Azəri
Friday 19th of April 2024
0
نفر 0

YƏHÜVƏH

 

Həzrət Musadan əvvəl və sonra olan ilahi peyğəmbərlərin hamısında olduğu kimi, həzrət Musanın da risalət və tə’limlərinin sərlövhəsində tövhid və yeganə Allaha pərəstiş məsələsi dayanır. Həzrət Musa (ə)-ın risaləti ondan əvvəlki peyğəmbərlərin davamında və İbrahim (ə)-ın tövhid ayininin əsasında bərqərar olmuşdur. Allah-taala Qur’ani-Kərimdə buyurur:

«(Ya Məhəmməd!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İshaqa, Yə’quba və onun övladlarına, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik».[1]

Buna əsasən nübüvvət və peyğəmbərlik bir-biri ilə bağlı olan bir silsilədir və bütün peyğəmbərlər insanları tövhidə də’vət etmişdir.

Musanın də’vəti də tövhidə və yeganə Allaha pərəstiş etməkdən ibarətdir. Qur’ani-Kərim İbrahimin dilindən onun tövhid əqidəsində olduğunu bəyan etdikdən sonra, onun nəslinin və övladlarının hidayət olunması ne’mətini də (o cümlədən Muasanın) şərh edir. Allah-taala buyurur:

«Mən həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allah) şərik qoşanlardan deyiləm!

Tayfası İbrahimlə mübahisəyə girişdi. İbrahim dedi: «Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi öz elmi ilə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsinizmi?

Allah sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda mən niyə sizin şərik qoşduqlarınızdan qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstdən hansı (qiyamət əzabından) əmin olmağa daha haqlıdır?

İman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!

Bu, Bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi mərtəbə-mərtəbə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət və elm sahibidir.

Biz İshaqı və Yə’qubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurduq...

Zəkəriyyanı, İsanı, İlyası da hidayətə çatdırdıq. Onların hamısı əməli-salehlərdən idi.

Biz həmçinin İsmaili, Ələysə’i, Yunusu və Lutu da hidayətə qovuşdurduq və onları (özləri ilə bir dövrdə yaşayan bütün) insanlardan üstün etdik.»[2]

Bu ayələr gözəl şəkildə bəyan edir ki, İbrahimin dini tövhid ayinidir və ondan sonra gələn peyğəmbərlərin hamısı onun ayinində olmuşlar; risalət dövranında insanları tövhidə və yeganə Allahın müqabilində təslim olmağa də’vət etmişlər.

Qur’ani-kərim buyurur:

«(Ya Məhəmməd!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən Biz onu dünyada (peyğəmbərlik və Kə’bəni tə’mir etmək üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməli-saleh olanlardandır.

Rəbbi İbrahimə: «(Əmrimə) təslim ol!» - dedikdə, İbrahim də: «Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum!») – deyə cavab vermişdi.

İbrahim və (sonra da) Yə’qub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib, hər bir dedi: «Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!

(Ey yəhudilər!) Yoxsa Yə’qubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O, «Məndən sonra nəyə ibadət edəcəksiniz?» - deyə oğlanlarından soruşduğu zaman, onlar «Sənin Allahına və ataların: İbrahim, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olub, ona ibadət edəcəyik!» - dedilər.»[3]

Buna əsasən bütün ilahi peyğəmbərlər İbrahimin dinindədir və həmişə öz ailə-övladlarına bu dinə tabe olmağı tövsiyə etmişlər. Qur’an həzrət Musa (ə)-ın dilindən, Fir’onun ondan öz Allahı barədə soruşduğu zaman cavabında belə buyurur:

«Musa belə cavab verdi: Rəbbimiz hər şeyə öz surətini və şəklini verən, sonra da ona doğru yol göstərən Allahdır.»[4]

Bəni-İsrail qövmü Musanın bir neçə gün olmadığı dövrdə danaya pərəstiş etməyə başladılar. Musa qayıdıb vəziyyətdən xəbərdar olduqdan sonra onlarla çox qətiyyətli və ciddi davranaraq öz qövmünə xitabən buyurdu:

«Sizin Tanrınız ancaq o Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elmi ilə hər şeyi ehtiva etmişdir.»[5]

Yəhudilərin asimani və müqəddəs kitabı olan Tövrat da bu məsələyə tə’kid edir ki, Musanın Allahı elə ata-babaları Yə’qub, İshaq və İbrahimin Allahıdır. «Dedi: Mənəm sənin atanın Allahı – İbrahimin, İshaqın və Yə’qubun Allahı»[6]

Tövratın başqa bir ayəsində belə oxuyuruq:

«Musa Allaha dedi: İndi mən Bəni-İsrailin yanına gedib onlara desəm ki, sizin ata-babalarınızın Allahı məni sizin yanına göndərmişdir. Məndən onun adının nə olduğunu soruşsalar, onların cavabında nə deyim? Allah Musaya dedi: «Mən varam və o kəsəm ki, varam.» Bəni-İsrailə belə de: «İhyət (varam) məni sizin yanınıza göndərdi.» Allah Musaya yenə dedi: «Bəni-İsrailə belə de: Yəhuvə, sizin ata-babalarınızın Allahı – İbrahimin, İshaqın və Yə’qubun Allahı məni sizin yanınıza göndərmişdir. Bu əbədi olaraq Mənim adımdır və ardıcıl nəsillərə olan yadigardır.[7]

Buna əsasən, Musanın bəyan etdiyi Allahın məhz İbrahim tərəfindən təqdim olunan yeganə Allah olması barədə heç bir ixtilaf nəzərə çarpmır. Amma əsas məsələ bundan ibarətdir ki, görəsən Tövratda «Yəhuva» adlandırılan Allah, Qur’anda Əhəd və Səməd kimi vəsf olunan yeganə Allahdırmı? «Yəhuvə» kəlməsinin kökü və onun necə tələffüz olunması barədə din tarixçiləri və tədqiqatçılar arasında çoxlu mübahislər baş vermişdir. Bə’ziləri aşkar şəkildə demişlər ki, onun əsil və düzgün tələffüzü «Yəhüvəh» kimidir. Çünki həzrət Musa Bəni-İsrailə öyrətmişdir ki, tə’zim və ehtiram əlaməti olaraq, Allahın həqiqi adını işlətməsinlər; Allahın adını çəkmək lazım olduqda, kinayə və işarədən istifadə etsinlər. Bu tə’bir sonralar dəyişilərək «yəhvəh» formasına düşmüşdür. Əlbəttə, hazırda müqəddəs kitabda bu kəlmə «yəhuvə» kimi yazılıb tələffüz edilir. Alimlərdən bə’ziləri isə onun «həyat» kökündən alındığını və «o kəs ki, vardır» mə’nasına yozulduğunu deyirlər; bu ehtimalın düzgün olmasının əlaməti «ehyəh» (varam) və «ehyəh işrahiyəh» (varam o kəsəm ki, varam) tə’biridir ki, Tövratın müxtəlif ayələrində «Ləfzi Cəlalə»nin əvəzində işlədilmişdir. Ümumiyyətlə, hər yerdə «yəhuvəh» Musanın və Bəni-İsrailin Allahı kimi işlədilmişdir. Amma burada iki məsələni xatırlatmaq yerinə düşərdi:

Birincisi budur ki, Tövrat aşkar şəkildə deyir ki, yeganə Allah yalnız Musanın yanında «yəhuvəh» adı ilə tanınan varlıqdır; bundan əvvəl İbrahimin, İshaqın və Yə’qubun yanında mütləq qadir adı ilə tanınan Allahdır. «Və Allah Musaya xitab etdi, ona dedi: Mən Yəhuvəhəm. İbrahim, İshaq və Yə’quba mütləq Allah adı ilə zahir oldum. Amma Yəhuvəh adımla onların nəzərində tanınmadım.»[8]

İkincisi bundan ibarətdir ki, Tövrat müəyyən sifət və xüsusiyyətləri Yəhuvəhə mənsub edir ki, Allah bu kimi xüsusiyyətlərdən pak və münəzzəhdir. Onlardan bə’ziləri bəşər sifətləridir ki, Allaha aid edilir:

«Musa, Harun, Nadab, Əbihu və İsrailin məşhur şəxsiyyətlərindən 70 nəfərlə birlikdə yuxarı çıxdı və İsrailin Allahını gördülər. Onun ayaqlarının altı göy yaqut kimi şəffaf və asimanın zatı kimi saf idi; Bəni-İsrail sərvərlərinə öz əlini qoymadı, onlar Allahı gördülər, yedilər-içdilər.[9]

Başqa yerlərdə isə Allah Musaya xitab edib deyir: “Bəni-İsrailə əmr et ki, Onun (Allah) üçün müxtəlif hədiyyələr gətirsinlər. (O cümlədən qızıl, gümüş, düyü, lil, ərğəvan, nazik kətan, xəz dəri və s.) Sonra buyurur: «Mənim üçün müqəddəs bir məqam düzəltsinlər ki, onların arasında olum».[10]

Yəhuvəh digər bir yerdə xətakar şəxs kimi tanıtdırılır. Guya o, öz əməllərindən peşiman olur:

«Allah “Öz qövmünə çatdır” deyə - buyurduğu pislikdən qayıtdı».[11] Başqa bir yerdə oxuyuruq: «Allahın kəlamı Səmuilə nazil oldu: «Mən peşiman oldum ki, Şaiulu (tağutu) padşah etdim. Çünki mənə tabe olmaqdan üz çevirmiş, mənim kəlamımı yerinə yetirməmişdir».[12] Buna əsasən aydın olur ki, müqəddəs kitab təhrif olunan zaman ilahi həqiqət müəyyən dəyişikliklərə mə’ruz qalıbdır.

Əlbəttə, bu məsələ Bəni-İsrail qövmünün tövhiddə törətdikləri inhirafçı keçmişə diqqət yetirməklə də aydın olur. Çünki, Musa qısa müddətli qeybə çəkildiyi zaman, bu qövm dərhal danaya pərəstiş etməyə başladılar. Bəni-İsrail peyğəmbərlərinin çoxluğu da göstərir ki, bu qövm tövhid yolundan azmağa və şirk bataqlığında qərq olmağa daha çox meyilli olmuşdur.

 

--------------------------------------------------------------------------------

[1] Nisa-163.

[2] Ən’am-79-86.

[3] Bəqərə-130-133.

[4] Taha-50.

[5] Taha-98.

[6] Sifri xuruc, 3-cü bab, 6-cı ayə.

[7] Sifri xuruc, 3-cü bab, 13-16-cı ayələr.

[8] Sifri xuruc, 6-cı bab, 3-cü ayə.

[9] Sifri xuruc, 4-cü bab, 9-11-ci ayələr.

[10] Sifri xuruc, 25-ci bab, 8-ci ayə.

[11] Sifri xuruc, 32-ci bab, 14-cü ayə.

[12] Kitabi əvvəli Səmuil, 15-ci bab, 10-cu ayə.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
ZƏRDÜŞT DİNİNDƏKİ DƏYİŞİKLİKLƏR

 
user comment