Azəri
Friday 29th of March 2024
1
نفر 0

ƏŞ᾿ƏRİLƏR (3)


ƏQİDƏLƏR (1)
 

 

1. İlahi sifətlər barəsində əş᾿ərilərin nəzəri nədir?

2. Əş᾿ərilərin nəzərində Allahın gözlə görünməsi mümkündürmü?

 

 

Əş᾿ərilərin daha çox araşdırma aparılmalı əqidəvi-kəlami bəhslərinin ən mühümləri aşağıdakılardır:

1. Allahın zati sifətləri;

2. Allahın gözlə görünüb-görünməməsinin mümkünlüyü;

3. Allahın insanın fe᾿lləri ilə əlaqədar fəaliyyəti və «kəsb» nəzəriyyəsi;

4. Allah kəlamının qədim olması;

5. İnsanın qüdrətindən artıq işlərə əmr edilməsi;

6. Əqli gözəllik və qəbahətin inkar olunması.

1. Zati sifətlər:

Allaha pərəstiş edənlərin hamısı Allah-taalanın elm, qüdrət, həyat, eşitmək, görmək, iradə və s. sifətlərə malik olması barədə yekdil nəzərdədirlər. Bu kimi sifətləri bütün kəlam alimləri zati sifətlər, imamiyyə alimləri isə müsbət kəmal sifətləri adlandırırlar. Amma ixtilaf bu sifətlərin Allah-taalanın zatı ilə necə əlaqələndirilməsindədir. Mö᾿təzilə məzhəbinin əksər ardıcılları zati sifətlərin Allahın zatı ilə eyniyyət təşkil etdiyini deyirlər. Bunun müqabilində əhli-hədisdən bir qrupu sifətlərin Onun zatına artırılmasına inanırlar. Bu bəyanda Əş᾿əri ikinci nəzəriyyəni seçib və ona bir şey də əlavə etmişdir. O, deyir: Allah-taala elm vasitəsilə alimdir, qüdrət vasitəsilə qadirdir, həyat vasitəsilə diridir, iradə vasitəsilə müriddir, kəlam vasitəsilə mütəkəllimdir və s. Bu əzəli sifətlər Onun zatı əsasında qaimdir və sifətlərin zatla eyni və ya ondan qeyri olmasını demək düzgün deyildir.»[1] Burada «Allah elm vasitəsilə alimdir» və s. deyildikdə, məqsəd budur ki, elm Allahın zatı ilə eyniyyət təşkil etmir və Onun zatına artırılmışdır. Lakin o, sözünün axrında belə əlavə edir: «Nə zatla eynidir, nə də zatdan qeyridir.» Əş᾿əri bu qeydi gətirməklə sifətlərin zata artırılmasına inananların nəzərinə çarpan bir irada cavab vermək istəmişdir. O, irad bundan ibarətdir ki, sifətlər zata artırıldığı təqdirdə, qədim varlıqların çoxluğu lazım gəlir və bu da tövhidlə müvafiq deyil. Çünki bu halda Allah, zatı sifətlərinin hamısı qədim olan bir varlığa çevrilir. Belə olanda da qədimlər çoxluğu yaranacaq, bu da tövhidin ziddinədir.

Əş᾿əri sifətlərin zata artırıldığını deməkdən əlavə, yuxarıdakı iradla qarşılaşmamaq üçün, sifətlərin nə zatla eyni, nə də ondan qeyri olmasına e᾽tiqadlı olduğunu bildirir.

Amma bizə elə gəlir ki, Əş᾿ərinin artırdığı bu qeyd həmin iradı aradan qaldırmır. Çünki ilahi sifətlər zatın həqiqətindən başqa bir həqiqətə malik olsalar belə, sual yaranacaqdır ki, görəsən sifətlər öz varlıqlarında zatdan ehtiyacsızdır, yoxsa yox? Əgər «ehtiyacsızdır» deyilsə, qədimlər çoxluğu iradı yenidən qarşıya çıxacaq. Əgər ehtiyaclıdırsa, onda belə bir sual yaranır ki, bu sifətlərin olmadığı bir zat aşağıdakı qayda əsasında həmin sifətləri necə yarada bilər.

«Kimsə özündə olmayan bir şeyi başqasına verə bilməz.»

Qeyd olunmalıdır ki, əş`ərlərin ilahi sifətlərlə əlaqədar (xəbəri sifətlər barəsində) müəyyən nəzərləri də vardır ki, onun şərhi səkkizinci dərsdə bəyan edildi.

2. Allahın gözlə görünməsinin mümkün olub-olmaması:

Əş᾿ərinin əhli-hədislə mö᾿təzilə arasındakı seçdiyi mö᾿tədil mövqeyin əksinə olaraq, belə nəzərə çarpır ki, o, Allahın gözlə görünməsinin mümkün olub-olmaması barədə orta mövqe seçməmiş, yalnız əhli-hədisin nəzərinin əqli əqli qaydalarla uyğunlaşdırılmasına çalışmışdır. Əvvəldə qeyd edildiyi kimi, əhli-hədis, xüsusilə zahiriyyə firqəsi Allahın görünməsinin mümkünlüyünə inanır. Hətta onlardan bə᾿zilərinin e᾽tiqadına görə, Allahın bu dünyada da bə᾿zi xalis və saleh insanların gözünə görünməsi mümkündür. Bunun müqabilində mö᾿təzilə ardıcılları Allahın gözlə görünə bilməsinin mümkünlüyünü birdəfəlik inkar edirlər. Bu barədə şeyx Əbul Həsən Əş᾿əri əhli-hədisin nəzərini qəbul edərək çalışmışdır ki, bu nəzəriyyənin mümkün olmasına əqli və nəqli dəlillər gətirsin.

Əş᾿əri «Əl-ibanə» kitabında deyir: Biz inanırıq ki, ay 14 gecəlik vaxtında göründüyü kimi, Allah-taala da axirət aləmində gözlə görünəcəkdir. Əlbəttə, Onu yalnız mö᾿minlər görəcək, kafirlər isə belə bir səadətdən məhrum qalacaqlar. Çünki Onu behiştdə görmək mümkündür. Allah-taala kafirlər barəsində belə buyurur:

«Xeyr, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar!»[2]

«Musa Allahdan, Onu dünyada görməsini istədikdə, Allah dağa təcəlli etdi və Musa huşdan gedib yerə yıxıldı; bildi ki, Onu dünyada heç vaxt görə bilməyəcək».

Qeyd:

Əş᾿ərinin Allahı görməyin mümkün olub-olmaması ilə bağlı gətirdiyi dəlilləri araşdırmazdan əvvəl, qeyd etmək lazımdır ki, bu bəhsdəki ixtilaf Allah-taalanın adi gözlə, normal olan görünüşünün mümkün olub-olmaması barədədir. Çünki Onun qəlblə, qeyri-hissi yolla görünməsi, ümumiyyətlə ixtilaflı məsələ deyildir. Çünki İslami firqələrdən heç biri bunu inkar etməmişlər.

Deməli, münaqişə və ixtilaf Allahın insanın baş nahiyəsində yerləşən gözlərlə görünməsinin mümkün olub-olmamasındadır. Bu barədə əhli-hədis firqələrindən bir neçəsi Allahın görünə bilməsinə inanır və Onun görünməsini sair maddi varlıqların insan tərəfindən görünməsi ilə eyni olduğunu deyirlər. Əş᾿əri də həmin nəzəri seçmişdir. Amma sonrakı əsrlərdə bu firqənin rəhbərliyini öhdəsinə alan bə᾿zi böyük şəxsiyyətlər, o cümlədən Təftazani, Əş᾿ərinin nəzərinə bir qeyd əlavə etmişdir; o, Allahın görünməsinin «məkan, cəhət və qarşı-qarşıya durmağı lazım gətirməyən bir görmək»lə mümkün olduğunu söyləmişdir.

Belə nəzərə çarpır ki, Təftazani bu qeydi gətirməklə təşbih iradını aradan qaldırmaq istəmişdir. Amma həqiqət budur ki, bu qeydin gətirilməsi həmin məsələni daha da müəmmalı və mürəkkəb edir. Birinci irad həll olunmamış, ikinci bir sual yaranır ki, Onun gözlə görünməsi qarşı-qarşıya durma, cəhət və məkan olmadan necə mümkün ola bilər?!

 

 

 

 

 

ƏŞ᾿ƏRİNİN ALLAHIN GÖRÜNMƏSİNİN MÜMKÜNLÜYÜNƏ GƏTİRDİYİ DƏLİLLƏR
Əbul Həsən Əş᾿əri öz nəzəriyyəsini isbat etmək üçün həm əqli, həm də nəqli dəlillərə istinad etmişdir.

Əqli dəlil:

1. Allahın görünməsinin mümkün hesab olunması Allah-taala üçün heç bir qeyri-mümkün işi qarşıya çıxarmır və bu mətləbdən Allahın hadis olması, yaxud hüdus mə᾿nasının təsəvvür olunması lazım gəlmir.

Başqa sözlə desək, Allahın görünməsinin caiz olması onun hadis olmasını isbat etmir, çünki görünməli şeylərin görünməsi, onların hadis olmasına görə deyildir, əks halda, hadis olan hər bir şeyin görünməsi mümkün olmalıdır. Halbuki, belə deyildir. Bundan əlavə, Allahın gözlə görünməsinin mümkünlüyü təşbih məsələsini də qarşıya çıxarmır.[3]

Birinci dəlilin iradı:

Əş᾿ərinin bu dəlilində bir neçə irad nəzərə çarpır:

1. Gözlə görünməsi mümkün olan hər bir şey hadisdir, nəinki hadis olan hər bir şeyin gözlə görünməsi mümkün olmalıdır. Başqa sözlə desək, qarşılıqlı tələbetmə (mülazimə) iki tərəfdən deyil, bir tərəfdəndir.

2. Allahın gözlə görünməsinin mümkün olması təşbihə səbəb olmaya bilməz; gözlə görünmə yalnız o zaman mümkün ola bilər ki, görünən şey gözlərin önündə qərar tapsın. Buna əsasən, hadis varlıqların xüsusiyyətlərindən olan qarşı-qarşıya durma, cəhət və məkan hər bir görünmədə lazımdır. Əgər Allah barəsində belə bir görünməyə inansaq, təşbih məsələsi ilə mütləq qarşılaşacağıq.

3. Görünmək cövhərlə ərəz arasında müştərəkdir və müştərək görünmə üçün vahid bir səbəb lazımdır. Bu vahid səbəb ya vücuddur, ya hüdus. Hüdus müştərək səbəb ola bilməz, çünki, hüdus yoxluğa aid bir işdir. Buna görə də müştərək səbəb ola biləcək şey yalnız vücuddur. Digər tərəfdən də vücud vaciblə mümkün arasında olan müştərək bir cəhətdir.

Buradan belə bir nəticə almaq olar ki, görünmək də vaciblə mümkün arasında müştərəkdir. Deməli, mümkünül-vücudun görünməsi mümkün olduğu kimi, vacibül-vücudun da görünməsi mümkündür.

İkinci dəlilin iradı:

Bu dəlillə əlaqədar belə bir sual yaranır ki, görünmək üçün vücud tam səbəbdir, yoxsa naqis səbəb? Əgər «tam səbəbdir» deyilərsə, onda məhəbbət, qəzəb, atifə, nəvaziş, qorxu (bir sözlə bütün vicdani işlər) kimi gözə görünməz şeylərin hamısında bu qayda doğru olmalıdır. Halbuki, belə deyildir. Əgər «naqis səbəbdir» deyilərsə, (əlbəttə bu düzgündür) onda qəbul etməliyik ki, o şeylərin görünməsi mümkün olacaqdır ki, gözlərin müqabilində qərar tapıb, görünmək üçün vücuddan başqa, «maddi olmaq» xüsusiyyətinə də malik olsun.

Nəqli dəlil:

Əş᾽ərilər Allahın gözlə görünməsinin mümkünlüyünü isbat etmək üçün bə᾿zi Qur᾿an ayələrinə də istinad etmişlər. Onların ən mühümü «Qiyamət» surəsinin 22-25-ci ayələridir.

Onlar bu ayəni Allahın görünməsinin mümkün olmasına dəlil gətirirlər. Halbuki, diqqət yetirmək lazımdır ki, «nəzər etmək» ifadəsi mövcud əlamətlərə diqqət yetirməklə, hər bir cümlədə xüsusi mə᾿naya malikdir. Məsələn, «filankəs gözünü başqasının əlinə dikibdir» - deyildikdə, onun köməyinə ümid bəsləməsi nəzərdə tutulur. Bu şərif ayələrdə mövcud olan əlamətlərə diqqət yetirməklə aydın olur ki, «nəzər etmək» dedikdə, məqsəd ilahi məğfirət və rəhmətə göz dikməkdir.

Mövcud olan əlamət isə 24-25-ci ayələrdir. Belə ki, Allah-taala buyurur: «Üzlər qəmgin [nigaran] halda bel sındıran əzabın intizarını çəkər.» Buna əsasən 22-23-cü ayələrin mə᾿nası belə olur: «Fərəhli üzlər ilahi məğfirət və rəhmətə ümid (nəzəri) dikmişlər.»

Allahın gözlə görünməsini ümumiyyətlə inkar edən digər ayələrə nəzər salsaq, bu mə᾿na daha da aydınlaşar. O cümlədən «Ən᾿am» surəsinin 103-cü ayəsində Allah-taala buyurur:

«Gözlər Onu (görüb) dərk etməz...»

Şeyx Əbul Həsən Əş᾿əri bu nəqli dəlildən əlavə, başqa ayələrə, həmçinin Allahın görünməsinin mümkünlüyünü göstərən bə᾿zi rəvayətlərə istinad etmişdir. Onlarla tanış olmaq üçün müfəssəl kitablara müraciət olunmalıdır.[4]

 

--------------------------------------------------------------------------------

[1] Şəhristani, «Əl-miləl vən-nihəl, 1-ci cild.

[2] Mutəffifin-15.

[3] Əş᾿əri «Əl-lümə᾿».

[4] Əbul Həsən Əş᾿əri «Əl-lümə᾿»; Cə᾿fər Sübhani «Buhusun fil-miləl vən-nihəl», 2-ci cild.


source : الشیعه
1
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment

Stevie
If my problem was a Death Star, this acritle is a photon torpedo.
پاسخ
0     0
2011-09-13 04:43:41