Azəri
Saturday 20th of April 2024
0
نفر 0

BUDDİZM (4)

 

AYİN VƏ MƏRASİMLƏR

 

Keçən dərslərdə öyrəndik ki, buddizmin Allah və məbudlarla əlaqədar aydın, konkret bir ideoloji mövqeyi  olmamış və bu barədə öz ardıcıllarına xüsusi bir göstəriş verməmişdir. Eləcə də qeyd olundu ki, buddizm brahmanizm sinfi quruluşuna və brahmanların xüsusi mövqeyinə qarşı mənfi mövqe tutmaqla onların digər e’tiqadlarına qarşı çıxmış, hətta brahman mə’budlarına e’tiqadı, onların qarşısında pərəstiş və sitayişinn uzaqlaşmışdır.

Buddanın ardıcılları bunları tə`lim edirdilər. İlk növbədə hər bir fərd nicat və qurtuluş üçün yalnız özünə arxalanmalıdır başqalarından, hətta məbudlardan heç bir kömək olmayacaq. İkincisi, nicat və qurtuluşa nail olmağın yeganə yolu zahidlik, təfəkkür və müraqibədir. Üçüncüsü, bə’zi əməllərin yerinə yetirilməsi, o cümlədən canlıları öldürülməsi qadağandır. Buna əsasən buddistlər brahmanların qurban kəsmək, mə’budlardan hacət diləmək və s. kimi ən mühüm ibadət ayinlərindən uzaqlaşmışlar.

Budda ayinində ibadət və sitayiş ilk növbədə “üç pənah” adlanan sadə və birbaşa təsdiq əsasında qurulmuşdur. Hər bir buddist ayırdığı müəyyən vaxtlarda diqqətini cəmləşdirərək bu üç cümləni təkrar edir: - Mən Buddaya pənah gətirirəm! Mən haqq şəriətə pənah gətirirəm! Mən sangəhə (Budda mə’bədinə) pənah gətirirəm!” Əlbəttə, Buddanın öz etiqadına görə Buddaya pənah aparmaq bu ayinə etiqadı olub həmin sözləri təkrar edən hər şəxsə nicat veriləcəyi demək deyil. Pənah aparmaq dedikdə məqsəd, Buddanın təlimlərinə tam və kamil diqqət yetirməkdir. Çünki Buddanın yekun məqsədi də  şagird və ardıcıllarının səadət və qurtuluşa nail olmaq üçün səy göstərib düşünməsi, meditasiya ilə məşğul olmaları olmuşdur. Belə bir şəraitdə, adi buddistlərin çətinlik və problemlərdən xilas olmaq üçün Buddanın özünə arxalanıb e`timad etməyin gərəkliyi barədə düşüncələrə sahib olmaları mümkün olurdu. Tarixi tədqiqatlar da Buddanın öz ardıcılları arasında xüsusi mövqe, şəxsiyyət və məqam sahibi olduğunu, mürid və ardıcıllarının rəğbətinin onu ilahiləşdirib sitayiş etmək dərəcəsinə çatdığını göstərir. Hətta belə bir etiqad da yaranmışdı ki, brahman məbudları Buddanın mərhəmət və lütfünə çatmaq üçün yerə nazil olmuşlar.

Buddizmin müqəddəs kitablarından nəql olunan aşağıdakı cümlələr və ifadələr deyilənləri aydın şəkildə açıqlayır: - Düşüncəli və kamil nurani şəxs olan Buddada heç bir sapma yox idi.”, - O misilsiz bir insan, xoşxasiyyət və mehriban bir varlıq idi; elə yüksək amalları, bu dərəcədə böyük sə`yləri var idi ki, ...”, - Dünya padşahlarının padşahı və qalib bir fateh idi.”, - Allah İndraya oxşar insanların ən fəzilətlisi idi”, - Səmavi varlıqlar Brahmanın (brahmanların mə’budu) başçılığı ilə şəhərə gedib ona sitayiş etmişlər ki, bəlkə onun (Buddanın) lütfünə nail olsunlar, - Həm mə’budlar, həm də insanlar ona zaman hüdudlarından aşan yeganə əzəmətli şəxs kimi sitayiş edirlər”, -Dünyada bütün mə’budları ilə bir yerdə sənə bərabər heç bir kimsə yoxdur”.

Buddanın şagirdləri onu sadə ardıcıllarına beləcə təqdim etdikcə Buddanın özü tədricən Allahın alternativinə çevrildi. Bu gün bütün məbədlərdə, hətta buddistlərin evlərində qoyulan büt və heykəllər, eləcə də bu ayinə etiqad bəsləyən hər bir şəxsin öz dini mərasimini Buddanın heykəllərinin qarşısında yerinə yetirməsi, əslində ona pənah aparıb ondan hacət diləməsi bu etiqadın bariz nümunəsidir.

Buddistlərin dini mərasimləri buddist rahiblərin hər gün səhər və axşam “Puca” adlanan dua mərasimini yerinə yetirmək üçün məbədlərdə bir yerə toplaşaraq və “üç pənah” zikrini təkrarlamaqla həyata keçirilir. Daha sonra dini nəğmələr oxunur, məbəd şamla işıqlandırılır, havanı təmizləmək və ətirləndirmək üçün buxurlardan istifadə edilir. Onlar hər ayda iki dəfə - ayın çıxdığı ilk gündə və ayın ortasında (14-cü gecə) oruc tuturlar. Camaat bu iki gündə rahiblərin moizələrini, dua və zikrlərini dinləmək üçün məbədlərə gəlirlər. Bu mərasimdə bəzi dini nəğmələr oxunur, rahiblər Budda ayini və hökmləri barəsində camaata moizə edib yol göstərirlər. Mərasim qurtardıqdan sonra kişilər gecəni məbəddə keçirə bilərlər, amma qadınlar öz evlərinə qayıtmalıdırlar. Mühüm mərasimlərdən biri hesab olunan “Puca” xüsusi münasibətlərdə qeyd olunur. “Vesak” mərasimi ayın 14-cü günü keçirilir. Buddanın doğum, nirvanaya qovuşmasının, eləcə də vəfatının ildönümü olan bu gün camaat bayram edir, monastırların və məbədlərin ətrafı işıqlandırılır, hər yerdə canlanma müşahidə olunur, Buddanın həyatı və onun ayini ilə əlaqədar xüsusi tədbirlər keçirilir.

Budda rahibləri arasında geniş yayılmış başqa bir mərasim rahiblərin istirahət və guşənişinlik dövrü olan yağışlar mövsümündə keçirilir. Həmin mərasim ilk yağışın yağması ilə başlanır. Bu əənələrinin digər bir hissəsini təşkil edən gündəlik ibadətlər çoxsaylı buddistlərin iştirakı ilə məbədlərdə keçirilir. Bu ibadətlər Buddanın heykəllərinə təzim, çələng qoyma və məbədin ətirlənməsindən ibarətdir.

Buddistlərin digər bir ayini də ruhlara pərəstiş etməkdir. Bu məqsədlə inşa edilmiş “ruhlar adı” ilə məşhur olan kiçik ibadətgahlarda ruhlara tə’zim edilir. Onların inancına görə bu ruhlar yerin, təbiətin, yaxud ata-babaların ruhlarıdır. Ancaq, ruhun nirvanaya qovuşduqdan sonra tam fənalıq mərhələsinə çataraq istənilən mövcudluq formasını itirməsinə inanılan buddizmdə ruhların necə hörmət, tə`zim və sitayişə layiq görüldüyü o qədər də aydın deyildir.

Bütün bunlarla yanaşı buddist adət-ənənələrinin ümumi təhlilindən belə nəticə çıxır ki, bu ayin sitayiş, ibadət insandan daha yüksəkdə olan əbədi və əzəli bir həqiqətlə mənəvi əlaqədəki boşluqları doldura bilməmişdir. Buna görə də, bu ayinin ardıcılları bu boşluğu doldurmaq üçün ətraflarında gördükləri və mə`lumatları olduğu digər din və ayinlərdən bəhrələnməyə, öz emosional ehtiyaclarını təmin etməyə çalışmışlar. Buna görə də buddizm hazırkı formaya düşmüşdür. Məbudlara etiqad brahman ayinindən götürüldüyü kimi, ruhlara ehtiram da güman ki, animizmdən və bəlkə də brahmanizmdən əxz olunmuşdur.

Buddizmdə ən həssas və ən mühüm mənəvi əməl buddizmin səkkiz yönlü yolunun yeddi və səkkizinci mərhələsini təşkil edən düşüncə və meditasiyadır. Budda məbədləri əsas etibarı ilə həmin məqsədləri həyata keçirmək üçün tikilmişlər. Bu məbədlərdə nəzərdə tutulan xəlvət və sakit məkanlar rahiblər üçün həyatın bütün iztirab və səs-küylərindən uzaq olmaqla şəxsi həyatları, həyatın əzab-əziyyətləri, ondan xilas olma yolları barədə düşünərək qurtuluşa (nirvanaya) nail olmaq üçün, asketizm və meditasiya ilə məşğul olmaları üçün təhlükəsiz bir yerdir. Bu baxımdan Budda “Sangəh” məbədləri inzibati idarə quruluşuna malik olmaqla onlarda çox ciddi və ağır qanunlar hakimdir. Bu məbədlərə daxil olub sangəhə üzv olmaq istəyən hər şəxs aşağıdakı suallara cavab verməlidir: - Səndə cüzam, qotur, çiban, xora, vərəm, ürək keçmə və s. xəstəlikləri varmı? Azad bir insansanmı? Heç bir borcun yoxdurmu? Hakimiyyətə xidmət etmirsənmi? Ata və anan bu işə razıdırmı? 20 yaşın tamam olubmu? Sədəqə toplamaq üçün əldə tutduğun kasa və rahiblik üçün əyninə geyindiyin əbanın vəziyyəti münasibdirmi?...”

Qəbul olunan şəxs sangəhə daxil olduqdan sonra geniş inzibati nizamnaməyə riayət etməlidir. Bu məsələdə yol verilən qanun pozuntuları həmin şəxsin cəzalandırılmasına, hətta məbəddən çıxarılmasına səbəb olur. Rahib “dörd səbəbdən məğlub edilmiş” sayılır və onun rahiblikdən kənarlaşdırılması barədə qəti hökm verilir:

1. Cinsi əlaqədə olmaq;

2. Oğurluq;

3. Qəsdən törədilən qətl; (Başqalarında ölüm və intihara səbəb olan vəsvəsə yaratmağa da şamil olunur).

4. Yalandan elmli şəxs iddiasında olmaq.

Bundan əlavə digər on üç qanun və normaya da riayət edilmədikdə ruhani rəhbərliyin rəsmi iclası keçirilərək qanunu pozmuş rahib bir aylıq kənarlaşdırılma formasında cəzalandırılır. “Otuzluq” təşkil edən qanunlar pozulduqda isə tövbə edilməsi tələb olunur və rahiblik əbası, rahibə verilən dərviş kasası və palaz onun əlindən alınır. Digər bir qanun da 99-lardır. Bu qanunlar pozulduqda tövbə edilməsi tələb olunur. O cümlədən, nalayiq sözlər danışmaq, insanları təfriqəyə, ikitirəliyə təhrik etmək və s. bu qəbildəndir. Burada başqa qanunlar da mövcuddur ki, onları pozduqda qanun pozucusu kollektiv qarşısında öz səhvini e’tiraf etməlidir. Rahiblər üçün sangəhdən çıxdıqdan sonra riayət etmələri tələb olunan bir çox qanunlar qoyulmuşdur. Bu qanunlar pozulduğu təqdirdə rahiblər davamlı əzab-əziyyətə düçar olacaq, qurtuluş mənzilindən uzaqlaşacaqlar. Bu qanunlar aşağıdakılara şamil olunur:

Münasib paltarlar geymək, bədənin müvazinətini saxlamaq, baxışlarını aşağı dikmək, ucadan gülməmək, səs-küy salmamaq, əli-ayağı yellətməmək və s.

Sarı rəngli əba geymək, başın və üzün tüklərini qırxmaq, dilənçi kasası gəzdirmək də sangəhdəki adətlərdəndir. Rahiblər hər gün axşam günəş batanda öz dilənçi kasalarını əllərinə alıb buddistlərin evlərinə gedir, düyü və digər qida məhsulları alırlar. Qayıtdıqdan sonra bunları bir yerə toplayır və onlardan bir öynəlik günorta xörəyi hazırlayırlar. Adətən gün ərzində həmin bir öynəlik yeməklə kifayətlənirlər. Günortadan qeyri vaxtlarda Budda rahiblərinin birdən artıq dilənçi kasası, alt paltarı, dərviş əbası, iynə-sap və bir üzqırxan ülgücdən əlavə əşyalara malik olmağa haqları yoxdur. Hətta dini kitablar və qeydlər də onların şəxsi mülkiyyəti sayılmır və sangəhin ümumi malı hesab olunur.

Burada Budda rahiblərinin monastırı, bəd və ondan xaricdə riayət etməli olduqları bəzi adət, norma və qayda-qanunlarla tanış olduq. Qeyd etmək lazımdır ki, bütün bu qayda-qanunlara riayət etmək nirvanaya qovuşmağa zəmanət üçündür. Təbiidir ki, bu qədər ağır və üzücü qayda-qanunlar buddistlərin hamısı üçün nəzərdə tutulmamışdır və bu ayinin adi ardıcıllarının daha yüngül vəzifələri vardır. Bu vəzifələrdən bə’ziləri aşağıdakılardan ibarətdir:

Ruhani aparatına hədiyyələr vermək – gəzib dolaşan rahiblərin kasasına bir neçə düyü dənəsi tökməkdən tutmuş rahibə paltar tikilişi üçün bir parça və ya paltarın özünü verməyə qədər, mə’bəd və monastır tikmək, tə’yin olunmuş vaxtlarda dua mərasimlərində iştirak etmək və s. vəzifələr.

Diqqətəlayiq məqam bundan ibarətdir ki, buddizmin sıravi ardıcılları bu kimi vəzifələri yerinə yetirmələrinə baxmayaraq, nicat və qurtuluşa və ya nirvanaya nail olmurlar. Onlar yalnız özlərini daha layiqli bir məqama, mərhələyə yüksəldə bilər və yeni həyatda, yenidən doğulmalarda mənəviyyat və qurtuluşa olan şövq baxımdan daha yüksək və ali bir mövqeyə çata bilərlər. Belə olan halda rahiblər cərgəsinə qoşulmaq və qurtuluş yolunu qət etmədaha artıq hazır ola bilərlər.

MÜQƏDDƏS KİTABLARI

Buddistlərin ən mühüm və ən kamil müqəddəs kitabı 3 səbət” mə`nasını daşıyan Teripitakadır. Bu 3 səbət aşağıdakılardır:

1. Nizam-intizam səbəti; Buddizmi təzə qəbul edən şəxslərə, yaxud rahiblərə və yüksək səviyyəli buddistlərə aid qanunların icrasına nəzarət edir (bu qanun və normaların bə`zilərinə toxunuldu);

2. Tə`lim səbəti - Buddanın tə`lim və polemikalarından təşkil olunub;

3. Hekayələr səbəti.

Bu bölmədə buddizmin nəzəri bəhsləri, mürəkkəb və zərif psixoloji məqamları verilmişdir. Bu səbət əslində tə’lim səbətinin icmal və şərhidir. Burada hekayə və təmsillərdən istifadə yolu ilə Buddanın nəzəriyyə və e’tiqadlarının şərhi verilir. Buddanın nəzəriyyə və e’tiqadlarından ibarət olan tə’lim səbətinin özü Buddanın xütbə və çıxışlarının həcminə müvafiq olaraq genişdən yığcama doğru ardıcıllıqla verilmiş və asketizmə, buddizmlə brahmanizm arasında əlaqə, səbəb-nəticə silsiləsi, sinfi quruluş barədə Buddanın fikirləri, dinin digər əsaslarının araşdırıldığı beş məcmuədən ibarətdir.

Bu üç səbətdən başqa buddistlərin “Athakatha” deyərək hörmət bəslədiyi bu səbətlər barəsində digər təfsirlər məcmuəsi də qalmışdır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ

 
user comment