abbası öz tərəfindən nümayəndə seçmək istəyəndə, həmin qrup kəskin şəkildə müxalifətçilik edərək dedilər ki, bu şəxs (yə᾽ni, İbni Abbas) sənin ailəndəndir. Sonra həzrət Əlini (ə) məcbur etdilər ki, Əbu Musa Əş᾽ərini həkəm tə᾽yin etsin.

Həkəmiyyət qərara alındıqdan və iki nümayəndə e᾽lan edildikdən sonra həkəmiyyətin çıxardığı nəticə həmin qrup üçün çox ağır gəldi. Bu zaman Əlini (ə) tənqid edib dedilər ki, əgər o haqq xəlifədirsə, bəs nə üçün həkəmiyyəti qəbul etdi?! Onlar bununla da kifayətlənməyərək iddia etdilər ki, «İnil hökmü illa lillah» ayəsinin tələbinə görə, hökm yalnız Allaha məxsusdur və heç kəsin həkəmiyyət haqqı yoxdur.

Bu qrup elə həmin yerdə Əmirəl-mö᾽minin Əlinin (ə) ordusundan ayrıldı və İslam tarixində «xəvaric» adlanan bir cərəyanı təşkil etdilər. Bu qurupa ona görə xəvaric deyirdilər ki, onlar Əmirəl-mö᾽minin Əlinin (ə) fərmanından imtina edərək onun əleyhinə qiyam etmişdilər. İslam mədəniyyətində imamın əleyhinə qiyam edən hər şəxs xarici yə᾽ni, qiyamçı adlanır. «Xəvaric» də «xarici» kəlməsinin cəm formasıdır. Əlbəttə bu qrupu «şurat» kimi təqdim edirdilər. Bu sözün kökü Bəqərə surəsinin 207-ci ayəsində əxz edilib. «Yə᾽ni, camaatdan bə᾽ziləri Allahın razlığını kəsb etmək yolunda öz canını satırlar».

Xəvaric «mariqin» də adlandırılırdı. Mariq «xaric olmuş», «kənara getmiş» mə᾽nasınadır. Bu tə᾽bir həm Peyğəmbərdən (s) nəql olunan rəvayətdə, həm də Əlinin (ə) kəlamında qeyd olunmuşdur.

Peyğəmbərdən (s) Zul-Xuveysirə barəsində belə nəql olunur:

«Bu kişinin nəslindən bir dəstə yaranacaqdır ki, ox kamandan çıxdığı kimi, onlar da dindən çıxacaqlar».[1]

HƏRURADA YIĞINCAQ
Xəvaric Siffeyn müharibəsindən qayıdarkən Əmirəl-mö᾽minin Əli (ə)-la birlikdə Kufəyə qayıtmadı. Onlar Kufənin Hərura adlı bir kəndində məskən saldılar və orada öz qruplarını təşkilat halına salaraq qərara aldılar ki, qərar çıxaran bir şura seçsinlər. Şibs ibni Rəbini müharibə komandanı və Əbdüllah ibni Kəvva᾿nı imam camaat təyin etdilər, «əmr be mə᾽ruf və nəhy əz münkər»i özlərinə şüar qərar seçdilər.

Xəvaricin Hərurada toplaşdığı vaxtdan sonra Əmirəl-mö᾽minin Əli (ə) Əbdüllah ibni Abbası onlarla münazirə (elmi mübahisə) aparmaq üçün seçib oraya göndərdi. İbni Abbas onların yanına gedən zaman xəvaricdən bir qrupu onu görərək fəryad etdilər: Vay olsun sənə, ey ibni Abbas! Allaha kafir olmusanmı, necə ki, dostun Əli ibni Əbi Talib oldu?

İbni Abbas dedi: Mən sizin hamınızla söhbət edə bilmərəm. Öz aranızdan başqalarından daha agah olanını seçin ki, mən onunla danışım.

İtab ibni Əhvər Sə᾿ləbi irəli çıxıb ibni Abbasın qarşısında dayandı. İbni Abbas ona dedi: Sənin üçün bir misal çəkmək istəyirəm (yə᾽ni, bir mətləbi demək istəyirəm). Yaxşı-yaxşı qulaq as, sonra cavab ver. Mənə de görüm «Darul-islam» kimin üçündür və onu kim buyurmuşdur?

İtab dedi: Bəli. Allah üçün. Onu Allahın Peyğəmbəri və müt᾽i bəndələrinin əli ilə tikmiş və Özünün seçdiyi peyğəmbərlərə əmr etmişdir ki, millətlərə Allaha xalis ibadət etməyi əmr etsinlər. Bir qrup iman gətirib digər bir qurup isə kafir oldular. Darul-islamda məb᾽us olan son peyğəmbər Həzrət Məhəmməd oldu.

İbni Abbas dedi: Bəli, düz dedin. De görüm Məhəmməd (s) Darul-islamı idarə etməyə məb᾽us olanda onun imarətlərini möhkəmləndirdi, onun hüdudlarını bəyan etdi və ümməti dinin maarifinə və şəriət hökmlərinə əməl etmək yoluna vaqif etdi, yoxsa yox?

İtab dedi: Bəli. Məhəmməd elə etdi.

İbni Abbas dedi: De görüm Məhəmməd (s) Darul-islamda əbədi qaldı, yoxsa ondan rehlət etdi?

İtab dedi: Rehlət etdi.

İbni Abbas dedi: Peyğəmbər (s) vəfat edərkən Darul-islam kamil binaya, açıq-aşkar vücuda malik olan halda xarab və viran oldumu?

İtab dedi: Peyğəmbərin (s) rehləti zamanı bu bina kamil, onun hüdudları da müəyyən və aşkar idi.

İbni Abbas dedi: Düzdür, lakin de görək Məhəmməd (s) özündən sonra bu evin abadlaşdırılması üçün bir kəsi seçdimi?

İtab dedi: Bəli. Səhabə, Əhli-beyt, vəsi və onun zürriyyəsi (sülaləsi) Peyğəmbərdən (s) sonra bu evi abad edənlərdən idi.

İbni Abbas soruşdu: Onlar öz vəzifələrinə əməl etdilər, ya etmədilər?

İtab dedi: Çalışdılar ki, bu evi abad etsinlər.

İbni Abbas soruşdu: De görüm bu ev (Darul-islam) Peyğəmbərin (s) qoyduğu kimi tam abadlıqdadır, yoxsa xarab olmuş və hüdudları tə᾽til olmuşdur?

İtab dedi: Xeyr. Hal-hazırda viran olmuşdur və onun hüdudlarına riayət edilmir.

İbni Abbas soruşdu: Onu Peyğəmbərin (s) zürriyyəsi xarab etdi, yoxsa ümməti?

İtab dedi: Ümməti.

İbni Abbas dedi: Ey İtab! De görüm, sən Allahın və Rəsulunun evini viran edən, onun hüdudlarını tə᾽til edən bir ümmətdən olduğun halda cəhənnəm odundan qurtarmağa necə ümid bəsləyirsən?

İtab dedi: «İnna lillahi və inna iləyhi raciun». Vay olsun sənin halına, ey İbini Abbas! Mənə kələk gəldin və məni ağır bir işə saldın. Məndən e᾽tiraf aldın ki, Allahın evini xarab edən şəxslərdənəm. İndi de görüm bu həlakətdən xilas olmağın yolu nədir?

İbni Abbas cavab verdi: Sənə vacib olan ilk şey budur ki, bu evin dağıdılmasında kimin çalışdığını görüb, onunla düşmənçilik edəsən, kimin də onu abadlaşdırmaqda çalışdığını görüb onunla dostluq edəsən.

İtab dedi: Düzdür, Allaha and olsun, indiki zamanda bu evin abadlaşdırılmasını sənin əmin oğlu Əli ibni Əbi Talibdən də artıq istəyən bir şəxs tanımıram. Lakin o, Əbu Musa Əş᾽ərini onun haqqı olmayan bir şeydə həkəm qərar verdi.

İbni Abbas dedi: Vay olsun sənin halına! Biz həkəm və münsif qərar verməyi Qur᾽andan götürmüşük. Nisa surəsinin 35 və Maidə surəsinin 95-ci ayələri bizim dediklərimizə aşkar sübutdur.

İbni Abbasın kəlamı bura çatanda xəvaric hər tərəfdən fəryad çəkərək dedilər ki, Əmr ibni As sənin nəzərində adil sayılırmı?! Halbuki, cahiliyyət dövründə cahiliyyət rəislərindən və İslam evinə bir yük olduğunu bilirsən. O, əbtər oğlu əbtərdir. Elə kəslərdəndir ki, Məhəmmədlə vuruşmuş və peyğəmbər ümməti arasında fitnə salmışdır.

İbni Abbas dedi: Ey camaat! Əmr As bizim tərəfimizdən həkəm deyildi. Onun barəsində bizi danlayırsınızmı?! Halbuki o, Müaviyənin həkəmi idi və Əli ibni Əbi Talib məni həkəm seçmək istəyəndə siz imtina edib dediniz ki, biz Əbu Musa Əş᾽əriyə razıyıq. Siz təqvalı olun, Əmirəl-mö᾽minin Əli (ə)-a itaət edin. Çünki onun öz haqqından əl çəkməsinə baxmayaraq, amma peymanın vaxtının keçməsini gözləyir ki, yenidən bu qövm ilə müharibə etsin. Əli Allahın ona verdiyi haqqdan əl çəkən bir adam deyildir.

Bu zaman xəvaric fəryad çəkib dedilər: Heyhat, İbni Abbas! Biz bu gündən sonra Əlinin vilayətinə qayıtmayacağıq! Get ona de ki, özü bizim yanımıza gəlsin və onunla mübahisə edək.

İbni Abbas Kufəyə qayıdıb bu xəbəri Əli (ə)-a bəyan etdi. Həzrət Əli (ə) səhabədən 100 nəfərlə birlikdə Həruraya getdi. Xəvaric bundan xəbər tutanda Əbdüllah ibni Kəvvanı 100 nəfərlə Əli (ə)-a tərəf göndərdi. Bu iki dəstə bir-biri ilə qarşılaşanda Əli (ə) Əbdüllaha xitabən buyurdu: Ey ibni Kəvva! Söz çoxdur, səhabələrindən bir dəstə ilə gəl səninlə danışım.

İbni Kəvva dedi: Sənin qılıncından amandayıqmı?

Həzrət buyurdu: Bəli. Sən mənim qılıncımdan amandasan.

İbni Kəvva səhabəsindən on nəfərlə birlikdə Əlinin (ə) yanına gəldi. Bu zaman Əli (ə) özü ilə Müaviyə arasındakı müharibəni şərh etdi və Qur᾽anın nizələrin başına keçirildiyi hadisəni, həkəmiyyətə necə razılaşdıqlarını, xəvaricin bu hadisə ilə müxalifətini ona xatırlatdı.

İbni Kəvva özünün on nəfər yoldaşı ilə Əlinin (ə) tərəfinə keçdi və xəvaricin dəstəsindən çıxdı. Lakin qalanları öz e᾽tiqadlarında qalaraq «La hökmə illa lillah və la taətə limən əsəllah» şüarını verdilər.

 

--------------------------------------------------------------------------------

[1] Şəhristani, «Əl-miləlu vən-nihəl», 1-ci cild, səh.115.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fürsətlərdən istifadə edək ki, İlahi əzab gəldikdə möhlət verilməyəcəkdir
Orucluq - yoxsa aclıq?
İMАM RİZАYА (Ә) ХİLАFӘTİN TӘKLİFİ
MÖCÜZƏ NƏDİR?
Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi ...
NÜDBƏ DUASI
Qədr gecəsi
VACİB VƏ VACİBDƏN DAHA VACİB NƏDİR?
MƏSUMLAR HAQQINDA
Kəbİrə günah haqqında alİmlərİn buyuruqları

 
user comment