Azəri
Friday 29th of March 2024
0
نفر 0

İmam Əlinin (ə) hökuməti insanlar üçün həyatverici nümunədir

Kəşmir və Camunun İslam İttihad Mərkəzinin müdiri deyib: “İmam Əlinin (ə) hökumət quruluşu bu gün insanlar üçün həyatverici nümunədir. Həzrətin qanunlara rəayət etməsi və göstərişləri bu gün həyatın müxtəlif sahələrində insanlara uğur və müvəffəqiyyət qazandıra bilər.”

 

İqna Quran Xəbər Agentliyi : Kəşmir və Camunun İslam İttihad Mərkəzinin müdiri Huccətul-islam Əbbas Ənsari Həzrət Əlinin (ə) şəhadəti münasibətilə Mir Kund Puttan məntəqəsində avqustun 21-də keçirilən mərasimdə İmamın (ə) əxlaqi fəzilətləri, həyat tərzi barədə çıxış edib.

O, deyib: “Həzrət Əlinin (ə) şəxsiyyəti Quranın və Peyğəmbər (s) hədislərinin birbaşa əməli təfsiridir. Həzrət bütün dünyaya ən gözəl siyasəti və hökumət idarəçiliyini təqdim edib. Onun hökumət quruluşu bu gün insanlar üçün həyatverici nümunədir. Həzrətin qanunlara rəayət etməsi və göstərişləri bu gün həyatın müxtəlif sahələrində insanlara uğur və müvəffəqiyyət qazandıra bilər.”

Ənsari söznün davamında Qədr gecələrinin fəzilətindən, bu gecələrdə Allahdan bağışlanmaq istəmək fürsətindən və ramazan ayının son cüməsi keçiriləcək Qüds günündən danışaraq Fələstin xalqının himayə olunmasının əhəmiyyətindən söhbət açıb.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article


 
user comment