Azəri
Friday 19th of April 2024
0
نفر 0

VEDA AYİNİ (2)

VEDA AYİNİ (2)

 

MÜQƏDDƏS KİTABLAR - VEDA

Veda dinində “Veda” adlanan dörd müqəddəs kitab vardır. Hind-ariya xalqlarının ən qədim sənədləri olan, ariyalıların Hindistana köçməsi, orada yaşamaları, tarixi keçmişləri, mədəniyyətləri, yaşayış tərzləri, ticarət və  məşğuliyyətləri, əxlaq, ədəb, ictimai və fərdi həyat tərzlərinin şərh edildiyi bu kitablar onların dini və e`tiqad qayda-qanunları sayılır.

Vedalıların tarixi ən azı miladdan 1200 il əvvələ gedib çıxır. Bu kitablar əvvəllər kahinlər vasitəsilə ustad-şagird üslubunda və şifahi surətdə sonrakı nəsillərə ötürülürdü. Qədim hindlilərin inancına görə, veda nəğmələri onları hərf, söz və kitab çərçivəsinə salmaqdan daha müqəddəsdirlər. Belə ki, o kitab halına salınarsa öz zati bərəkət və fəzilətlərinin yarısını itirəcəkdir. Amma vedalar nəhayət, miladdan əvvəl altıncı əsrdə yazı halına salındı.

Veda  sözü bilmək mə`nasını verir, bu söz xüsusi ali elm və mə`rifət mə`nasında işlədilir. Vedaya “Apaverşiya”, yə`ni “fövqəl-insan da demişlər. Hindusların əqidəsinə görə bu nəğmələr heç bir məxluq, şair təfəkkürünün məhsulu deyil  onlar yalnız qeyri-adi bir varlıqdan, vəhydən qaynaqlanır. Buna görə də vedaları “nazil olma” mə`nasında işlənən, ilahi feyzdən qaynaqlanaraq qədim hind şəxsiyyətlərinin qəlbinə süzülən və onların varlıqlarının ayrılmaz bir hissəsinə çevrilən “Səruti” mətnlərinin bir hissəsi hesab edirlər. Buna görə də hinduslar veda məcmuəsinin heç bir şəxs tərəfindən qələmə alınmadığına inanırlar. Tarixi sənədlər də bu müqəddəs kitabların kimlər tərəfindən yazıldığına aydınlıq gətirmir. Dörd veda kitabı aşağıdakılardan ibarətdir:

1. Riqveda:

Bu kitab vedaların ən məşhur, ən mühüm və ən əhatəli hissəsi sayılır və qədimilik baxımından da sonrakı üç kitabdan irəlidir. Riqvedada mə`budların tə`rif və mədhinə həsr olunmuş 1017 nəğmə vardır. Bu nəğmələr ehtiyacların istənilməsi üçün yalvarışla oxunur. Bu nəğmələr Veda allahları arasında hamısından daha çox İndra, sonra Aqni və daha sonra isə Varunaya ünvanlanıb.

Bu kitabların yazılmasından 3000 il keçməsinə baxmayaraq, hinduslar indinin özündə də onun nəğmələrini sübh və axşam çağları, toy mərasimlərində xeyir-dua məqsədi ilə oxuyurlar. Onların təfəkkür tərzi ilə tanış olmaq üçün burada həmin nəğmələrdən bə`zilərini heç şərh və izahsız nümunə seçmişik. İndraya xitab olunan ilk nəğmədə belə deyilir:

“Ey İndra, bizim düşmənlərimizin hamısını qov!

İstər çox güclü qərb fatehləri olsun istərsə də şərqin müzəffərləri!

Ey qəhrəman, şimal və cənub düşmənlərimizi uzaqlaşdır,

Sənin sayəndə şad və xürrəm yaşaya bilməmizdən ötrü!

O gün nə gün olacaqdır?

Elə insanlar ki, onların əkinləri arpa ilə doludur.

Yetişmiş taxılları biçirlər və xırmana aparırlar.

Belə isə o insanların yeməklərini cücərt.

Elə bir yerdə cücərt ki, yeri pərəstiş üçün hazırlamayıblar.

İndra xilas etməkdə güclü və kömək etməkdə bağışlayandır!

O hər bir şeyin sahibidir, nə qədər bağışlayan və mehribandır!

Bəlkə düşmənlərimizi pərən-pərən salıb əmin-amanlığı bizə hədiyyə etsin!

Bəlkə biz qaçan güclülərin ağası olaq.

Bəlkə müqəddəs pənahında onun lütfündən bəhrələnək.

Onun bərəkətli şəfqətindən faydalanaq.

Bizi qüdrətli və gözəl saxlayan İndra!

Bizə qarşı ürəklərində kin bəsləyənləri bayıra at və bizi qoru!”

İkinci nümunə yaradılış nəğməsi adlanır. Onun məzmunundan tovhid və təkallahlığa meyllə yanaşı, veda dininin xüsusiyyətlərindən olan çoxallahlığa e`tiqad da mə`lum olur. Eyni zamanda, xilqət aləmi və yaradılışın forması barəsində şəkk və tərəddüd də nəzərə çarpır:

“Nə varlıq var idi, nə də ki, yoxluq.

Nə parlaq səma görünürdü, nə də səmanın geniş tavanı yuxarıda döşənmişdi.

Onların hamısını nə örtürdü? Nə onları gizlədirdi?

Ucsuz-bucaqsız su çalası idimi?

Dərin çatılmaz sular?

O zaman ölüm, əbədilik də yox idi.

Gecə-gündüzdən bir nişanə də yox idi.

Yeganə vücud təklikdə nəfəs çəkirdi.

Ondan başqa hələ bir şeyin vücudu yox idi.

Zülmət idi, qaranlığı qaranlıq bürümüşdü.

Bunların hamısı su idi və əlamətsiz.

O yeganə vücud təbiəti yandırıcı istiliyin indən yardı.

Əvvəlcə eşq göründü,  sonra əqlin mənşəyi əyan oldu.

Sonra toxumlar səpildi və qüdrətli güclər qalxdılar.

Təbiət altda, qüdrət və iradə isə yuxarıda.

Bu sirlərdən agah olan kimdir?

Burada  kimdir ki, aşkar edib  haradan olduğunu desin?

Bu rəngarəng yaradılış haradan qaynaqlanır?

Allahlar özləri bir qədər gec varlıq libasını əyinlərinə geydilər.

Kim bilir bu böyük yaradılışın mənşəyi haradandır?

Ən yüksək səmalarda olan ən ali görəndir.”

Bu nəğməyə uyğun olaraq, allahların mövcudluğu və varlıq aləmi təbiətin yaradılışından sonra ilə əlaqələndirilir. Təbiət haqda onun xaliqinə sual verir və xaliqə fərd qismində müraciət edir. Eyni zamanda, Riqvedanın başqa bir nəğməsində oxuyuruq:

Bəxş edənin həyat və qüvvə sayəsi əbədidir...

O kəs ki, ucqar dağlar, dənizlər çayların varlığı ondandır.

O kəs ki, səma onun qüdrət nahiyəsidir.

Öz qurbanlarımızla ona hörmət etdiyimiz o Allah kimdir?

O kəs ki, yeganə və bütün allahların fövqündə olan Allahdır...

Əql sahibləri vahid Allaha müxtəlif adlar qoyurlar.

Onu Aqni, Mitra və Varuna adlandırırlar.

 

2. Yacurveda:

Vedaların ikinci müqəddəs kitabı olan Yacurveda nisbətən az əhəmiyyətə malikdir. Çünki, Riqveda nəğmələrinin bir çoxunun məzmunu bu kitabda da əks olunmuşdur. Bu kitab nəsr formasında yazılan və adətən qurbanlıq mərasimlərində istifadə edilən zikr və virdlərdən ibarətdir.

3. Samaveda:

Bu, allahlara ibadət və onlarla razi-niyaz etmək üçün lazım olan dua və nəğmələrdən təşkil olunmuş vedaların üçüncü müqəddəs kitabıdır. Bu nəğmələrin əksəriyyəti Riqvedadan götürüldüyündən, ayrıca dəyər daşımır.

4. Asarvaveda:

Bu vedanın dördüncü və sonuncu kitabıdır. Məzmun baxımından yerdə qalan üç kitabla müqayisədə daha fərqli üsluba malikdir. Çünki, bu kitab sehr və cadugərlik məsələlərində Əhrimən qüvvələrinə qələbə çalmaq məqsədi ilə yazılmış müxtəlif mətn, zikr və nəğmələr toplusundan ibarətdir.

Bu dörd vedadan hər biri öz növbəsində iki müstəqil hissəyə bölünür:

1. Samhita;

2. Brahmana.

“Samhita” dedikdə, müxtəlif mərasimlərdə, xüsusilə qurbanlıq mərasimlərində veda kahinləri tərəfindən oxunan nəğmələr toplusu nəzərdə tutulur. Qurbanlıq mərasimlərində adətən əsas aparıcı kahin olan brahma əvvəl Asarvavedadan bir parçanı  oxuyur, sonra huteri adlı başqa kahin Riqvedadan müəyyən nəğmələri ifa edir. Bundan sonra üçüncü kahin, yə`ni ədqateri Samavedadan bə`zi nəğmələri əzbərdən deyir, daha sonra isə dördüncü kahin adhuvariyu camaatın qurbanlıq məqsədi ilə gətirdiyi hədiyyələri pak və əbədi atəşə qurban edərək Yacurvedadan bir sıra zikrləri oxuyur və beləliklə də ibadət mərasimi sona çatır.

Brahmana veda kahinlərinin dua və qurbanlıq mərasiminin keçirilməsi ilə əlaqədar vedalara yazmış olduqları şərh və bəhslər toplusudur.

Dini göstəriş və hökmlər, dini başçıların borc və vəzifələrinin bəyan olunması, hökmlərin, duaların, qurbanlıq mərasimində oxunan nəğmələrin mə`naları Brahmanın bəhslərinin mühüm hissəsini təşkil edir. Bu məsələlər hekayə, simvol və ya əfsanələr şəklində bəyan olunmuşdur.

Brahmana  iki ümumi hissədən ibarətdir:

1. Aranyaka;

2. Upanişad.

Aranyakalar meşə kitabları adı ilə məşhurdur və ucqar meşələrə asketik həyat tərzi keçirməkdən ötrü pənah aparan tərki-dünya şəxslər üçün yazılmışdır.

Bu kimi təcrid olunmuş şəxslər tənha həyat sürdükləri mühitlərdə dini vəzifələrini yerinə yetirmək üçün kifayət qədər vəsaitə malik olmadıqlarından batini həqiqətlərə diqqət yetirmiş və daha çox psixoloji vəziyyətlərinə nəzarət üzərində işləmişlər. Sonralar asketik həyat tərzi keçirmək və daxili aləmə diqqətin əhəmiyyəti barədə düşüncələr vedaya inananların dua mərasimində elə böyük tə`sir göstərmişdir ki, bu məsələ tədricən qurbanlıq mərasiminə alternativ olaraq batini qurbanlıq adı ilə məşhurlaşmışdır. Əvvəllər müqəddəs od olan qurbanlığın məqamı bu hadisələrdən sonra  öz yerini insan bədəninə vermiş və get-gedə insanın bədəni də mehrab və qurbangaha çevrilmişdir.

Upanişadlar vedaların son hissələri hesab olunur. Buna görə də onlara vedanta, yə`ni vedanın sonu da aid olunur. Aranyakaların, qələmə alınmasından sonra upanişadlar maddi aləmdən uzaqlaşıb xüsusi mə`nəvi həyat üslubunu seçərək nəfsini saflaşdıranlar üçün yazılmışdır.

Aranyaka və Upanişadın yazılması veda ayini üçün nəticə e`tibarı ilə brahman dininin formalaşmasına gətirib çıxaran başlanğıc idi. Bu dəyişikliyin mühüm xüsusiyyətlərindən biri kimi ruhani başçıların və kahinlərin mə`nəviyyatın yüksəldilməsi,  allahlarla əlaqə və sitayiş məsələlərində rollarının azalması, brahmanların nisbi olaraq mə`budların yerinə keçməsini qeyd etmək olar.

Gələn iki dərsdə brahman dinini təhlil və  şərh etməklə yanaşı, veda ayinindəki əsaslı dəyişiklikləri, bu ayinin xüsusiyyətlərini, ibadi və ideoloji səciyyələrini və upanişadların məzmununu aydınlaşdıracağıq.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment